ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə149/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   146   147   148   149   150   151   152   153   154

General Əli ağa Şıxlinski və silahdaşları

472


–  Cinahdan  atılan  bir  top  öndən atılan  iki  topun  işini  görə 

bilər. Ona görə də döyüş vaxtı topları və tankları elə yerləşdirmək 

lazımdır ki, hər bir hədəfə ya cinahdan, ya da çəpinə atəş açmaq 

mümkün olsun.

General Şıxlinski Port-Arturda, Dünya müharibəsində iştirak 

eləmişdi.  “Artilleriya  allahı”  kimi  ad-san  qazanmışdı,  böyük 

təcrübəsi vardı. Onu da xüsusi qeyd edərdi ki, almanlar cinah 

döyüşündən  çox  zəifdirlər.  Onlar  üstünlüyü  həmişə  ön  xəttə 

verirlər. Bu da onların lovğalığından irəli gəlir. Cinahı və arxanı 

isə boş qoyurlar. General həmişə deyərdi ki, müharibədə cinah 

döyüşü yüz faiz olmasa da, səksən faiz qələbə deməkdir.  

Alay katibi Qolovaşşenko:

– Yoldaş komandir, – dedi, – nə qədər ki, ayazlı günəş var, qar 

yağmır. İcazə verin, biz zabitlər xəritəni yenə gözdən keçirək.

– Buyurun, – deyib geri çəkilən Həzi bilmədən mənə toxun-

du. Qolumdan yapışıb çox səmimi gülümsündü. Onun yaraşıqlı, 

qaraşın üzünə elə bil işıq seli yayıldı. Bir az əvvəlki fikirli Həzi 

Aslanovdan  indi  əsər-əlamət  yox  idi.  –  Necəsən,  eloğlu,  qorx-

mursan ki? Axı bu, sənin ilk döyüşün deyil…

Mən əsgəri qaydada farağat vəziyyətdə dayanıb: 

– Yox, – dedim, – yoldaş komandir, qorxmuram. Qorxan za-

bitin burda nə işi var…

– Hə, balaca Aslanov, unutma ki, Vətən uğrunda, Azərbaycan 

naminə döyüşə gedirik. Onu da bil ki, faşist köpəkləri burdan 

Bakıya, Qafqaza girmək ümidindədirlər. Əlindəki silah ana və 

bacılarımızın namusunu qorumaq üçün sənə verilib. – Əlini qur-

şağımdakı xəncərin üstünə qoyub: – Sənə bu xəncəri nahaq yerə 

bağışlamamışam. Güllən qurtaranda bax, bu xəncəri dəstəyinə 

qədər faşistin ürəyinə soxmamış döyüşdən çıxma. Xoşum gəldi 

cavabından.  Çox  ürəkdən  dedin  ki,  qorxmuram.  Həmişə  belə 

nikbin və cəsur ol! Onu bil ki, qorxu ilə düşmən üstünə gedən 

istər zabit, istərsə də əsgər olsun, heç vaxt qələbə qazana bilməz. 

Müdriklərimiz  haqlı  deyiblər  ki,  qorxaq  gündə  yüz  dəfə  ölər, 

mərd isə bir dəfə həlak olar. Di, Allah amanında…




Şəmistan Nəzirli

473


* * *

Üzbəüz  həmlə  nə  qədər  cazibədar  olsa  da,  mən 

düşmənin cinahlarına zərbə endirməyi həmişə üstün 

tuturam… Məlumdur ki, alman maşınlarının yan zi-

rehi  ön  zirehindən  xeyli  kövrəkdir.  Buna  görə  də 

hitlerçiləri  məcbur  etmək  lazımdır  ki,  tankların 

kövrək yerlərini bizə tərəf çevirsinlər…

Düşmənin cinahlarını axtarmaq və ona həmişə ən 

zəif yerindən zərbə endirmək asan iş deyildir, bunun 

üçün hər bir komandir böyük zəhmət çəkməli, zirək 

və təmkinli hərəkət etməlidir.

Sovet İttifaqı Qəhrəmanı, qvardiya podpolkovni-

ki Həzi Aslanovun “Faşistlərə cinahdan zərbə endir-

mək döyüşdə əsas məqamdır” məqaləsindən, “Prav-

da” qəzeti, 27 dekabr 1942-ci il

Döyüş mövqeyi sağ cinahda yerləşən “Səkkiz mart” sovxozu 

yaxınlığındakı Aksay  və  Mışkov  çayları  istiqamətinə  çıxarıldı. 

Oradan da faşist tanklarına, arxadan və sağ cinahdan qəflətən 

hücuma  başladıq.  Hücuma  rəhbərlik  edən  Həzinin  üzü  cid-

diləşmişdi. O, səbir və təmkinlə gah xəritəyə baxır, gah da rota 

komandirlərinə əmr verirdi. “Çayka” – Həzi döyüşün uğurların-

dan razı qaldığı onun yaraşıqlı simasında oxunurdu. Ona görə 

də  ilk  dəfə  döyüşün  uğurları  haqqında  korpus  komandirinə 

məlumat verdi. Artıq faşistin iri gövdəli, ağır “Pələng” tankları 

yanırdı. Faşist əsgər və zabitləri bağırışa-bağırışa o yan-bu yana 

qaçırdılar. Düşmənin pis və çıxılmaz vəziyyətə düşməsi açıq-ay-

dın Salsk çölündə görünürdü. Döyüşün üçüncü günü bizim alay 

düşmənin  xeyli  canlı  qüvvəsini  əsir  götürüb  on  yeddi  tankını 

yandırmışdı. Yadımdadı, əsir frislərdən biri rusca qışqıra-qışqıra 

yalvarırdı: “Ey rus, mən soyuqdan donuram. Al avtomatı, mənə 

papaq ver” – deyirdi.



General Əli ağa Şıxlinski və silahdaşları

474


Biz inamla irəliləyib atəşi daha da gücləndirdik. Yandan artil-

leriya, arxadan və öndən düşmənə qarşı atəşi bir an da olsa da-

yandırmırdıq.  Döyüş  meydanı  alov  və  tüstüyə  bürünmüşdü. 

Düşmənin  yanan  tankı,  hərbi  sursatı  məşəl  kimi  alov  saçırdı. 

Qarlı çölün hər addımında faşist meyiti vardı. 

Sevinirdik ona görə ki, nal şəklində mühasirəyə alınmış Sta-

linqradı düşmən ala bilməyəcək. Kiçik fasilə vaxtı hava radio-

sunda  Həzinin  yenə  səsi  eşidildi.  “Çayka” Aslanov  səkkizinci 

briqadanın “Sokol”una raport verirdi. O deyirdi ki, artıq üçüncü 

gündür vuruşuruq. Bu gün axşamüstü mənim tankımı vurdular. 

Onun  bu  xəbərinə  general-leytenant  B.Obuxovun  bir  az  acığı 

tutdu. General dedi ki, nə üçün özünü nişangah etmisən? Sənin 

vəzifən  komandanlıq  etməkdi.  İndi  bu  uzaq  məsafədən  sənə 

necə kömək edək? Həzi cavabında dedi ki, narahat olmayın, tan-

kımın döşəməsində olan qapı salamatdı, onu açıb təmir edəcəyik. 

Elə  də  oldu.  Düşmən  mərmisi  Həzinin  tankının  sağ  tırtılının 

təkərini vurub sıradan çıxartmışdı. Ona görə də tankın döşəmə-

sində  olan  qapını  açıb  tırtılı  çıxartdıq.  Bir  fraksionla  “Səkkiz 

mart” sovxozuna kimi getdik, orda əsaslı təmir etdik.

Döyüşün  dördüncü  günü  alayımız  çoxlu  döyüş  sursatı  və 

qənimət  ələ  keçirdi.  Hitlerin  sədaqətli  feldmarşalı  Manşteynin 

tank qoşunları, general Qotun tank qrupu Azərbaycanın otuz iki 

yaşlı igid oğlu, podpolkovnik Həzi Əhəd oğlu Aslanovun qeyri-

adi komandanlığı ilə darmadağın edildi.

1942-ci  il  dekabrın  18-də  alayımız  Verxne-Kumsk  xutoru 

ətrafında daha bir yaddan çıxmaz döyüş apardı. Salsk çölündən 

qaçıb canını qurtaran faşist əsgər və zabitləri general Qotun baş-

çılığı  ilə  gəlib  burda  cəmləşmişdilər.  Beş  gün  gecə-gündüz 

Həzinin  burda  apardığı  döyüşlər  daha  uğurlu  oldu.  Ağ  qarlı 

çöldə faşistlərin meyitinə, yandırılmış tankın və zirehli maşınla-

rın  burulub  göyə  qalxan  alovunun  qalın  qara  tüstüsünü  lap 

uzaqlardan görmək olurdu.

Bununla da Stalinqrad cəbhəsində zəfər çalınmasının labüd 

olduğu bir daha öz təsdiqini tapdı. Həmin gün – 1942-ci il dekab-




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə