Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 14 (79- 2016)



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə17/20
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38306
1   ...   12   13   14   15   16   17   18   19   20

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

57 



avamla  eyni  baxışa  malikdirsə,  onların  heç  birini  ziyalı 

hesab  etmək  olmaz!  Köhnəpərəstin  inandığı,  ziyalının 

isə  inkar  etdiyi  bu  günkü  din  həqiqi  İslam  deyilsə,  bu 

yersiz  çəkişmə  min  illər  davam  edəsidir.  Belə  getsə, 

ziyalı öz dörd divarı arasında xalqa güləcək, xalq da öz 

cəhalətinə  rəğmən  xurafata  etiqad  edəcək.  Əslində, 

ziyalı,  xurafatçı  xalqa  güldüyü  kimi,  xalq  da  millətin 

qətlinə  dayanmış  qərb  dəyərlərinə  üz  tutan  ziyalıya 

gülür.  Xalq  ziyalıya  işarə  ilə  «bunlar,  həqiqətdən  uzaq 

düşmüş  sözbaz  günahkarlardır»  deyir.  Xalq  ziyalını 

dindən  və  müqəddəslikdən  uzaq  düşmüş  modernist 

kimi tanıyır.  

Cəmiyyət  üçün  həm  ziyalının  xalqa,  həm  də  xalqın 

ziyalıya uyğun münasibəti olduqca təhlükəlidir. Hər iki 

münasibət  İslam  düşmənlərinin  dəyirmanına  su  tökür. 

Bu  vəziyyəti  yaradan  və  onu  daim  izləyən  düşmən 

arxayın  olur  ki,  ziyalı  həqiqəti  tapa  bilməyəcək  və  xalq 

xurafat  buxovunda  qalacaq.  Düşmən  yalnız  və  yalnız 

məzlum xalqların qiyamından qorxur. Xalq isə o zaman 

qiyama  qalxar  ki,  bu  yolda  ölümü  şərəf  bilsin.  Əgər 

xalqa  təlqin  olunmuşsa  ki,  dua  oxumaqla  şəhidin 

savabını qazanmaq olar, bu xalq sinəsini güllə qabağına 

verərmi?  Bəs  xalqı  bu  öldürücü  təfəkkürdən  ziyalı  yox, 

kim  qurtarmalıdır?!  Halbuki,  bu  günkü  ziyalı  gördüyü 

xurafatdan  qeyzə  gəlib,  İslama  hücum  edir.  Xalqa 

deyilir  ki,  sənin  inandığın  həqiqi  din  deyil;  deyilir  ki, 

səni  bu  günə  qoyan  dindir.  Beləcə,  xalq  ziyalını  dinsiz 

hesab  edib  həm  özünün,  həm  də  ziyalının  din 

adlandırdığı xurafatdan daha möhkəm yapışır.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

58 



Ziyalı bacı! Ziyalı qardaş! Həqiqi İslamda məad, yəni 

axirət  fəlsəfəsi  dünya  həyatını  inkar  etmir,  bu  həyatı 

insan  kimi  yaşamağa  çağırır.  Ümumiyyətlə,  İslamda 

ölümdən  sonrakı  həyata  inam  insanı  bu  dünya 

həyatından  uzaqlaşdırmamalıdır.  Əgər  bir  insan  axirət 

həyatına  inandığı  üçün  dünya  zülmlərinə  dözüb  səsini 

çıxarmırsa,  belə  bir  inam  xurafatdır!  Dünyanı  axirətlə 

əlaqəsi olmayan bir məkan kimi qəbul etmək də səhvdir. 

Dünya yalnız maddi rifah əldə etmək üçün deyil. Həqiqi 

İslamda  dünya  Allahın  razılığını  və  Behişti  qazanmaq 

üçün  vasitədir.  Başqa  sözlə,  axirət  həyatı  dünya 

həyatının  davamı  və  nəticəsidir.  Hədislərdə  buyurulur 

ki,  dünya  axirət  üçün  əkin  yeridir.  Bu  buyuruq  dünya 

ilə  axirətin  əlaqəsini  göstərir.  Axirət  həyatı  dünya 

həyatının  təbii  məhsuludur.  Həzrət  Peyğəmbər  (s)  qısa 

bir  kəlamla  uyğun  mövzuda  İslamın  mövqeyini  bəyan 

edir:  «Dünya  həyatı  olmayanın  axirət  həyatı  da 

yoxdur».  Demək,  zalımların  zülmünə  dözüb,  axirət 

həyatında bu dözümə görə əvəz alacaqlarını düşünənlər 

tam  yanlışlıq  içindədirlər.  «Dünyada  zülmə  döz, 

axirətdə əvəzini alacaqsan» deyən din həqiqi İslam yox, 

imperializmin  oyuncağıdır!  Quran,  dinin  bu  cür 

olduğunu  düşünən  xurafatçı  dindarlara  və  qərbpərəst 

ziyalılara  öz  mesajını  göndərir:  «Bu  dünyada  kor  olan 

şəxs, axirətdə də kor olar!». 

Ey ziyalı bacı! Ey ziyalı qardaş! Dua acizliyin nişanəsi 

deyil. Heç olmasa, dünyaya meydan oxuyan sultanların 

əzəmətli 

Allah 

qarşısında 



dualarını 

nəzərdən 

qaçırmayaq.  Dua,  məntiqə  sığmayan  bir  məqsədə 

çatmaq  üçün  vasitə  deyil.  İnsan  dua  etməklə  heç  bir 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

59 



məsuliyyətdən  canını  qurtara  bilməz.  Dua  vasitəsi  ilə 

xəyanət ləkəsini təmizləmək olmaz! 

Avropada  olduğum  zaman  Parisdə  fars  dilinə 

çevirdiyim  ilk  əsər  -  professor  Aleksis  Karlın  «Dua» 

kitabı oldu. Bu kitab olduqca maraqlı bir əsərdir. Çünki 

bu kitabda elmi düşüncəyə malik, İslamın dua mətnləri 

ilə  tanış  olan  bir  mütəfəkkirin  metodik  araşdırmaları 

toplanmışdır.  

Alim  bu  kitabda  duanı  insanın  fitrətindən  baş 

qaldırmış, ruha zinət verən, nəfəs almaq və yemək kimi 

zəruri  ehtiyac  ünvanı  ilə  tanıtdırır.  O,  yazır:  «Dua, 

Nitsşenin dediyinin əksinə olaraq, acizlik əlaməti deyil. 

Dua, insanı mənən qidalandığı vücuddan faydalandıran 

amildir.  Dua,  insanın  ruhunu  gündəlik  qayğılar 

mərtəbəsindən kamal mərtəbəsinə ucaldır». 

Alim  bildirir  ki,  dua  mərasiminə  bağlı  olan  heç  bir 

millət  tarix  səhnəsindən  silinməmişdir.  Bu  sözləri  bir 

ruhani desəydi, adi olardı. Amma uyğun fikirlər iki dəfə 

Nobel  mükafatı  almış  əcnəbi  bir  alimə  məxsusdur.  Çox 

maraqlı faktdır.  

Mən  Parisdə  bu  kitabı  tərcümə  etdiyim  vaxt  hiss 

etdim ki, kitab nə qədər dəyərli olsa da, onda xristianlıq 

ruhu  duyulur.  Məsələn,  kitabda  yazılır:  «Dua,  insanın 

Allah  ilə  aşiqanə  söhbətidir»;  «Dua,  insanın  ehtiyac 

duyduğu  şeyi  Allahdan  istəməsidir».  Bu  iki  cümlədən 

belə bir nəticə çıxır ki, dua eşq və möhtaclıqdan doğur. 

Amma  İslam  dinindəki  duaları  araşdırdıqda  məlum 

oldu ki, İslamda eşq və möhtaclıqdan başqa səbəblər də 

nəzərdə  tutulur.  Xüsusi  ilə,  tarix  boyu  təqiblərə  məruz 

qalmış  və  təqiyyə  şəraitində  yaşamış  şiə  məzhəbində 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə