Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 14 (79- 2016)



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə12/20
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38306
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

41 



Ey  ziyalı  bacım  və  qardaşım!  Sən  dindən  bezmiş 

halda  deyirsən  ki,  bəşəriyyəti  süstləşdirən,  ictimai 

məsuliyyətdən  uzaqlaşdıran  bu  gün  gördüyün  dinin 

yaradıcısıdır. Mən tam məsuliyyətlə bəyan edirəm ki, 

İslamın Allahı - cihad və tərəqqi Allahıdır.  

Tövhid  təkcə  o  demək  deyil  ki,  Allah  birdir  və 

şəriki yoxdur. Tövhid ictimai həyatın bütün sahələrini 

əhatə  edən  dünya  görüşüdür.  Tövhid  bütün 

təbəqələrin, 

irqlərin, 

millətlərin, 

qəbilələrin 

vəhdətinin əsasıdır.  

Tövhid 


fərdi 

təfəkkürlərdən 

qaynaqlanan 

parçalanmaları  inkar  edir.  İslam  Allahı  elm  və 

agahlığı,  məsuliyyət  və  cihadı,  azadlıq  və  vəzifəni, 

tərəqqi  və  ədaləti  sevir.  İnsan  böyük  yaradanın 

əmanətdarı,  ruhunun  daşıyıcısı,  yer  üzündəki 

canişinidir. Allahın bütün mələkləri insana – (Adəmə 

(ə)) səcdə etmişlər! 

Şiə  məzhəbinə  görə,  Allah  ədalətlidir  və  bütün 

yaranış  ədalət  əsasında  nizamlanmışdır.  Yaranış 

Allahın,  yaranış  nizamı  isə  Allah  iradəsinin 

təcəllasıdır.  Cəmiyyət  yaranış  mexanizminin  bir 

hissəsi  kimi  nizamlı  olmalı,  Allahın  iradəsinə  zidd 

getməməlidir.  Deməli,  «Allah  ədalətlidir»  prinsipini 

irəli  sürən  şiə  məzhəbi  ictimai  ədaləti  zəruri  hesab 

edir. Ey dini dünya üçün köhnəlmiş hesab edən ziyalı, 

görürsənmi  şiəliyin  əsas  prinsipini?!  Şiə  üçün  ictimai 

ədalət etiqadın ilkin əsaslarındandır.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

42 



Hansı

 

ideologiyanın  ardıcılları  tarix  boyu  ardıcıl 



şəkildə  despotizmin  qurbanı  olub?  Yalnız  şiələr  ardıcıl 

olaraq  zalımlar  tərəfindən  təqib  edilib.  Çünki  məhz 

onlar  heç  zaman  zülm  və  ədalətsizliklə  barışmamışlar. 

Cəmiyyətdə  bütün  müxaliflər  rahat  yaşadığı  halda 

zülmlə barışmayan şiələr təqib olunub.

 

Ey  bacı,  ey  qardaş!  Həqiqi  İslam  bəşəriyyətə 



rəhbərlik  üçün  yalnız  məsum  insanları  layiq  bilir. 

İslam Peyğəmbərə (s) canişinlik iddiasında olan zülm 

xilafətini inkar edir! 

İslam  dini  fəqirliyi  küfrə  yaxın  hesab  edir. 

Peyğəmbərin (s) elm çeşməsindən faydalanan Əbuzər 

(r)  deyir:  «Fəqirlik  evin  bir  qapısından  daxil  olanda, 

din  o  biri  qapıdan  xaric  olur».  Həzrət  Əli  (ə)  öz 

övladına  belə  vəsiyyət  edir:  «Oğlum,  yoxsulluqdan 

Allaha  pənah  apar.  Yoxsulluq  dini  naqis  edir,  ağlı 

kütləşdirir, nifrət və düşmənçilik yaradır».  

Demək,  bizim  məzhəb  bu  gün  bir  çoxlarının 

iddiasının ziddinə olaraq, yoxsulluğun müdafiəçisi və 

təbliğçisi deyil. İslam rifah və qüdrət tərəfdarıdır! 

Bütün  ideologiyalar  ideal  axtarışında  ikən,  ilahələr 

və  bütlər  uydurduqları  zaman,  mənim  məzhəbimdə 

Əli  (ə)  kimi  gerçək  bir  idealın  surəti  canlanır.  Ey 

ziyalı!  Əli  (ə)  sənin  tanıdığın  Əli  deyil.  Həqiqi  Əli 

hakim  olduğu  vaxt  vəfalı  səhabəsi  Osman  ibn 

Hüneyfi  həmin  Osmanın  öz  qulundan  fərqləndirmir. 

Həm  ağa,  həm  də  qul  eyni  qədər  -  üç  dirhəm  maaş 

alır. İslamdakı həqiqi Əli belədir! O, Allah qarşısında 

dua  zamanı  yarpaq  tək  əsir,  cihad  meydanında 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

43 



şimşək  tək  çaxır,  cəmiyyətdə  ədalətsizliklə  mübarizə 

aparır. Sənin zülm qarşısında aciz təsəvvür etdiyin Əli 

(ə) dörd min xurafatçı, cahil şəxsi bir dəfəyə qılıncdan 

keçirir.  Özü  bu  haqda  deyir:  «Fitnə  zülməti  hamını 

bürüdükdən  sonra  mən  onun  (fitnənin)  gözünü 

çıxartdım. Bu işi görməyə kimsənin cürəti çatmazdı!». 

Cəmiyyət  nadan  mühakimə  yürütdükdə  belə,  ona 

qarşı  çıxmaq  çox  çətin  olur.  İndi  təsəvvür  edin  ki, 

dörd  min  nəfər  dua oxuyub  gecə  ibadəti  edən  nadan 

abid,  düşmən  hiylələrinə  uyaraq  haqqın  qarşısında 

dura.  Bu  insanlara  heç  bir  nəsihət  yetmir  və  xəstəlik 

xərçəng  kimi  müsəlmanların  həyatında  qol-budaq 

atır.  Onlarda  qərəz  olmasa  da  şüursuzluq  var.  Bu 

şüursuzluq isə kütləviləşərək, ictimai bəlaya çevrilir< 

Əli (ə) üçün haqq nə gücdür, nə də hökumət. Əli (ə) 

haqq dedikdə xalqın haqqını nəzərdə tutur. Ona görə 

də  deyirdi:  -  «Mənim  hökumətimdə  insanlar 

bərabərdir.  Ey  Malik,  müsəlmanlar  imanda,  qeyri-

müsəlmanlar isə insanlıqda səninlə qardaşdırlar!» 

Bəli,  mənim  islamım  yalnız  ölülərin  karına  gələn 

İslam deyil! Bu din şiə mücahidi Əbuzərin dinidir. İslam 

təməllərində sədaqətli Əbuzər yalnız küfr  ilə yox, eləcə 

də  mənfəətpərəstlər  və  Quran  naşiri  ilə  də  döyüşürdü. 

Əbuzər  ictimai  ədalətin  müdafiəsinə  qalxaraq,  ölü 

kapital  toplayanlarla  mübarizə  aparırdı.  Əbuzərin 

şüarına  bax:  «Ey  iman  gətirənlər!  Yəhudi  alimlər  və 



rahiblərin  çoxu  insanların  mallarını  haqsızlıqla  yeyir, 

onları  Allahın  yolundan  döndərirlər.  Ey  Allah!  Qızıl-

gümüş  yığıb,  onu  Allah  yolunda  xərcləməyənləri 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə