Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 14 (79- 2016)



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə13/20
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38306
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

44 



şiddətli bir əzabla müjdələ».

4

 Osman isə «bu ayə başqa 

dinlərə aiddir» deyirdi. Əbuzərin isə daha məntiqli əsası 

vardı. O, deyirdi: «Ayənin başqalarına aid olması nədən 

bilinir?! Ayənin əvvəlində müraciət edilən yəhudilər də 

kitab əhlidir. Ayənin axır hökmü isə hamıya aiddir. İstər 

müsəlman  olsun,  istər  kafir,  istər  müvəhhid,  istər 

müşrik - hər kəs qızıl-gümüş toplasa!».  

Əbuzər əsl islamşünas və əsl mücahid idi. O Quran 

və  şəriəti  qarətçilik  üçün  alət  etmiş  bir  rejimlə 

mübarizədə canından keçdi. O, canından keçdi ki, sən 

və mən ziyalı həqiqəti anlayaq. Əbuzər öz şəhadəti ilə 

tarixə yazdı ki, İslam istismar və yoxsulluq dini deyil! 

Ey  ziyalı  bacı  və  qardaş!  Sənin  məsxərə  etdiyin 

Həcc  xurafatçı  bir  insanın  həccidir.  Həqiqi  Həcc  isə 

bəşəriyyətin  hər  il  Allah  qarşısında  öz  vədini 

təzələməsidir.  Bəs  hanı  vəd?  Bir  zaman  İbrahim  (ə) 

tövhid  bayrağını  qaldıraraq,  şirk  və  cəhalətlə 

mübarizəyə qalxdı. Cəmiyyətə qədəm qoymuş və hər 

bir nəsil müqəddəs Kəbə evində vəd verir ki, İbrahim 

(ə) yolunu davam etdirsin.  

Deyə  bilərsiniz  ki,  bütlər  o  zaman  sındırıldı  və  bu 

gün  şirklə  mübarizə  yersizdir.  Yox,  əzizlərim!  Bu 

günkü bütlər daha amansız və daha qüvvətlidirlər.  

İbrahim 

tarixi 


yox, 

ilahi 


bir 

şəxsiyyətdir. 

İbrahimdən  (ə)  sonrakı  bütün  peyğəmbərlər  onun 

yolunun  davamçılarıdır.  Demək,  bu  yol  əsrimizdən 

keçib  məchul  gələcəyə  uzanan  ən  doğru  yoldur.  Bu 

                                                 

4

 

«Tövbə» surəsi, ayə: 34. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

45 



gün  dünyanı  caynağına  almış,  sadəcə  müasirlik 

qiyafəsində  çıxış  edən  bütpərəstlik,  İbrahimin  (ə) 

dövründəki bütpərəstlikdən qat-qat təhlükəlidir.  

Həcc  -  ən  əzəmətli  ümumbəşəri  nümayişdir.  Bu 

vəzifənin icrasına gücü çatan hər bir insan üçün bütün 

irsi və sosial fərqləri kənara atıb əyninə kəfən geymək, 

bu  əzəmətli  səhnəyə  daxil  olmaq  zəruridir.  Bu 

səhnədə hər bir ziyarətçi, sanki İbrahimin (ə) cihadını 

təkrarlayır.  O,  Həcc  mərasiminin  qaydalarına  əməl 

etməklə  Hacərin  (ə),  İsmailin  (ə),  İbrahimin  (ə) 

xatirəsini yad edir.  

Həcc  -  insanların  bərabərliyini,  millətlərin  və 

təbəqələrin  birliyini,  tövhid  «təvaf»ının,  cihad 

«səy»inin,  «eşq  mənzili»nə  yetişməyin,  İsmail 

qurbanının  bayramıdır.  Həcc  -  hər  bir  fərdin,  tarixin, 

cəmiyyətin  və  şəxsin  üçlü  şeytanı  üzərində  İbrahim 

qələbəsinin bayramıdır. Həccin əsl mehvəri insanların 

qibləsidir.  Təvafın  mərkəz  nöqtəsi,  yəni  insanın 

həyatdakı fəaliyyətlərinin mərkəzi Hacərin məzarıdır.  

Bəli,  İbrahimlə  yanaşı  addımlamış  kənizin  də 

əməlləri,  İbrahimin  əməlləri  tək,  milyonlarla  insan 

tərəfindən  təkrarlanır.  Bəli,  Allaha  üz  tutmamış  hər 

bir  şey  məhv  olacaqdır.  Allah  bəşəriyyətin  salehləri 

arasından  bir  əsgər  seçib  onun  məzarını  öz  evinin 

ətəyində qərar verir. Bu əsgər kimdir? O, qadını alçaq 

bilib  ona  həqarətlə  baxan  bir  əqidənin  müxalifidir. 

Allah 

övliyalar 



arasından 

qadını 


təsadüfən 

seçməmişdir.  Rəbbimiz  bütün  bəşəriyyətə,  hətta 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

46 



böyük  peyğəmbərlərinə  bu  mərkəzin  təvafını  əmr 

edir.  Bəli,  bu  Həccin  hər  bir  əməli  ilahi  dərs,  hikmət, 

islahdır.  Məhz  bu  mərasimdə  müsəlmanlar  bir-

birlərini  daha  dərindən  tanıyır  və  ilahi  vəhdət 

peymanı bağlayırlar.  

Görün,  həmin  əzəmətli  mərasim  nə  vəziyyətə 

gətirildi!  Kimlər  üz  tutdu  Kəbəyə?  Bütün  ömrünü 

günah  içində  yaşayıb  ölümqabağı  «xal  toplamaq» 

istəyənlər! Bəzi ziyarətçilərdə fərdi əxlaqi keyfiyyətlər 

var,  inkar  etmirəm.  Amma  həqiqi  Həccin  bərqərar 

olduğu  dünyada  Hüseyn  amalları  yerdə  qalmaz, 

sionizm  dünyaya  meydan  oxumaz,  yoxsulluq  və 

istismar  İslamın  bağrını  parçalamaz.  Min  üç  yüz  il 

bundan əvvəl imam Musa ibn Cəfər (ə) buyurmuşdur: 

«Nə çoxdur hay-küy salan, nə azdır hacılar!». 

Həccdən  qayıdanlara  baxıb  onlarda  Həccin 

əsərlərini  görmək  istədin.  Məlum  oldu  ki,  bu 

insanlarda  heç  bir  dəyişiklik  baş  verməyib.  Adi 

xəyanətkarlar  indi  hacı  adı  ilə  xəyanətlərini  davam 

etdirir!  Onların  Həccdən  gətirdiyi,  yalnız  zənbil  dolu 

sovqat olub.  

Bəli,  əlimizdəki  Quran  zahirən  təhrif  olunmamış 

bir kitabdır. Bu kitab həm cahillərin və cinayətkarların 

əlində  vasitəyə  çevrilir,  həm  də  mütləq  həqiqətə 

aparan  yolu  göstərir.  Bu  kitab  səhranın  vəhşi  ərəbini 

25  il  ərzində  bəşəriyyətin  taleyinə  təsir  edə  biləcək 

qüdrət və mədəniyyətə çatdırır.  



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə