Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 14 (79- 2016)



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə18/20
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38306
1   ...   12   13   14   15   16   17   18   19   20

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

60 



duada  dini  əqidələr  və  ali  məqsədlər  bəyan  olunur. 

Demək,  şiə  məzhəbinin  duaları  həm  də  məktəb 

funksiyasını  daşıyır.  Məsələn,  imam  Səccadın  (ə) 

«Səhifə» duası və bir çox əsas dualarda Allaha müraciət 

olunur,  Onun  sifətləri  bəyan  edilir,  insanın  Allah 

qarşısındakı  vəzifələri  sadalanır,  eləcə  də,  insanın 

Allahın  yardımına  möhtac  olduğu  etiraf  edilir. 

Göründüyü kimi, duanın mətnində fəlsəfi, etiqadi, elmi 

və  əxlaqi  baxışlar  izhar  olunur.  Bütün  bunlardan  əlavə 

cəmiyyətdəki 

ədalətsizliklər, 

hakimlərin 

zülmü, 

düşmənin hiylələri duada öz əksini tapır. Demək olar ki, 



əksər 

duaların 

sonunda 

istəklər 

bəyan 

edilir: 


«Pərvərdigara! Məni zalımların əlində alət etmə!» 

Dua oxuyan şəxs bu cümlələri oxuduqca onun yatmış 

düşüncəsi 

oyanır. 


Dua, 

adətən, 


xəlvətdə 

oxunduğundan,  başqalarının  nəzərlərini  öz  üzərində 

hiss  etməyən  insan  səmimi  olur.  Bu  səmimiyyət,  ixlas 

ona  böyük  ideallar  haqqında  düşünmək  və  özünü 

onlarla müqayisə etmək imkanı yaradır.  

Təəssüf  ki,  ziyalının  dua  haqqındakı  düşüncələri 

mötəbər  olmayan  dualar  və  bu  günkü  dua  əhlinin 

vəziyyəti  əsasında  formalaşır.  İşini-gücünü  atıb  yalnız 

dua  oxumaqla  və  dilindən  çıxan  sözlərin  mənasını 

anlamayan  insanlar  ölçü  predmeti  ola  bilməz.  İslam 

dinində 

həqiqi 


duanı 

tanımaq 


üçün 

İslam 


peyğəmbərinin  (s),  Əlinin,  Hüseynin,  Fatimənin, 

Zeynəbin  (ə)  baxışları  ilə  tanış  olmaq  lazımdır. 

Peyğəmbərin sevimli səhabələri Əbuzər və Əmmar necə 

dua edirdi? Dua onları gündəlik işdən ayırırdımı? Onlar 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

61 



şəhadət  savabını  döyüş  meydanında,  yoxsa  dua 

oxumaqla əldə edirdilər? 

Ey  ziyalı  bacı  və  qardaş!  Sən  öz  elmi  düşüncənlə 

həqiqəti tapmaq üçün əsl ideallara müraciət etməlisən! 

İslam  Peyğəmbəri  (s)  dövrümüzün  ən  mütərəqqi 

ordularının  komandanlarından  daha  üstün  şəkildə 

müharibə  aparırdı.  İntizam,  strategiya  və  taktika, 

kəşfiyyat,  tibbi  xidmət  -  bir  sözlə,  döyüşün  taleyinə 

təsirli  olacaq  hər  şeyi  nəzərə  alırdı.  Amma  bütün 

bunlara  baxmayaraq,  Həzrət  dua  da  edirdi.  Bu  dualar 

İslam  peyğəmbərinin  (s)  hər  hansı  bir  vəzifəni  yerinə 

yetirməsinə mane olmurdu.  

Həzrət  Əli  (ə)  bütün  döyüş  hazırlığını  gördükdən 

sonra  belə  dua  edirdi:  «Pərvərdigara!  Əgər  bizi  qalib 

etsən,  həddi  aşmağa  qoyma.  Əgər  onları  bizə  qalib 

etsən, bizə şəhadət qismət et!». 

Azadlıq,  ədalət  və  dinin  dirçəlişi  yolunda  ailəsi  və 

əzizləri  ilə  birlikdə  şəhadət  meydanına  çıxmış  Hüseyn 

(ə)  qanla  dolu  ovuclarını  səmaya  qaldırıb,  dünyanı 

heyrətə  gətirən  bu  şəhadətlərin  qəbul  olunması  üçün 

Allaha dua edir.  

Əziz  ziyalı!  Yuxarıda  xatırlanmış  dualarda  hansı 

zəifliyi, acizliyi hiss etdin? Necə düşünürsən, həqiqət bu 

dualardadır, yoxsa şəhidlik savabı verən dualarda?! 

Əzizlərim!  Sizin  ata-ananızın  inandığı  qəzavü-qədər 

əslində İslama zidd bir inancdır. Bu insanlar inanırlar ki, 

həyatda baş verən hər bir hərəkət əvvəlcədən müəyyən 

edilib. Axı düşüncəli insan necə inana bilər ki, son ilahi 

dində belə məntiqsiz qanunlara yer verilsin? 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

62 



Əgər  hər  şey  əvvəlcədən  müəyyən  olunubsa,  bir  bu 

qədər  peyğəmbərlərin  göndərilməsinin,  insanların 

doğru  yola  dəvət  olunmasının  nə  əhəmiyyəti  var?  Bu 

fikirlər  şərqdən  hindli  sufinin  və  qərbdən  yunan 

filosofunun uydurmasından başqa bir şey deyil! Həzrət 

Peyğəmbər (s) atəşpərəstlərin belə bir əqidədə olduğunu 

vurğulamışdır.  Necə  olur  ki,  bir  qrup  insan  Quranın 

ziddinə çıxaraq belə cəfəngiyyatlara iman gətirir?! Əgər 

sən  ziyalısansa,  İslama  aid  hər  bir  həqiqəti  Qurandan 

öyrənməlisən.  «Müddəssir»  surəsinin  38-ci  ayəsində 

buyurulur:  «Hər  kəs  öz  əməlinin  girovudur».  Quran 

həm  dinsiz  təhqiqatçılara,  həm  də  beyni  müxtəlif 

fəlsəfələrlə  zəhərlənmiş  din  adamlarına  konkret  cavab 

verir: «O gün (Qiyamət günü) insan öz əlləri ilə etdiyi 



əməlləri  görəcək,  kafir  isə  «kaş  torpaq  olaydım» 

deyəcək».

6

 

Quran təkrar-təkrar bəyan edir ki, tarix boyu məhv 



olmuş  bütün  cəmiyyətlər  özlərinə  zülm  edənlərdir. 

Hətta 


dialektik 

materializmdə 

cəmiyyətdəki 

dəyişikliklər insan iradəsindən yox, maddi amillərdən 

asılı  bilinir.  Amma  Quran,  istisnasız  olaraq,  bütün 

ictimai  təbəddülatlarda  insan  düşüncəsini  əsas 

götürür.  Bu  səbəbdən  də  İslam  dinində  cəmiyyətin 

taleyinə  görə  insanlar  məsuliyyət  daşıyır:  «Hər  hansı 

bir  tayfa  öz  tövrünü  dəyişmədikcə,  Allah  da  onun 

tövrünü dəyişməz»

7

.  


                                                 

6

 



«Nəbə» surəsi, ayə: 40. 

7

 



«Rə᾽d» surəsi, ayə: 11. 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə