S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə3/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   2   3   4   5   6   7   8   9   ...   78

13
Sonra telefonun düyməsini basaraq katibəsinə dedi: -Ora-
dan Məmmədovu yanıma çağır.
Bir neçə dəqiqə sonra içəri 22-25 yaşlarında, səliqəli ge-
yinmiş, qamətindən idmanla məşğul olduğu aydın seçilən, 
saçı səliqə ilə arxaya daranmış bir oğlan girdi. Mahmudov 
Samiri göstərərək dedi:
-Bunu 120-ci otağa apar, özün isə komissiya üzvlərinə 
zəng vur, gəlsinlər.
Məmmədov:  -Baş  üstə!  -  deyib  Samirin  qoluna  girib 
onu qaldırdı. Dəhlizlə bir qədər getmişdilər ki, dedi:
-Çatmışıq. Sən gir içəri, mən indi zəng vurub gəlirəm.
Otaqdakı səkkiz stul ilə iri bir stol və onunla qarşı – 
qarşıya qoyulmuş kiçik stol və kreslodan məlum olurdu ki, 
bura dinləmə-hesabat otağıdır.
-Lap məhkəmə zalına oxşuyur. – deyə öz-özünə pıçıl-
dayıb otağın digər tərəfində qoyulmuş divanda oturdu. Bir 
azdan həmin oğlan əlində iki kola içəri girərək Samirin ya-
nına gəldi. Divanda oturaraq kolalardan birini ona uzatdı:
-Al, iç. Bir azdan boğazın quruyacaq.
Samir minnətdarlığını bildirib koladan bir qurtum içdi 
və gülümsünərək soruşdu:
-Yəni, belə çətin olacaq?
-Əslində onların qarşısında dayanıb danışmaq elə də 
çətin deyil. Çətin olan onları təəcübləndirmək və ən əsası 
inandırmaqdır. Bax, dostum, bir azdan bura səkkiz nəfərlik 
ekspert qrupu gələcək. İqtisadçı, həkim, hüquqşünas, so-
sioloq,  psixoloq  və  daha  kimlər,  kimlər.  Onların  hər  biri 
öz işində saç ağardıb. Sözün qısası, nəyisə onların fikrinə 
yeritmək çox çətindir.
-Dayan  görüm,  qorxutma  məni.  Mən  öz  layihəmə 
güvənirəm və uğur qazanacağına da inanıram. 
-O nə layihədir ki, səni bu qədər əmin edib?


14
-Əlillərin sosial vəziyyəti ilə bağlı bir layihədir. Burada 
ol, mən ekspert qrupuna danışanda eşidərsən. Yaxşısı bu-
dur, de görüm, sən burada necə işə düzəlmisən? Hansısa 
hörmətli adamın zəngiynən, yoxsa pulla?
-Sənin dediklərin keçmişdə qaldı. İndi bu mümkün olan 
iş deyil. Burada nə zəng keçir, nə də pul. Məni buradakı işə 
on dörd il bundan qabaq baş verən bir hadisə düzəldib.
-Danışmaq istəsən, sənin üçün əla dinləyici olaram.
-On  yaşım  olanda  kasıb  məhəllələrin  birində  yaşa-
yırdım.  Valideynlərim  bütün  günü  işləsələr  də,  maddi 
vəziyyətimiz düzəlmirdi ki, düzəlmirdi. Bir gün uşaqlarla 
futbol oynamaqdan qayıdanda yolun kənarında şirniyyat 
satan səyyar satıcıyla qarşılaşdıq. Uşaqların hamısı konfet 
alanda satıcı məndən soruşdu ki, -Sən niyə konfet almır-
san? Xoşlamırsan?
Dedim: - Pulum yoxdur. 
Uşaqlardan biri yaxınlaşıb qulağıma dedi: 
-Bax, görürsən o svetoforu? Get, dayan orada. Maşınlar 
qırmızı işıqda duran kimi yaxınlaşıb sürücülərdən pul istə. 
Qorxma verirlər, mən özüm bir neçə dəfə belə etmişəm. 
Şirniyyatı çox sevdiyimdən uşaqlar uzaqlaşan kimi ge-
dib svetoforun yanında dayandım. Qırmızı işıq yanan kimi 
qarşımda 4-5 maşın saxladı. Ən yaxındakı maşına yaxınla-
şıb utana-utana sürücüdən pul istədim. Əvəzində - rədd ol 
- sözünü eşidib geri qayıtmaq istəyirdim ki, arxa oturacaq-
da oturan nurani bir kişi pəncərədən məni çağırıb soruşdu: 
-Adın nədir, oğlum?
Dedim: -Murad.
Soruşdu: -Bilmək olar, pul nəyinə lazımdır?
Dedim: - Konfet almaq istəyirəm.
Dedi: -Nə üçün pulu valideynlərindən almırsan?
Dedim: -İmkanları yoxdur.


15
Kişi pəncərədən mənə bir manat verib dedi:
-Bax,  oğlum!  Tutaq  ki,  sən  bu  gün  bu  pula  konfet 
alıb yedin. Bəs sonra? O biri günləri nə edəcəksən? Sənə 
məsləhətim  budur  ki,  dilənmək  əvəzinə  dərslərini  yaxşı 
oxuyasan. Tək dərslərlə kifayətlənmə. Xarici dil öyrən, id-
manla məşğul ol, hansısa bir sənətə sahib ol. Əgər bunları 
etməsən, gələcəkdə həm valideynlərin, həm də övladların 
əziyyət  çəkəcək.  Bax,  valideynlərin  vaxtında  heç  bir  şey 
etmədikləri üçün dilənməyə məcbursan. Sən oxu ki, həm 
özün heç kimə möhtac olmayasan, həm də valideynlərin 
səninlə fəxr etsin. 
Maşın gözdən itənədək arxasınca baxdım. Sonra evə 
gələrək elə əlimə aldığım ilk kitabdan oxumağa başladım. 
Nə  başını  ağrıdım.  O  nəsihətin  nəticəsi  universitet  dip-
lomu, iki xarici dil, mükəmməl kompüter biliyi və bir də 
güləş fəndləri oldu. Həmin bir manatı da çərçivəyə saldı-
rıb evdən asmışam. Hər dəfə o pulu görəndə öz üzərimdə 
daha çox işləyirəm
-Əgər  layihəmi  həyata  keçirə  bilsəm,  səni  öz  yanım-
da işə götürəcəyəm. Özünü daimi inkişaf etdirən, özü ilə 
rəqabət aparan işgüzar gənclərə ehtiyacım olacaq. 
-Uğura doğru belə qətiyyət və cəsarətlə can atan biriylə 
işləmək mənim üçün şərəf olardı!
Yarım saat sonra əllərində portfel, qovluq və müxtəlif 
sənədlər olan 8 nəfər içəri girdi və keçib stullarda otura-
raq, Samiri kresloya dəvət etdilər. Sıra ilə özlərini təqdim 
etdikdən sonra birinci stulda oturan ağsaçlı kişi mülayim 
bir səslə dedi:
-Buyur oğlum, keç mətləbə. Səni eşidirik.
Samir onun müraciət formasından və səsindəki müla-
yimlikdən bir az cəsarətlənərək, sənədləri qarşısına töküb 
sözə başladı. Layihənin təqdimatı və sorğu-sual üç sa ata-


16
dək çəkdi. Otaqdan çıxanda əməlli-başlı yorulmuşdu. İki 
ay sonra o, ikinci dəfə nazirin qəbulunda olduqda, Mah-
mudovla söhbətləri qısa çəkdi:
-Əla düşünmüsən! – Mahmudov sözə başladı: -Bəs nə 
üçün bu işə rəhbərliyi özün etmək istəyirsən? Sənin ki, bu 
sahədə təcrübən yoxdur?! Bizdə bu sahə ilə məşğul olan 
təcrübəli insanlar çoxdur. Düşünürəm ki, rəhbərliyi onlar-
dan biri etsə, bu layihə daha uğurlu olar.
-Bir çox insanlar var ki, əla şer demək bacarığına sahib-
dirlər və bununla tanınınlar. Ancaq səmimiyyətimə inanın, 
onların  heç  biri  şeri  onu  yazan  şair  qədər  gözəl  deyə  bil-
məz.  Komissiya  üzvlərinə  verdiyim  layihə  mərkəzin  yal-
nız  yaranma  mərhələsidir.  Mərkəzin  gələcək  inkişaf  planı 
və  ümumiyyətlə,  görüləcək  bütün  işlərin  planları  mənə 
məxsusdur və buna görə də mən olmasam, bu layihə heç 
bir uğur qazana bilməz. Mənə sadəcə təkan lazımdır. Siz bu 
şansı mənə verin. Əgər bacarmasam, özüm kənara çə ki  lərək, 
məmnuniyyətlə, bu layihənin hər bir uğuruna sevinəcəyəm.
-Belə bir ideyanın sahibinə əlbəttə ki, şans vermək la-
zımdır. De görüm, bu iş üçün sənə konkret nə lazımdır?
-Bakının  mərkəzi  küçələrinin  birində  baş  ofis  üçün 
çoxlu otaqları olan iki-üç mərbətəli bir binanın tikilməsini, 
yüksək təcrübəyə malik işçi heyəti, maddi dəstək və yeni 
nəsil texnologiya.
-Tezliklə, bunlara sahib olacaqsan. Görüm dilinə görə 
dirçəyin də var? 
 
* * *
Qəfil siqnal səsinə fikirdən ayılıb sürücüdən soruşdu:
-Çatmışıq?
- Xeyr, müəllim. Az qalıb.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə