S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə22/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   18   19   20   21   22   23   24   25   ...   78

88
-Bəs  türk  dilini  harada  öyrənmisən?  –  Xose  maraqla 
soruşdu.
-Beş–altı  il  bundan  qabaq  Türk  səfirliyində  sürücü 
işləyəndə.
-Bəs buranın sahibinə nə deyəcəyik? – Lusiya soruşdu.
-O barədə narahat olmayın. Sexin sahibi mənim köhnə 
dostlarımdandır. Mən onunla danışaram.
Pedro alnını ovxalayıb dedi:
-Açığı nə deyəcəyimi bilmirəm.
Qustavo ayağa qalxaraq dedi:
-Mənim  işim  var,  getməliyəm.  Siz  də  oturun,  yaxşı-
yaxşı fikirləşin.
Pedro Qustavonu yola salıb, geri qayıdanda evdəkilər 
artıq müzakirəyə başlamışdılar. Gecə saat ikiyə qədər bu 
haqda söhbət etdikdən sonra Pedro getməyi qərara aldı və 
bu günkü uğurlu günə görə Tanrıya minnətdarlıq edib yat-
dılar.
Moskva. Rusiya
Otaqda  oturub  vodka  içə-içə  Conu  gözləyən  Karlos 
ayağa qalxanda Markez soruşdu:
-Gözləməyə səbrin çatmadı?
-Yox. Ayaqyoluna dəyib qayıdıram.
Sergey gülümsəyərək soruşdu:
-Deyəsən, yaş öz işini görür axı?
-Öz işini yaş yox, bayaq içdiyim üç bakal pivə görür.
Karlos  gülüşlər  altında  otağı  tərk  edəndə  Sergey  so-
ruşdu:
-Niyə bunun ləqəbi Lobodur?
Markez çənəsini qaşıyaraq dedi:


89
- Valideynlərini canavarlar yeyib, ona görə. Uşaq vaxtı 
valideynləri bunu da götürüb, meşəyə istirahətə gediblər. 
Axşamüstü  meşəyə  çatanda  hava  soyuq  olub.  Ata-anası 
bunu maşında qoyub, özləri düşüblər yerə ki, çadır qur-
sunlar. Elə bu vaxt haradansa canavarlar peyda olub.
Karlos içəri qayıdanda, Con artıq gəlmişdi və hal-əhval 
tuturdu. Keçib öz yerində əyləşəndən sonra Con sözə baş-
ladı:
-Madam  ki,  hamınız  buradasınız,  yubanmadan  bu 
möhtəşəm xəbəri sizə çatdıra bilərəm. Sabahdan işimiz iki-
qat artır. Bildiyiniz kimi, Azərbaycanda əlillər üçün xüsusi 
mərkəz açılıb və bu mərkəzin bizim əhatə dairəmizdə olan 
ölkələrdə filialları var. Mərkəzdə bu ölkələrin bütün əlilləri 
haqqında ətraflı məlumat var və bu mərkəzlərə müraciət 
edənlər günbəgün artır. Bu gündən biz daha hansısa əlili 
ələ keçirtmək üçün əziyyət çəkməyəcəyik. Onlar özləri bi-
zim yanımıza gələcəklər. Poler bütün məlumatları Karlo-
sun kompüterinə ötürəcək, Karlos isə sizlərə. Siz də hansını 
məsləhət bilsəniz, onu götürəcəksiniz. Çalışın əyalətlərdə 
yaşayan kimsəsiz və kasıb uşaqları oğurlayasınız ki, onları 
itirib-axtaran olmasın. Yəni başımız çox ağrımasın. İndi isə 
gəldik əsas məsələyə. Əlil çoxdursa, deməli, cəsəd də çox 
olacaq. Deyin görüm, siz cəsədləri necə yox edirsiniz?
Sergey stəkana yenicə süzdüyü vodkadan bir qurtum 
içib dedi:
-Mən  cəsədin  üstünə  xüsusi  dondurucu  maddə  püs-
kür dürəm, sonra onu qarla qarışdırıb Sibirə göndəri rəm. 
Lap it də iyləsə, heç nə tapa bilməz.
Xavyer əlindəki siqardan bir qullab alıb dedi:
-Qəfəsdə üç iri ayım var. Cəsədi iri ətçəkən maşından 
keçirib ayı yemiylə qataraq, onlara yedizdirirəm. Nəcislərini 
isə aparıb vəhşi ayıların çox olduğu meşəyə atırlar.


90
Markez eynəyini silə-silə cavab verdi:
-Mənim dəfn bürolarında olduğu kimi xüsusi sobam 
var.  Cəsədləri  1600  selsi  istiliyi  olan  odda  kül  etdikdən 
sonra, vertalyotla dağlara səpirlər.
Con üzünü Karlosa çevirdi:
-Hə Lobo, bəs sən?
Karlos əlindəki alışqanı oynada-oynada dedi:
-  Xüsusi  düzəldilmiş  iri  hovuzum  var.  İçinə  də  ki, 
ağzına  qədər  kislota  doldurmuşam.  Cəsədi  içinə  atıram, 
vəssalam.
Con alnını ovuşdurub dedi:
-Bunlar hamısı ağlabatandır. Amma Poler istəyir ki, siz 
cəsədləri onun istədiyi üsulla yox edəsiniz.
Dördü də maraqla soruşdular:
-Bu hansı üsuldur elə?
Con üsulu onlara izah etdikdən sonra dedi:
-Dünən  televizorda  verirdilər.  Bu  yaxınlarda  Hin-
distanda  bir  qrup  alim,  daha  dəqiqi  üç  alim  insanda  ola 
biləcək fiziki qüsurları uşaq hələ ana bətnində olarkən aş-
kar edərək, aradan qaldıra bilən cihaz və dərmanlar kəşf 
etdiklərini  deyiblər.  Televiziya  proqramlarının  birindən 
səhiyyə nazirinə səsləniblər ki, “bizim kəşfimizlə maraq-
lanın”.
-Gələcəkdə nə edəcəyik? Ümidimizi qəzalara bağlaya-
cağıq? - Lobo soruşdu.
Con üzünü Sergeyə tutub soruşdu: 
-Kəşmirdə olmusan?
-Yox, olmamışam.
-Məsləhət  görürəm,  gedib  görəsən.  Gəzib-görməli 
yerləri çoxdur.
Con  bunu  deyərək  bir  parça  sala  götürüb  yeyə-yeyə 
kafeni tərk etdi.


91
Hindistan
Dehlinin qərbində kənar yolla irəliləyən mikroavtobu-
sun  sürücüsü  yolda  qurulmuş  polis  nəzarət  məntəqəsini 
görüb təəccüblənərək, yanında oturana dedi:
-Bu polislər haradan çıxdı belə? On ilə yaxındır ki, bu 
yolla gedib gəlirəm, hələ indiyə qədər bir dənə də olsun 
polisə rast gəlməmişəm.
-Nə bilim qardaş, yəqin nə isə olub. Bizi saxlasalar so-
ruşarıq.
Avtobus  yaxınlaşdıqda,  polislərdən  biri  dayanmaq 
işarəsi verdi. Sürücü sükanı sağa burub, yolun kənarında 
saxlayaraq onlara yaxınlaşan polis işçisindən soruşdu:
-Buyurun müfəttiş. Sizə nə lazımdır? Bizi niyə saxla-
mısınız?
-Mən  müfəttiş  Samarsinkəm.  Bizdə  olan  məlumata 
görə quldur başçısı və qatı cinayətkar olan Rac bu ərazidə 
gizlənib və silah keçirtmək istəyir. Ona görə də buradan 
keçən  hər  bir  maşını  diqqətlə  yoxlamalıyıq.  Maşında  nə 
aparırsınız?
-Maşında üç nəfər adam var cənab. Onlar alimdirlər. 
Mən  hər  gün  onları  evlərindən  götürüb  universitetin  la-
boratoriyasına  aparıram.  Başqa  heç  nə  yoxdur,  cənab 
müfəttiş, buyurub baxa bilərsiniz.
Maşına girən polis oradakı alimləri görüb əllərinin içi-
ni bir-birinə yapışdıraraq başı bərabərində qaldırıb dedi:
-Salam  cənablar.  Bağışlayın  ki,  sizi  narahat  edirəm, 
amma bizə tapşırıblar ki, bu ərazidən keçən bütün maşın-
ları yoxlayaq.
-Narahat olma oğlum, sən vəzifəni yerinə yetirirsən. – 
Alimlərdən biri dilləndi. 
Maşının içində o tərəf-bu tərəfə baxa-baxa dedi:


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə