S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə19/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   15   16   17   18   19   20   21   22   ...   78

76
yatızdıran kim. Kimisi də səssizcə oturub, evə tez çatmağı 
arzulayırdı. Samir növbət çipsini Əliyə uzadanda Əli dedi:
-Dayı, çişim var.
Samir avtobusu saxlatdırmaq istədikdə, bibisi qoymadı:
-Onsuz  da  avtobus  yavaş  gedir.  Qoy  dursun  qapı-
nın  ağzında,  neyniyir  eləsin.  Körpə  uşaqdır,  kim  ona  nə 
deyəcək? Neçə yaşı var?
-On bir gündən sonra dörd yaşı tamam olacaq. 
Arxadan qardaşı arvadı dilləndi:
-Samir, tuta biləcəksən? 
Qardaşı soruşdu: 
-Yoxsa mən gəlim?
-Narahat olma, özüm tutaram.
-Sən onu tut, qoyma yıxılsın. O özü çiş eliyəcək.
Samir Əlini aşağı pilləyə düşürtdü. Özü də onun ya-
nına enərək, bərk-bərk gödəkçəsinin boynundan yapışıb, 
sürücüdən  qapını  açmasını  istədi.  Sürücü  maqnitafonun 
yanındakı iki kiçik dəstəkdən birini yuxarı qaldıraraq dedi:
-Bir azdan döngəyə yaxınlaşacağıq. Ehtiyatlı olun!
-Oldu.
Bir az sonra Əlinin – Dayı, qurtardım – sözünü eşidib, 
sürücüyə -Qapını bağla- demək istəyirdi ki, qəflətən güclü 
siqnal səsi eşitdi. Qeyri-ixtiyari başını qaldırıb yola baxdı. 
Yük maşınının sürücüsü siqaretini yandırmaq istəyərkən 
əlindən saldığı alışqanını götürmək üçün aşağı əyilmişdi. 
Buna görə də döngədən çıxaraq ona tərəf gələn avtobusu 
görmədi. Avtobusun sürücüsü isə əyləci basıb siqnal versə 
də, artıq gec idi. Toqquşma zərbəsinin təsirindən həm Sa-
mir, həm də Əli maşından yıxılaraq qarın üstünə düşdülər. 
Yol buzlu olduğundan hər iki maşın sürüşərək onsuz da dar 
olan yoldan çıxıb, 30 metr yüksəklikdən dərəyə yuvarlan-
dı. Maşından yıxılarkən Samirin başı zərblə dəydiyindən 


77
huşunu  itirdi  və  gözünü  bir  gündən  sonra  xəstəxanada 
açaraq, Əlidən savayı bütün ailə üzvlərinin həlak olmasını 
eşidib şok keçirdi. O hadisədən sonra Sumqayıt şəhər İcra 
Hakimiyyəti Samiri öz himayəsinə götürdü. Əli isə nənə-
babasının yanında qaldı. 
Sürücü  qarşısına  çıxan  pişiyi  vurmamaq  üçün  qəfil 
əyləci  basanda,  Samir  fikirdən  ayıldı.  Bütün  bədəni  tər 
içində idi, çətinliklə nəfəs alırdı. Maşını saxlatdırıb qapını 
açdı. Çevrilərək ayaqlarını çölə çıxardıb qarın üstünə qoy-
sa da, oturacaqdan qalxmadı. Əyilib yerdən qar götürərək 
əllərinə,  üzünə  sürtdü.  Bir  az  özünə  gələndən  sonra, 
yenidən maşına oturub qapını bağladı və sürücüyə dedi:
-Getdik.
Maşın  Əlinin  yaşadığı  evin  qarşısına  çatdıqda  Samir 
sürücüyə dedi:
-Hədiyyələri içəri apar, özün isə get evə. Gecəni bura-
da qalacağam.
Zəngi basdıqdan bir az sonra Əlinin babası qapını açdı:
-Axşamın xeyir, Zahid dayı. Gəlmək olar?
-Hər vaxtın xeyir bala. Buyur keç.
Samir içəri keçib soruşdu:
-Bəs Əli haradadır?
-Yatıb. Bayaqdan səni gözləyirdi, təzə yuxuya gedib.
Sürücü  əlindəkiləri  stolun  üstünə  qoyub  gedəndən 
sonra, Samir Əlinin nənəsi Aybənizlə görüşüb, Əlinin yat-
dığı otağa keçdi. Uşağı oyatmamaq üçün ayaqlarını yerə 
xəfifcə basırdı. 
Əli yuxudan ayılanda Samiri görən kimi onun boynu-
na sarıldı. Samir onu dizinin üstündə otuzdurub üzündən 
öpərək dedi:
-Ad günün mübarək, şirinim.
-Sağ ol əmi.


78
-Bu gün neçə yaşın tamam olur?
-Altı.
-Heç bilirsən sənə nə almışam?
Əli başını yellədərək dedi: Yox.
-Gəl gedək, göstərim.
Otağa girən Əli balıqları görən kimi sevincindən qış-
qırdı:
-Əla. Əmim mənə balıq alıb. Üzünü Samirə çevirib so-
ruşdu: Əmi, haradan bildin ki, mən balıq istəyirəm?
-Yuxuda görmüşdüm.
Əli heç nə başa düşməsə də dərinə getmədi. Akvari-
umun  qarşısında  diz  üstə  oturaraq,  balıqlarla  oynama-
ğa başladı. Samir yataq otağında, Əlinin yanında olanda, 
Aybəniz  süfrə  açmışdı  və  indi  əlində  çörək,  otağa  girib 
dedi: 
-Oğul buyur süfrəyə. Əli də axşam heç nə yemədi ki, 
əmimi gözləyirəm. 
-Gərək bağışlayasınız. İş o qədər çoxdur ki, imkan ta-
pıb, vaxtında gələ bilmədim.
Şam yeməyindən sonra Əli yenidən balıqların yanına 
getdi. Samirgil isə tortla çay içə-içə söhbətə başladılar. Sa-
mir Əlini göstərib soruşdu:
-Sizi incitmir ki? Əgər sizi çox yorursa, özümlə aparım. 
Dayə tutaram baxar.
-Yox, a bala nə danışırsan? (Zahid kişi dedi) Tək qızımın 
yeganə yadigarıdır. Bu iki qocanı həyatda saxlayan odur.
Aybəniz nənə nəmli gözlərini yaylığının ucu ilə silərək:
-Ondan  başqa  kimimiz  var  ki?  Zahidlə  mən  uşaq 
evində böyümüşük. Bir qızımız vardı, onu da qara torpaq 
aldı əlimizdən. Bu həyatda tək təsəllimiz bu uşaqdır.
-Ümumilikdə, heç bir probleminiz yoxdur ki? Nəyəsə 
ehtiyacınız olsa, çəkinməyin.


79
Zahid kişi çaydan bir qurtum içərək:
-Çox sağ ol ay oğul, onsuz da əziyyətimizi çox çəkirsən.
-Borcumdur dayı, borcumdur.
-Bircə, Əli səndən ötrü yaman darıxır. – Aybəniz nənə 
əlavə etdi. -Bu yaşda uşağa ata qayğısı, ana nəvazişi lazım-
dır.  Bir  də  fikirləşirəm  ki,  sən Azərbaycanda  olmayanda 
başımıza bir iş gəlsə, uşağa kim baxar.
-Rənanı  tanıyırsınız?  İcra  hakimiyyətində  işləyən 
Rənanı deyirəm.
-Katibə  qız?  Əlbəttə  tanıyıram.  Əvvəllər  bir-iki  dəfə 
bura gəlib–gedib.
-Hə, bax o. Onunla danışacağam, mən burada olma-
yanda qoyun, uşağa o baxsın. Telefon nömrəsini yazıram 
bura, nə vaxt lazım olsa zəng vurun.
Bir az da söhbət edəndən sonra, Samir Əlinin əsnədiyini 
görüb, onu yatırtmağa apardı. Samir gələndə Əli yuxudan 
yarımçıq  durmuşdu  deyə,  çarpayıya  uzanan  kimi  yatdı. 
Samir ona tamaşa edə edə necə yuxuya ketdiyini heç özü 
də bilmədi. 
Səhər mərkəzə gələn kimi, Anarı və bir yerə səfər edən 
zaman onu müşayət edən Eldarı, Zauru və Ayxanı yanı-
na çağırdı. Bu üçlük səfərlər zamanı Samirin həm dostları, 
həm  köməkçiləri,  həm  də  cangüdənləri  olurdular.  Eldar 
içəri girən kimi soruşdu:
-Səhər-səhər noolub? Gecə kimi yuxuda görmüsən?
-Altıaylıq  doğulduğuvu  eşitmişdim,  amma  inanmır-
dım. Oturun görüm.
Hamı oturduqdan sonra Samir sözə başladı:
Bu gündən etibarən, yeni bir layihənin icrasına başla-
yırıq. Bölgələrdəki əlillərin vəziyyəti ilə yerində və yaxın-
dan tanış olmaq üçün hər həftə bir rayona gedəcəyik.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə