Mövzu azərbaycan qadini iLKİn orta əsrlər döVRÜNDƏ



Yüklə 232,81 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü232,81 Kb.
#73791


 

 

Mövzu 2.



 AZƏRBAYCAN QADINI İLKİN ORTA ƏSRLƏR 

DÖVRÜNDƏ (III – VIII ƏSRLƏR) 

 

Məşğələnin planı 

 

Qadın Bibliyada, ilkin xristian ənənəsində (Novıy Zavet). Qadın ilkin Orta əsrlər 



dövründə  Qərb dünyasında. Albaniyada xristianlığın yaranması.  İlkin xristian dininin 

yayıcıları-şəhidləri: Gürcüstanda – Nino, Ermənistanda – Qayane və Ripsime, 

Albaniyada – Taquhi. 

Albaniyanın ilk hüquqi sənədində ailə-nikah münasibətləri. Alban cəmiyyətində 

qadının rolu. Albaniyanı pravoslav etmək cəhdi – xalkidonitçilik. 

Şirin – fars çarı Xosrovun arvadı; onun xristianlığa meyilliliyi. 

Qadın islam ənənələrində. İslam dünyasında müsəlman qadınının vəziyyəti barədə 

elmdə mövcud olan fikrin yanlışlığı. 

Quran: islam dünyasında qadının sosial-hüquqi statusu; kəbin müqaviləsinin 

bağlanma qaydası; Qurana əsasən qadın üçün qoyulmuş qadağalar. 

Müsəlman qadınları elmdə. 

 

Qadın tarixi bəşəriyyətin yalnız yarısına deyil, ona bütövlükdə aiddir. Bəlkə  də 



bəşəriyyətin bir yarısının tarixini digəri ilə, onların hər birini isə «bütövlükdə tarixlə» 

uzlaşdırmaq cəhdindəki  ən vacib dönüş qadınlara bir sosial qrup olaraq yanaşma 

sayəsində baş verdi. Müvafiq olaraq kişilər də müəyyən qender qrupu kimi qəbul 

edilməyə başladı. Bu isə o deməkdir ki, ümumi tarix həm də qender tarixi kimi, yəni 

qarşılıqlı qender təsiri tarixi olaraq araşdırılmalıdır. 

Hər hansı dövrün tarixinin öz aktual siyasi aspekti mövcuddur. Hələ ki qadın bu 

yaxud digər dövrün «tarix kölgəsində» qalır, biz onun verdiyi dərslər  əsasında 

öyrənmək, onun barəsində mühakimə yürütmək, həmçinin bu və ya başqa tarixi 

mərhələdə qender münasibətlərinin səbəb-nəticə  əlaqəsini aşkar etmək imkanından 

məhrumuq. 

Qadının cəmiyyətdəki vəziyyətini və ilkin feodal münasibətlərinin təşəkkül tapdığı 

III-VIII  əsr Albaniyasında, tarixi Azərbaycanda ilkin feodal dövlətinin yarandığı dövrdə 

qadın müstəqilliyi ənənəsinin necə aşkar olunmasına nəzər salaq. 

Qadının cəmiyyətdəki sosial vəziyyəti dövlətin ideologiyasından - dinindən köklü 

dərəcədə asılıdır. Tarixi Azərbaycan da, Qafqaz kimi, dini sistemlərin – konfessiyaların 

(zərdüştlük, iudaizm, xristianlıq və  nəhayət islam) mərkəzi idi. Bütün bunlar qadının 

vəziyyətində də öz əksini tapırdı. 

Əvvəlki mühazirəmizdə qeyd olunduğu kimi, bütpərəstlik dövründə, ellinizm 

dövründə həyatın, cəmiyyətin bütün sahələri qadın üçün açıq idi. Bir çox xalqların sitayiş 

etdiyi və müxtəlif cür adlandırdığı – Artemida, Astarta, Mitra, Anait və s. – Venera 

fahişəliyin dini, məbəd formasını  işıqlandırırdı  və tezliklə aradan götürüldü. İlahənin 

şərəfinə ucaldılan məbədlərdə abırsız orgiyalar keçirilirdi. Ən çox bu kult Kiçik Asiya 

xalqları arasında yayılmışdı  və xüsusən də  məbədin xeyrinə qadın bakirliyinin 

yadellilərə satışı adəti Ermənistanda özünə yer almışdı. Ermənistanın Anaitis 

məbədində özlərini ona sitayişə  həsr edən gənc qızlar xidmət edirdi. Məbədi ziyarət 

edən yadelliləri müəyyən mükafat əvəzində erməni qız və qadınlarının nəvazişi 

gözləyirdi. Strabon xəbər verir ki, ilahəyə xoş  gəlmək üçün yaşına görə, sosial 

statusuna görə uyğun gələnləri seçməyə çalışırdılar. Təsvirə  gəlməyən pozğunluqların 

baş verdiyi «xeyirxah ilahə»yə həsr olunmuş şənliklərə kahinlər özləri başçılıq edirdi. 

Albaniyaya gəldikdə isə burada məbəd fahişəliyi haqda birbaşa yaxud dolayı 

məlumat yoxdur; amma Anaitin fars kultu barədə  məlumat var və torevtikada onun 

təsviri saxlanmışdır. 




 

 

I  əsrdə  Şərqdə yeni xristian dini yaranmağa başladı  və ilk növbədə qadınların 



qəlbinə yol tapdı;  əlbəttə, onu təbliğ edənlər yeni dini yaymaq üçün qadınların ona 

meylinin nə  qədər böyük əhəmiyyətə malik olduğunu düşünə belə bilməzdilər. Aşağı 

təbəqədən olan qadınlar həm iudaizmi, həm də xristianlığı qəbul edirdi, çünki hər iki din 

əziyyət çəkənləri zülmdən, ümidsizlikdən və ruh düşkünlüyündən azad etməyi vəd edir, 

onlarda messiyanın gələcəyinə ümid təlqin edirdi. Roma imperiyasında xristianları hələ 

bir neçə əsr də (314-cü ilə kimi) bir çox yəhudi sektalarından biri hesab edir və başqaları 

ilə yanaşı onu da təqib edirdilər. 

Məlum olduğu kimi, birinci əsrdə xristianlıq hamıdan qabaq cəmiyyətin  ən aşağı 

təbəqələrində özünə yer aldı. Öz ərlərini xristian edə bilməyən ilk xristian qadınlar evini, 

ailəsini atıb gedir və İisusun sözü ilə «göylər səltənətinə çatmaq üçün onun ardınca yola 



çıxırdılar». 

İisus və onun şagirdlərinin – apostolların qadına münasibətinə nəzər salaq. 

Bibliyadan məlum olduğu kimi, İisus Nazaretdə – müxtəlif etnosların (yunanlar, 

siriyalılar, finikiyalılar, xanaanlar, ən çox isə  yəhudilər) yaşadığı kiçik bir kənddə, 

«balaca bir yerdə» böyümüşdü. 

Bütün xüsusiyyətlərinə görə İisus kənd adamı idi və buna görə də öz moizələrində 

yoxsullara, səfillərə, cəmiyyətdəki məzlumlara müraciət edirdi. Onun ardıcılları öz 

mülkiyyətini satmışdı. Ona sitayiş edənlərin əksəriyyətinin bir ürəyi və bir qəlbi vardı – 

və onların heç biri mülkiyyətini özününkü adlandırmırdı, hər  şeyləri ümumi idi (Deyan. 

4,32). Onun düşmənləri - «dəvənin iynə deşiyinə kimi» göylər səltənətinə girə bilməyən 

varlılar idi. 

Qadınların ictimai vəziyyətini yaxşılaşdırmaq vacibliyini nəzərə çarpdırmaq üçün 

İisus cəmiyyətin imtina etdiyi insanlara və cır-cındır içində olanlara müraciət edirdi. 

Mömin bir insanın – İisusun Samariyada pis əxlaqlı qadınla quyu yanında 

açıqcasına söhbət etməsi hətta onun şagirdlərini belə  pərt etmişdi; həmin qadın yeddi 

kişi ilə azad sevgidə yaşayırdı.  İisus heç zaman «Həvvanın qızlarının» günah 

işlətməsini yada salmamış, pis yola düşən qadını qorxuducu nümunə kimi heç zaman 

misal çəkməmişdi.  Əksinə, o deyirdi: «O  şəxsin günahları bağışlanır ki, çoxlarını 



sevmiş» (Luka, 7,47), amma əvf olunmasını rica etmişdir». 

Bir dəfə  «pis iş üstündə yaxalanmış» qadını bir yığın adam daşa basmağa 

hazırlaşırdı.  İisus onu öldürmək istəyən kişilərə müraciət etdi: «Sizlərdən kim 

günahsızdırsa, qoy ona birinci daşı atsın»  (İoann, 8,7). Doğrudan da, kim idi günahı 

olmayan? Onda insanlar aralandı. Boşanmanı isə  İisus qadının günahının olub-

olmamasından asılı olmayaraq rədd edirdi, çünki «allahın birləşdirdiyini insan ayıra 

bilməz» (Mark, 10,9). Deməli, yeni kəbin kəsdirən kişi yaxud qadın zina edir. Birinci 

evangelist Mark bu haqda aydın söyləyir: «Əgər qadın öz ərindən ayrılsa və başqasına 



getsə, (o) zina edir» (Mark, 10,12).  İisusun dövründə qadın nisbətən azad idi, o özü 

boşanmaya nail ola bilərdi. Lakin İisus buna qarşı  çıxaraq hesab edirdi ki, nikah iki 

«mən»dən bir yaratmaq cəhdidir və bu – Yaradanın əmridir; onu pozmaq olmaz. 

Şagirdləri ilə birlikdə bir çox qadınlar da, əsasən də onun xəstəlikdən sağaltdığı, 

şeytandan xilas etdiyi qadınlar  İisusu müşaiyət edirdi. Onların arasında canından 

İisusun «yeddi cin» qovduğu Mariya Maqdalina da vardı (Luka, 8,2). 

Apokrifik Misir İncilində  İisus deyir: «Mən gəldim ki, qadınlığın qiymətini ləğv 

edim». Fomanın yazdığı digər apokrifik İncildə deyilir: «Simen Petr onlara söylədi: 

«Mariya bizdən aralanmalıdır, çünki qadın (əbədi) həyata layiq deyil». İisus etiraz etdi: 

«Bax, mən onu elə aparacağam ki, o kişilərlə, və sizi kişi edən canlı ruhu ilə də bərabər 

olacaq. Çünki kişi ilə  bərabərləşən hər bir qadın göylər səltənətinə daxil olacaqdır». 

Beləliklə, İisusa görə, qadın kişi ilə bərabər ola bilər. 

İisusun dövründən xristianlıqda qadına münasibət eyni deyildi; o, dəyişir, 

sərtləşirdi. Artıq apostol Pavelin moizəsində bu hiss olunur. Apostol Pavelin yaşadığı 

həyat şəraiti onun qadınlara münasibətini müəyyən etmişdi. İisusdan fərqli olaraq, Pavel 



 

 

Kilikiyanın (müasir Türkiyədə) izdihamlı paytaxtında, Tarsın yəhudi icmasında 



böyümüşdü. Burada Artemidaya sitayiş edirdilər; apostol kütlələr üçün onun 

cəlbediciliyini xüsusi qeyd edir və onunla güclü mübarizə aparırdı. 

Artemida məbədi yəhudi olmayan qadınların hamısının sitayiş etdiyi şənliklər 

orgiyası ilə bağlı idi. Artemida misteriyaları qadınların hər mənada azad olduğu Kiçik 

Asiya üçün səciyyəvi olan mənəvi pozğunluq  əlamətləri daşıyırdı. Tarsın qadın 

azadlığına həqarətlə yanaşan Pavel kişi ilə qadın arasında hər hansı ruhi birliyin 

olmasını tam sərtliklə rədd edirdi: «Sizin qadınlarınız kilsədə otursun və sussun» (1.Kar. 

14,34). O deyirdi: «Qadın ərini öyrədə bilməz, ona hökm edə bilməz, amma sükutda ola 



bilər. Çünki əvvəl Adam yaradılıb, sonra isə  Həvva; və Adam yoldan çıxarılmayıb, 

arvadı isə yoldan çıxıb və cinayətə batmışdır» (1.Tim. 2,12-14). Buna baxmayaraq, 

xristianlığa ilk itaət edənlər arasında çox sayda görkəmli qadınlar vardı; məsələn, aktiv 

dini fəaliyyətlə  məşğul olan yəhudi Priskilla. Onun «missioner ciddi-cəhdi» sayəsində 

apostol Pavelin ardıcılları arasında qadınların sayı getdikcə artırdı. 

Fanatik mənəviyyatçı olan apostol Pavel özünün qadın ardıcıllarından yunan 

emansipasiya ideyalarına baş qoşmamağı, dindar qanunlara sədaqətli olaraq dini borcu 

yerinə yetirməyi tələb edirdi. Pavel sevgini «zina», günah, əxlaqsızlıq,  «yüyənsiz 

şəhvət» sayırdı. O, yalnız «ehtirasdan yanan»lara kəbin kəsməyi məsləhət görürdü; 

amma onlar öz instinktlərini dərrakə ilə, mənəviyyatla tarazlamalıdır, «bədən zina üçün 



yox, tanrı üçündür» (1.Kar. 6,13). 

Pavelin ardıcıllarından biri, kilsə müəllimi (II-III əsrlər) Tertullian daha da irəli 

gedərək kəskin və qısa şəkildə elan etmişdi: «Kəbin də zina kimi eyni akta əsaslanır». 

Beləliklə, Pavelin və onun ardıcıllarının fikrinə görə, kəbin nəsil artırmaq üçün (qədimdə 

belə hesab edirdilər) yox, yalnız və yalnız hissi şəhvəti ödəmək üçündür. 

İlkin birlik olan ailədə qadının və  uşağın hansı yer tutduğunu dəqiq anlamaq 

çətindir.  İlkin orta əsrlər dövründə  şübhəsiz ki, qadın asılı  vəziyyətdə idi. O, həyatının 

həmişə təhlükə altında olan kişi kimi cəmiyyətdə hörmətə layiq deyildi və burada nəsil 

artırma qabiliyyəti xeyirdən çox qarğış hesab olunurdu. Xristianlıq qadının maddi və 

mənəvi statusunu yaxşılaşdırmaqdan ötrü çox az iş gördü. Axı başlıca günahın taqsırı 

da onun üstündə idi. Şeytan  əməlləri arasında  ən böyük şər təcəssümü məhz qadın 

sayılırdı. «Ər arvadının böyüyüdür» (Ef. 5,23) – xristianlar Apostol Pavelin bu sözlərinə 

inanır və onu təbliğ edirdi. 

Sonralar da xristian dünyasında artıq heç bir şey qadının ictimai vəziyyətinin 

pisləşməsi prosesini dayandıra bilmədi. Orta əsrlərin qaranlıq zamanı  gəlirdi. Lakin bu 

hələ sonra baş verəcəkdi. 

İlkin xristianlıq dövründə Qərbi Roma imperiyasının süqutundan (476-cı il) sonrakı 

ilk  əsrlərdə xristian qadının geyimi uzun müddət sadə  və yeknəsəng idi, çünki xristian 

kilsəsi bədənin tam örtülməsini tələb edirdi. O zamanlar qadının libası iki (soyuq 

mövsümdə isə bir neçə) – uzun, enli, uzunqollu dondan ibarət idi. Alt paltarın qolları 

adətən daha uzun olur və biləkdən çıxırdı. Donun üstündən enli dördkünc örtük taxır və 

onu çiyində bağlayırdılar. Boyun kəsiyi enli idi ki, donu başdan keçirmək mümkün olsun. 

Əgər donun qabağında uzun kəsiyi olurdusa, onu broşla bərkidirdilər. Sərt xristian 

məhdudiyyətlərinə baxmayaraq, hakim zümrədən olan qadınlar cəmiyyətdə görsənir, 

özünütəsdiqə cəhd edirdilər. 

İlkin xristianlıqda Avropada görkəmli hökmdar qadınlar: Vizantiya imperatoru I 

Böyük Yustinianın arvadı Feodora (VI əsr), Vizantiya imperatoru II Kiçik Yustinin arvadı 

Sofiya (VI əsr), Vizantiya imperiyasının imperatriçası, taxtın sahibi İrina (VIII əsr) 

yaşamışdır. 

Feodora – Vizantiya dövlətindəki maraqlı  və istedadlı qadınlardan idi. Təbiət ona 

gözəllik, qamət, ağıl və hazırcavablıq bəxş etmişdi. Vizantiya imperatoru I Yustinianın 

arvadı olduqdan sonra Feodora faktiki olaraq Vizantiya imperatoruna çevrildi. O, dövlət 

işləri ilə, kilsə məsələləri ilə maraqlanır, dövlət və kilsə məsələlərindən gözəl baş çıxarır 



 

 

və bunlarla əlaqədar I Yustiniana təsir göstərə bilirdi. 532-ci il üsyanında Feodora əsas 



rollardan birini oynamışdı; öz soyuqqanlılığı  və enerjisi ilə o, bəlkə  də dövləti sonrakı 

çaxnaşmalardan xilas etmişdi. Onun müasiri olan yazıçılardan biri Feodoranı 



«əməlisaleh, qısqanc, çətin anlarda təqib olunan xristianlara dəstək olmaq üçün allah 

tərəfindən göndərilən, Xristosu sevən çariçə» adlandırırdı. 

Vizantiya imperatoru II Yustinin arvadı Sofiya da idarəetmə məsələlərində öz ərinə 

yaxşı təsir göstərirdi. 

797-ci ildə Vizantiyada Vizantiya imperatoru Konstantinin anası  İrina öz oğlu və 

imperatoru Konstantini taxtdan salaraq qadının heç bir vaxt hakim səlahiyyət 

daşımadığı bir imperiyanın hökmdarı oldu. Müqəddəs Roma imperiyasının imperatoru 

Böyük Karl Qərbi və Şərqi imperiyanı birləşdirmək məqsədi ilə İrinaya ona ərə getməyi 

təklif etdi. İrina bu təklifi qəbul etdi. Lakin o zaman əzəmətli Aetsinin işə qarışması 

nəticəsində İrina taxtdan salındı və sürgünə göndərildi. 

Albaniyaya gəldikdə isə burada xristianlıq I əsrdə yayılmağa başladı və bu vaxtlar 

apostolların özləri – Varfolomey və apostol Faddeyin şagirdi Yelisey Yerusəlimdən 

Albaniyaya yeni dini təlimi təbliğ etmək üçün göndərilmişdi. Onlar ilk kilsənin  əsasını 

Ordubadda və Kişdə  (Şəki rayonu) qoydular. IV əsrdə alban çarı Urnayr xristianlığı 

dövlət dini elan etdi. Onun varisləri, alban çarları Arşakidlər ölkənin xristianlaşma 

siyasətini davam etdirdilər. Albaniyada ailə  və  cəmiyyətdə, alban hökmdarlarının dini 

siyasətində qadının vəziyyəti yerli yazılı alban mənbələrindən (V-XII əsrlər): Moisey 

Kalankatuyskinin «Albanların tarixi» (VIII əsr); V əsrin Aquen qanun kitablarından; 

Mxitar Qoşanın «Qanun-namə»sindən (XII əsr) məlum olur. Məlum olduğu kimi, IV 

əsrdə xristianlığın tərəfdarları arasında qadınlar da vardı və onlar dini yaymaq məqsədi 

ilə uzaq ölkələrə yola düşür, əzablı ölümə məhkum olurdular. Qafqaz üçün Vizantiyadan 

göndərilmiş iki qız – Ripsime və Qayane Ermənistanda, Nino isə Gürcüstanda təbliğatla 

məşğul idi. Moisey Kalankatuyskinin məlumatına görə, alban məlikəsi, Uti vilayətindən 

olan zadəgan qadın Taquhi əzab tacına layiq görülmüşdü. V əsrin əvvəlində Albaniyaya 

Yerusəlimdən üç ruhani gəldi. Həmin vaxt Albaniyaya hücum edən hunlar Yerusəlim 

ruhanilərini həbs edərək onları mühakimə  və edam etməyə  cəhd göstərirdi. Zadəgan 

Taquhi həmin ruhanilərə böyük qayğı göstərdi. Taquhi hunn sərkərdəsinin çox xoşuna 

gəldi və ona sahib olmaq istədi. Xristianlığın qatı tərəfdarı olan Taquhi duasıyla allahdan 

ona güc verməyi və  sərkərdə ilə mübarizədə ona kömək olmağını istədi. Taquhi 

ruhanilərlə birlikdə əzab içində öldürüldü. Alban tarixçisi nəql edir ki, Taquhinin öldüyü 

yerdə güclü və parlaq işıq yanmışdı. 

Alban qadınları artıq VI əsrdən başlayaraq, kult abidələrin – xristian kilsələrinin, 

ibadət evlərinin tikintisində  fəal iştirak edirdi. Alban tarixçiləri böyük minnətdarlıqla, 

məftunluqla kilsə üçün torpaq sahəsi alan və bağışlayan, öz hesabına kilsə, monastır 

yüksəldən, Albaniyada memarlıq-tikinti sənətinin inkişafına xidmət edən zadəgan 

qadınların adlarını çəkirlər. Belə ki, Stepannos Orbelinin (XIII əsr) xəbər verdiyinə görə, 

ilk monastır alban vilayəti Sünikedə alban zadəganı xanım Varazduxt tərəfindən VI 

əsrdə ucaldılmışdı.  

Alban qadınları barəsində o da məlumdur ki, onlar Yerusəlimdə IV-VIII əsrlərdə 

alban hökmdarları  və zadəganlarının tikdirdiyi alban monastırlarını mühafizə edirdilər. 

Bunlar – Şamxordan Mariya adlı alban qadınının malik olduğu, David qülləsinin yanında 

ucaldılan Bərdə-Bərdinski müqəddəs Ana monastırı; Arsax – Qarabağlı alban qadınına 

məxsus olan Amaras (Kalankatuyski, II, 52) monastırlarıdır. Bu, xristianlığın dövlət dini 

olduğu bir zamanda hökmdarların, ali təbəqə nümayəndələrinin xristianlıq  ənənəsinə 

əsasən, Tanrı kilsəsinin olduğu Yerusəlimdə kilsələr, monastırlar tikdirdiyi dövr idi və 

ölkənin hədiyyəsi kimi yerinə yetirilirdi. Bununla xristianlığa sədaqət xüsusi qeyd 

olunurdu. 

Alban tarixçisi Moisey Kalankatuyski alban knyaginyası Sprama və Şirin haqqında 

maraqlı  məlumatlar verir. Alban qadını  Şirin – şahbanu, fars çarı II Xosrov Pərvizin 




 

 

(591-628-ci illər) arvadı, Nizami və digər  şairlərin «Xosrov və  Şirin» poemasının 



qəhrəmanıdır. 603-604-cü illərdə Albaniyada alban patriarxı Vironun başçılıq etdiyi 

antifars üsyanı yatırdılanda bir çox alban zadəganları  və patriarx Vironun özü II 

Xosrovun arvadı, fars şahbanusu  Şirinin köməyi ilə sağ qalmışdı.  Şahbanu  Şirin «bir 

çox cəhdlərdən sonra çardan hədiyyə olaraq Vironun həyatını ala bildi» (Kalankatuyski, 

P,  14). 5 il ərzində Viro fars sarayında Albaniyadan sürgün olunmuş  vəziyyətdə 

saxlandı.  Şirin II Xosrovun gəlirini pariarxdan almamasına və onu kilsə rütbəsindən 

məhrum etməməsinə nail ola bilmişdi. 

Şirinin və II Xosrov Pərvizin qızı Purandoxt 2 ilə yaxın İrana hökmdarlıq etdi, onun 

ölümündən sonra isə bacısı, yəni Şirinin başqa qızı Azərmidoxt İran hökmdarı oldu. 

Moisey Kalankatuyski digər bir alban qadını – böyük alban knyazı Varaz-Trdat 

Mihranidin arvadı knyaginya Sprama barəsində də maraqlı məlumatlar verir. 705-ci ildə 

Varaz-Trdat beş oğlu ilə birlikdə Vizantiyada girov saxlanarkən, onun arvadı knyaginya 

Sprama Albaniyanın patriarxı Nerses-Bakurla danışığa girərək Albaniyada hökm sürən 

monofizitlik  əvəzində pravoslaviye (diofizitlik) tətbiq etmək (yəni xristianlığın bir 

istiqamətinin başqası ilə  əvəz olunması) qərarına gəldi. Nerses-Bakur və Sprama 

gizlincə pravoslaviyanı qəbul edərək onu ölkədə yaymağa cəhd göstərdilər. Bu hərəkəti 

ilə knyaginya Sprama Vizantiyada, Vizantiya imperatorunuda özünə qarşı  rəğbət 

doğurmaq istəyirdi. Çünki Vizantiyada pravoslaviye mövcud idi və Vizantiya hökmdarları 

da Qafqaz ölkələrini və Albaniyanı da o cümlədən, özü ilə eyni dinli etmək istəyirdilər. 

Bu yolla onlar Qafqazı idarə etmək fikrində idi. Albaniyanı pravsolav edərək Sprama 

Vizantiyadan  ərini və  oğlanlarını xilas edərək qaytarmağa ümid edirdi. Lakin onun bu 

planı ərəblərə məlum oldu və Sprama edam olundu. 

Alban qadınının ailədəki vəziyyəti barədə V əsrə aid alban hüquq sənədlərində – 

alban çarı III Vaçaqanın Kanonlarında (Aquen kanonları) məlumata rast gəlirik. 

Sırf hüquqi xarakter daşıyan  10,  11-ci kanonlar ailə-kəbin hüquq normalarını  əks 

etdirir. 

10-cu kanonda oxuyuruq: «Kişi üçüncü dərəcəli qohumluq əlaqəsində olan qadınla 

və qardaşının arvadı ilə evlənə bilməz». Bu kanon tamamilə Bibliyaya gedib çıxır ki, 

orada üçüncü dərəcəli qohumluq əlaqəsində olan qohumlar arasında kəbin qadağan 

edilmişdi. Moiseyin qanunu kimi (Bibliya), alban xristianlığı da belə  kəbinləri cinayət 

hesab edir və ciddi cəzalandırırdı. Bu normalar ilkin xristianlıqda, «apostol kanonları»nın 

34-cü maddəsində  və  həmçinin V əsrin Siro-romey qanunnaməsinin 54-55-ci 

maddələrində də əksini tapmışdı. 

Amma Bibliyada daha bir bənd vardı: «Moisey söylədi: kim uşaqları olmadan ölsə, 

qoy onun qardaşı onun arvadını özünə götürsün və qardaşının ailəsini bərpa etsin» 

(Matfeyin Yevangeliye kitabı. Fəsil 22, s.24). 

Məsələ burasındadır ki, xristianlığa qədər Albaniyada atəşpərəstlik, zərdüştlük 

yayılmışdı ki, yaxın qohumlar arasında kəbini həvəsləndirirdi. Və bu, Albaniyada geniş 

vüsət almışdı. Sonralar, VIII əsrdə  Bərdədə  (16-cı maddə) yığılmış alban məbədi 

dördüncü dərəcəli qohuma evlənməyi qadağan edərək, kişiyə yalnız beşinci dərəcəli 

qohumluq əlaqəsində olan qadınla evlənməyə icazə verdi. 

11-ci alban kanonunun birinci yarısı da ailə-kəbin hüququna həsr olunmuşdur: 



«Kim qadını  səbəbsiz yerə atsa və kim qadını  kəbinsiz alsa, kim imansız və 

adamöldürən olsa, belələrinin  əlini bağlamaq, çar sarayına gətirmək və  əzablı ölümə 

məhkum etmək gərəkdir». Göründüyü kimi, ən ağır cinayətlər çar hökmü ilə araşdırılır 

və  həyata keçirilirdi. Qadını  səbəbsiz atmaq, yəni boşamaq (kişi tərəfindən) cinayət 

dərəcəsinə görə ölümlə  bərabərləşdirilir və bu səbəbdən də eyni səviyyədə 

cəzalandırılırdı.  

Belə ki, alban kilsəsi ailənin və arvadın-qadının mühafizə olunmasının təminatçısı 

rolunda çıxış edirdi. Xristianlıq dövründəki alban reallığından məlum olur ki, alban 




 

 

qadınları  cəmiyyətin dini ideoloji həyatında – yeni dinin yayılmasında, ayin tikintisində 



iştirak etmişdir. 

İndi isə islamın qəbul edildiyi dövrdə, islam dünyasında qadının ailədə, 

cəmiyyətdəki vəziyyətinə nəzər salaq. 

Elmdə uzun müddət Avropa alimlərinin, oriyentalistlərinin ictimai və şəxsi həyatda 

müsəlman qadının rolu və yeri haqda yanlış fikri üstünlük təşkil edirdi. Onların fikrincə, 

müsəlman qadını sadəcə arvad, hərəmxana dustağı olmuşdur. Qadının hüquqsuzluğu, 

kişi və qadının tam bərabərsizliyi barədə fikir hökm sürürdü. 

Quranın və  hədislərin meydana gəlməsi müsəlman  Şərqində qadının sosial və 

hüquqi vəziyyətində çox böyük dönüş yaratdı. 

İslam dini – yayılmasında özündən  əvvəlki dinlərdən fərqli olaraq təbliğatçı  və 

missionerləri olmayan unikal bir dindir. Bu dini etnoslar kompakt şəkildə qəbul edirdilər. 

Heç bir din, heç bir cəmiyyət qadına islamdakı  qədər yüksək və hörmətli bir yer 

ayırmamışdı. Müsəlman qadını  hər  şeydən  əvvəl  əri tərəfindən həm kəbində, həm də 

ondan sonra – boşansa, yaxud əri ölsə belə - maddi cəhətdən təmin edilir. 

 

 

«Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! 



 

Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar,  

onu halal olaraq, nuşcanlıqla yeyin! 

 Amma 

arvadınız ağılsızdırsa, malınızı ona vermək lazım deyil». 

 «Onları həmin maldan yedirib geyindirin və özlərinə xoş söz deyin»  

(Quran. Surə 4. Qadınlar, 4,5) 

 

Qurana  əsasən, Allahın izn verdiyi şeylərdən boşanma Allaha ən xoş 



getməyənidir, buna görə də ona yol verməmək üçün bütün imkanlardan istifadə etmək 

lazımdır. Söhbət ərini saxlamaq üçün qadının maddi imkanlarından (Quran, 4-Qadınlar, 

128), «birgə razılığa gəlməkdən» gedə bilər; həmin surənin (4) 129-cu ayəsində isə 

söhbət hər iki tərəfi razı salan və kəbinə dəstək olan şifahi razılıqdan gedir. 

 

  «Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan)  



çəkinsəniz, ( bu sizin üçün daha yaxşı olar). Əgər özünüzü  

islah edib (belə hərəkətlərdən) çəkinsəniz, (allah sizi bağışlar)». 

 

Quranın ayrı-ayrı surələrində boşanma prosesinə çoxlu maddələr-ayələr həsr 



olunmuşdur. 

Arvadı ilə ünsiyyətdə olmamağa söz verən kişilər üçün boşanma qanunvericiliyi 

ərlə-arvad üçün bir dam altında dörd ay gözləmə müddəti təyin edir. Əgər bu dövr 

ərzində ər arvadına müraciət edərsə, kəbin bərpa olunur. Əgər boşanma labüd olarsa

islam qanunvericiliyinə əsasən, boşanmış qadın hamiləliyin olması yaxud olmamasının 

təsdiqi məqsədi ilə «üç heyz» (üç dəfəlik aybaşı) müddətini gözləyir. Arvad hamilədirsə, 

kəbin bərpa olunur. «Onlar barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha 

çox haqlıdırlar. Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların 

da onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər onlardan bir dərəcə 

üstündürlər» (Quran, 2 – İnək, 228). 

Boşanma iki pillədə mümkündür: əvvəl münasibətlər müəyyən müddət üçün heç 

bir mərasimsiz kəsilir və bundan sonra arvadı sadəcə geriyə qəbul etmək olar. 

Kişi  «kəbində olduğu müddətdə arvadına verdiyi hədiyyələri geri ala bilməz» 

(Quran, 2 – İnək, 229). Lakin ər boşanmanın islamda nəzərdə tutulan maddi tərəfini 

təmin edə bilməzsə  və arvadını boşamaq istəməyərək eyni zamanda onu arzulayır və 

öz gücsüzlüyündən qəzəbini onun üstünə tökürsə, belə hallarda arvad xərci ödəyə bilər 

(Quran, oradaca). 




 

 

Boşanma zamanı  təyin olunmuş müddət keçərkən  ər arvadını  ləyaqətlə geriyə 



qaytarmalı, ya da ləyaqətlə onu azad etməlidir. Amma onu iradəsinə qarşı saxlamamalı, 

ona pislik etməməli, pis hərəkət etməməlidir (Quran, 2- İnək, 231). 

Kəbini mühafizə etmək üçün quranda kişi ilə arvad arasındakı münasibətlərin 

pozulmasına dair hər bir hal nəzərdə tutulmuşdur. Boşanan ərlə-arvadın könül yaxınlığı 

və birliyinin aşkar olunması və sınaqdan keçməsi cəhdi xüsusi maraq yaradır. 

 

   Əgər kişi övrətini yenə də boşarsa, 



 O zaman qadın başqa bir ərə getməmiş ona (əvvəlki ərinə)  

 halal olmaz. İkinci əri onu boşadıqdan  

 sonra Allahın hökmlərini yerinə yetirəjəklərinə inamları  

 olduğu təqdirdə həmin qadının əvvəlinci əri ilə təkrar  

 evlənməsində günah yoxdur.  

(Quran, 2 – İnək, 230). 

Quranın surələrində müsəlman icmalarında kişilərin bir çoxunun məhv olduğu 

yaxud yaralandığı  və  nəticədə çoxlu yetimin, dul və  ərə getməmiş qadınların qaldığı 

döyüşlərdən sonra qarşılaşdığı sosial və  mənəvi problemlərə toxunulur. Qadınların 

sosial və maddi müdafiəsi, absolyut sayda qadınların ailə  və övlad sahibi olmaq kimi 

mənəvi hüquqla təmin etmək üçün poliqamiyanın rəsmi  şəkildə leqallaşması  məsələsi 

meydana çıxır. 

 

Əgər onlarla ədalətlə rəftar edə bilməyinizdən qorxarsınızsa,  

O zaman sizə halal olan başqa qadınlardan iki-üç və dörd  

nəfərlə nikah bağlayın!  

 (Quran, 4- Qadınlar, 3). 

 

İslamda dördə qədər arvad almaq vacibliyi yoxdur, buna təkcə icazə var; amma o 



şərtlə ki, eyni zamanda kişi arvadların hamısı ilə ədalətlə rəftar etsin. Üstəlik də yerinə 

yetirilmədiyi halda birdən artıq arvadı saxlamağın günah sayıldığı şərtlər də mövcuddur. 

Birinci və  ən vacib şərt – kişinin maddi imkanıdır; o maddi cəhətdən varlı olmalıdır ki, 

birdən artıq arvad saxlaya bilsin. Kişi arvadını hər bir şeylə təmin etməlidir, yəni qadın 

gündəlik gücü çatmayan əziyyətdən azad olmalıdır.  İslamda qadın bu cür yüksəkliyə 

ucaldılmışdır. 

Allahın elçisi olan Məhəmməd peyğəmbər son həcc zamanı özünün son 

xütbəsində söyləmişdi: «Arvadlarınızı incitməyin! Yaradan Allah onları sizin himayənizə 



vermişdir. Onlara qarşı ürəyiyumşaq və  əliaçıq olun». Quranda deyilir: «Qadınlarınız 

sizin övlad əkdiyiniz tarlanızdır, istədiyiniz vaxtda öz tarlanıza gəlin» (Quran, 2- İnək, 

223). 


Quranın 2-ci surəsinin 223-cü ayəsindəki «Qadınlarınız – sizin tarlanızdır» sözləri 

qadının təbii quruluşunu bildirir – yalnız qadın uşaq doğa və əmizdirə bilər; bu isə onun 

ən başlıca nəsibidir – uşaq doğub tərbiyə etmək. Sonsuzluq tale cəzası kimi qəbul 

olunurdu. 

Hesab edirik ki, «hər bir halda doğmaq və  əmizdirmək – faliyyət deyil, təbii 

funksiyadır. Bunlarda heç bir proyekt yoxdur; buna görə  də qadın burada öz 

mövcudluğunu tapması barədə  təkəbbürlü təsdiq üçün bir bəhanə görmür; o, passiv 

şəkildə özünün bioloji taleyini yaşayır. Onun bədbəxtliyi bundadır ki, qadın bioloji olaraq 

həyatı  təkrar etməyə  məhkum olunmuşdur»  deyən Simona de Bovuar (Simona de 

Bovuar. Vtoroy pol.// M., Proqress, 1997, 7.1. Faktı i mifı) böyük səhv edir. Bu sitatda 

hər şey mübahisə doğurur. «Doğmaq və əmizdirmək» - hərfi məna daşıyır, amma təkcə 

hərfi yox; bəs böyütmək, tərbiyə etmək – bu fəaliyyət deyilmi? Özü də necə bir 

məsuliyyətli, nəcib və lazımlı! Bəşəriyyətin ilkin dövrləri istisna olmaqla «doğmaq və 

əmizdirmək» demək olar ki, həmişə ailəyə, nəslə, cəmiyyətə proyeksiya olunmuşdur. 




 

 

Məyər qadın burada bəzi istisnalar olmaqla «öz mövcudluğunun təkəbbürlü isbatı üçün» 



bəhanə görmürdümü və görmürmü? Axı bundan qabaqkı mühazirədə, elə ümumiyyətlə 

bir çox tədqiqatlarda nümayiş olunduğu kimi, hələ siniflərdən  əvvəlki və ilkin sinifli 

cəmiyyətlərdə doğum aktı, yedizdirmə sayəsində bütün xalqlarda ilk allahlar elə qadın 

ilahələri idi və onlara səcdə edirdilər. 

Quranda kişi və qadının qarşılıqlı bağlılığı, qarşılıqlı asılılığı fikri bir çox dəfə təkrar 

olunur. 


«Siz hamınız bir-birinizdən yaranmısınız»  

(Quran, 4 – Qadınlar, 2,5). 



«İstər kişi, istərsə də qadın olsun 

Mən heç birinizin əməlini puça çıxarmaram, 

Siz hamınız bir-birinizdənsiniz»  

(Quran, 3 – İmran ailəsi, 195). 

 

Quranda Həvvanın Adamın qabırğasından yarandığı haqda ideya təsdiq olunur ki, 



bu hələ Bibliyada və xristianlıqda öz əksini tapmışdı. 

Hesab edirik ki, bunu kinayə ilə  şərh etmək yersizdir. Çünki Yaradan belə 

istəmişdir. 

Bununla bağlı olaraq Simona de Bovuar yazır:  «Həvva kişi ilə eyni vaxtda 



yaranmamışdır; onu hansısa bir materialdan deyil, amma Adamın hazırlanması üçün 

istifadə olunan həmin gildən də düzəltməmişlər – o, ilk kişinin qabırğasından çıxmışdır. 

Onun doğulması özü avtonom olmamışdır» (oradaca). Sual yaranır: bəs niyə qadında 

Adama dəstək, kömək görməyəsən? Axı müqqədəs yazılara əsasən, o elə bu məqsədlə 

yaradılıb. Bunda onların qarşılıqlı asılılığını, tam vəhdətini, ayrılmazlığını görmək 

lazımdır. 

Quran cinsi mənsubiyyətindən asılı olmayaraq, mömin olan kişi və qadının törətdiyi 

yaxşı işlər üçün bərabər mükafat vəd edir. 

 

    

«Mömin olmaqla bərabər yaxşı işlər görən 

   Kişilər və qadınlar Cənnətə daxil olarlar. 

   Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!»  

(Quran, 4- Qadınlar, 124). 

 

İslamda qadının kommersiya ilə, elmlə, əkinçiliklə məşğul olması, digər ixtisasları 



da mənimsəməsinin məcbur olmadığına baxmayaraq, icazə verilən yolla pul qazanmaq 

ona qadağan olunmur. Müsəlman qadınına naməhrəm kişilərə başıaçıq, dirsəyi və qıçı 

açıq vəziyyətdə görsənmək haram sayılır. Həmçinin bədəni kip tutan paltarda, kişi 

şalvarında, idman kostyumunda insan qarşısına çıxmaq qadağandır. 

 Qadınların etdiyi günah üçün kişilər də  məsuliyyət daşıyır. Arvadın qüsuru üçün 

onun  əri də cavabdeh hesab olunur. Ərsiz qadınların işlətdiyi günah üçün onların 

ataları, qardaşları  və sonra onların kişi qohumları  məsuliyyət daşıyır. – onlara günah 

işlətməyə imkan verdikləri və onları vaxtında öyrətmədikləri üçün. Qadınlar isə kişilərin 

günahı üçün cavabdeh deyillər. 

 Ərin arvadı qarşısında vəzifələri haqqında özünün «Mərifətnamə» kitabında 

İbrahim Həqqi (1195/1781 il) qısa şəkildə yazmışdı. Aşağıdakı məlumatlar lazımi qədər 

obyektiv  şəkildə  qızlarımıza, bacılarımıza və arvadlarımıza hörmətli və  ədalətli 

münasibət tövsiyyə edən müddəaları əks etdirir. 

 

1.  Arvadınla münasibətdə mehriban, yolagedən olmalısan. Məhəmməd peyğəmbər 

demişdi:  «Sizlərin aranızda  ən yaxşı,  ən xeyirli müsəlmanlar o şəxslərdir ki, öz 

arvadına lazımlıdır və onunla xoş münasibətdədir». 

2. Evə gələrkən arvadınızı salamlayın və onun işləri, ovqatı ilə maraqlanın. 




 

 

3. Onu təklikdə oturan, məyus görsəniz, tez baş verən hadisə ilə maraqlanın. Onun 



probleminin həllində  ən fəal  şəkildə  iştirak edin. Onu necə sevdiyinizi və onun 

məyusluğuna şərik olduğunuzu və baş vermiş hadisə ilə bağlı peşiman olduğunuzu 

ona söyləyin. Ona xoş gələn sözlərlə arvadınızı sakitləşdirin. 

4. Onu sakitləşdirmək üçün həmin məqamda edə biləcəyinizin mümkün olmadığı 

şeyləri də vəd edin. Sizdən başqa onu kim sakit edə bilər. Axı o bütün gün ərzində 

evdən çıxmır və bütün ümidini sizə bağlamışdır. Axı siz Allahın əmri ilə onun üçün 

həm ailəni dolandıran, övladları tərbiyə edən, həm də yeganə sevgili insansınız. 

5. Arvadınıza uşaqların tərbiyəsində  fəal köməklik göstərin. Axı balaca uşaq öz 

nadincliyi ilə anasına nə gecə, nə  də gündüz rahatlıq vermir. Balacalardan bir az 

böyükləri isə hələ çox şeyi anlamır və analarını tez-tez məyus edirlər. Buna görə də 

arvadınıza hər işdə kömək etməyə çalışın və Allah sizə yar olsun. 

6. Arvadınızı (bacardığınız səviyyədə) ölkənizdə geyinilən ən yaxşı alt və üst paltarı ilə 

təmin edin. Ev şəraitində onu bəzəyin. İstədiyi hər şeyi geyindirin. 

7.  Arvadınızı döyməyin. Quranın 4-cü – «Qadınlar» surəsində (34-cü ayə) deyilir: 

«Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə 

üstün etməsi və kişilərin öz mallarından (qadınları üçün) sərf etməsinə görədir. 

Əməlisaleh qadınlar (ərlərinə) itaət edir; özbaşınalıq etmələrindən qorxduğunuz 

qadınlara nəsihət edin, (yola gəlməzlərsə) onlardan yatağınızı ayırın. Bu da kömək 

etməsə, onları yüngülcə vura bilərsiniz». 

 

İslamda qadına münasibət yüksək olduğundan  şəriət kişiyə  əvvəlcə onu cəzanın 



daha sərt olduğu  ədalət məhkəməsinə tapşırmayaraq, özünün yola gətirməsinə icazə 

verir. 


 Quranın Məhəmməd peyğəmbər ilə qadınların razılaşma bağlanmasına dair ayəsi 

(60) Məkkənin müsəlmanlar tərəfindən alınmasının birinci günü göndərilmişdi. Bu ayədə 

deyilir: «Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq 

və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, özgə kişilərdən olan uşaqlarını 

yalandan  ərlərinə isnad etməyəcəkləri və heç bir bəyənilən işdə  sənin  əleyhinə 

çıxmayacaqları barədə  sənə and içsələr, andlarını  qəbul et və Allahdan onların 

bağışlanmasını dilə – axı Allah bağışlayan və rəhm edəndir!» (Quran, 60, 12). 

Quranda varislər arasında mülkiyyətin bölünməsinə  həsr olunan xüsusi ayələr 

vardır: oğulun payı iki qızın payının cəminə  bərabərdir; lakin ailədə iki və daha artıq 

yalnız qız uşağı varsa, atanın qoyduğu mirasın üçdən ikisi onlara düşür; ailədə yalnız bir 

qız varsa, mirasın yarısı onundur; övladı olan təqdirdə vəfat edənin ata və anasının hər 

birinə mirasın altıda bir hissəsi verilir; əgər övladı olmayıbsa, ana mirasın üçdən bir 

hissəsini alır; miras qoyan atanın qardaş  və bacıları varsa, anaya mirasın altıda bir 

hissəsi düşür (Quran, 2 – «Qadınlar», 11, 176). «Hər kişi cinsindən olana qadına düşən 



payın iki misli verilir». 

Əgər müsəlman qadının vəziyyətini Qərbi Avropa qadınının vəziyyəti ilə müqayisə 

etsək, görərik ki, Merovinqlər və Karolinqlər dövründə (VI əsr) qüvvədə olan məşhur 

frank «Salik həqiqəti»ndə qadınlar mülkiyyət hüququndan tamamilə məhrum idi – miras 

yalnız qanuni və qanunsuz doğulmuş oğullar arasında bölüşdürülürdü. 

 İslam qız atasına, sonra isə onun ərinə öz qızına və arvadına dini qaydaları 

öyrətməyi tövsiyyə edir. Əgər ata yaxud ər öz qızına yaxud arvadına dini tərbiyə 

verməkdən boyun qaçırırsa, bilməlidir ki, müqəddəs Quranda onları gözləyən sərt cəza 

tədbirləri barəsində çoxlu məlumat verilmişdir. Belə hallarda qadın dini bilik 

mənimsəmək üçün başqa yerə getmək hüququna malikdir. Bu fakt İslamda biliyə verilən 

yüksək qiyməti bir daha təsdiq edir. 

İslam dünyasında hədislər barəsində elmin inkişafı sahəsində hələ onun başlanğıc 

dövründə belə qadının rolu böyük idi. Belə ki, hədislərin yayılması  və öyrənilməsində 

Məhəmməd peyğəmbərin üç arvadı  əlamətdar rol oynamışdı. Onların arasında Ayişə 




 

 

daha böyük nüfuza malik idi ki, onun hüquq sahəsindəki və  həm hüquqi, həm də dini 



işlər sahəsindəki fikri və qərarları ilə ilk üç xəlifənin – Abü Bəkrin, Ömərin və Osmanın 

(VII  əsr) hökmdar olduğu çətin dövrlərdə hesablaşırdılar. Rəvayətdə  Məhəmməd 

peyğəmbərə aid olunan sözlər belədir:  «Elm öyrənmək hər bir müsəlman – həm kişi, 

həm də qadın üçün vacibdir». 

Məhəmməd peyğəmbərin ölümündən bir az əvvəl müəyyən vaxt ərzində yalançı 

peyğəmbərlər arasında Sacaq adlı bir qadın  ərəb çarlıqlarının birində hökmdar idi. 

Amma uğursuzluğuna qədər də o hökmdar kimi və baş komandan kimi hərəkət edərək 

digər yalançı peyğəmbərlə – Müseylima ilə danışıqlar aparırdı. 

Beləliklə, bu gün üçün son müqəddəs kitab sayılan Quranda qadına münasibət 

şərh olundu və islam qadınının hüquq və vəzifələrinin bütün aspektləri göstərildi. Amma 

məlum olduğu kimi, müsəlman ölkələrinin keçmişdəki və bu günkü tarixi reallıqları heç 

də hər zaman Tanrı Qanunlarına müvafiq olmur. 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI 

 

1.  Бахрис  Учок.  Женщины – правительницы  в  мусульманских  государствах. – 



Москва, 1982 

2.  Библия 

3.  Вардиман Е. Женщина в древнем мире. Москва, 1990 

4.  Жак ле Гафф. Выдержка из книги «Цивилизация средневекового Запада» 

5.  История Азербайджана. Под ред. И.Алиева. Баку, 1995 

6.  Каланкатуйский Моисей. История албан. СПб, 1861 

7.  Карпов  Ю.Ю.  Кавказская  женщина:  мировоззренческие  предпосылки 

общественного статуса. // ЭО. 2000., № 4 

8.  Клименко  Л.В. (г.Ростов).  Властные  отношения  в  традиционных  обществах 

Северного Кавказа 

9.  Коран 

10. Мамедова  Фарида  «Политическая  история  и  историческая  география 

Кавказской Албании». Баку, 1986 

11. Фарида  Мамедова.  Агуэнские  каноны – древнейший  памятник  албанского 

права. «История  албан»  Моисея  Каланкатуйского  как  источник  по 

общественному строю средневековой Албании. Баку, 1977, Стр. 153-180. 

12. Очерки по истории Византиии. Под ред. В.Н.Бенешевича. Вып. II, СПб, 1912 

13. Симона де Бовуар. Второй пол. // М: Прогресс. 1997, 7.1. Факты и мифы 

14. Смирнова Я.С. Трудовые роли и статусы женщины в традиционных обществах 

народов Кавказа. // ЭО. 1997, № 4 



15. Шарапова Ольга. По материалам журнала «Силуэт» 

 

Document Outline

  • Movzu 2. AZ?RBAYCAN QADINI ILKIN ORTA ?SRL?R
  • DOVRUND? (III – VIII ?SRL?R)
      • ISTIFAD? OLUNMUS ?D?BIYYATIN SIYAHISI

Yüklə 232,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə