Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə30/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   26   27   28   29   30   31   32   33   ...   66

94
Müctəba Sadət
na toxunub. Bu da İmam Mehdinin varlığına iltizami dəlillə ay-
dın şəkildə dəlalət edir. Həmin ayələrdən bəzilərini seçirik:
Allah-təala buyurub: “O gün bütün insanları öz imamları ilə 
birlikdə çağıracağıq”.
86
Həmçinin  buyurub:  “Sən  yalnız  xəbərdarlıq  edənsən,  hər 
bir qövmün hidayeticisi vardır”.
87
Həmçinin  buyurub:  “Ey  iman  gətirən  kəslər,  Allaha  itaət 
edin, Elçiyə və sizdən olan əmr sahiblərinə itaət edin”.
88
Sabiq ayələr imamət əqidəsinə işarə edir, Məhdəviyyət qa-
lıcı və hazırkı (hal-hazırda olan) imamətin özüdür.
İkinci: Qurani-kərim haqq-ədalətin bütün yer üzərinə ya-
yılmasına müjdə verib. Dünyanın bəşəriyyətin xilaskarı İmam 
Mehdinin  əli  ilə  şəfəq  saçan  dövrlə  bəhrələnəcəyi,  iman, 
haqq-ədalətlə dolacağı barədə ilahi vədə və səmavi müjdə var-
dır. Biz bu ayələrdən əsaslarını seçirik:  
Allah-təala buyurub: “Allah sizlərdən iman gətirib yaxşı iş-
lər  görənlərə  vəd  etmişdir  ki,  özlərindən  əvvəlkiləri  varislər 
etdiyi kimi onları da yer üzünün varisləri edəcək”.
89
Həmçinin  buyurub:  “Biz  Zikrdən  sonra  (nazil  etdiyimiz)
kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qul-
larım varis olacaqlar”.
90
Həmçinin buyurub: “Biz istəyirik ki, həmin yerdə aciz qalan-
lara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək”.
91
İlahi vədə gerçəkləşməmiş və İslamın yer üzərində başçı-
lıq edəcəyi həmmin gün baş verməyib. Biz gözlənilən Mehdinin 
zühuru ilə bunun gerçəkləşməsinin intizarındayıq.
86
 İsra, 71
87
 Rəd, 7
88
 Nisa, 59
89
 Nur, 55
90
 Ənbiya, 105
91
 Qasas, 5


95
Məhdəviyyət haqqında nəzərlər
Üçüncü: Qurani-kərim zühur əsrinin bəzi əlamətlərini qeyd 
edib. Bununla əlaqədar bir neçə Quran işarə və dəlalətləri var-
dır ki, dünyaya və möminlərə gözlənilən Mehdinin qiyamıyla 
yanaşı baş verəcək hadisələri xəbər verir. Biz həmin ayələrdən 
bəzisini qeyd edirik.
Allah-təala buyurub: “Dinlə! O gün carçı yaxın bir yerdən 
çağıracaqdır.  O  gün  onlar  bu  səsi  həqiqətən  eşidəcəklər.  Bu, 
çıxış günüdür”.
92
 Səmavi nidanın əlamətinin misdaqı (bu qəti 
əlamətlərdəndir) budur ki, səmadan Ramazan ayında, Qədr ge-
cəsində səs və nida gələcək, onu yer əhalisinin hamısı, öz dillə-
rində eşidəcəkdir.
Allah-təala buyurub: “Biz istəsəydik, göydən onlara elə bir 
əlamət göndərərik ki, onun önündə başları itaətkarlıqla əyilər-
di”.
93
  Günəşin  yerində  durma  əlamətinin  misdaqıdır  (qəti  ol-
mayan  əlamətlərdəndir).  O  da  budur  ki,  günəş  zöhrdən  əsrə 
qədər olan müddətdə hərəkətsiz olaraq öz yerində qalacaq. Bu, 
Rəcəb ayında baş verəcəkdir.
Allah-təala buyurub: “Ey Kitab verilmiş şəxslər! Üzləri sıyı-
rıb arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyi-
miz kimi onları da lənətləməmişdən öncə yanınızda olanı təs-
diqləyici (kimi) nazil etdiyimizə iman gətirin!”
94
Beyda çölündə 
çökmək əlaməti üçün nümunədir (qəti əlamətlərdəndir). O da 
Süfyaninin döyüş qoşunu sayılan, Mehdinin Məkkədə zühur et-
diyi əsnada həmin qoşundan olan kəslərin simalarının arxaya 
çevrilməsidir.
Bu misallar vəd olunan günün əlamətlərindən bəzilərinin 
nümunələridir, habələ zühur nişanələrindəndir ki, Qurani-kə-
rim  açıqlayıb.  Habelə  bir  sıra  şərafətli  rəvayətlər  gözlənilən 
Mehdinin zühur əlamətlərini təfsir etmişdir.
92
 Qaf, 41-42
93
 Şuəra, 4
94
 Nisa, 47


96
Müctəba Sadət
Bunu  qeyd  edək  ki,  gözlənilən  Mehdi  ifadəsi  Quranda 
açıq-aydın qeyd olunmayıb. Lakin bəzi ayələr vardır ki, gözlə-
nilən Mehdi barədə təfsir olunub. İmamiyyə məktəbinin malik 
olduğu çox sayda kitabları və bəhsləri vardır ki, “İmam Mehdi 
Quranda” mövzusu barədə söz açıb. Başqa İslam  irqələri isə 
əksinə, onlar bu cür kitablardan yoxsuldurlar.
Misal  olaraq  imamiyyənin  bu  barədə  olan  kitablarından 
qeyd edək:
* Seyid Haşim Bəhrani, “əl-Muhəccətu  iyma nəzələ  il-Qa-
imil-Huccət”.
* “Əl-Mehdi  il-Qurani vəs-sunnə”.
* Möcəmu əhadiysil-İmamil-Mehdi (təfsir olunan ayələr), 
beşinci cild, İslam maari i müəssisəsində elmi heyət.
Bu qaynaqlar Peyğəmbər və Əhli-beytdən nəql olunan hə-
dis və rəvayətləri qeyd edib ki, ayələrin təfsiri, onların təvili, 
yaxud tətbiqi, ya da Məhdəviyyət məsələsi barədə şahidlik et-
məsi haqqında gəlib. 
Şərafətli Sünnə:
İslamda  Məhdəviyyət  məsələsinin  dərin  kökləri,  hədis 
cəhətindən səhih və əsaslı olan ali dərəcələri vardır. Belə ki, İs-
lamda Məhdəviyyət məsələsini ilk açıqlayan Peyğəmbərin özü 
olub. O, ümmət üçün hər bir yığıncaq və toplantıda onun zühu-
runa işarə edirdi. Fürsət düşən kimi bunu xəbər verirdi. Belə 
ki,  Mehdi,  onun  xəbərləri,  zühur  əlamətləri  barədə  şərafətli 
nəss və rəvayətlər təvatür həddindədir. Demək olar ki, Mehdi 
mövzusu hədis və rəvayətlərdə geniş bir yer tutub.
Nübuvvət Əhli-beytinin sütunları, pak imamlar, o kəslər ki, 
nübuvvət  və  Kitab  elminin  varisləridir.  O  kəslər  ki,  Allah  on-
ları seçmiş, ümmətə başçılıq etmək, nübuvvətdən sonra uzun 
zaman  boyu  müraciət  olunmaları  üçün  onları  hazırlamış  və 
layiq görmüşdür. O kəslər ki, Allahın Rəsulu – onlar arasında 
doqquzu hələ dünyaya gəlməmişdən öncə adlarını çəkmişdir 


97
Məhdəviyyət haqqında nəzərlər
eyni  ikirdə  olmuşlar  ki,  Allah  rəsulunun  gözlənilən  Mehdini 
müjdə vermiş və onun adını çəkmişdir. Onlar “M-h-m-m-d” ibn 
Həsən ibn Əli ibn Muhəmməd ibn Əli ibn Musa ibn Cəfər ibn 
Muhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib. Peyğəm-
bərin nəvəsi, qızı Fatimə Zəhranın nəvəsidir və ona Əbülqasim 
künyəsi verilib. Həmçinin həmin şəxslər Allah Rəsulunun onun 
dəqiq xüsusiyyətlərini vəsf etmiş olduğunu eşidiblər. Həmçinin 
zühurunun qəti olduğunu vurğuladığını bu Mehdinin Əhli-beyt 
imamlarının  on  ikinci  olmasını  eşitmişlər.  Beləcə,  nübuvvət 
Əhli-beyti gözlənilən Mehdinin adını, atasının, babasının adını 
və künsəyini qeyd ediblər.
Biz bir neçə səhih, mütəvatir nəbəvi hədislərindən bəzilə-
rini qeyd edirik ki, İmam Mehdinin doğulması və hal-hazırda 
varlığına dəlalət edir. Bu rəvayətlər onun ünvanında gəlməmə-
sinə baxmayaraq, dəlaləti aydındır:
Allahın  Rəsulunu  buyurub:  “Mən  sizin  aranızda  iki  ağır 
əmanət qoyub gedirəm: Allahın kitabını və itrətim əhli-beyti-
mi. Onlardan biri digərindən böyükdür. Hovuz kənarında yanı-
ma gələnədək bir-birindən ayrılmayacaqlar”.
95
Cabir  ibn  Səmurə  deyib:  “Mən  Peyğəmbərin  yanına  daxil 
oldum. Onun belə dediyini eşitdim: “Bu, aralarından on iki xə-
lifə keçməyənədək sona çatmayacaqdır”. Sonra elə bir söz da-
nışdı ki, mənə gizli qaldı. Mən atamdan onun nə dediyini soruş-
dum. Atam “Onların hamısı Qureyşdəndir” dediyini söylədi”.
96
Allahın Rəsulu buyurub: “Kim zəmanəsinin imamını tanı-
madan ölsə, cahiliyyət ölüsü kimi ölüb”.
97
Təqdim  edilən  bu  hədislərin  üçü  müsəlmanlar  arasında 
mütəvatirdir: Səqəleyn, on iki imam, zəmanənin imamı. Həm-
çinin onun Allah Rəsulu tərə indən söylənilməsinin doğru və 
95
 Öncəki mənbə.
96
 Öncəki mənbə.
97
 Öncəki mənbə.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə