Mübarizo aparan böyük dövlotlorin hər biri müharibədə uğur
qazanılmasının başlıca amillərindən olan Bakı neftinə can atırdılar.
Müharibədə döyüşən dövlətlərin hər birinin Azərbaycanda niyyətlərinin
olduğu və mənafelərinin toqquşduğu şübhəsizdir. Lakin başlı- ea məsələ
bundan ibarətdir ki, hansı dövlətin planları və mənafeləri ilə Azərbaycan
xalqının milli mənafeləri üst-üstə düşürdü. Mənbələrin araşdırılması
Türkiyənin Güney Qafqazda siyasətinin Azərbayean xalqının müharibə
dövründəki istəklərinə və strateji mənafeyinə tam uyğun gəldiyini
söyləməyə imkan verir. Bütün bu amillər birinei dünya müharibəsi illərində
böyük dövlətlərin Azərbayean siyasətini araşdırmağı aktual edir.
Müəllifin başlıea məqsədi böyük dövlətlərin Azərbayean siyasətinin
hərbi deyil, diplomatik-siyasi eəhətlərini araşdırmaqdır. Kiçik dövlətlər
müharibənin gedişinə diplomatik - siyasi təsir etmədikləri üçün müəllif bu
ölkələrin siyasətinə diqqət yetirmir.
Böyük dövlətlərin Azərbaycan siyasətinin mahiyyətini “tarixi
qanunauyğunluq“, “tarixi zərurət“ və “tarixi hökm“ kimi sxematik qələmə
vermək tarixi hadisə və prosesləri kasadlaşdırmaq, onun səbəb, nəticə,
mahiyyət, məqsəd əlaqələrini və rəngarəngliyini sadələşdirmək olardı. Belə
olduqda tarixi prosesdə alternativlik ikinci plana keçər və hər şey hamar və
ütülü verilərdi. Bu da tarixi kerçəkliyin obyektiv üzə çıxarılmasına imkan
verməzdi. Lakin məlum olduğu kimi, tarix özü-özündən baş vermir, onu
yaradırlar. Tarixi yaradanlar isə heç də bir cür, düzxətli düşünmürlər və
hərəkət etmirlər, əksinə alternativ, bir-birinə əks düşünürlər və bir-birlərinə
qalib gəlmək üçün müxtəlif üsullardan istifadə edirlər. Belə şəraitdə bir
dövlətin siyasətini tərifləyib, digərini tənqid etmək antitarixi xarakter
daşıyır və tarixi gerçəkliyə ziddir. Böyük dövlətlərin siyasətinin mahiyyəti
baş verdiyi konkret tarixi şəraitdə olduğu kimi, heç bir subyektivizmə yol
verilmədən və modernləşdiraıə aparılmadan kompleks araşdırılaraq təhlil
edilməlidir.
Dəyişikliksiz tarix yoxdur. Zaman və tarix dəyişiklik proseslərini ölçən
iki üsuldur. Tarixi hadisə və prosesləri modernləşdirərək müasir siyasət
baxımından araşdırmaq yanlışlığa gətirərdi. Ona görə də müəllif tarixi
hadisə və prosesləri konkret zaman və məkan daxilində, bütün tərəflərini -
daxili siyasi, iqtisadi, sosial və xarici cəhətlərini kompleks halında obyektiv
tənqidi - təhlil edərək öyrənməyə çalışmışdır.
11
“Birinci dünya müharibəsi illərində bÖ3dik dövlətlərin Azərbaycan
siyasəti“ probleminin araşdırılması bir sıra məsələlərin ayrıca olaraq
öyrənilməsini gənc tarixçilərimizin qarşısında mühüm vəzifə kimi qoyur.
Fikrimizcə, 1914-1918-ci illərdə Güney və Quzey Azərbaycanı əhatə edən
və tədqiqata möhtac olan həmin məsələlər aşağıdakılardan ibarətdir; 1. Bakı
birinci dünya müharibəsi illərində; 2. Birinci dünya müharibəsi
1914-1918-ci illərin Azərbaycan mətbuatında; 3. Birinci dünya müharibəsi
illərində Azərbaycan dəstəsi; 4. XIX əsrin II yarısı - XX əsrin əvvəllərində
Azərbaycan Rusiya-Türkiyə münasibətlərində; 5. Birinci dünya müharibəsi
illərində Güney Qafqazda qaçqınlar məsələsi; 6. Birinci dünya miharibəsi
və Rusiyanın türk və digər müsəlman əhalisi; 7. Birinci dünya müharibəsi
illərində Azərbaycanda demoqrafik vəziyyət; 8. Birinci dünya müharibəsi
illərində erməni- gürcü ziddiyyətləri; 9. Birinci dünya müharibəsi illərində
Rusiya imperiyasında yəhudilərin vəziyyəti; 10. Birinci dünya müharibəsi
illərində Bakı nefti məsələsi; 11. Birinci dünya müharibəsi illərində
azərbaycanlı - gürcü münasibətləri.
İllər ötəcək, əsrlər bir-birini əvəz edəcək, lakin tariximizə olan
akademik maraq daha da artacaqdır. Marağın güclənməsinin səbəbini
araşdırıcılarda və kitablarda deyil, Azərbaycan tarixinin zənginliyində
axtarmaq lazım gələcəkdir. Məhz tariximizdəki zənginlik yüzlərlə
araşdırıcıları özünə cəlb edəcək və yeni-yeni əsərlər meydana çıxacaqdır.
Manoqrafıyanın metodoloji əsasını elmi obyektivlik, tarixilik vo
sistemlilik prinsipləri təşkil edir. Müəllif mənbələri öyrənərkən, fakt və
materialları şərh edərkən həmçinin, tarixi alternativlik prinsipinə
əsaslanmışdır. İş problemlər üzrə xronoloji ardıcıllıqla yazılmışdır.
Müəllif klassik tarixçiliyə xas olan təsvirçiliklə yanaşı sosial elmlər
çərçivəsində tarixçiliyə xüsusi önəm verməyə çalışmışdır. Tarixi proseslərə
yanaşmada rəğbət və ya nifrət deyil, tarixi fakt və hadisələrə obyektiv,
qayğıkeş münasibət göstərilmişdir. Müəllif sənədləri akademizmlə
araşdırmağa, təhlil etməyə, problemi isə sadə və anlaşıqlı dildə yazmağa
çalışmışdır.
Problemi araşdırarkən yalnız pasifist, mühafizəkar və ya liberal
cərəyanlara arxalanmaq elmi yanlışlıqlara gətirib çıxara bilər. Çünki yazılan
çoxlu monoqrafiyalarda sülhpərvərlik missiyalarından gen-bol danışılsa da,
əslində hər bir dövlətin özünün siyasi, iqtisadi və strateji məqsədləri
olmuşdur. Səviyyəsinə görə müxtəlif olan mənafelər
12
araşdırmada əks olunmuşdur. Deməli, bir elmi-ideoloji istiqamətə arxalanıb
araşdırma aparmaq tam bitkin sayıla bilməz. Ona görə də monoqrafiya
yazılarkən beynəlxalq münasibətlər tarixi problemlərini araşdırmaq üçün
tətbiq edilən üsullardan - materialların toplanması sistemləşdirilməsi,
kompleks təhlili, ümumiləşdirilməsi, nəticələr çıxarılması, proseslərin
səbəb-gediş - nəticə əlaqələrinin üzə çıxarılması və s. - istifadə edilmişdir.
Aparılan təhlil hər hansı ideoloji istiqamət və təsirlərdən azad olub, ilkin
mənbələrin və ədəbiyyatların, gerçək tarixin öyrənilməsinə və təhlilinə
əsaslanır.
Problemin mənbə bazası
Problemin araşdırılması mövcud qaynaqları bir neçə qrupa bölməyə
imkan verir: arxiv sənədləri; çap olunmuş arxiv sənədləri; xarici siyasət
sənədləri; mcmuar ədəbiyyatı; dövri mətbuat.
Azərbaycan mənbələri
Arxiv sənədləri
Mövzu yazılarkən Azərbaycan mənbələrindən geniş istifadə edilmişdir.
Bunların içərisində arxiv sənədləri xüsusi yer tutur. İlk növbədə Azərbaycan
Respublikası Dövlət Tarix Arxivinin (ARDTA) fondlarında saxlanılan
materialları xüsusi qeyd etmək lazımdır. Rusiyanın Azərbaycan siyasətini
öyrənmək üçün ən qiymətli mənbə Azərbaycan Xalq Cümhuriyyəti Xarici
İşlər Nazirliyi nəzdində yaradılmış “Müsəlman əhalisinə münasibətdə
Zaqafqaziyada rus siyasəti üzrə materialların toplanmasına dair xüsusi
komissiya“nın sənədləridir. Bu sənədlər illər boyu Azərbaycan Respublikası
Dövlət Tarix Arxivində’ məxfi qrifı ilə saxlanılmışdır. Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti bu məlumatların bir qismini “Oçerki russkoy
politiki na okrai- nax“ adı ilə nəşr etdirərək Parisə 7, İstanbula 5 nüsxə və b.
yerlərə göndərmişdP.
Qafqaz canişinliyi dəftərxanasının materiallarının toplandığı fond’
problemi araşdırmaq üçün əhəmiyyətlidir. Qafqaz canişinliyi idarəsinin
quberniyalarla məxfi yazışmaları çarizmin Azərbaycan siyasətinin
mahiyyətini özündə əks etdirir. Yazışmalardan aydın olur ki, qatı
antiazərbaycan mövqeyi ilə seçilən Qafqaz canişini qraf Vorontsov-Daş-
kov çarizmin aşkar yeridilən müstəmləkəçilik siyasətinə tərəfdar olmamış,
işlərin uğurlu alınması üçün hökumətin əsl niyyətlərini gizlətməyi, onu daha
incə və qapalı metodlarla həyata keçirməyi tövsiyə et
13
Dostları ilə paylaş: |