GİRİŞ
Millotimizin zongin tarixinin ən maraqlı, mürəkkəb, ziddiyyətli, eyni
zamanda indiyədək öyrənilməyən dövrlərindən biri birinci dünya
müharibəsidir. Müharibə illərində Azərbaycanın beynəlxalq münasibətlər
sistemindəki mübarizədə tutduğu yer və ona dair böyük dövlətlərin siyasəti
tarix elmimizin diqqətindən kənarda qalaraq xüsusi tədqiqat obyekti
olmamışdır.
Problemin araşdırılmasını bir sıra amillər zəruri edir.
Birinci, dünya müharibəsi və onun iqtisadi, siyasi və hərbi nəticələri
bütün bəşəriyyət tarixinin ən mühüm hadisəsidir. Düzdür, silahların
tətbiqinə və miqyasına görə ikinci dünya müharibəsi birincini xeyli geridə
buraxmışdır. Lakin beynəlxalq münasibətlər sisteminə və dünya düzəninə
gətirdiyi dəyişikliyə görə birinci dünya müharibəsinin nəticələri
cahanşümüldür. Bu müharibə o vaxta qədər müqayisə edilməyəcək böyük
əsgəri gücləri qarşı-qarşıya gətirdi və böyük insan kütlələri bir
cəbhədə-müharibə cəbhəsində yığışdılar. Dünya
ölkələri indiyədək heç vaxt
müharibələrdə bu qədər məsrəflər xərcləməmişdilər. Təyyarə, tank, zirehli
və motorlu vasitələr, şəhərlərin havadan bombardman edilməsi və s.
müharibənin gətirdiyi yeniliklər oldu.
Müharibənin gedişində və yekununda dünyanın siyasi həyatında ciddi
dəyişikliklər baş verdi. Dünyanı lərzəyə salan imperatorluqlar - Almaniya,
Avstriya-Macarıstan, Rusiya və Osmanlı imperatorluqları dağıldı. Hətta
millətlər, dinlər və dillər arasında fərqin qoyulmadığı, xalqların bərabər və
ədalət içində yaşadığı və üç qitədə yerləşən Osmanlı impcratorİLiğunun
çökməsi ilə onun ərazisində təxminən 35 yeni dövlət yarandı.
Milli və dini zülmün, müstəmləkəçiliyin tüğyan etdiyi Rusiya
imperiyasının çökməsi ilə xalqlar müvəqqəti də olsalar azad nəfəs alaraq öz
müstəqil dövlətlərini qurdular. İmperiyaların xarabalıqlan üzərində qurulan
dövlətlər yeni dünya düzəninin iştirakçısı oldular. Belə dövlətlərdən biri
Azərbaycan Xalq Cümhuriyyəti idi. Azərbaycanın müstəmləkəçilikdən azad
olması və Cümhuriyyətin yaradılması birinci dünya müharibəsinin
Azərbaycan xalqı üçün başlıca yekunu oldu. Bu baxımdan müharibəni
Azərbaycan tarixində mühüm hadisə hesab etmək olar.