Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə1/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
  1   2   3   4   5   6   7   8   9   ...   99


 


A32 
Elmi  redaktor: 
Rəyçilər: 
Süleyman Əliyarlı, 
tarix elmləri doktoru, professor, əməkdar elm xadimi. 
Büşra Ersanlı Behar, 
Mərmərə Universitetinin Siyasət bilimi və uluslararası 
ilişkilər bölümünün dosenti, elmlər doktoru (istanbul); 
Cəmil Həsənli,
 
BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müa- 
sir tarixi kafedrasının professoru; 
Əhməd G. Qazioğlu, 
Kıprıs araşdırma və yayım mərkəzinin baş direktoru
tarixçi-yazar (Lefkoşa); 
Qədir Güldikən, 
Təbriz Universitetinin dosenti, elmlər 
doktoru (Təbriz); 
Vadim Kuzmin, 
Ural Dövlət Universitetinin Şərqşünaslıq 
kafedrasının müdiri, professor (Yekaterinburq). 
Qasımov  M.  C.  Birinci  dünya  müharibəsi  illərində  böyük  dövlətlərin  Azərbaycan 
siyasəti (1914-1918-ci illər). 3 hissədə. I hissə (1914-cü il avqust - 1917-ci il oktyabr). Azərb. 
dilində. B., Qanım, 2000. 300 s. 
Üç  hissədən  ibarət  olan  monoqrafiyanın  birinci  hissəsində  müxtəlif  ölkələrin 
arxivlərində vo kitabxanalarında saxlanılan çoxlu məxfi materiallar, diplomatik sənədlər və 
dövri  mətbuat  əsasında  birinci  dünya  müharibəsində  böyük  dövlətlərin  Azərbaycan 
siyasətini şərtləndirən əsas amillər, böyük dövlətlərin Quzey Azərbaycana dair planları və 
onları  reallaşdınnaq  uğrunda  mübarizə.  Güney  Azərbaycanda  böyük  dövlətlər  arasında 
mübarizə,  türk  diplomatiyasının  Azərbaycanı  müstəmləkəçilikdən  azad  etmək  siyasətinə 
Avropa dövlətlərini və ABŞ-ı qoşmaq cəhdləri, Rusiyanın Quzey Azərbaycanda islamçılara 
və  türkçülərə  qarşı  mübarizəsi,  Rusiyanın  Quzey  Azərbaycan  siyasətində  erməni  faktoru, 
ermənilərin Azərbaycanda yerləşdirilməsi, azərbaycanlı qaçqınlar və azərbaycanlılara qarşı 
törədilən soyqırım məsələləri araşdırılır. 
Monoqrafiya elm adamları, diplomatlar, siyasətçilər,  tələbələr,  magistrlər, aspirantlar 
və tarixlə maraqlanan şəxslər üçün əhəmiyyətlidir. 
1300013004 - 207 
AB022051 
Az2 
© Qanun, 2000 
© Sif. M. Qasımov 


Musa Qasımov, 
professor, tarix 
elmləri doktoru. 
1957-ci il oktyabrın 
28-də Yardımlı rayo- 
nunun Hamarkənd 
kandində anadan ol- 
muşdur. 1974-cü ildə 
orta məktəbi tərifna- 
mə, 1979-cu ildə isə 
Azərbaycan Dövlət 
Universitetinin (indiki 
BDU) tarix fakültəsini 
fərqlənmə diplomu ilə 
bitirmişdir. Universite- 
tin Avropa və Amerika 
ölkələrinin yeni və mü- 
asir tarixi kafedrasının aspirantı olmuşdur. 1986-cı ildə namizədlik
1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. BDU-nun 
müəllimi, baş müəllimi, dosenti və tarix fakültəsinin dekan müavini 
olmuşdur. 1992-1997-ci illərdə Azərbaycan parlamentinin Beynəl- 
xalq əlaqələr şöbəsində işləmişdir. İndiyədək tək, müştərək və kollek- 
tiv olaraq Azərbaycanda 13 kitabı, 35 elmi məqaləsi, xarici ölkələrdə 
3 kitabı, 9 elmi məqaləsi çap edilmişdir. Əsərləri Azərbaycan, türk, 
rus, ingilis, fars və bolqar dillərində Türkiyə, Kıbrıs, Rusiya, Alma- 
niya, Qazaxıstan, İran, Bolqarıstan, Polşa və b. ölkələrdə çap olun- 
muşdur. Müxtəlif illərdə Vilnüs, Tbilisi, Odessa, Moskva, Ankara, 
Batımı, Təbriz, Qazimaqosa, Yekaterinburq, Plovdiv, Türküstan, 
Krakov və b. şəhərlərdə keçirilən beynəlxalq elmi konfranslarda mə- 
ruzələrlə çıxış etmişdir. Bir neçə beynəlxalq elmi araşdırma mərkə- 
zinin üzvüdür. 
 


Mündəricat 
Səh. 
Giriş 
I
 
BÖLÜM. Birinci dünya müharibəsi illərində böyük 
dövlətlərin Azərbaycan siyasətini şərtləndirən əsas amillər 
II
 
BÖLÜM. Böyük dövlətlərin Quzey Azərbaycan planları 
və onları reallaşdırmaq uğrunda diplomatik-siyasi mübarizə 
Diplomatik-konsulluq  nümayəndəlikləri.  Osmanlı  imperatorluğunun 
planları.  Almaniyanın  niyyətləri.  Antanta  dövlətlərinin  planları:  Rusiyanın 
planları.  İngiltərə,  Fransa  və  ABŞ-m  niyyətləri.  Bakıdakı  İran  konsulunun 
“qənd əməliyyatı”. 
III
 
BÖLÜM. Güney Azərbaycan uğrunda böyük dövlətlərin 
mübarizəsi 
Diplomatik-konsulluq  nümayəndəlikləri.  Türkiyəyə  qarşı  müharibə 
başlamazdan  öncə  Rusiyanın  Güney  Azərbaycanda  özbaşınalığı.  Güney 
Azərbaycan  ərazisində  Türkiyə  əleyhinə  terrorçu  dəstələrin  yaradılması. 
Türkçülərə qarşı mübarizə. Güney Azərbaycana dair planlar. Rus ordularının 
Təbrizi  işğal  etməsindən  sonra  diplomatik-siyasi  mübarizənin  kəskinləşməsi. 
Rusların  Təbrizdən  qovulmasından  sonra  diplomatik-siyasi  mübarizə.  Rus 
ordusunun  Təbrizi  yenidən  işğal  etməsi  ilə  diplomatik-siyasi  mübarizənin 
kəskinləşməsi. Türk dəstələrinin Güney Azərbaycana yeni yürüşü. Rusiyanın 
Güney Azərbaycanda türkçülərin təqib olunmasını şiddətləndinnəsi. 
IV
 
BÖLÜM. Türk diplomatiyasının Quzey Azərbaycanı 
Rusiyanın müstəmləkə zülmündən azad etmək siyasətinə 
Avropa dövlətlərini və ABŞ-ı qoşmaq cəhdləri 
Turan Heyətinin Avropa səfəri. Rusiyanın məzlum millətləri cəmiyyətinin 
ABŞ prezidenti  Vudro Vilsona müraciəti. Qafqaz komitəsinin Avropa səfəri. 
Millətlər  Birliyinin  III  Lozanna  konfransında  türk-tatar  heyətinin  iştirakı. 
Stokholmda  keçirilən  Millətlərara^ı  Sosialist  konfransmda  iştirak.  İsveçrə 
bürosunun müttəfiq dövlətlərə səfəri. 
V
 
BÖLÜM. Rusiyanın Quzey Azərbaycanda islamçılara və 
türkçülərə qarşı mübarizəsi 
Dünya  müharibəsi  ərəfəsində  türkçülərin  və  islamçıların  təqib  edilməsi. 
Müharibə  başladıqdan  sonra  türkçülərə  və  islamçılara  qarşı  mübarizənin 
gücləndirilməsi.  Türkiyə  ilə  müharibə  başladıqdan  sonra  türkçülərə  və 
islamçılara qarşı mübarizənin daha da şiddətləndirilməsi. 
VI
 
BÖLÜM. Rusiyanın Quzey Azərbaycan siyasətində 
erməni faktoru 
Türkiyə  ilə  müharibə  başlamazdan  əvvəl  erməni  terrorçu  dəstələrinin 
hazırlanması.  Türkiyəyə  qarşı  müharibədə  erməni  silahlı  dəstələrinin 
yaradılması  və  istifadə  edilməsi.  Türklərə  və  müsəlmanlara  qarşı  törədilən 
soyqırım.  Azərbvaycanlı  qaçqınlar.  Ermənilərin  Quzey  Azərbaycan 
torpaqlarında 
yerləşdirilməsi. 
Çarizm 
hakimiyyət 
orqanlarının 
erməni-müsəlman  münasibətlərindən  rahatsızlığı.  “Erməni  soyqırımı” 
olmuşdurmu? 
51 
67 
120 
160 
166 
205 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə