Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə6/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   2   3   4   5   6   7   8   9   ...   99

rinin  surətindon■'^•  crmoni  daşnak  hökumətinin  Gürcüstan  hökuməti 
yanındakı  müvəqqəti  işlər  vəkilinin  1918-ci  ilə  aid  yazışmalarından”; 
Azərbaycandakı  ermənilərin  vəziyyəti  haqqında  keşiş  Baqratın  Nuru 
paşaya, Fətəli xan Xoyskiyə və ABŞ nümayəndəliyinin başçısına göndərdiyi 
məmzə və qeydlərindən'"; Daşnak Ermənistanının Xarici İşlər Nazirliyinin 
Qarabağ  və  Zəngəzur  məsələlərinə  dair  1918-ci  il  yazışmalarından 
(sənədlərin  demək  olar  ki,  hamısı  erməni  dilindədir-  M.Q.P;  Rusiya 
Kommunist  (bolşevik)  Partiyası  Bakı  Komitəsinin  1918-ci  ilin  iyulunda 
Bakıda  siyasi  və  hərbi  vəziyyətə  dair  vərəqələrindən"";  ingilislərin  dəvət 
edilməsinin  əleyhinə  olan  sənəddən"';  Sent-  rokaspi  diktaturasının 
bullctenindən"^•  Qafqazda  rus  dəniz  və  quru  orduları  komandam  L. 
Biçcraxovun yaddaş qeydindən və S. Q. Şaumya- na məktubundan"’; Bakı 
Xalq Komissarları Sovetinin Biçeraxovun hərbi dəstəsi, neft daşınması və 
cəbhədə vəziyyət barədə V. İ. Leninə vurduğu teleqramdan""; Biçeraxovun 
Rusiya vətəndaşlanna 1918-ci il avqust tarixli müraciətindən"'; Bakı şəhəri 
komandiri (sənəddə belə yazılmışdır - M. Q.) Miralay Cəmil Cahidin Bakıda 
hərbi vəziyyət elan edilməsi haqqında əmrinin orijinalından""; Türk Qafqaz 
ordusu  baş  komandanı  general 
N
URI 
paşanın  silahların  təhvil  verilməsi 
haqqında  Bakı  şəhəri əhalisinə  müraciətinin  orijinalından"’;  Bakının  azad 
edilməsi münasibətilə hərbi və mülki rəhbərliyə göndərilən təbriklərdən""; 
Güney Azərbaycanda ingilis orduları komandanı, general-mayor Tomsonun 
Bakının  ingilis  orduları  tərəfindən  tutulmasına  dair  müraciətinin 
orijinalından"’;  general-mayor  Tomsonun  Bakıda  hərbi  vəziyyət  elan 
edilməsi  barədə  məcburi  sərəncamının  orijinalından™;  Azərbaycan  Xalq 
Cümhuriyyəti  Xarici  İşlər  Nazirliyinin  Avropaya  göndərilən  nümayəndə 
heyətinə  dair  qovluğundan”;  Tiflisdə  1918-ci  il  noyabrın  10-da  açılan 
Qafqaz  respublikalarının  konfransımn  materiallanndan”  geniş  istifadə 
olunmuşdur. 
Bu sənədlər böyük dövlətlərin Azərbaycan siyasətini, azərbaycanlılara 
qarşı  törədilən  soyqırımı,  azərbaycanlı  qaçqınların  vəziyyətini  və  b. 
mosələlori özündə əks etdirir. 
Ümumi\\  .'tlə,  Azərbaycan  arxivlərinin  diqqətlə  öyrənilməsi  böyük 
dövlətloı  ın  ,\zərbaycana  münasibətdə  yeritdikləri  siyasəti  və  onların 
regionda  mənafelərinin  toqquşmasını  üzə  çıxartmağa  imkan  verdiyi  üçün 
əhomı\yətlidir.  Fikrimizcə,  gələcəkdə  də  Azərbaycan  arxivlərinin 
öyrənilməsi işi davam etdirilməlidir. 
17 


Çap olunmuş arxiv və xarici siyasət sənədləri 
Rusiyanın Güney Qafqazda yeritdiyi siyasəti öyrənmək üçün mühüm 
mənbələrdən  biri  Azərbaycan  Cümhuriyyəti  Xarici  İşlər  Nazirliyinin 
nəzdində  fəaliyyət  göstərmiş  xüsusi  komissiyanın  nəşridir”.  Bu  nəşrin 
elmi-tarixi əhəmiyyəti ilə yanaşı ciddi praktik əhəmiyyəti də vardır. Nəşrdə 
verilən sənədlərin bir qismi Azərbaycan arxivlərində saxlanılır və onlardan 
geniş  istifadə  olunmuşdur.  Bütövlükdə,  sənədlər  Rusiyanın  Azərbaycana 
münasibətdə yeritdiyi siyasətin mahiyyətini açmağa kömək edir. 
Rusiyanın Güney Qafqaz siyasətinə dair materialları toplamaq və çap 
etmək üçün 1919-cü il oktyabrın 13-də Xarici İşlər naziri Məm- mədyusif 
Cəfərovun (1885-1938) sərəncamına əsasən Arslan Kriçins- kinin sədrliyi 
ilə  xüsusi  komissiya  yaradıldı.  Komissiyanın  tərkibinə  Məhəmməd  Ağa 
oğlu Ağayev, Konstantin Sulkeviç və Əli Yusif daxil oldular. Sonuncu şəxs 
komitənin  tərkibindən  çıxdığı  üçün  onu  Hüseyn  bəy  Mirzəcamalov  əvəz 
etdi.  Xüsusi  komissiya  Bakıda  və  onun  hüdudlarından  kənarda  bir  sıra 
arxivləri araşdıraraq çap etdirdi. Sənədlərdən məlum olur ki, Azərbaycanda 
həyata keçirilən bütün tədbirlər Rusiyanın regiondakı siyasəti ilə bilavasitə 
sıx bağlı olmuş, əslində bu siyasəti təzahür etdirmişdir. Sənədlər məcmuəsi 
9  bölmədən  -  milli  hərəkatla  mübarizə;  dini  sıxışdırma;  maarif  və 
mədəniyyətlə 
mübarizə; 
millətlərarası 
münasibətlər; 
mühacirət; 
müstəmləkəçilik  və  iqtisadi  siyasət;  əhalinin  tərksilah  edilməsi;  hərbi 
mükəlləfiyyət və məcburi işlər; inzibati - polis qəyyumluğu - ibarətdir. 
Tiflisdə çap olunan sənədlər məcmuəsində” Güney Qafqazda baş verən 
proseslər və o cümlədən, böyük dövlətlərin Azərbaycan siyasəti öz əksini 
tapmışdır. 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  80  illiyi  münasibətilə  çapdan 
çıxmış  xarici  siyasətə  dair  sənədlər  və  materiallar  külliyatında” 
Azərbaycanın  xarici  ölkələrlə  münasibətlərinə,  o  cümlədən,  başqa 
dövlətlərin Azərbaycan siyasətinə dair materiallar toplanmışdır. 
Azərbaycan 
Xalq 
Cümhuriyyəti 
hökumətinin 
fərman 
və 
sərəncamlarının  toplandığı  külliyatda”  Azərbaycan  dövlətinin  xarici 
siyasətinə və böyük dövlətlərlə münasibətlərinə dair toplanmış çoxlu sənəd 
və materiallar əhəmiyyətlidir. 
Görkəmli dövlət xadimi və diplomat Ə. Topçubaşovun (1862- 1934) 
1918-1919-cu  illərdə  İstanbulda  müxtəlif  dövlətlərin  səfirləri  və  Osmanlı 
dövlətinin siyasi xadimləri ilə apardığı danışıqların ste- 
18 


noqramı” müharibonin başa çatmasına bir neçə ay qalmış böyük dövlətlərin, 
0  cümlədən,  Rusiya,  Türkiyə,  İngiltərə,  Fransa  və  İranın  Azərbaycan 
siyasətini öyrənmək üçün əhəmiyyətlidir. Söhbətlərin yazısının toplandığı 
kitabın sıra ilə ilk 13 sənədi bu baxımdan qiymətlidir. Məhz həmin sənədlər 
böyük  dövlətlərin  Azərbaycan  siyasətini  üzə  çıxartmaqda  əhəmiyyətli 
qaynaq rolunu oynayır. 
Görkəmli  Azərbaycan  dövlət  xadimi,  Azərbaycan  Cümhuriyyəti 
Nazirlər  Şurasının  sədri  və  Xarici  İşlər  naziri  Fətəli  xan  Xoyskinin 
(1875-1920) həyat və fəaliyyətindən bəhs edən kitabda’“ toplanmış sənədlər 
diqqətəlayiqdir.  Bu  sənədlərdə  Osmanlı  imperatorluğunun  Azərbaycan 
siyasəti də öz əksini tapmışdır. 
M.  Ə.  Rəsulzadənin  (1884-1955)  əsərləri”  böyük  dövlətlərin 
Azərbaycan siyasətini obyektiv araşdırmaq baxımından misilsiz əhəmiyyət 
daşıyır.  Buna  görə  də  dahi  mütəfəkkirin  əsərlərini  məhz  xarici  siyasət 
sənədləri  bölümündə  təhlil  edirik.  Onun  “Azərbaycan  Cümhuriyyəti“ 
kitabının  111,  IV  və  V  fəsilləri problemi  öyrənmək  üçün  qiymətli  qaynaq 
hesab  edilməlidir.  Kitabda  Azərbaycanın  müstəqilliyi  ideyası,  ona 
münasibətdə çar Rusiyasının, müvəqqəti hökumətin, bolşevik Rusiyasının 
mahiyyətcə  bir-birindən  fərqlənməyən  siyasəti,  Türkiyənin  məqsədləri  və 
köməyi, Mondros barışığının Azərbaycan və Qafqaz üçün nəticələri verilir. 
Məlum  olur  ki,  Türkiyənin  birinci  dünya  müharibəsində  Qafqaz,  o 
cümlədən. Quzey Azərbaycan siyasətinin başlıca məqsədi bu ərazini Rusiya 
imperiyasının caynağından qoparmaq olmuşdur. 
Memuar ədəbiyyatı 
Azərbaycan  xalqının  böyük  sərkərdəsi,  general-leytenant  Əliağa 
Şıxlinskinin (1863-1943) 1943-cü ilin sonunda söylədiyi, sonralar isə çap 
olunmuş  xatirələri““  müharibə  ilə  bağlı  bir  sıra,  o  cümlədən,  türk  hərbi 
hissələrinin Bakıya gəlməsi məsələlərini öyrənmək üçün əhəmiyyətlidir. 
Dövri mətbuat 
Monoqrafiya  yazılarkən  Azərbaycan  arxivlərində  saxlanılan  dövri 
mətbuat  materiallarından  geniş  istifadə  edilmişdir.  Dövri  mətbuat 
materialları içərisində “AsepöayÄxaiı“ qəzetinin məlumatları və məqalələri 
qiymətlidir.  Həftədə  iki  dəfə  çap  edilən  bu  qəzetin  1918-ci  il  sentyabrın 
19-dan noyabrın 15-dək olan saylannda verilmiş yazılar araşdı- 
19 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə