Beşinci, müharibo orofəsindo, müharibə başladıqdan və Türkiyə
müharibəyə qoşulduqdan sonra çarizm hakimiyyət orqanlarının Güney
Azərbaycana gəlib-gedənləri nəzarətdə saxlaması, islamçılara və türkçülərə
qarşı kəskin mübarizə aparması da indiyədək məxsusi olaraq
araşdırılmamışdır.
Altıncı, həmişə olduğu kimi, birinci dünya müharibəsi illərində də
Rusiya Qafqaz, o cümlədən. Quzey Azərbaycan siyasətində daim
ermənilərə arxalandı, Türkiyəyə qarşı müharibədə erməni silahlı dəstələri
yaradaraq istifadə etdi. Bu dəstələr rus ordu hissələrinin köməyi ilə türklərə
və digər müsəlmanlara qarşı soyqırım törətdilər. On minlərlə azərbaycanlı
öldürüldü və qaçqına çevrildi. Müharibə illərində türklərə qarşı etdikləri
xəyanətdən qorxan erməniləri çarizmin Quzey Azərbaycan torpaqlarında
yerləşdirməsi və azərbaycanlıların hesabına ermənilərin varlanması onlarda
ümumi nifrət yaradırdı. Hakimiyyət orqanları erməni-müsəlman
münasibətlərindən daim rahatsızlıq keçirirdilər. Ermənilər isə Rusiyanın
göstərişi və köməyi ilə uydurma “erməni soyqırımı“ haqqında
müharibənin
ortalarından siyasi məqsədlər naminə danışmağa başladılar. Bu məsələlər
də indiyədək Azərbaycan tarixçiliyində xüsusi olaraq öyrənilməmişdir.
Yeddinci, 1917-ci il oktyabr çevrilişindən sonra müharibədə döyüşən
dövlətlərin Azərbaycan siyasətində baş verən dəyişikliklər.
Güney Qafqaza
Türkiyə və Almaniyanın yiyələnməsinin qarşısını almaq üçün ABŞ,
İngiltərə və Fransanın qətiyyətli hərəkətə keçmələri, 1917-ci ildən
başlayaraq dünya müharibəsində neftə olan ehtiyacın kəskin şəkildə
güclənməsi ilə Bakı neftinin rolunun artması, böyük dövlətlərin neft
uğrunda mübarizəsi və s. məsələlərin araşdırılmasının müasirlik
baxımından ciddi elmi əhəmiyyəti vardır.
Səkkizinci, Güney Qafqazın müstəqilliyinin elan edilməsi uğrunda türk
diplomatiyasının mübarizəsi, buna qarşı çıxış edən rus diplomatiyasının
Türkiyənin müttəfiqi olan Almaniyaya təpki
göstərməsi, notalar
mübadiləsi, Almaniyanın Güney Qafqazı tutmaq üçün ordu hissələri
göndərməsi. Güney Qafqazın Türkiyə və Almaniyanın əlinə keçməsinə
qarşı çıxış edən fransız diplomatiyasının Güney Qafqazın müstəqilliyinin
Antanta ölkələrinin himayəsi altında elan edilməsinə bolşevik Rusiyasına
qarşı mübarizədə vasitə kimi baxması, Güney Qafqazda Almaniya
nümayəndəliyi, Brest-Litovski banşiğı, Ərzincan barışığı, Trapezund
(Trabzon) konfransı, Batum konfransı, Güney Qafqaz respublikalarının
müstəqilliklərinin elan
edilməsinə böyük
dövlətlərin münasibəti, türklərə və digər müsəlmanlara qarşı törədilən
soyqırıma regionda marağı olan dövlətlərin münasibəti və s. məsələlər
araşdırılmağa möhtacdır.
Doqquzuncu,
1918-ci ilin yayından başlayaraq Osmanlı impcrator-
luğu ilə Azərbaycan arasında imzalanan Batum, Bakı-Batum arasında neft
ixracına dair Osmanlı-Azərbaycan-Gürcüstan müqavilələri, Almaniyanın
Azərbaycana müqavilə layihəsi təqdim etməsi, ABŞ-ın Azərbaycan neftinə
xüsusi maraq göstərməsi, ingilislərin Güney Azərbaycana
dəvət edilmələri,
erməni silahlı dəstələrinin müsəlmanlara qarşı törətdikləri soyqırıma digər
dövlətlərin münasibəti, türklərin Bakını azad etmələrinə mane olmaq üçün
rus-alman danışıqları və Brest sülh müqaviləsinə əlavə müqavilənin
imzalanması, Bakının azad edilməsinin böyük dövlətlər arasında
münasibətlərə təsiri. Quzey Azərbaycan uğrunda Türkiyə ilə Almaniya
arasında mövcud olan ixtilaflar, müstəqil Azərbaycan dövlətinə
münasibətdə Osmanlı impe- ratorluğunun yeritdiyi siyasət və b. məsələlərin
öyrənilməsi böyük dövlətlərin Quzey Azərbaycan siyasətinin mahiyyətini,
məqsəd və vəzifələrini üzə çıxarmağa imkan verir.
Onuncu,
Bakı azad edildikdən sonra Osmanlı imperatorluğu ilə
Azərbaycan Xalq Cümhuriyyəti arasında imzalanan sənədlər, Almaniyanın
Azərbaycanla yaxınlaşmaq cəhdləri, rus, alman və türk diplomatiyaları
arasında Azərbaycana dair danışıqların və s. məsələlərin araşdırılmasının
mühüm elmi əhəmiyyəti vardır.
On birinci,
müharibədə Almaniyanın müttəfiqi olan Osmanlı im-
peratorluğunun məğlub edilməsindən sonra böyük dövlətlərin Quzey
Azərbaycan siyasətində əsaslı dəyişiklik əmələ gəldi. Mondros barışığının
imzalanması bütövlükdə Azərbaycanın taleyinə təsir göstərdi. Müharibədə
müttəfiq olan Antanta dövlətləri arasında Quzey Azərbaycan uğrunda
diplomatik-siyasi mübarizə gücləndi. Bu məsələlərin araşdırılması da,
şübhəsiz, böyük dövlətlərin Azərbaycan siyasətinin öyrənilməsində mühüm
rol oynayır.
Böyük dövlətlərin bütövlükdə Qafqaz siyasətini müəyyənləşdirən
amillərdən biri bu ölkələrin əhalisinin tərkibinin yekcins olmaması idi.
Qafqazda kilsə milliyyətçiliyi və separatçılığı təşviq edirdi, bu da daimi
münaqişələr mənbəyi idi.
Qeyd etmək lazımdır ki, birinci dünya müharibəsi illərində böyük
dövlətlərin Azərbaycan siyasətində neft amili mühüm rol oynayırdı.
10