Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə9/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   5   6   7   8   9   10   11   12   ...   99

öz xidməti vəziyyətinə görə E. Paraken görkəmli alman və türk hərbi siyasi 
xadimləri olan Hans Fon Sekt, Ənvər paşa, Nuru paşa, Xəlil paşa. Mürsəl 
paşa (1881-1945) və b. ilə ünsiyyətdə olmuşdur. E. Paraken Bakının azad 
edilməsi  planının  hazırlanmasında  iştirak  etmişdir.  Xatirələrində  o, 
Qafqazda türk siyasətinə, xüsusən, 1918-ci il sentyabrın 15-də Bakının azad 
edilməsinə diqqət yetirmişdir. Lakin E. Para- kenin fikirləri sonralar Xəlil 
paşa ilə ayrılmışdır. 
Alman  ordusu  Şərq  cəbhəsinin  baş  qərargah  rəisi  olmuş  general  E. 
Lüdendorflın (1865-1937) beş fəsildən ibarət olan xatirələri'"’ birinci dünya 
müharibəsi  illərində  Güney  Qafqaz  və  Azərbaycanla  əlaqədar  məsələləri 
öyrənmək  baxımından  əhəmiyyətlidir.  Kitabda  Brest-Li-  tovsk  sülh 
danışıqları və sülh müqaviləsi, türklərin Qafqazın müstəqil olmasına dair 
tələbləri.  Güney  Azərbaycandan  rus  ordusu  qovulduq-  dan  sonra 
ingilislərin oraya girməsi, Türkiyənin “Güney Qafqazda yaranan kiçik rus 
respublikaları”  -  Gürcüstanı,  Azərbaycanı  və  Ermənistanı  danışıqlara 
qoşması, alman hökumətinin əmri ilə İstanbuldakı general Fon Lossovun 
bu  danışıqlarda  iştirak  etməsi,  türklərin  Azərbaycanın  müsəlman  əhalisi 
arasında təbliğat aparmasının müharibədə ümumi maraqlara cavab verməsi, 
türklərin  Güney  Qafqaz  xammalına  can  atması,  Təbrizdə  və  Bakıda 
Almaniya,  Türkiyə,  Rusiya  və  ingilis  maraqları  və  s.  izah  edilir. 
Lüdendorflın xatirələrindən aydın olur ki, Azərbaycan siyasətində döyüşən 
dövlətlərin, o cümlədən, Almaniyanın məqsədi başlıca olaraq Bakı neftinə 
sahib  olmaq  və  əlverişli  hər-  bi-starteji  mövqelər  qazanmaq  olmuşdur. 
Lüdendorf Qafqazda Almaniyanın məqsədinin ərazi tutmaq deyil, xammala 
və  müharibədə  əlavə  insan  ehtiyatına  yiyələnmək  olduğunu  yazır'"’. 
Lüdendorflın xatirələrində Qafqazda alman-türk ziddiyyətləri və həmçinin, 
türklərin  Bakıya  girməməsi  üçün  Bakı  neftinin  dörddə  birinin  almanlara 
verilməsi üçün bolşeviklərin razılığa gəlməsində güdülən məqsədlər izah 
edilir"”.  Lüdendorfun  xatirələrinin  187-ci  səhifəsində  Ermənistana  türk 
hücumuna dair xəritənin verilməsi bir daha təsdiq edir ki, 1918-ci ilədək 
Qafqazda  Ermənistan  adlı  ərazi  olmamışdır.  Əsas  ərazi  Azərbaycan 
türklərinə məxsus olmuşdur. 
Fransa mənbələri 
Memuar ədəbiyyatı 
Birinci  dünya  müharibəsi  illərində  Fransanın  Yaxın  və  Orta  Şərq,  o 
cümlədən, Azərbaycan siyasətini öyrənmək üçün Fransanın dövlət 
26 


xadimlorinin  vo  horbçilorinin  xatirolori  diqqəti  cəlb  edir.  1913-1920-  ci 
illərdə  Fransa  prezidenti  olmuş  Raymon  Puankarenin  (1860-1934) 
xatirələri"'^  birinci  dünya  müharibəsi  illərinədək  olan  dövrdə 
diplomatik-siyasi  mübarizəni  başa  düşmək  üçün  əhəmiyyətlidir.  Altı 
fəsildən  ibarət  olan  kitabda  əsasən  1870-ci  ildən  1914-cü  ilədək  olan 
hadisələr və onlara münasibət verilir. 
R.  Puankarenin  digər  xatirələri'"'’  Fransa  dövlətinin  xarici  siyasətini 
öyrənmək baxımından əhəmiyyət daşıyır. 
Fransız kəşfiyyatçısı Robert Bukar birinci dünya müharibəsi illərində 
gizli xidmət orqanlarının fəaliyyətindən bəhs edən kitabında'"’ almanların 
ABŞ-a  hücum  etmək  barədə  təkliflərini,  ingilislərin  alman  teleqramlarını 
oxumasını, gizli alman diplomatik kodunun ingilislərin əlinə keçməsini və 
casusluq işlərinin metodlarını izah edir. 
Rusiya və sovet mənbələri 
Xarici siyasət sənədləri 
Rusiyanın  birinci  dünya  müharibəsi  illərində  yeritdiyi  Azərbaycan 
siyasətini öyrənmək üçün mühüm mənbə SSRİ MİK yanında imperializm 
dövrü sənədlərinin nəşri üzrə komissiyanın M. N. Pokrovskinin rəhbərliyi 
ilə 1935-ci ildə nəşr etdirdiyi sənədlər külliyyatıdır'"". Bu sənədlərin təhlili 
göstərir  ki,  rus  hökuməti  özünün  Şərqdəki  müstəmləkəçilik  siyasətinin 
həyata  keçirilməsində  ermənilərə  daim  bir  alət  kimi  baxmış,  onları 
təşkilatlandırmış,  silahlandırmış  və  lazım  gəldikdə  Türkiyəyə  və 
Azərbaycana  qarşı  istifadə  etmişdir.  Dünya  müharibəsi  illərində  Rusiya 
Güney  və  Quzey  Azərbaycan  ərazisindən  Türkiyəyə  qarşı  hərbi 
əməliyyatlar  və  terrorçuluq  məqsədləri  üçün  istifadə  etmiş,  dəstələr 
hazırlamış  və  onu  parçalamağa  çalışmışdır.  Güney  Azərbaycana  ordu 
yerindən  Rusiya  vergiləri  toplamağa,  vəzifələrə  öz  adamlarını 
yerləşdirməyə səylər etmiş, Azərbaycanın təbii sərvətlərinə göz dikmişdir 
və  s.  Bu  sənədlərin  ciddi  araşdırılması  eyni  zamanda  onu  da  göstərir  ki, 
uydurma 1915-ci il erməni soyqırımı məsələsi sabün köpüyündən başqa bir 
şey  deyildir.  Rusiyanın  Azərbaycan  siyasəti  öyrənilərkən  bu  sənədlər 
külliyyatlarından geniş istifadə edilmişdir. Yeri gəl- mişkən qeyd edək ki, 
müəllif həmin sənədlərin bir qismini rus dilindən tərcümə edərək tarixə dair 
clmi-nəzərli jurnalda çap etdirmişdir'"". 
Böyük  dövlətlərin  Azərbaycan  siyasətini  öyrənmək  üçün  mühüm 
mənbələr cərgəsinə müqavilə, nota və bəyanatların toplandığı külliyyatı aid 
etmək olar"". 
27 


Müharibənin  son  illərinə  dair  diplomatik  siyasi-mübarizə 
problemlərini,  xüsusən.  Güney  Qafqaza  dair  alman-türk  ixtilaflarını 
öyrənmək  üçün  əhəmiyyətli  mənbə  Rusiyanın  xarici siyasəti  sənədlərinin 
toplandığı məcmuədir'". 
Dövri mətbuat 
Monoqrafiya  yazılarkən  Rusiya  dövri  mətbuatına  da  müraciət 
edilmişdir.  “Senatskaya  vedomosti”nin  1915-ci  il  saylarında  əmrlər, 
sərəncamlar  və  fərmanlar  toplanmışdır.  Burada  Rusiyanın  Azərbaycan 
siyasətinə dair bəzi rəsmi sənədlər də vardır. 
Birinci dünya müharibəsinin gedişində hərbi əməliyyatlara, dövlətlərin 
yeritdikləri  ümumi  xarici  siyasətinə  dair  “Niva”  jurnalında  müəyyən 
materiallar verilmişdir"^ Jurnalın 1915-ci ildəki 46-cı nömrəsi başdan-başa 
müharibədəki hərbi əməliyyatlara həsr edilmişdir. Burada Qafqaz cəbhəsinə 
və  Rusiyanın  Qafqaz  siyasətinə  toxunulsa  da,  bütövlükdə,  çarizmin 
Azərbaycan siyasətindən danışılmır. Bununla belə, problem araşdırılarkən 
bu jurnalın yazılarına, həmçinin Azərbaycan arxivlərində rast gəlinən digər 
rus  qəzetlərinin  kəsiklərinə  də  müraciət  olunmuşdur.  Lakin  rus  dövri 
mətbuatının  bütün  materialları  çarizmin  mənafelərini  əks  etdirdiyindən 
məsələlər birtərəfli işıqlandırılmışdır. 
Gürcü və erməni mənbələri 
Birinci dünya müharibəsinin son illərində Güney Qafqazda baş verən 
prosesləri  və  böyük  dövlətlərin  Azərbaycan  siyasətini  öyrənmək  üçün 
müəyyən  fikir  və  mülahizələr  gürcü  və  erməni  siyasi  xadimlərinin 
xatirələrində,  məruzə  və  çıxışlarında  toplanmışdır.  N.  N.  İordaniyanın 
dövrün  hadisə  və  proseslərini  əks  etdirən  məruzə  və  çıxışlarından  geniş 
istifadə  olunmuşdur"^  Burada  1918-ci  ildə  Türkiyənin  sülh  təklifinə 
münasibət,  Zaqafqaziya  seymi,  Türkiyə  ilə  sülh  danışıqları  barədə 
mübahisələr,  Zaqafqaziya  seyminin  dağılması  və  b.  məsələlər  öz  əksini 
tapmışdır. Daşnak partiyasının yaradıcılarından biri və daşnak Ermənistanın 
baş  naziri  olmuş  Qv.  Kaçaznuninin  1923-cü  ilin  aprelində  Buxarestdə 
Daşnaksutyun  partiyasının  xarici  orqanlarının  konfransındakı  məruzəsi"'' 
erməni  mənafeyini  əks  etdirsə  də  müharibə  dövründə  türk-erməni, 
erməni-azərbaycanlı  münasibətlərini,  Türkiyənin  və  Rusiyanın  bölgədə 
yeritdiyi siyasəti öyrənmək baxımından əhəmiyyətlidir. 
28 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə