Repk 0 ildə azərbaycan respublikasi təHSİl naziRLİYİ respublika elmi pedaqoji Kİtabxanasi



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə10/54
tarix07.11.2018
ölçüsü20,19 Mb.
#77941
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

 
 
 
REPK 30 ildə
 
 31 
məktəb kitabxanalarının işini  əlaqələndirmək məqsədilə müva-
fiq normativ sənədlər hazırlayıb çap etdirmişlər. Onlardan bəzi-
lərini nümunə göstərmək olar: “Məktəb kitabxanası işinin plan-
laşdırılması(1985)”, “Kitabxana-biblioqrafiya təsnifatının mək-
təb kitabxanaları üçün qısaldılmış variantı (1986)”, “İkirəqəmli 
müəllif cədvəli (1988)”,“Kitabxana işinə dair normativ aktlar”, 
“I-IV  siniflər  üçün  kitabxana-biblioqrafiya  bilikləri  proqramı 
(1987)”,“Məktəb  kitabxanalarında  işin  təşkili  (1988)”  və  s. 
Onu da qeyd etmək lazımdır ki, bu vəsaitlər dövrün tələblərinə 
uyğun olaraq ayrı-ayrı illərdə yeni variantlarda işlənilmişdir.  
 
Kitabxana təsnifatı cədvəlləri 
Məlumdur ki, kitabxana fondunun, soraq məlumat apara-
tının  düzgün  qurulmasında  kitabxanaya  daxil  olan  ədəbiyyatın 
elmi  cəhətdən  təsnifləşdirilməsində  və  oxuculara  kitabxana 
xidmətində,  onların  mütaliəsinə  rəhbərlik  işində  təsnifat  cəd-
vəllərinin  müstəsna  əhəmiyyəti  vardır.  Ümumiyyətlə  kitab-
xanaları  təsnifat  cədvəlsiz  təsəvvür  etmək  mümkün  deyil. 
İndiyə  qədər  kitabxanalarda  müxtəlif  təsnifat  cədvəllərindən 
istifadə edilmişdir.  
XX  əsrin  60-cı  illərin  əvvəllərindən  başlayaraq  keçmiş 
Sovetlər İttifaqında kitabxana-biblioqrafiya təsnifatı cədvəlləri-
nin  elmi  kitabxanalar  üçün  25  cilddə  30  kitabı,  respublika 
kitabxanaları üçün təkmilləşdirilmiş variantlarda 5-6-cı cildləri, 
kütləvi kitabxanalar üçün müxtəlif nəşrlərdə bir kitabı, uşaq və 
məktəb kitabxanası üçün KBT-nin 1986-cı ildə birinci, 1988-ci 
ildə isə ikinci təkmilləşdirilmiş variantları çap edilmişdir.  
REPK-a  məktəb kitabxanalarının kitab  fondunu və soraq 
məlumat  aparatını  yeni  KBT  cədvəlinə  uyğun  şəkildə  qurmaq 
və  ondan  istifadəni  asanlaşdırmaq  üçün  rus  dilində  olan 
“Biblioteçno–biblioqrafiçeskaya  klassifikasiya”  adlı  cədvəl 


 
 
 
REPK 30 ildə
 
 32 
əsasında daha qısa və məzmunlu KBT cədvəlini tərtib edib, çap 
etdirmişdir.  Təsnifat  cədvəlinin  tərtibçisi  “Elmi–metodika  şö-
bəsi”nin  müdiri  H.A.Musayev,  redaktoru  REPK-nın  direktoru 
T.Ə.İsmixanovadır.  Təsnifat  cədvəlinin  əhəmiyyətinin  və  ki-
tabxana  təcrübəsində  tətbiqinin  zəruriliyini  göstərmək  üçün 
cədvələ “Tərtibçidən” adlı ön söz yazılmışdır. Burada KBT-nin 
məktəb kitabxanalarında tətbiqi ilə bağlı müvafiq rəsmi sənəd-
lərə  istinad  edilir  və  KBT  cədvəllərinin  tərtibi  zamanı  məktəb 
kitabxanalarının  elmiliyinin,  oxucu  və  məqsəd  istiqamətinin, 
kitab  fondunun  imkanlarının  nəzərə alındığı qeyd edilir. Vəsa-
itin çox nüsxə ilə nəşri imkan vermişdir ki, respublikanın bütün 
məktəb  kitabxanalarının  fondları  və  soraq  məlumat  aparatı 
KBT  əsasında qurulsun. Bu da oxuculara xidmət işini  asanlaş-
dırır, ədəbiyyatın təbliğinə geniş imkanlar yaradır.   
 
Məktəb kitabxanası işinin planlaşdırılması 
Kitabxanaların  fəaliyyətinin  təşkilində  və  tənzimlənmə-
sində  işin  planlaşdırılması  çox  çətin  və  mürəkkəb  sahə  kimi 
səciyyələndirilir.  Müxtəlif  regionları  və  geniş  coğrafi  ərazini 
əhatə  edən  məktəb  kitabxanalarında  işin  düzgün  qurulmasını 
təşkil  etmək  məqsədilə  kitabxana  bu  sahəyə  dair  bir  sıra  və-
saitlər  hazırlayıb  çap  etdirmişdir.  Bu 
vəsaitlərdən  biri  olan“Məktəb  kiabxa-
nası  işinin  planlaşdırılması  (metodik 
tövsiyə)”  adlı  kitabça  1985-ci  ildə 
Azərbaycan  EA-nın  mətbəəsində  2000 
nüsxə ilə çap edilmişdir. 
Vəsaitin  müəllifləri  T.Ə.İsmixanova 
və H.Musayevdir. 
Müvafiq  elmi  nəzəri  və  təcrübi  ədə-
biyyatdan  yaradıcılıqla  istifadə  edən 


 
 
 
REPK 30 ildə
 
 33 
tərtibçi  müəlliflər  özlərinin  zəngin  təcrübələrinə  əsaslanaraq 
sadə, aydın  və  maraqlı  bir tərzdə  məktəb kitabxanalarında  işin 
qurulmasını  dəqiq  müəyyənləşdirməyə  nail  ola  bilmişlər.  Tər-
tibçi  müəlliflər  məktəb  kitabxanasının  fəaliyyət  planında  işin 
planlaşdırılmasının  məziyyətlərindən  geniş  bəhs  etməklə  iş 
planının  ön  cərgəyə  çəkilməsində  haqlıdırlar.  Məktəb  kitab-
xanası işinin hərtərəfli müəyyənləşməsində iş planı əsas sənəd-
dir.  İşin  müvəffəqiyyəti,  keyfiyyəti  planlaşdırmadan  çox  asılı-
dır. Odur ki, planın konkretliyi  və həyata keçirilməsinin müm-
künlüyü  nəzərə  alınmalı,  həmçinin  oxuculara  məqsədyönlü, 
xidmətin  stimullaşdırılmasına  nail  olmaq  vacibdir.  Vəsaitdə 
məktəb  kitabxanasının  məktəbin  ictimai,  sosial,  mənəvi  və 
tədris  həyatında  canlı  və  dinamik  mexanizmi  verilir.  Bu  həm 
tədrisin  yaxşılaşdırılmasında,  həm  də  şagirdlərin  mütaliə 
mədəniyyətinin formalaşmasında kitabxananın rolunu və yerini 
müəyyənləşdirməyə  imkan  yaradır.  Çünki  fasiləsiz  təhsildə, 
fasiləsiz  mütaliə  sisteminin  təşkilində  məktəb  kitabxanaçısının 
da  qarşısında  az  vəzifə  durmur.  Məktəb  kitabxanasının  gün-
dəlik  işinin onun  illik  iş planlarında  əks olunmasını,  nazirliyin 
təhsillə bağlı əmr, qərar, göstəriş və tövsiyələri əsasında onların 
öz  işlərini  qurmasını  göstərən  tərtibçi  müəlliflər,  kitabxananın 
fəaliyyətinin  sistemləşdirilməsində  kitabxana  şurasının,  peda-
qoji  kollektivin  və  xüsusilə  məktəb  direktorunun  istiqamət-
verici, həlledici rolunu da unutmurlar.  
Vəsaitdə  “Planın statistik göstəriciləri”nə  xüsusi  yer ayı-
ran  tərtibçi-  müəlliflərin  həmçinin  məktəb  kitabxanasında  işin 
bütün  ağırlığını,  qarşısında  duran  vəzifənin  məsuliyyətini  də-
rindən  hiss  edən  məktəb kitabxanaçısının  -müdirinin şəxsiyyət 
keyfiyyətinə  də  diqqət  yetirmələri  təqdirəlayiqdir.  Tərtibçi 
müəlliflərə  görə  məktəb  kitabxanaçısı  (müdiri)  yüksək  ideya 
səviyyəsi,  elmi  dünyagörüşünün  genişliyi,  ixtisas  səriştəliliyi 


Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə