Referat mövzu: Xalı-Palçıq Pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz perspektivliyi



Yüklə 8,83 Mb.
səhifə6/17
tarix19.12.2023
ölçüsü8,83 Mb.
#150861
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   17
Xalı-Palçıq pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz Mag.diss. Həsəsnov M.N. 2019 11

İşin strukturu: Dissertasiya işi 3 fəsildən, 26 müxtəlif adlı qrafikdən, 1 cədvəl, giriş, referat, nəticə və 50 adda ədəbiyyat siyahısından ibarətdir.

Fəsİl I. Ədəbİyyat İcmalı
N.R.Nərimanov, N.Y.Xəlilov, R.A.Xıdırovanın tədqiqatlarında qeyd olunan çökəkliyin cənub-qərb yamacında tədqiqat sahəsi haqqında , onun temperatur rejimi haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, Xali sahəsinin Çilov adası qırışığından mulda ilə ayrılaraq sərbəst qalxımdır. Çilov adası strukturun quru və dəniz hissəsində kəşfiyyat quyularının qazılması aparılmışdır. Bu kəşfiyyat quyuları ilə QA və QaLD–nın sənaye əhəmiyyətli neftliliyi aşkar edilmiş və Çilov sahəsinin istismara daxil edilməsinə əsas vermişdir. Aparılmış ilk kəşfiyyat qazma işləri zamanı 1 və 2 saylı quyulardan müsbət nəticə alınmamışdır. Lakin 3 saylı quyudan sınaq işləri zamanı QaLD-dan müsbət nəticə alınmışdır.
Məqalədə çökəkliyin geoloji kəsilişində iştirak edən çöküntülərin litofasial tərkibi, qalınlığı haqqında geniş məlumat verilir. Çöküntütoplanmanın stratiqrafik zaman intervalları üzrə sürəti müəyyən edilmiş və üzvi maddələrin miqdarı ətraflı şərh edilmişdir. Hövzənin indiki geotermik şəraiti öyrənilmiş, neftin qazın əmələgəlmə zonalarına uyğun gələn temperatur kəsimlərinin hansı dərinlikdə yerləşmələri və neftana qatının hansı zonada yerləşməsi müəyyən edilmişdir. Məqalədə tədqiqat sahəsinin yerləşdiyi Pirallahı-Kelkor çökəkliyində yerləşən neft –qaz yataqlarına aid bir fikir söylənilmişdir ki, onlarda toplanan müxtəlif fazalı karbohidrogenlər əsasən Yura və erkən Təbaşirin neftqazəmələgətirmə potensialları hesabına formalaşmışlar [1].
X.V.Nağıyevin elmi araşdırmalarında tədqiqat rayonunda abşeron fasiyasına xas olan MQ çöküntülərində neft-qaz yığımlarının toplanması üçün əlverişli şəraitin olması müəyyənləşdirilmişdir.
Kollektor xassələrini müəyyən edən fiziki parametrlrin sahə üzrə qeyri-bərabər paylandığı aşkar edilmişdir. Burada süxurların nisbətən yüksək kollektor xüsusiyyəti ilə səciyyələnən iki şimal-qərb və cənub-şərq ocaqları ayrılır. Abşeron arxipelaqının şimal hissəsi litofasial şərait baxımından bütövlükdə kifayət qədər perspektivlidir. Lakin gələcək axtarış-kəşfiyyat işlərinin istiqamətlərini müəyyənləşdirərkən, burada paleoVolqa hövzəsinin delta çöküntüləri ilə əlaqədar olan qeyri-ənənəvi tip karbohidrogen yığımlarını nəzərə almaq lazımdır [2].
L.N.Xəlilova, M.B.Xeyirovun tədqiqatında Cənubi Xəzərin MQ süxurları parametrlərinin yəni qalınlıq, karbonatlıq, məsaməlik və keçiriciliyin ayrı-ayrı lay dəstələri üzrə dəyişmə qanunauyğunluqlarına baxılır. Ayrı-ayrı lay dəstələri üzrə qeyd olunan parametrlərin dəyişmə xüsusiyyətləri araşdırımışdır. Məhsuldar Qatın Üst şöbəsinin lay dəstələri süxurlarının orta qalınlıqları, alt şöbəsinin lay dəstələrinin qalınlıqlarına nisbətən bir neçə dəfə artıq olduğu müəyyən edilmişdir [3].
M.A. Məmmədova, C.B.Məmmədovun elmi işində qeyd edilir ki, quyuların layihə dərinlikləri 1200-1500 m arasında dəyişə bilər. Yeni layihə quyularının yataq üzrə yerlərinin dəqiqləşdirilmiş struktur xəritəyə əsasən seçilməsi tövsiyyə edilir. Gələcəkdə qazılacaq quyuların aşağıdakı quyu quruluşu ilə qazılması mümkündür. Konduktorun 150, aralıq kəmərlərin müvafik olaraq 550, 1200 və istismar kəmərinin 1500 m dərinliyə buraxılması məqsədəuyğundur [4].
N.R.Nərimanov, S.M.Rzayevanın elmi işində təhlillərdən sonra aşağıdakı nəticələr əldə edilmişdir. Xali sahəsində ilk geoloji tədqiqatlar aparılmışdır. Bu illərdə Xali sahəsində MQ çöküntülərinin iştirakının artımı ehtimal edilir.
Struktur xəritəalma işlərinin nəticəsində müəyyən olunmuşdur ki, Xali qalxımı ŞmŞq, CQ və ŞQ tərəfdən Ağcagil mərtəbəsi süxurlarının ensiz zolağı ilə əhatə olunur. Xali sahəsində axtarış işləri aparılmış və 1967-ci ildə tamamlanmışdır. Xali sahəsində ilk axtarış quyusu qalxımın cənub-qərb hissəsində MQ-ın alt şöbəsinin çıxışlarında qazılmışdır. Kəsilişin (MQ çöküntülərinin) neftliliyini aşkar etmək məqsədilə, şimal və cənub qanadlarda ilk üç (3) quyu qazılmışdır. Xali qırışığının tağyanı hissəsində axtarış qazması aparılmışdır və dərin qazma ilə bərabər elektrik və seysmik kəşfiyyat işləri aparılmışdır. 3 saylı kəşfiyyat qazması rayonunda xəritəalma qazması ilə cənub-şərq istiqamətdə Çilov adası qalxımının periklinalına doğru dənizin dibində iri üstəgəlmə izlənilmişdir [5]. Xali qalxımının geoloji xəritəsi dəqiqləşdirilmişdir. Aparılmış geoloji tədqiqatlar nəticəsində Çilov adası rayonunda iki qalxımın varlığı müəyyən edilmişdir: Çilov adası və ondan şimal-qərbdə yerləşən Xali qalxımı. Struktur-axtarış qazmasının nəticələrinə əsasən, Xali sahəsi dərin axtarış qazmasına daxil edilmişdir. Faktiki olaraq 12 ədəd axtarış quyusu qazılmışdır. Quyulardan 11ədədi qalxımın tağ hissəsində, 1 ədədi (15 saylı quyu) şimal-şərq qanadın batım hissəsində qazılmışdır. Qazma zamanı bir sıra quyularda neftlilik əlamətləri (neft iyi, benzin ekstraktı, neft-qaz təzahürü) müşahidə edilir. 11 quyuda sınanma işləri aparılmışdır. Bunun nəticəsində neft pərdəcikli su axını alınmışdır. Lakin sənaye əhəmiyyətli neft və qaz axını heç bir quyuda qeydə alınmamışdır. Bütün quyular geoloji səbəbdən ləğv edilmişdir. 1945-ci ildən 1951-ci il daxil olmaqla Çilov adası rayonunda seysmik kəşfiyyat işləri aparılmışdır. Bu işlərin nəticəsində müəyyən edilmişdir ki, Çilov adası qırışığı Xali qalxmı ilə eyni ox istiqamətində yerləşir. Çilov adası rayonunda aparılmış seysmik kəşfiyyat işləri ilə Cənub sahəsi rayonunda struktur terras müəyyən edilmişdir. Belə ki, qırışığın cənub-qərb qanadı sərhəddində qazma məlumatları və dənizdə geoloji-axtarış işlərinin nəticələri Çilov adasında bu qırışığın quruluşu, neftliliyi haqqında geniş və aydın məlumat verməmişdir. A.L.Putkaradzenin rəhbərliyi ilə Çilov adasını əhatə edən dəniz xəttində struktur-xəritəalma qazması ilə tədqiqat işləri aparılmışdır.
Həzi Aslanov qalxımı 1965-ci ildə seysmik kəşfiyyat işlərinin ƏODÜ (Əks olunan dalğalar üsulu) ilə aşkar olunub. Qalxımın struktur sxemi tərtib edilmiş və dərin axtarış qazmasına hazırlanmışdır. Sahədə dərin axtarış qazması ilə 1 və 3 saylı axtarış quyuları qazılmışdır. 1 saylı axtarış quyusu MQ çöküntülərini tam açmış və QaLD-nin sınanması zamanı neft alınmışdır. F.İ.Səmədov və A.L.Putkaradze geofiziki, geoloji-axtarış materiallarının, dərin kəşfiyyat qazması məlumatlarının analizi əsasında Neft Daşları strukturunun ŞmQ davamında yeni Palçıq Pilpiləsi qalxımının varlığını sübut etmişlər. F.İ.Səmədov tərəfindən Palçıq Pilpiləsi sahəsinin dərin kəşfiyyat qazması ilə kəşfiyyatının layıhəsi tərtib edilmişdir. E.N.Əlixanov Abşeron arxipelaqının cənub-şərq sərhəddində braxiantiklinal zonanı təşkil edən Xali, Çilov adası, Palçıq Pilpıləsi və Neft Daşları strukturlarını ayırmışdır. Tədqiqat işində həmçinin qeyd edilir ki, Abşeron arxipelaqının lokal qalxımları konsedimentasion mənşəlidirlər. Miosenin sonundan gec olamayaraq inkişafa başlamışlar və IV Dövrə qədər çöküntütoplanmaya nisbətən az intensiv inkişaf etmişlər. IV Dövrdə qırışıqların inkişaf sürəti çöküntütoplanmanın sürətindən çox olmuş, onların tağları yuyulmaya məruz qalmış, karbohidrogen yığımları qismən dağılmış və yenidən formalaşmışlar. Pirallahı Kelkor çökəkliyinin çoxocaqlı olması əvvəlki miqrasiya mərhələsinin sonrakı miqrasiyanı örtməsi , lokal qalxımların fasiləsia neftqazdoyumluluğunu təmin edir [5].
Ə.Salmanov , Ə.Süleymanov, B.Məhərrəmovun tədqiqatlarında neft-qaz rayonlaşdırma bölməsində Abşeronu neftli-qazlı rayon kimi ayırmışlar. Abşeron neftli qazlı rayonunda inkişaf etmiş lokal qalxımların geomorfoloji xüsusiyyətlərinə, coğrafi mövqelərinə görə burada Qərbi Abşeron, Mərkəzi Abşeron və Abşeron arxipelaqı tektonik zonalarına bölünür. Cənubi-Şərqi Qafqazın Mezozoy strukturlarından Qərbi Abşeron tektonik zonası Yaşma fleksurası ilə ayrılır. Geotektonik baxımdan Qərbi Abşeron tektonik zonası Böyük Qafqaz meqaantiklinoriumundan Abşeron çökəkliyinə keçən zonada yerləşir. Mərkəzi Qobustan və Qərbi Abşeron tektonik zonalarının qırışıqlı zonaları cənub şərq istiqamətində bir- birinə paralel uzanmış müsbət strukturlardan ibarətdir. Paleogen-Miosen və Mezozoy çöküntüləri onların tağ və tağa yaxın zonalarında yer səthinə çıxdığı halda, onların cənub-şərq batım zonalarında Məhsuldar qat çöküntüləri yayılmışdır. Qərbi bşeron tektonik zonası ilə Mərkəzi Abşeron tektonik zonasını Şurabad Ceyranbatan sinklinal çökəkliyi ayırır. Rayonun şimal-qərb hissəsində Mezozoy çöküntülərinin tektonik xüsusiyyətlərini az qalınlıqlı Paleogen-Miosen çöküntüləri əks etdirir. Mərkəzi Abşeronun şimal-qərb hissəsində yerləşən lokal qalxımların tağında yer səthinə Maykop çöküntüləri çıxır. Şərqi Abşeronun antiklinal zonalarından Mərkəzi Abşeronun antiklinal zonaları da geniş sinkilial çökəkliklərlə ayrılırlar.
Ə.Salmanov və digər tədqiqatçıların tədqiqatlarında Abşeron neftli-qazlı rayonunun Kaynozoy çöküntü hövzələri geniş təhlil edilmişdir. Paleosen dövründə (Danimarka əsrində) Cənubi Şərqi Qafqazda dənizin geri çəkilməsi yəni reqressiyası baş verir. Bu zaman bu çöküntülərin geniş miqyaslı aşınması reqressiyanın çox uzun sürməsini göstərir. Ona görə də bu çöküntülər kəsilişdə terrigen xüsusiyyətlidir. Kəsiliş üzrə reqressiyanın baş verməsi və hövzənin dayaz olmasını əhəngdaşıların mergellərlə əvəz olunması göstərir. Eosen əsrinin sonunda geniş transqressiyanın baç verməsi hövzənin dərinləşməsinə səbəb oldu. Tektonik hərəkətlərin intensivliyinin Eosenin sonu Oliqosenin əvvəlində artması baş verir. Alt Maykopun sonunda baş vermiş transqressiya üst Maykopun əvvəlində geniş transqressiya ilə əvəz olunur. Aşınma zonası davamlı şəkil alan transqressiya nəticəsində dəniz suları ilə əhatə olunduğundan Maykopun sonunda cənub istiqamətdə gilli fasiya genişlənir. Paleogen-Alt Miosenin qeyd olunan zonada perspektivliyi çökmə qatın kəsilişində kollektorların olması ilə əlaqədardır. Zəngin üzvi maddəyə malik olan və nefttörədici ana süxurlar kimi hesab olunan Maykop çöküntüləri Abçeronda 1400-1500 m qalınlığa malikdir. Bu da çox böyük həcmdə karbohidrogen generasiyasına imkan verir [6].
X.Yusifov, Ə.Süleymanovun tədqiqatlarında qeyd olunur ki, Abşeron neftli-qazlı rayonundan cənub-şərqdə Abşeron arxipelaqı neftli-qazlı rayonu yerləşir. Şimali Abşeron qalxımlar zonasının şimal qərbində ölçüləri 10x5 km olan və yatım bucaqları 10-150 olan bir çox strukturlar yerləşir ki, bu lokal qalxımlar da üst Təbaşir çöküntülərinin qalınlıqlarının azalması ilə səciyyələnir və burada qeyd olunan çöküntülər nisbətən kiçik dərinliklərdə yatırlar.şimali Abşeron qalxımlar zonasında Paleogen-Miosen və mezozoy çöküntü kompleksləri arasında yuylma ilə əlaqədar qeyri uyğun yatım mövcuddur. Abşeron –Balxanyanı qalxımlar zonası Pirallahı çökəkliyi ilə Şimali Abşeron qalxımlar zonasından ayrılır. Abşeron- Balxanyanı qalxımlar zonasının Azərbaycan hissəsində Mezozoy çöküntülərii geoloji –geofiziki üsulllarla öyrənilməyib, çünki bu çöküntülər çox dərinliklərdə yatırlar.
X.Yusifov, Ə.Süleymanovun tədqiqatlarında qeyd olunur ki, Abşeron neftli-qazlı rayonu tektonik cəhətdən Böyük Qafqaz meqantiklinoriumunun cənub-şərq periklinal çökəkliyində yerləşir. Bu tədqiqatlarda əsas məsələ kimi qeyd edilir ki, dağqarşısı və dağarası çökəkliklərdən fərqli olaraq periklinal çökəkliklərin əsasını, yəni bünövrəsini geosinklinal şəraitdə əmələ gələn çökmə qatı təşkil etdiyindən, burada böyük qalınlığa malik çökmə süxurlar toplanacaq. Qeyd etmək lazımdır ki, ona görə də Abşeron yarımadasında karbohidrogen yığımlarının əmələ gəlməsi üçün üzvi maddələrin toplanması və münasib geokimyəvi və geotektonik şəraitdə neftə və qaza çevrilməsi üçün əlverişli geokimyəvi şərait olub. Abşeron yarımadası Böyük Qafqazın uzaq periklinal batımında yerləşdiyindən, Mezozoy dövründə Böyük Qafqazın qalxması, burada gilli karbonatlı çöküntülərin formalaşmasına şərait yaratmalı idi. Lakin quyu məlumatları olmadığına görə Yura və Alt Təbaşir çöküntülərinin litofasial tərkibi haqqında yarımada üzrə fikir söyləməyə imkan vermir. Abşeron yarımadasında ən çox perspektivliyi ehtimal olunan alt Təbaşirin Alb qumdaşılarıdır (Küllülü horizontu). Bu qumdaşılı horizontun qalınlığı 80 m təşkil edir və yarımadanın mərkəzində yüksək dərəcəli neftli-qazlı ola bilər [7].
Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmovun tədqiqatlarında qeyd olunur ki, Abşeron neftli-qazlı rayonunda orta və gec Miosen hövzələrinin paleotektonik və paleocoğrafi şəraitləri Maykop dövrünün şəraitlərinin davamıdır. Maykop dövründə çöküntü hövzələrində çöküntütoplanma prosesi Miosendə də davam etmişdir. Miosen dövründə əsasən gilli çöküntülər əvəzinə, qumlu gillərdə, müxtəlif dənəli qumdaşı, mergel, və dolomitlərdən ibarət olan molass çöküntüləri toplanmışdır. Müəlliflərin fikrincə Abşeron yarımadası və Qobustanın cənub-şərqində MQ çöküntülərinin yüksək kollektorluq xüsusiyyəti ilə əlaqədar olaraq şaquli və lateral miqrasiya prosesləri gedir ki, bu da bu zaman mövcud olan lokal qalxımlarda karbohidrogen-lərin yığılması ilə nəticələnir. Generasiya prosesi 4 mln.il, Maykop çöküntülərində, 3 mln.il bundan əvvəl isə Miosen çöküntülərində başlamışdır ki, bu da yarımadada neft-qaz yataqlarının formalaşmasının 2 mərhələdə, Ağcagilə qədər və Ağcagildən sonraki mərhələdə getdiyini göstərir. Pliosen çöküntülərinin neft-qazlılığı Abşeronun daha çox gömülümüş ərazilərində MQ-nin alt horizont və lay dəstələrinin pazlaşma zonalarında litoloji və stratiqrafik ekranlaşmış tələlərlə əlaqədardır [6].
Ş.X.Axundov, A.A.Qəniyevin tədqiqatlarında Cənubi Xəzər çökəkliyinin çöküntütoplanma hövzələrində çöküntütoplanma ilə hövzə dibinin enmə tempi və çöküntütoplanma sürətinin qarşılıqlı əlaqəsi məsələlərinə baxılmışdır. Qeyd edilmişdir ki, hövzə dibi nə qədər çox enməyə məruz qalırsa çöküntütoplanmanın sürəti və toplanan çöküntülərin qalınlığı çox olur. Belə çöküntülərdə üzvi maddənin miqdarı və onun karbohidrogenlərə çevrilmə prosesi də intensiv olur [8].
Ə.Ə.Əli-zadə, S.H.Salayev və A.N.Əliyevin tədqiqatlarında Bütövlükdə Azərbaycanda və Cənubi Xəzər çökəkliyində neftlilik-qazlılıq perspektivliyinin qiymətləndirilməsi və gələcək axtarış-kəşfiyyat işlərinin istiqamətləri verilir. Abşeron neftli-qazlı rayonu da Cənubi Xəzərin struktur-tektonik elementi olduğundan müəlliflər burada da neftlilik-qazlılıq perspektivliyinin qiymətləndirilməsini ətraflı şərh edirlər [9].
B.İ.Məhərrəmovun elmi tədqiqatında Abşeron və Şamaxı-Qobustan neftli-qazlı rayonlarının Orta və Üst Miosen lokal qalxımlarının paleotektonik inkişafı və bununla əlaqədar neft-qaz perspektivliyi verilir [10].
B.İ.Məhərrəmovun elmi araşdırmalarında Abşeron və Şamaxı-Qobustan neftli-qazlı rayonlarında Paleogen-Miosen çöküntülərinin neft-qazlılığının geoloji əsasları verililir [11].
Ə.M.Salmanov, B.İ.Məhərrəmov, R.M.Hüseynov, Abşeron neftli-qazlı rayonunun Oliqosen-Miosen çöküntülərinin paleogeoloji tədqiqatına əsasən neft-qazlılıq perspektivliyinin qiymətləndirilməsi məsələlərinə baxmışlar [12].
A.M.Süleymanov Azərbaycanda qeyri-antiklinal tələlərin formalaşmasının paleogeoloji-coğrafi şəraitinin təhlilini aparmışdır. Abşeron neftli-qazlı ərazisində də qeyri-antiklinal tip tələlər Xali-Palçıq Pilpiləsi antiklinal xəttində inkişaf etmişvə onların da perspektivliyi müəyyən edilmişdir [13].
Ə.M.Süleymanov, R.L.Zeynalov, B.İ.Məhərrəmov Ə.A.Qəniyen Abşeron neftli-qazlı rayonunda Paleogen-Miosen çöküntülərinin neft-qaz perspektivliyi və axtarış-kəşfiyyat işlərinin əsas istiqamətləri məsələlrinə baxmışlar [14].
Ə.M.Süleymanov, R.L.Zeynalov, B.İ.Məhərrəmov, Abşeronda Paleogen-Miosen çöküntü kompleksinin regional və lokal tektonik xüsusiyyətləri məsələlərinə baxmışlar [15].
Ə.M.Süleymanov, R.L.Zeynalov, B.İ.Məhərrəmov Abşeron və Şamaxı-Qobustan neftli-qazlı rayonlarında Orta və Üst Miosen qalxımlarının paleotektonik inkişafını və onların neftlilik-qazlılıq pespektivliyini əsaslandırmışlar [16].
X.M.Yusifov, S.B.Məmmədov, A.A.Əfəndiyev Abşeron neftli-qazlı rayonunda Eosen çöküntülərində qeyri-antiklinal tip tələlərin yayılma zonaları və onların neft-qaz perspektivliyini əsaslandırmışlar. [17].
R.L.Zeynalov, B.İ.Məhərrəmov, Q.M.Süleymanov, Xəzəryanı-Quba vilayətinin cənub-şərqində alt Təbaşir çöküntü hövzələrinin paleocoğrafi, paleotektonik şəraiti və neft-qazlılığı məsələlərinə baxmışlar [18].
X.M.Yusifov, S.B.Məmmədov, R.R.Rəhmanov Böyük Qafqazın cənub-şərq batımında və ona qonşu olan ərazilərdə Mezozoy çöküntülərinə aparılmış axtarış-kəşfiyyat qazmasının səmərəsizliyinin əsas səbəbləri və ən perspektivli sahələrin seçilməsi məsələsinə baxmışlar. Bu baxımdan Böyük Qafqazın cənub-şərq batımında yerləşən Abşeron və onun şərq hissəsindəki strukturlar da perspektivli sahələrdəndir [19].
F.M.Bağırzadə, A.A.Nərimanov, F.R.Babayev Xəzər dənizinin yataqlarının geoloji geokimyəvi xüsusiyyətlərini araşdırmışlar [20].
A.A.Əli-zadə redaktor olduğu kitabda Mezozoy və Kaynozoyun stratiqrafiyası ətraflı şərh edilmişdir [21].
Ş.S.Köçərli Azərbaycanın Mezozoy nefti və onun təsdiqinin ilkin geoloji amilləri məsələsini ətraflı şərh etmişdir [22].
Ə.A.Feyzullayev, Ş.C.Köçərli, D.A.Hüseynov, E.İ.Şirinov, Y.A.Şıxəliyev Cənubi-Şərqi Qafqazın Oliqosen-Miosen çöküntülərində karbohidrogenlərin tutulması və axtarışı problemləri məsələsininin tədqiqatını aparmışlar [23].
S.V.Kərinmov, E.Ş.Qaragözov, S.O.Heydərli Çilov adası yatağında qala üstəgəlməaltı lay dəstəsinin QaLD5 və QaLD6 horizontlarının mövcudluğu və neft-qazlılıq problemləri məsələlərinə baxmışlar [24].
X.M.Yusifov, R.R.Rəhmanov Azərbaycanda Mezozoy neftinin axtarış strate-giyası məsələsinə baxmışlar [25].
X.M.Yusifov, A.A.Əfəndiyev, S.B.Məmmədov Böyük Qafqazın cənub-şərq hissəsində Paleogen-Miosen çöküntülərinin geoloji-geofiziki öyrənilməsinin kompleks təhlili və onların perspektivli istiqamətləri məsələlərini işıqlandırmışlar [26].
X.M.Yusifov, R.R.Rəhmanov, S.B.Məmmədov, A.A.Əfəndiyev Şərqi Azərbaycanın Paleogen-Miosen çöküntülərində neft-qaz yataqları axtarışının geoloji əsaslarını müəyyən etmişlər [27].
A.Ə.Nərimanov neftli-qazlı hövzələrin geoloji inkişaf tarixində palçıq vulkanlarının rolunun əsalandırılması məsələsinə baxmışdır. Bu tədqiqatda müəllif palçıq vulkanları ilə neft-qaz yataqlarının genezisinin eyni olduğunu göstərmişdir [28].
N.R.Nərimanov, S.M.Rzayeva, G.C.Nəsibova, S.İ.Mansurova öz tədqiqatlarında Abşeron-Balxanyanı struktur meqayəhərin geodinamiki rejimini daha geniş şərh etmişlər. Qeyd olunur ki, bu geostruktur element Cənubi Xəzər meqaçökəkliyinin şimal-şimal-şərq yamacında yerləşib qalıq- subduksiya zonasının struktur-tektonik ifadəsidir. Bu­nun­la əlaqədar olaraq onun formalaşmasında sıxılma gər­gin­liklərinin rolu var. Qeyd etmək la­zımdır ki, submeridional istiqamətdə təsir edən sıxılma gərgin­likləri, burada Cənu­bi Xəzər çökəkliyinin daxilində olan sıxılma gərginliklərindən intensiv olsa da, müvafiq kolliziya zonasında olan sıxılma gərgin­liklə­rinin əks sədasıdır və onun intensivliyindən çox aşağıdır. Lakin bununla belə struktur meqayəhərdə üstəgəlmə, örtük və eninə tek­tonik sürüşmə tip qırılmalar inkişaf etmişdir. Burada lokal qalxımların sub­en istiqamətdə cəhət­lənməsi, submeridional istiqamətində sıxılma gər­ginliklərinin əhəmiyyətli dərəcədə yüksək intensivliyə malik olmasını söyləməyə əsas verir. Abşeron-Balxanyanı astananın qərb-şi­mal-qərb ya­rısını Abşeron arxipelaqı təşkil edir. Təhlili ətraflı aparmaq üçün müəlliflər lokal qal­xımları struk­­­tur meqayəhərin şimal, ox xətti və cənub yamacı boyu qrup­laşdırıl­mışlar. Struktur meqa­yəhə­rin ox xətti boyu uzanan dərinlik yarılmasından cənubda Abşeron yarımadasının lokal qalxımları yerləş­dik­lə­rinə görə, on­lar cənub yamacın lokal qalxımları qrupuna daxil edilmiş­lər.
Be­ləliklə, Abşe­ron arxipelaqında müəlliflərin qəbul etdikləri struktur qruplar əsa­sında üç tekto­nik zona üzrə lokal qalxımların ölçülərinə, morfoloji təsnifatına gö­rə qra­fik­ləri qurulmuş­dur. Qrafikdən göründüyü kimi şimal struk­turlar qrupunu göstərən əyri qısa braxiqırışıqlar zo­na­sında yerləşir, az hissəsi isə qısa braxiformaya yaxın uzun braxi­qırışıqlar zonasın­dadır. Bu struktur qrup eninin uzununa nisbətinin böyük qiymətləri ilə səciyyələ­nir. Bu da şimal zonanın lokal qalxımlarının formalaşmasında sıxılma gərginliklərinin nisbətən zəif işti­rak etməsini göstərir. Cənub struktur qrupuna aid lokal qalxımların ikisi izometrik, doqquzu qısa, səkkizi isə uzun braxiqırışıqlara aiddirlər. Cənub Abşeron zonasına aid olan lokal qalxımların for­ma­laşması sıxılma gərginliklərin nisbətən geniş interval­da dəyişməsi ilə səciyyələnir.
Eninin uzununa nisbətinin ən aşağı qiymətləri struktur meqayəhərin ox xətti boyu keçən dərinlik yarılması ilə əlaqədar olan lokal qalxım­larda qeyd edilir və sonuncular qısa braxi­for­madan xətti uzanmışa qədər inkişaf etmişlər. Burada qalxımların əksəriy­yəti uzun braxiformaya malik yaxud xətti uzanmış qırışıqlardır. Bu da onu deməyə əsas verir ki, də­rin­lik yarılması ilə əlaqədar bu zonanın qırışıqlarının forma­laş­masına sıxılma gərginlikləri ilə yanaşı uzununa dərinlik yarılması da tə­sir göstərmişdir. Tədqiqat sahəsi olan Xali-Palçıq Pilpiləsi zonasına aid olan lokal qalxımlar bu zonada yerləşirlər və qırışıqların demək olar ki hamısı palçıq vulkanı ilə mürəkkəbləşmişdir.
Beləliklə, müəlliflərin apardığı təhlil nəticəsində sıxılma gərginliklərin ən aşağı inten­sivliyi meqayəhərin şimal yamacı boyu müşahidə edilir. Meqayəhərin daha dik cənub yamacında yerləşən qırışıqların qısa və uzun braxiqırışıqlar olması və qana­dının dik yatması bu zonada şimal yama­ca nisbə­­tən sıxılma gərginliklərin intensiv olmasını göstərir. Cənub yamac geo­dinamik cə­hətdən subduksiya zonasının dərin su novuna aiddir, yəni onun şimal yamacını təşkil edir. Nəhayət, struk­tur meqayəhərin ox xətti boyu uzanan dərinlik yarılmasında qırışıqların eninin uzununa nisbəti ən aşağı qiymətlər ilə xarakterizə olunur. Burada az bir his­sə­ qısa braxiformalı, əksəriyyəti isə uzun braxi- və xətti uzanmış qırı­şıq­­lardır. Buradan belə nəticəyə gəlmək olar ki, meqa­yə­hərin ən yük­­sək gərginliklərə məruz qalan hissəsi, onun ox xətti boyu uzanan də­rin­lik yarıl­ması zonasıdır. Bu tektonik zona Böyük Qafqaz ilə Kopetdağın şar­ni­rlərinin meqayəhərin is­ti­qaməti ba­tımında yerləşdiyindən yük­sək intensivliyə malik sıxılma gərgin­lik­ərinə məruz qalmışdır. Çox ehtimal ki, bu tektonik zona üstə gəl­ən plitənin ön hissəsində yaranmış və bir sıra eni­nə tektonik sürüş­mə­lərlə mürəkkəbləşmiş dərinlik yarılmasıdır və o Bö­yük Qafq­azı uzununa mürəkkəbləşdirən dərinlik yarılma­la­rından birinin Ab­şeron-Balxanyanı struktur meqayəhər istiqamətində da­va­mıdır [29].
M.V.Abramoviç və V.E.Xainin tədqiqatları ilə Təbaşir və Paleogen dövründə qırışıqəmələgəlmənin Qafqaz dağ zəncirinin yaranmasına səbəb olması müəyyən edilmişdir ki, bu da əsasən şərqdə sualtı Abşeron bəndi ilə davam edir.
F.T.Səmədov tədqiqatları ilə Alt Pliosen çöküntülərinin toplanması dövrünün sonunda bütün Abşeron-Balxanyanı qalxımlar zonası morfoloji cəhətdən silsilə sistemli olub, tağ hissə intensiv yuyulmaya məruz qalmış və yuyulmuş səth üzərində Ağcagil mərtəbəsinin çöküntüləri yatır. Suraxanı dövründə qalxımın inkişafının kəskin dəyişməsi və Ağcagil mərtəbəsi çöküntülərinin toplanması dövründə palçıq vulkanı təzahürlərini Ağcagildən əvvəl geotektonik yarımfazanın təzahür əlamətlərinə əlavə göstərmək olar [30].



Yüklə 8,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə