Referat mövzu: Xalı-Palçıq Pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz perspektivliyi



Yüklə 8,83 Mb.
səhifə9/17
tarix19.12.2023
ölçüsü8,83 Mb.
#150861
növüReferat
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
Xalı-Palçıq pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz Mag.diss. Həsəsnov M.N. 2019 11

Həzi Aslanov sahəsi. Həzi Aslanov sahəsində 9 axtarış-kəşfiyyat quyusu qazılmışdır. Diatom lay dəstəsi bu sahədə 5, 7 saylı quyularda açılmışdır. Bu dəstənin ümumi qalınlığı 47-88 m təşkil edir. Litoloji tərkibi qumdaşı təbəqəli gillərdən, boz qumdaşılardan ibarətdir. Pont çöküntüləri 1, 6, 8, 9 saylı quyularda açılmışdır. Litoloji cəhətdən möhkəm qumdaşılardan, qumlardan, gillərdən ibarətdir. Qalınlığı 20-542 m arasında dəyişir. Qala lay dəstəsi – 1-9 saylı quyularda açılmışdır. Bu lay dəstəsinin qalınlığı 112-774 m təşkil edir. Litoloji cəhətdən qumların, gillərin, qumdaşıların növbələşməsindən ibarətdir. Qırmakı altı lay dəstəsi və Qırmakı lay dəstəsi bütün axtarış-kəşfiyyat quyularında açılmışdır.
QA lay dəstəsinin qalınlığı 96-509 m, QD-nin isə 27-364 m təşkil edir. Litoloji cəhətdən qumlardan, gillərdən və qumdaşılardan ibarətdir.
Qırmakı üstü qumlu və Qırmakı üstü gilli lay dəstələri 4 saylı quyu istisna olmaqla bütün axtarış-kəşfiyyat quyularında açılmışdır. QÜQ lay dəstəsinin ümumi qalınlığı 27-124 m, QÜG lay dəstəsinin qalınlığı 113-170 m-dir. Litoloji tərkibi qum təbəqəli gillərdən, gilli qumlardan, gilli möhkəm qumdaşılardan ibarətdir.
Fasilə lay dəstəsi- 1-3, 5-9 saylı quyularda açılmışdır. Bu lay dəstəsinin qalınlığı 82-1128 m-dir. Litoloji cəhətdən qumdaşılardan, qumlardan, gillərdən ibarətdir. Balaxanı lay dəstəsi- 1-3, 5-7 saylı quyularda açılmışdır. Litoloji tərkibi boz gillərlə, qumdaşılarla, qumlarla göstərilmişdir. Sabunçu lay dəstəsi 2 saylı quyuda açılmışdır. Qalınlığı 439 m-dir.
Palçıq Pilpiləsi sahəsi. Palçıq Pilpiləsi sahəsində 56 axtarış-kəşfiyyat quyusu qazılmışdır. Pont çöküntüləri bu sahədə 1087, 1078, 1032, 780, 687, 488, 435, 366, 318, 317, 81, 80 saylı quyularda açılmışdır. Bu çöküntülərin litoloji tərkibi gillərdən, qumlardan ibarətdir. Qalınlığı 20-115 m arasında dəyişir.
Qala lay dəstəsi 1094 saylı quyu istisna olmaqla bütün axtarış-kəşfiyyat quyularında açılmışdır. Litoloji tərkibi açıq-boz rəngli qumlardan, tünd-boz gillərdən və qumdaşılardan ibarətdir. Bu lay dəstəsinin qalınlığı 80-652 m-dir.
Qirmakı altı lay dəstəsi 1094 saylı quyu istisna olmaqla bütün axtarış-kəşfiyyat quyularında açılmışdır. Litoloji tərkibi boz rəngli qumlardan, neft iyli qumdaşılardan, gillərdən ibarətdir. Qalınlığı 56-350 m arasında dəyişir.
Qırmakı lay dəstəsi 1052 saylı quyu istisna olmaqla bütün quyularda açılmışdır. Litoloji tərkibi açıq-boz, xırda dənəli qumdaşılardan, boz rəngli qumlardan, gillərdən ibarətdir. Qalınlığı 35-485 m-dir.
Qırmakı üstü qumlu, Qırmakı üstü gilli lay dəstələri – 11, 22, 75, 79, 80, 81, 290, 295, 305, 310, 317, 318, 319, 320, 321, 324, 362, 365, 366, 370, 410, 425, 435, 450, 460, 465, 488, 494, 505, 517, 686, 687, 780, 790, 1010, 1014, 1032, 1052, 1060, 1076, 1078, 1079, 1080, 1087, 1094, 1098, 1099, 1112, 1116, 1132, 1351, 2005a, 2007a saylı quyularda açılmışdır.
QÜQ lay dəstəsinin qalınlığı 10-275 m, QÜG lay dəstəsinin qalınlığı isə 30-269 m arasında dəyişir. Litoloji cəhətdən bu lay dəstələri gillərdən, qumlardan və qumdaşılardan ibarətdir.
Fasilə lay dəstəsi- 11, 22, 75, 79, 80, 81, 290, 295, 305, 310, 317-321, 324, 362, 365, 410, 425, 435, 450, 460, 465, 488, 517, 686, 687, 780, 790, 792, 1010, 1014, 1032, 1052, 1060, 1076, 1078, 1080, 1087, 1094, 1098, 1099, 1112, 1116, 1132, 1351, 2005a, 2007a saylı quyularda açılmışdır. Qalınlığı 60-162 m təşkil edir. Litoloji tərkibində tünd-boz gillər, qumdaşılar, karbonatlı qumlar iştirak edir.
Balaxanı lay dəstəsi- 75, 79-81, 290, 295, 305, 310, 317-321, 324, 362, 365, 366, 410, 425, 435, 450, 460, 465, 488, 517, 687, 780, 790, 792, 1010, 1014, 1032, 1052, 1076, 1078, 1079, 1080, 1087, 1094, 1098, 1099, 1112, 1116, 1132, 1351, 2007a saylı quyularda açılmışdır. Litoloji tərkibi möhkəm qumdaşılardan, neft iyli qumlardan, təbəqəli gillərdən ibarətdir. Bu lay dəstəsinin ümumi qalınlığı 45-1136 m təşkil edir. Sabunçu lay dəstəsi 435, 780, 1080, 1099, 1132 saylı quyularda açılmışdır. Bu lay dəstəsinin qalınlığı 240-380 m təşkil edir. Litoloji cəhətdən neft iyli qumlardan, gillərdən, qumdaşılardan ibarətdir.
Suraxanı lay dəstəsi 780 saylı quyuda açılmışdır. Bu dəstənin ümumi qalınlığı 63-111 m təşkil edir. Litoloji cəhətdən boz rəngli qumlardan ibarətdir.

2.3. Struktur tektonik xüsusiyyətlər



Yüklə 8,83 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə