Referat mövzu: Xalı-Palçıq Pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz perspektivliyi



Yüklə 8,83 Mb.
səhifə5/17
tarix19.12.2023
ölçüsü8,83 Mb.
#150861
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   17
Xalı-Palçıq pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz Mag.diss. Həsəsnov M.N. 2019 11

Mövzunun aktuallığı: Abşeron-Balxanyanı meqayəhərdə yerləşən Xali, Çilov, Həzi Aslanov, Palçıq Pilpiləsi neft-qaz yataqları uzun müddətli istismarda olmasına baxmayaraq, Alt Məhsuldar qatın neftlilik-qazlılıq perspektivliyi hələlik kifayət qədər öyrənilməmişdir. MQ-nin alt hissəsinin nefqazlılıq perspektivliyi və kollektor süxurların yayılma sahəsinin kifayət qədər öyrənilməməsi baxımından mövzu aktuallığı ilə fərqlənir.
MQ-nin əsas neftli-qazlı obyektləri QÜQ, QD, QA, QaLD lay dəstələri ilə əlaqədardır. Bu səbəbdən Abşeron-Balxanyanı meqayəhərin neft-qaz yataqlarının Alt MQ-in neft-qazlılıq perspektivliliyinin dəqiqləşdirilməsi məqsədilə, kompleks tədqiqatlarının, yəni dərin qazma, geofiziki tədqiqatlar, kern və seysmik məlumatların təhlil edilməsi və onların nəticələrinin ümumiləşdirilməsi zərurəti yaranmışdır.
Tədqiqatın yeniliyi: Abşeron –Balxanyanı meqayəhərdə yerləşən Xali, Çilov, Həzi aslanov, Palçıq Pilpiləsi lokal qalxımların paleoprofilləri üzrə paleoizoterm xəttlərinin keçirilməsi və karbohidrogenlərin baş miqrasiya mərhələlərinin ayrılması və onların strukturların formalaşma vaxtı ilə uyğunluğu müəyyən edilmişdir. Qeyd olunan strukturlarda kern nümunələrinin məsaməlik, keçiriciliyinin və litfasial xüsusiyyətlərinin yəni qalınlığının və qumluluğunun dərinlikdən asılı olaraq dəyişməsi əks etdirən , petrofiziki modelləri qurulmuşdur.
Tədqiqatın məqsədi: Abşeron-Balxanyanı meqayəhərdə yerləşən Xali, Çilov, Həzi Aslanov, Palçıq Pilpiləsi lokal qalxımlarının geoloji inkişaf tarixi və paleotemperatur rejiminin birgə araşdırılması, Alt Məhsuldar qatın ayrı-ayrı lay dəstələrinin qalınlıqlarının və qumluluğunun və eləcə də petrofiziki parametrlərinin həm ayrı-ayrı strukturlar, həm də antiklinal xətt üzrə regional istiqamətdə təhlili və yeni neftli-qazlı obyektlərin aşkar edilməsi və gələcək axtarış-kəşfiyyat işlərinin istiqamətlərinin müəyyən edilməsidir.
Tədqiqat işində məqsəd: Xali, Çilov, Həzi Aslanov və Palçıq Pilpiləsi lokal qalxımların ayrı-ayrı stratiqrafik zaman intervallarının sonuna qurulmuş paleoprofilləri əsasında geoloji inkişaf tarixini araşdırmaqdır. Həmçinin ərazinin paleotemperatur rejimi əsasında karbohidrogenlərin baş miqrasiya mərhələlərini ayırmaq və onların strukturların formalaşma vaxtı ilə uyğunluğunu müəyyən etməkdir. Alt MQ çöküntülərinin qalınlığı, qumluluğu və neftqazlılığı haqqında yeni məlumatlar təhlil edilmişdır. Bu məsələlərin həlli üçün böyük həcmdə geoloji-geofiziki məlumatların təhlili aparılmışdır.

Yüklə 8,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə