Referat mövzu: Xalı-Palçıq Pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz perspektivliyi



Yüklə 8,83 Mb.
səhifə4/17
tarix19.12.2023
ölçüsü8,83 Mb.
#150861
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   17
Xalı-Palçıq pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz Mag.diss. Həsəsnov M.N. 2019 11

NƏTİCƏ VƏ TƏKLİFLƏR…………………………………………………

70

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT……………………………………….

71


GİRİŞ


Problemin müasir vəziyyət: Geofizika və geologiya İdarəsi 2016-ci il üçün “Azneft” İB ilə razılaşdırılmış və ARDNŞ tərəfindən təsdiq edilmiş iş proqramına əsasən “Abşeron-Balxanyanı neftli-qazlı zonasında məhsuldar layların sahə üzrə izlənməsi” mövzusunun yerinə yetirilməsini Kompleks Mühəndisi Axtarış İstehsalat Bölümünün Geoloji-Kəşfiyyat Ekspedisiyasına həvalə etmişdir. Mövzunun yerinə yetirilməsində məqsəd aşağıdakılardan ibarət olmuşdur:
Abşeron-Balxanyanı neftli-qazlı zonasında yerləşən Pirallahı, Gürgan-dəniz, Cənub, Cənub-2, Xali, Cilov adası, H.Aslanov, Palçıq Pilpiləsi, Neft Daşları, Oğuz, Günəşli, Çıraq, Azəri və Kəpəz sahələrdə
- qazılmış quyuların qazıma, sınaq mənimsəmə, qazıma zamanı quyulardan götürülmüş kern nümunələri, sahələr üzrə aparılmış geofiziki və digər məlumatların toplanması və cədvəl şəklinə salınması;
- toplanmış məlumatlar əsasında hər bir sahə üzrə kəsilişdə iştirak edən məhsuldar layların izlənməsi;
- quyu məlumatlarından istifadə etməklə sahəvi və regional geoloji profillərin və korrelyasiya sxemlərinin tərtib edilməsi.
Abşeron-Balxanyanı qalxımlar zonasında yerləşən 14 strukturdan 12-si yataq hesab olunur. Buradakı müxtəlif flüid (neft, qaz və qaz-kondensat) sistemli yataqlar Məhsuldar Qat (MQ) çöküntülərinin həm üst (Suraxanı-Fasilə lay dəstələri) və həm də alt (QÜG, QÜQ, QD, QA, QaLD) şöbələrinə aid edilir.
Mövzu üzrə əldə olunan məlumatların təhlili və ümumiləşdirilməsi işləri müasir informasiya-texnologiya imkanlarından istifadə etməklə aparılmışdır.
Tədqiqat sahələrində son illərdə aparılmış dərin axtarış və kəşfiyyat işlərinin təhlili nəticəsində MQ-ın alt şöbəsi çöküntülərinin litoloji tərkibi, qalınlığı və neftqazlılığı haqqında yeni məlumatlar alınmışdır. Çox saylı quyu karotajları ilə yanaşı ayrı-ayrı lay dəstələri və ya horizontları təşkil edən süxurların petroqrafik xarakteri (qranulometrik tərkib xarakter minerallar) litofizik xassələri (karbonatlılıq, məsaməlik, keçiricilik) haqqında mövcud olan materiallardan da geniş istifadə olunmuşdur.

Yüklə 8,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə