Referat mövzu: Xalı-Palçıq Pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz perspektivliyi



Yüklə 8,83 Mb.
səhifə8/17
tarix19.12.2023
ölçüsü8,83 Mb.
#150861
növüReferat
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
Xalı-Palçıq pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz Mag.diss. Həsəsnov M.N. 2019 11

Xali sahəsi. Xali sahəsində 15 axtarış-kəşfiyyat quyusu qazılmışdır. MQ-dan altda yatan çöküntülər 3, 6, 10, 15 saylı quyularda açılmışdır. Bu çöküntülərin qalınlığı 15 saylı quyuda 179 m-ə bərabərdir. Litoloji cəhətdən sıx qumlarla və gillərlə göstərilmişdir.

Şəkil 2.2 Ümumiləşdirilmiş stratiqrafik kəsiliş
3, 6, 10 saylı quyularda isə MQ-dan altda yatan çöküntülər Pont mərtəbəsi ilə təmsil olunmuşdur. Litoloji cəhətdən gilli, qumlu, qumdaşılı fasiya ilə təmsil olunur. Qalımlığı 69-256 m arasında dəyişir.
Qala lay dəstəsi bu sahədə- 1, 2, 4-12, 15 saylı quyularda açılmışdır. Bu dəstənin qalınlığı 70-449 m arasında dəyişir. Litoloji cəhətdən qumlardan və gillərdən ibarətdir.
Qırmakı altı, Qırmakı, QÜQ və QÜG lay dəstələri bütün axtarış-kəşfiyyat quyularında açılmışdır. Litoloji cəhətdən bu lay dəstələri gilli, qumlu, qumdaşılı fasiya ilə təmsil olunur. QA lay dəstəsinin qalınlığı 35-517 m, QD-nin qalınlığı 85-759 m, QÜQ lay dəstəsinin qalınlığı 10-202 m, QÜG lay dəstəsinin qalınlığı isə 70-212 m arasında dəyişir [36, 37, 38, 39 40].
Fasilə lay dəstəsi- 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 15 saylı quyularda açılmışdır. Bu lay dəstəsinin qalınlığı 33-200 m arasında dəyişir. Litoloji cəhətdən burada qumlar və gillər iştirak edir.
Balaxanı lay dəstəsi- 2-11, 15 saylı quyularda açılmışdır. Qalınlığı 132-800 m arasında dəyişir. Litoloji cəhətdən əsasən qumlardan və gillərdən ibarətdir.
Sabunçu və Suraxanı lay dəstələri yalnız 15 saylı quyuda açılmışdır. Sabunçu lay dəstəsinin qalınlığı 277 m, Suraxanı lay dəstəsinin qalınlığı isə 132m-dir. Burada litoloji cəhətdən qumlar və gillər iştirak edir. Kəsilişində həmçinin Ağcagil, Abşeron və IV dövr çöküntüləri də iştirak edir. Ağcagil mərtəbəsinin qalınlığı 60 m, Abşeron və IV dövr çöküntülərinin qalınlığı isə 1522 m təşkil edir.
Çilov sahəsi. Çilov sahəsində 54 axtarış-kəşfiyyat quyusu qazılmışdır. Diatom lay dəstəsi bu sahədə 6, 14, 48 saylı quyularda açılmışdır. Bu lay dəstəsinin qalınlığı 58-800 m arasında dəyişir. Litoloji cəhətdən sıx gillərdən, qumdaşılardan, qum təbəqəli gillərdən ibarətdir. Pont çöküntüləri- 4-8, 15-18, 22, 24, 27, 31, 35, 39, 40, 41, 65, 66, 70 saylı quyularda açılmışdır. Litoloji cəhətdən qumdaşılardan, gillərdən ibarətdir. Qalınlığı 30-186 m arasında dəyişir.
Qala lay dəstəsi 14, 20 saylı quyular istisna olmaqla digər bütün quyularda açılmışdır. Bu lay dəstəsinin qalınlığı 70-625 m arasında dəyişir. Litoloji cəhətdən gillərdən, qumlardan, qumdaşılardan ibarətdir. Qırmakı altı lay dəstəsi 20, 70 saylı quyular istisna olmaqla bütün axtarış-kəşfiyyat quyularında açılmışdır. Bu dəstənin qalınlığı 25-395 m arasında dəyişir. Litoloji cəhətdən qumlardan, sıx gillərdən, qumlu gillərdən, qumdaşılardan ibarətdir.
Qırmakı lay dəstəsi bütün axtarış-kəşfiyyat quyularında açılmışdır. Qalınlığı 34-526 m arasında dəyişir. Bu dəstənin litoloji tərkibi gillərdən və qumlardan, bəzi hallarda isə qumdaşılardan ibarətdir. Qırmakı üstü qumlu lay dəstəsi 4, 14 və 27 saylı quyular istisna olmaqla digər axtarış-kəşfiyyat quyularında açılmışdır. Bu lay dəstəsinin ümumi qalınlığı 15-125 m təşkil edir. Litoloji tərkibi neftlə zəif doymuş qumlardan, gillərdən, gil təbəqəli qumlardan ibarətdir.
Qırmakı üstü gilli lay dəstəsi 1, 4 və 14 saylı quyular istisna olmaqla bütün axtarış-kəşfiyyat quyularında açılmışdır. QÜG lay dəstəsinin ümumi qalınlığı 10-250 m təşkil edir. Litoloji tərkibi sıx gillərdən, qumdaşılardan, qumlardan ibarətdir.
Fasilə lay dəstəsi- 2, 5-10, 12, 13, 15-28 saylı quyularda açılmışdır. Litoloji tərkibi tünd-boz giilərdən, gillərdən, əhəngli qumdaşılardan ibarətdir. Qalınlığı 40-420 m arasında dəyişir. Balaxanı lay dəstəsi- 2, 6, 8, 9, 12, 13, 15, 16, 18-30, 35, 39, 40, 41, 46, 47, 49, 50, 51, 57, 65, 66, 69, 70, 75, 100, 162, 164, 165 saylı quyularda açılmışdır. Qalımlığı 70-770 m arasında dəyişir. Litoloji tərkibi gillərlə, qumdaşılarla, qumlarla göstərilmişdir. Sabunçu lay dəstəsi- 2, 12, 20, 21, 27, 35, 39, 40, 41, 100 saylı quyularda açılmışdır. Qalınlığı 45-480 m arasında dəyişir. Litoloji tərkibi boz gillərdən, əhəngli qumlardan və qumdaşılardan ibarətdir. Suraxanı lay dəstəsi- 20, 27, 35, 41, 100 saylı quyularda açılmışdır. Litoloji tərkibi boz-bərk gillərdən, qumdaşılardan ibarətdir. Qalınlığı 60-66 m arasında dəyişir.
Kəsilişində həmçinin Ağcagil, Abşeron mərtəbəsi, IV dövr çöküntüləri iştirak edir. Ağcagil çöküntülərinin qalınlığı 147 m, IV dövr+Abşeron çöküntülərinin ümumi qalınlığı isə 103 m-dir. Litoloji cəhətdən burada tünd-boz rəngli gillər, qumlar, sıx qumdaşılar iştirak edir.

Yüklə 8,83 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə