Referat mövzu: Xalı-Palçıq Pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz perspektivliyi



Yüklə 8,83 Mb.
səhifə7/17
tarix19.12.2023
ölçüsü8,83 Mb.
#150861
növüReferat
1   2   3   4   5   6   7   8   9   10   ...   17
Xalı-Palçıq pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz Mag.diss. Həsəsnov M.N. 2019 11

FƏSİL II. TƏDQİQAT ÜSULLARI
2.1 Ərazinin geoloji quruluşu haqqında
Abşeron Azərbaycanda ən qədim neftli-qazlı rayonudurr. Abşeron neftli-qazlı rayonu Abşeron yarımadası ərazilərini və Abşeron arxipelaqı akvatoriyasını əhatə edir. Bu rayon şimaldan Mərkəzi Xəzər, cənubdan isə Sanqaçal-Oqurçu dərinlik yarıqları, şərqdən isə Azərbaycan və Türkmənistan Respublikalarının Xəzər dənizinin mərkəzindən keçən dövlət sərhədləri ilə məhdudlaşır.
Abşeron arxipelaqının şimal və şimal-şərq hissəsi tektonik cəhətdən Böyük Qafqaz meqaantiklinoriumunun cənub-qərb batımının əsas geostruktur elementlərinin bilavasitə dəniz davamıdır.
Abşeron neftli-qazlı rayonunda yerləşən yataqlar və strukturların təsviri Abşeron yarımadası (Abşeron quru) və Abşeron arxipelaqı (Abşeron dəniz) üzrə ayrı-ayrı bölmələrdə verilir.

Şəkil 2.1 İcmal xəritə. Abşeron neftli-qazlı rayonu
Abşeron arxipelaqı. Geoloji cəhətdən Abşeron arxipelağı şimaldan cənuba doğru üç zonaya ayrılır. Şimali Abşeron qalxımlar zonasında yerləşən strukturlar nisbətən sadə quruluşa malikdirlər. Şimali Abşeron qalxımlar zonası daxilində şimal-qərbdən cənub-şərqə doğru Qoşadaş, Abşeron küpəsi, Xəzri, Gilavar, Arzu, Dan ulduzu, Əşrəfi, Qarabağ, Zirvə və s. strukturlar izlənilir [31, 32, 33, 34, 35].
Abşeron-dəniz neftli-qazlı rayonunda 19 neft-qaz-kondensat yatağı aşkar edilib. Onlar Qərbi Abşeron, Abşeron küpəsi, Çilov adası, Həzi Aslanov, Palçıq pilpiləsi, Neft Daşları, Günəşli, Çıraq, Azəri, Kəpəz, Darvin küpəsi, Pirallahı adası, Gürgən-dəniz, Cənub qaz-kondensat, Cənub-2 qaz-kondensat, Qum-dəniz, Bahar, Şahdəniz və 8 Mart yataqlarıdır.
Göstərilən neft-qaz-kondensat yataqlarından başqa rayonda 13 perspektivli struktur aşkar edilib və dərin axtarış-kəşfiyyat qazımasına hazırlanmışdır. Bunlar Şimali Abşeron, Xəzri, Arzu, Dan Ulduzu, Əşrəfi, Aypara, Həmdəm, Qoşadaş, Novxanı, Qarabağ, Səyyar, Səba və Abşeron strukturlarıdır.

2.2 Tədqiqat sahəsinin stratiqrafiyası


Abşeron–Balxanyanı zonasına aid olan sahələrin geoloji quruluşunda iştirak edən çöküntülər geniş stratiqrafik intervalı (Paleogen (₽) başlayaraq Dördüncü dövrədək (Q)) əhatə edir.

Yüklə 8,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə