Referat mövzu: Xalı-Palçıq Pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz perspektivliyi



Yüklə 8,83 Mb.
səhifə14/17
tarix19.12.2023
ölçüsü8,83 Mb.
#150861
növüReferat
1   ...   9   10   11   12   13   14   15   16   17
Xalı-Palçıq pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz Mag.diss. Həsəsnov M.N. 2019 11

Atribut analizin nəticələri. Quyulararası mühitdə kollektorların yayılma arealının proqnozlaşdırılması məqsədilə atribut analizi yerinə yetirilmişdir. Bu üsulun fiziki əsası ondan ibarətdir ki, seysmik dalğaların atributları süxurların xüsusiyyətləri ilə əlaqədardır:

  • Əksolmaların amplitudaları layların sərhədindəki akustik sərtliklər fərqi ilə əlaqədardır. Məsələn, layların akustik sərtlikləri arasındakı fərq artdıqca, onlar arasındakı sərhəddən əksolunan dalğanın amplitudası artır;

  • Dalğanın tezliyi layların qalınlığı və onların litoloji tərkibindən asılıdır.

Bir sıra seysmik atributlar hesablanmış və petrofiziki proqnoz parametrləri ilə yüksək dərəcədə korrelyasiya olunan atributlar – Siqnalların əyilməsi (Envelope), Ani tezlik (Instantaneous Frequency), Nisbi akustik impedans (Relative Acoustic Impedance), Orta kvadratik amplitudlar (RMS Amplitude) hesablanmışdır.
Məlum olduğu kimi, ƏOD sahəsinin amplitud-tezlik xarakteristikası geoloji mühitin petrofiziki xüsusiyyətlərinin dəyişmələri ilə əlaqədardır. Son zamanlarda aparılmış tədqiqatlar ƏOD sahəsinə görə hesablanmış "RMS Amplitude" atributunun geoloji mühitdəki qum/gil nisbətinin variyasiyalarına (dəyişməsinə) daha həssas oldugunu göstərir. Adətən RMS amplitudalarının (və orta amplitudaların) yüksək qiymətləri sahilə yaxın hissələrdə toplanmış, qumla zəngin fasiyalara, zəif amplitudalar isə sahildən uzaqda toplanmış, gillə zəngin fasiyalara uyğun gəlir. Siqnalların əyilməsi (Envelope) atributu güclü enerjili əksolmalara səbəb olan litoloji dəyişgənliyin ayrılmasında mühüm rol oynayır. Həmçinin seysmik məlumatlarda aydın əksolunmayan kiçik litoloji dəyişkənliyi dəqiq ayırır [47, 48, 49 ,50, 51, 52, 53, 54].
Siqnalların ani tezliyi (Instantaneous Frequency), amplituda və fazadan asılı deyil. Bu tezlik süxurların kollektorluq xüsusiyyətlərini, həmçinin litoloji lateral dəyişkənliyinin ayrılmasına imkan verir. Ani tezliyin kiçik dəyişkənliyin seçilməsində, amplitudadan daha böyük həll etmə qabiliyyətinə malik olması ehtimal olunur.
Nisbi akustik impedans (Relative Acoustic Impedance) müxtəlif tərkibliliyi, uyğunsuzluq səthini, ardıcıl sərhədləri göstərən akustik təzadlığı (kontrast) əks etdirir. Həmcinin məsaməliyi və ya kollerktorlarda flüidlərin tərkibini göstərə bilir.
Atributlar dalğa sahəsinin dəyişkən xüsusiyyətləri ilə seçilən zonaların ayrılmasına imkan yaradır. Əgər seysmik atributların əhəmiyyətli dərəcədə fərqləndiyini müşahidə etsək, onda bu sahədə elastiklik xüsusiyyətlərinin də dəyişməsi ehtimal olunur. Elastiklik xüsusiyyətlərinin və müvafiq olaraq fasial tərkiblərinin bir-birindən fərqlənməsi kollektorların yayılma arealının proqnozlaşdırılmasına imkan verir.
Atribut analiz 95-1108B (AÇG) və 95-1114D (Kəpəz) zaman kəsilişləri üzrə MQ-nin QaLD-SH – Sr-SH intervalında yerinə yetirilmişdir. Bu məqsədlə neyron şəbəkələri üsulunun Petrel proqram kompleksində tətbiq edilməsi ilə məlumatlar təhlil edilmiş, hesablanmış seysmik atributların arasında əlaqələr tapılmış və ərazi həmcins sahələrə ayrılmışdır.
Alınmış nəticələrin interpretasiyası üçün quyu məlumatlarından (quyulardan qaldırılmış süxur nümunələrinin analizləri və QGT məlumatları) istifadə edilmişdir. Belə ki, seysmik atributlara əsasən qumluluğu göstərən sarı rəng kern məlumatlarına görə müəyyən edilmiş qum və qumdaşlarına (kollektor) uyğun gəlir.
Analoji olaraq, kompleks təhlil nəticəsində boz rəngə uyğun sahə isə gil litofasiyası (qeyri-kollektor) ilə xarakterizə olunur. Şəkil 4.1-dən göründüyü kimi, 95-1108B zaman kəsilişi boyu ŞQ-CŞq doğru öyrənilən interval iki hissəyə ayrılır: üst hissəsi gilli, alt hissəsi isə nisbətən qumludur. Suraxanı lay dəstəsində müşahidə olunan boz rəngə uyğun sahə daha çox gilli litofasiya ilə xarakterizə olunur.
Sabunçu lay dəstəsinin tavanından tədqiq olunan intervalın sonuna qədər sarı rəng isə nəzər-diqqəti cəlb edir, bu isə ümumi qalınlığın artması fonunda qumluluğun miqdarının çoxalmasına dəlalət edir.



Yüklə 8,83 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə