Referat mövzu Qazın tərkibinə görə qaz-kondensat quyularının sulaşmasının diaqnostikası əsasında nəticələrin təhlili


Cileyk qaz kondensat yatağında olan quyuların sulaşma diaqnostikası



Yüklə 0,96 Mb.
səhifə17/20
tarix14.07.2023
ölçüsü0,96 Mb.
#119583
növüReferat
1   ...   12   13   14   15   16   17   18   19   20
Qaz Kondensat-Hazir (1)

3.4. Cileyk qaz kondensat yatağında olan quyuların sulaşma diaqnostikası.

Cileyk qaz kondensat yatağında olan quyuların sulaşma diaqnostikasına nəzər yetirək. Bu yataq Tarim çayının şimal sahilində, Xinyanq Uyqur regionunun Luntay bölgəsindən 50km məsafədə yerləşir. Bu yataq Cileyk antiklinal blok və Jinan – 4 blokuna daxildir.



Şəkil 3.3 Cileyk yatağı
1990-cı ilin dekabr ayından 1991-ci ilin mart ayına qədər Cileyk antiklinalında LN57 və LN58 quyuları qazıldı.
Hal-hazırda Cileyk yatağındakı bir-çox qaz quyusu sulaşıb. Bu quyular 2 şərti tipə bölünüb. Birinci tip quyularda sulaşma daha tez baş verib və az miqdarda su hasilatı dərəcəsinə rast gəlinir. İkinci tip quyularda isə daha yavaş sulaşma qeydə alınsa da, sulaşma dərəcəsi get-gedə artır.
Birinci tip quyulara JL109 və JL109-H1, ikinci tip quyulara isə JL102 və JL105 misal göstərmək olar. Bu yataq üçün tipik olan suyun duzluluq dərəcəsi 15x104 mg/L-20x104 mg/L aralığında olub CaCl­2 tiplidir. Beləliklə, belə bir nəticəyə gəlinib ki, hasilat zamanı çıxarılan su kondensatın suyu deyil, yatağın suyudur.

Şəkil 3.4. Cileyk yatağının cənub-qərbi hissəsi
Birinci tip quyulara JL109 və JL109-H1, ikinci tip quyulara isə JL102 və JL105 misal göstərmək olar. Bu yataq üçün tipik olan suyun duzluluq dərəcəsi 15x104 mg/L-20x104 mg/L aralığında olub CaCl­2 tiplidir. Beləliklə, belə bir nəticəyə gəlinib ki, hasilat zamanı çıxarılan su kondensatın suyu deyil, yatağın suyudur.
Aşağıdakı qrafikdən məlum olur ki, JL102 və JL105 nömrəli quyularda karbohidrogen nümunəsinin sıxlığı çıxarılan suyun nisbətinə uyğun olaraq artır. JL109 quyusu üçün isə onu demək olar ki, karbohidrogen nümunəsinin sıxlığı sabit qalır. Bu da onu göstərir ki, JL109 quyusundan hasil olan su laylar arası sudur, daha dəqiq desək, daban suyu ilə əlaqəsi yoxdur.



Şəkil 3.5. Cileyk yatağında müxtəlif quyulardan toplanan karbohidrogen sıxlığının sulaşma dərəcəsinə olan nisbəti

Müxtəlif analizlər sonrası məlum olmuşdur ki, birinci tip quyularda sulaşmanın səbəbi layların yerli heterogenliyindən yaranan su olsa da, ikinci tip quyularda sulaşmanın səbəbi kənar və daban sularıdır. Quyuların təzyiq analizi və qaz hasilatının analizinin birgə nəticəsi olaraq ümumi bir xüsusiyyət tapıldı. Belə ki, daban və kənar suların təsiri altında olan quyuların sulaşma dərəcəsi daha çoxdur, lakin daban təzyiqi daha sabitdir, eyni zamanda, qaz hasilatı sulaşma artdıqca azalır. Ancaq layların yerli heterogenliyi səbəbindən sulaşan quyularda hasilat daha çoxdur. Buna görə də yeni qazılan quyular sulu hissələrdən uzaqda olmalıdır.


Cileyk qaz kondensat yatağının performansını modelləşdirmək üçün müxtəlif komponentlər istifadə edilmişdir. Neftin hasilat dərəcəsi simulyasiya modelində sabit qalmışdır. Tək quyu üçün olan hasilat dərəcəsi qaz yatağı, yataq temperaturu və su-qaz hasilat dərəcəsi ilə birgə ifadə olunmuşdur. Həmçinin eyni zamanda günlük sulaşma dərəcəsi, günlük qaz hasilatı, quyudibi axın təzyiqi və quyu təzyiqi parametrləri də qeyd olunmuşdur. Yuxarıda qeyd olunan bütün parametrlər JL109-H1 quyusu üçün qrafikləşdirilmiş və nəticədə belə olmuşdur.



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə