Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə22/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   18   19   20   21   22   23   24   25   ...   42

Şəmil 
Sadiq
80
sənə üç şeyi əmanət qoyub gedirəm: dilimiz, qeyrətimiz, 
vətənimiz”  –  deyərək,  vəsiyyət  etmişdir.  Onun  qurduğu 
Türk-Azərbaycan dövlətinin apardığı siyasət Azərbaycan 
dilinin saray dili səviyyəsinə gəlişini təmin etmişdir. Şair 
və yazıçılarımız bundan ruhlanıb öz ana dilində yazıb-ya-
ratmağın yollarını axtarmış, onu nəzmə çəkərək cilalamış-
dır.
Ol səbəbdən farsiləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazim TÜRK ləfziləi kənd işvar olur.
Məndə tovfiq olsa, bu düşvari asan eylərəm,
Növbahar olgaç tikandan bərgü gül izhar olur.
Misralarının müəllifi böyük şairimiz Məhəmməd Fü-
zuli, adətən döyüş dili kimi sərt olan bu dildən ilk bahar 
gəldiyində – Necə ki, quru tikanlardan gül yarpaqları çıx-
maya başlar, mən də türk dilində gül yarpağı kimi incə şe-
irlər söylərəm – deyə, özünə söz vermişdir.
Vəfa hər kimsədən kim, istədim, ondan cəfa gördüm,
Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.
Kimə kim, dərdimi izhar qıldım istəyib dərman,
Özümdən həm betər bir dərdə onu mübtəla gördüm.
Və  beləcə  poetik  çalarla  zəngin,  dilin  imkanlarını 
özündə ehtiva edən mükəmməl nümunələr yaratmış şair 
Azərbaycan-türk  dilinin  incə,  zərif,  böyük  mənalar  daşı-
yan bir dil olduğunu sübut etmişdir.
Azərbaycan-türk  dilinin  saflığı  daima  şair  və  sənət 
adamlarımızı  düşündürmüşdür.  Cənubi  Azərbaycanda 
yaşayan  50  milyonluq  bir  xalqın  dilini  nə  qədər  sərhəd-
lər  içində  boğub  öldürməyə  çalışsalar  da,  Şəhriyar  kimi 
dahiləri olan bir xalqın təfəkkürünü sarsıda bilməmişlər. 
Əgər XVI əsrdə Füzuli bu dildə şeir yazmağın çətinliyin-
dən danışırdısa, Məhəmmədhüseyn Şəhriyar türk dilinin 
gözəlliyini onun başqa dillərlə qarışmamasında görürdü. 
Bu dilin sevimliliyinin yaşaması onun öz kökündən qida-
lanması ilə mümkündür:
Türkün dili tək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.
– demişdir ustad sənətkar.


Şəmil 
Sadiq
81
Şair Məmməd Aslan isə sanki dilin xarakterini, onun 
sevimli,  istəkli,  əziz  olmasının  səbəblərini  belə  təsvir  et-
mişdir:
Mənim dilim - yırğalanan bir dəniz,
Qayalardan süzüb gələn çeşmədi.
Gahdan onu quzu təki görərsiz,
Gah görərsiz, bulud kimi kişnədi.
Dil bir xalqın varlığıdır, təfəkkürüdür, tarixidir, yad-
daşıdır.  Onun  köməyi  ilə  biz  xalqımızın  var  olmasını  is-
batlaya bilirik. O bizim əlimizdən tutub qanlı-qadalı, şan-
lı-şöhrətli keçmişləri yorğa bir atın belindəki kimi gəzdirir, 
bizə həqiqətləri açıb göstərir. Xalq şairi Bəxtiyar Vahabza-
dənin yaradıcılığı ilə bütün Türk dünyası XX əsrdə Azər-
baycan dilinin rəvanlığına və rəngarəngliyinə heyran qal-
mışdır.  Ömrünün  çox,  yaradıcılığının  əsas  hissəsini  xalq 
üçün sərf etmiş şairimiz dilimiz haqqında böyük qürurla 
danışmışdır:
Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu
Tarixi varaqlanır,
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan-şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan!
Bəli  dilimiz  bizim  namusumuz,  qeyrətimizdir.  Mil-
li  kimliyimiz  onun  varlığından  keçir.  Azərbaycan-Türk 
dilinin  soykökü  tarixin  dərinliklərinə  gedib  çıxır.  Hətta 
dünyanın sirləri belə bu gün bu dildə gizlənib. Min illər 
bundan öncə böyük bir mədəniyyətə sahib olmuş şumer-
lər bu dildə danışmış, bu dildə yazmışlar. Bu gün bütün 
türkoloqlar, dilşünaslar bunu deməkdən bəzən qorxurlar, 
amma bu bir həqiqətdir. Bu dilin yaşı dünyanın yaşı qə-
dərdir. Elmin gəldiyi bu qənaətləri Zəlimxan Yaqub bu cür 
ifadə etmişdir:


Şəmil 
Sadiq
82
Dünyanın qəlbinə yatan dilimin
Özülü bir ölməz ruhdadı, bəlkə?
Budağı bu günə çatan dilimin
Kökü Adəmdədi, Nuhdadı, bəlkə?
2015-ci il. İtaliyanın Verona şəhərində keçirilən Beynəlxalq 
Konfransdakı çıxış


Şəmil 
Sadiq
83
ÇƏRŞƏNBƏXATUN ADAMIN ÜZÜNƏ TÜPÜRƏR
Bizim  Naxçıvanda,  Nehrəmdə  Çərşənbə  bayramını 
“yeddiləvin günü”, uşaqlar isə daha çox “hallabaca günü” 
kimi adlandırır. Adından da məlum olduğu kimi, çərşənbə 
günündə yeddi cür meyvənin olmasını “yeddiləvin”, ax-
şam yandırılan tonqalı isə “hallabaca” ifadəsi əvəz edir.
Nənəm hər çərşənbə səhəri bizi obaşdan, yəni sübh-
dən oyadardı. Məhəlləmizdəki bulağa (Bizim kənddə bu-
laq olmadığı üçün krana) göndərərdi ki, əl-üzümüzü yu-
yaq.  Deyərdi,  Çərşənbə  günü  sübhdən  duranlar  sağlam 
olarlar. Hətta onu da deyərdi ki, Günəş ilk dəfə kimi görüb 
göz vursa, onun adaxlısı gözəl olar.
Gəlinlərə  qan  uddurardı  ki,  Çərşənbəxatunun  qaba-
ğına yaxşı çıxsınlar. Yoxsa Çərşənbəxatun gəlib görsəymiş 
ki, evdə hansısa bir küncdə toz var, elə ordaca evin xanı-
mının üzünə tüpürərmiş. Gəlinlər Çərşənbəxatunun gəlişi 
şərəfinə ev tökərdi. Sanki, ilahi bir qüvvə bizə qonaq gələ-
cəkdi. Elə gəlirdi də. Çərşənbəyə qədər bu evtökmə məra-
simi bitər, yumurtalar boyanar, “kökə”lər bişirilər, əppək, 
çörək yapılardı.
Uşaqlar üçün ən çox gözlənilən adət pay aparmaq idi. 
Çünki həmin gün qardaşlar bacılarına, oğullar analarına, 
analar  qızlarına,  əmilər  gəlin  olmuş  qardaşqızlarına  pay 
göndərərdi. Çərşənbə payına meyvələr və xələt daxil idi. 
Bunu ona görə göndərirdilər ki, yeni ailə qurmuş gəlinə öz 
dəstəklərini nümayiş etdirsinlər.
Uşaqlar  bunu  ona  görə  gözlərdilər  ki,  həmin  gün 
payları  onlar  aparardı.  Apardığı  payın  müqabilində  qır-
mızı-qırmızı yumurtalar alardılar. Onlar kimin yumurtası 
çoxdur  deyə  mübahisə  edərdilər.  Pay  apardığın  adamın 
xəsisliyi, etinasızlığı xoşagəlməz hal sayılardı. Həmin evə 
heç birimiz getmək istəmirdik. Dörd qardaş idik. Ona görə 
əvvəlcədən bölünürdü. Evin böyüyü mən olduğum üçün 
az yumurta verən qohumlar adətən mənim üstümdə qa-
lardı. Amma bibimgilə hamımız birdən gedərdik. Nəinki 
biz, hətta bütün əmiuşaqları birgə gedərdi. Bibimin qırmı-
zı  rəngə  boyanmış  bayram  yumurtaları  bol  olardı.  Hətta 
hərəmizə iki-iki verərdi.


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə