Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə19/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   15   16   17   18   19   20   21   22   ...   42

Şəmil 
Sadiq
67
KEFLİ İSKƏNDƏR BİQEYRƏTİDİRMİ?
Bu  yaxınlarda  Könül  Nəhmətovanın  “facebook”da 
yazdığı  “S.S.Axundovun  “Qaraca  qız”  hekayəsinin  orta 
məktəbdə  tədrisi  şagirdə  hansı  görüşləri  aşılayır?”  adlı 
statusu  diqqətimi  çəkdi.  Bu  tip  sual  bütün  müəllimləri, 
valideynləri,  hətta  ədəbiyyatçıları  da  çox  düşündürür  və 
tez-tez mübahisələrə səbəb olur. Hamımız yaxşı bilirik ki, 
bədii  əsərlərin  əksəriyyətində  obrazlar  mənfi  və  müsbət 
olur, müəllif bu obrazların arasındakı konfliktlə ideya və 
məramını oxucuya çatdırmağa çalışır. Kim nə qədər çatdı-
ra bilirsə, bu artıq başqa məsələdir. Əsərlərdəki obrazları 
ətrafımızda    gördüyümüz  insanlara  bənzətsək  və  bu  as-
pektdən yola çıxsaq, məncə mahiyyətə daha yaxşı vararıq. 
Həyatımızın  müəyyən  anlarında  nurani,  mədəni,  müla-
yim, xeyirxah, əzazil, fırıldaqçı, riyakar, qəddar insanlar-
la rastlaşırıq. Onlardan özümüzə uyğunlarını seçib, həyat 
dərsi alır və ya örnək götürürük. Kim hansına daha yaxın-
dır, əlbəttə, onu daha tez dərk edir.
Çingiz Əlioğlu demiş, yazıçı əsərləri ilə öz iç dünya-
sının  rəsmini  çəkir.  Bəli,  bu  bir  həqiqətdir.  Kimin  içində 
nə qədər fərqli insan obrazı varsa, əgər o insan yazıçıdırsa 
və ya incəsənətin digər növlərindən biri ilə məşğul olursa, 
deməli, onları müəyyən obrazları ilə təqdim edir. İçindəki 
şeytandan  qaçanlar  və  ya  qaçmaq  istəyənlər  onu  əsərlə-
rində və obrazlarında da rədd edir. Cəsarətliləri, mərdlə-
ri, xeyirxahları isə önə çəkir. Zənnimcə, oxucu da belədir. 
Sevdiyi qəhrəmana bənzəmək istəyir və ya qəlbinin dərin-
liklərində gizlətdiyi məninin xarakterini hansısa obrazda 
görəndə hər iki mənada özünə haqq qazandırmaq arzusu-
na düşür.
Zənnimcə  uşaqlara  tədris  edilən  materiallar  mütləq 
müəllimin düzgün istiqaməti və izahı ilə təqdim edilməli-
dir. Dünyagörüşü zəif olan uşaqlara bu daha çox vacibdir. 
Nizami Gəncəvinin “Xeyr və Şər” mənzuməsi kimi əsər-
lərdə xeyir və şər tərəflər aydınlığı ilə göründüyü üçün bu 
tip əsərlərdə əlavə izaha ehtiyac o qədər də olmur. Lakin 
elə əsərlər var ki, orda cəmiyyətə yararsız olan fikirləri izah 
və təhlil etməyə böyük ehtiyac duyulur. Məsələn, şagirdlər 
“Leyli və Məcnun” poemasını oxuyarkən bəzən asanlıqla 


Şəmil 
Sadiq
68
Leylini riyakar adlandıra bilirlər. Çünki Leyli İbn Salamın 
yas mərasimində ağlayarkən camaata ərinin ölümü üçün 
ağladığı kimi görünsə də, əslində o Məcnuna və öz tale-
yinə ağlayır. Bu isə həqiqi mənada, əlbəttə, riyakarlıq kimi 
qəbul edilir. Amma Leylinin bəxtsiz taleyini düşünmədən 
bu hadisəyə yanlış qiymət vermək olmaz. Onun ikiüzlü-
lük  etməsinə  səbəb  elə  cəmiyyətin  özüdür.  O  öz  hiss  və 
duyğularını  ifadə  edə  biləcəyi  bir  cəmiyyətdə  yaşasaydı, 
bu addımı atmağa ehtiyac olardımı?
Cəlil  Məmmədquluzadənin  “Ölülər”  əsərini  oxuyan 
bəzi  şagirdlər  hamımızın  müsbət  qəhrəman  kimi  qəbul 
etdiyi İskəndəri qəbul etmirlər. Səbəb kimi bacısının Şeyx 
Nəsrullahın yatağına salınmasına sadəcə sözlə etiraz edən 
İskəndərin  biqeyrət  olmasını  göstərirlər.  Hətta  bəzi  şa-
girdlər bu əsərdən çıxış edərək cəmiyyətimizin bir qismi-
ni Şeyx Nəsrullah kimi fırıldaqçı, bir qismini Hacı Həsən, 
Kərbəlayi  Fatma,  Məşədi  Oruc,  Mirbağır  ağa  kimi  cahil, 
avam, xurafatçı, bir qismini isə İskəndər kimi binamus ad-
landırırlar. Əgər bu əsərin təhlilini şagirdlərin bu formada 
izahına buraxsaq və razılaşsaq, bu qənaətə gəlmək olar ki,  
belə əsərlər heç bir halda nə məktəbə, nə də universitetə 
buraxılmamalıdır.
Bəzi cizgi filmləri və animasiyalar şiddəti təbliğ etdi-
yi  üçün  psixoloqlar  tərəfindən  tənqid  edilir,  bu  əsərlərin 
uşaqların dünyagörüşündə dərin yaralar açdığını vurğula-
yırlar. Hətta bəzi tədqiqatçılarımız “Məlikməmməd” nağı-
lında da qardaşlar arasında olan nifaqa görə bu əsərin də 
tədrisini qəbul etmirlər. Bəs “pis olmasa, yaxşıların qədri 
bilinməz” prinsipi necə olacaq? Axı bu dünyanın məhz iki 
tərəf – xeyir və şər üzərində qurulduğunu, ilk insan olan 
Adəmin övladları Qabil və Habilin əməllərini necə dana 
bilərik? Deməli, belə əsərlərin tədrisində müəllimin hazır-
lığından çox şey asılıdır.
P.S.  Şagirdin    Şah  İsmayıl  Xətainin  “Dəhnamə”  po-
emasına  əsasən  “Müəllim,  axı  Aşiq  Məşuqla  görüşmək 
üçün o qədər əziyyət çəkəndən sonra niyə sonda heç nə 
olmamış ayrıldılar?” – sualına müəllim cavab verə bilmir-
sə, o zaman problemi əsərdə yox, müəllimdə axtarmalıyıq.
2016-cı il


69 
 
 
 


70 
 
 
 


71 
 
 


Şəmil 
Sadiq
72
BİR MÜƏLLİMİN TARİXÇƏSİ
hekayə
Deyirəm,  bəlkə,  usaqlara  deyim,  boş  vaxtlarımda 
məni də özləri ilə aparsınlar? Onsuz da işsizəm. Bekarçı-
lıq yaman darıxdırır məni. Əlindəki köhnə, saralmış, tozlu 
kitabları  rəfə  yığan  Mətin  özü  də  dəqiq  qərar  vermədiyi 
üçün yoldaşının fikrini dinləmək və ondan dəstək almaq 
istəyirdi.
Üç ildir ki, ailə həyatı quran Mətin müəllim maaşı ilə 
dolana  bilmirdi.  Dərs  keçdiyi  aylarda  birtəhər  keçinmək 
mümkün olsaydı da, müəllimin aclıq ayları olan üç yay ayı 
əsil quraqlıq idi. Əslində, onun üçün bütün aylar belə çətin 
keçirdi. Həftədə 40-45 saat dərs deyən Mətin iki nəfər uşaq 
hazırlaşdırırdı. Gənc olduğundan valideynlər hələ ona ina-
na bilmədikləri üçün uşaqların sayı hələ ki az idi. Yay ay-
larında isə hazırlığa gələn uşaqlarının olmaması onun işini 
bir az da çətinləşdirirdi. Həm də bu aylarda maaşlar da gec 
verilirdi axı. Buna görə də dolanışıq daha çətin olurdu.
Dərsdən çıxıb 157 nömrəli marşrutla birbaşa evə gə-
lirdi. O, dostları ilə görüşə də gedə bilmirdi. Yorğunluq-
dan avtobusa minəndən ta Xırdalana qədər mürgüləyirdi. 
Bir də sonuncu dayanacaqda sürücünün “çatmışıq” səsinə 
oyanardı.    Çünki  yeni  köçdüyü  darvazasız  üçotaqlı  evi-
nin cəmi bir otağı hazır olduğundan, digər iki otağın hət-
ta pəncərələri belə yox idi. Hazır olan otağın da suvağını 
ora köçəndən sonra özü vurmuşdu. Əslində fərsiz deyildi. 
Amma nə qədər çalışsa da, maddi durumunu qaydaya sala 
bilmirdi ki, bilmirdi. Evi də 3500 dollara almışdı. Bunun  
500  dollarını  xanımı  qəpik-qəpik  iki  il  ərzində  yığmışdı.  
3000 dollarını isə atası borc-xərc edib ona göndərmişdi ki, 
birdən aspiranturaya qəbulda pul-zad istəyərlər. Mətin də 
hazırlaşıb imtahanı vermiş, əlində olan pulu da düzəldib 
ev almış, oğluna ev almaq həsrəti ilə yaşayan atasını sevin-
dirmişdi.
Yoldaşı da çox ağıllı qadın idi. Yarımçıq evə köçəndə 
heç  bir  söz deməmişdi. Şəhərdə, ən  yaxşı  şəraitdə böyü-
müş bu gəlin sevgisinin hərarəti ilə yaşayırdı. Balaca oğ-


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə