Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə21/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   17   18   19   20   21   22   23   24   ...   42

Şəmil 
Sadiq
76
verənləri evdə danışıb, ürəyini boşaldardı həmişə. Amma 
bu dəfə bacarmadı. Əgər danışsaydı, ömür-gün yoldaşının 
qürurlu  hesab  etdiyi,  güvəndiyi  ərinin  ağladığını  görə-
cəkdi. Bəlkə də, həmişə incə belindən tutub oxşadığı, tel-
lərini əlinin dalı ilə yanaqlarından kənar edən, məhəbbət 
dolu baxışların yerini çarəsiz, alçaldılmış, çarəsiz bir adam 
əvəzləyəcək.
Keçəl, şəkər xəstəliyindən arıqlayaraq əcaib bir görkəm 
almış, yekəburun, əyninə böyük kostyum geyməyi xoşla-
yan ev sahibinin oğluna verdiyi məsləhəti eşidən müəllim 
bilmirdi peşəsinə nifrət etsin,  zəmanəni qınasın,  yoxsa...
Buna cavab tapmağa çalışan “Qayə” şirkətlər qrupu-
nun sahibi qələmi dəftərin üzərində qoyub düzəliş etmək 
istəyirdi  ki,  katibəsi  içəri  girib:  “Bağışlayın,  Mətin  müəl-
lim, Sumqayıtdakı binanın tikintisində işləyən fəhlələri ça-
ğırmışdınız. Müdir müavini dedi ki, onlar artıq yeməkxa-
nada toplaşıblar. Süfrənin açılması üçün sizi gözləyirlər”, 
– dedi.
2015-ci il


II FƏSİL
ADLIQ HAL


Şəmil 
Sadiq
78
DİLİN VARLIĞI
Dünya yaranandan insan sözün əsiridir. Söz formasını 
dəyişməsə də, zaman-zaman məna yükünü, təqdimat for-
masını dəyişib. Sözü təqdim edənlər onun alt şüuruna giz-
lin sirləri ya bilərəkdən, ya da fərqinə varmadan yerləşdi-
rib. Onu oxuyanlar isə öz istədikləri formada yozub, sübut 
etməyə çalışıb. Söz sirri-Xuda olduğu üçün insan hələ də 
onun  təsirindən çıxa bilmir, ifadə etdiyi mənanın çoxluğu 
arasında vurnuxur. Qətran Təbrizi sözün həqiqətə, varlığa 
münasibətindən danışarkən belə yazıb: “Söz varlığı olma-
yan, həqiqi aləmdən kənar bir anlayışdır”.
Həqiqi  aləmdən  kənar,  bizim  dərk  edə  bilməyəcəyi-
miz yeganə varlıq isə Tanrıdır. Füzuli fəlsəfəsində deyildi-
yi kimi, sözün qüdrəti, gücü ordulardan daha böyükdür. 
Tanrı haqq və ədalətin bərpası üçün insana iki böyük silah 
vermişdi:  söz  və  qılınc.  Amma  insanlar  sözün  dəstəyin-
dən  tutub  onu  yüksəklərə  qaldırıb,  şərin  boynunu    vura 
bilmədiyi üçün – silahı əlinə alıb, qan töküb. Min illərdir 
ki,  Tanrı  sirrinin  sözdə  olduğunu  dərk  edənlər  onun  ya-
ratdığı mücərrəd elementləri araşdırmaq üçün institutlar, 
akademiyalar yaradıb. Həqiqətin səsinin boğulmayacağını 
bilən  soysuzlar  qılıncı  kənara  qoyub,  söz  oyununa  giriş-
miş, onun sehri ilə bükülməyən dizləri büküb, sınmayan 
iradələri sındırıb qan töküblər. Artıq sözün dünyanı  aya-
ğının altına aldığını çoxları dərk edir, amma ona qarşı dura 
bilmirlər. Uçuruma aparan tilsimli sözlərin ardınca gedir-
lər. Uçuruma düşdükləri zaman isə artıq gec olacaq.
Bu  gün  dilimizdə  tez-tez  səslənən  bir  ifadə  var:  in-
formasiya əsridir. Əslində, həmişə informasiya əsri olub. 
Amma indi informasiya yox, informasiyanın təhlilinin əs-
ridir. Bunu dərk edə bilməyən bəşəriyyət artıq aldığı infor-
masiya dəryasında boğulur. Halbuki hər damlasında bö-
yük  elm zərrəcikləri olan su kimi sözün də hər hecasında 
bir çox mətləblər  gizlənir.  Əvvəllər insanlar informasiya 
qıtlığından  əziyyət  çəkirdisə,  indi  informasiya  bolluğun-
dan əziyyət çəkir. Bu boluq içərisində təhlil aparmaq da 
çətinləşir, lakin bunu etmək mütləqdir. Çünki, sözün təhli-
li və anlamını başa düşmək daha əhəmiyyətlidir.


Şəmil 
Sadiq
79
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.
Sözün bu qədər qüdrətli, kəsərli olduğu dövrdə əsr-
lərin süzgəcindən keçib  durularaq günümüzə gəlib çıxan  
zəngin bir dilin olduğu üçün özünü xoşbəxt hesab etmək 
ən ali hisdir. Mənim də dilim var – Azərbaycan-türk dili.
Azərbaycan dili köklü və əbədi yaşayacaq bir dildir. 
Heç  bir  dil  bu  qədər  təsirə  məruz  qalmayıb.  Sasanilərin, 
ərəblərin, Çar Rusiyasının repressiyalarına məruz qalmış 
Azərbaycan türk dili, təkcə keçən əsrdə adı 4 dəfə dəyiş-
dirilib. Amma bütün bunlara baxmayaraq, dilimiz bu gün 
dünyanın zəngin dilləri içərisində öz yerini qoruyub saxla-
maqdadır. Bu dilimizin tarixi keçmişindən, sağlam bünöv-
rəsindən xəbər verir.
Bunun  səbəblərindən  biri  də  dilimizə  olan  dövlət 
qayğısıdır.  Hörmətli  Prezidentimizin  dil  haqqındakı  mə-
lum sərəncamları bunun bariz nümunəsidir. Hər bir təş-
kilat,  institut, hər bir vətəndaş bu sərəncamdan irəli gələn 
məsələlərə öz töhfəsini versə və dilin inkişafı üçün müba-
rizə aparsa, Ana dilimiz günbəgün saflaşar və inkişaf edər.
Azərbaycan türk dilinin yaşamasında,  zənginləşmə-
sində bədii nümunələrin rolu çox böyükdür. Dilin yaşadığı 
problemləri zaman-zaman istər xalq, istərsə də aşıq və şa-
irlərimiz öz şeirlərində canlandırıb, onun ifadə imkanları-
nı müxtəlif bədii çalarlarla  sözlərlə rəngləmişlər.
Bu dünyada bir haqq divan,
О dünyada cənnət məkan,
Qoy var olsun TÜRKİ zəban,
Şah Xətai, Şah Xətai.
Deyən  Qurbani,  hələ  XVI  əsrdə  Azərbaycan  dilində 
ilk dəfə rəsmi sənəd hazırlatdırıb təsdiq etmiş Şah İsma-
yıl  Xətaiyə  üz  tutaraq  Azərbaycan  türkcəsinin  yaşama-
sı  üçün  dua  etmişdir.  Dilin  var  olmasında,  yaşamasında 
xalqın təxəyyülü, mədəni irsi nə qədər zəngin olsa da, onu 
qorumaq  və  düzgün  istiqamətləndirmək  üçün  liderlərə, 
sərkərdələrə böyük ehtiyac olmuşdur. Çünki xalqın məhv 
olmasının bir səbəbi də dilin məhv olmasıdır. Xalqı məhv 
etmək üçün onun dilini unutdurub, yox etmək kifayətdir. 
Söz və qılınc ustadı olmuş Şah İsmayıl Xətai “Ey millətim, 


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə