Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə30/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   26   27   28   29   30   31   32   33   ...   42

Şəmil 
Sadiq
106
BAKİRƏLİYİNİ İTİRMƏMİŞ LƏYAQƏT
17 dekabr 2015-ci il dekabrın 17-də “Anamın Kitabı” 
ədəbi mükafatının 1-in premyerası, 2-nin isə təqdimat mə-
rasimini keçirdik. Bu layihəni ideya kimi irəli sürəndə çox 
ciddi qəbul edib alqışlayanlar da oldu, ironiya ilə gülərək 
“bizdə teatr var?” – deyib, qeyri-ciddi yanaşanlar da. Əsə-
rin səhnədə oynanılması bir daha göstərdi ki, hədəf vurul-
muşdur.
Mükafatı  təsis  etməkdə  məqsədim  M.F.Axundzadə-
dən başlamış milli teatrımıza dəstək, gəncliyin yolunu te-
atra yaxınlaşdırmaq idi. Birinci məqsəd, əlbəttə ki, hamı-
mızın ürəyindən keçən və arzusunda olduğumuz amildir.
Amma  mən  daha  çox  ikinci  mətləbin  üzərində  dur-
maq  istəyirəm.  Çünki  bugünkü  gəncliyin  heç  də  hamısı 
Mirzə  Fətəli  Axundzadə,  Cəlil  Məmmədquluzadə,  Cəfər 
Cabbarlı, Hüseyn Cavid kimi fədakar deyil. Hamısı gözlə-
yir ki, kimsə onu yuxuda görəcək və dəvət edəcək. Bunun 
bir səbəbi gənclərin laqeydliyidirsə, ikinci səbəbi, bəlkə də, 
əsas səbəbi gənclərin bəziləri tərəfindən həmişə burunla-
rından vurulması”dır. Ona görə də bir dəfə teatra gedən 
sonra getmir. Bilirsiniz niyə? Başıma gələn kiçik hadisəni 
xatırladım, bəlkə fərqinə varmaqda kömək oldu. Onsuz da 
sizin bildiyinizi bilirəm.
2005-ci  ildə  “Qana  qan  qarışdı”  pyesimi  götürüb  üz 
tutdum birbaş teatrlarımıza. Kitab halında çap edilmişdi. 
Teatrlarla elə bir ciddi əlaqəm də yox idi. Birtəhər Akade-
mik  Milli  Dram  Teatrında    adını  unutduğum  biri  ilə  gö-
rüşdüm və əsərimi tamaşa üçün təqdim etmək istədiyimi 
bildirdim. Dedi – “Cavan oğlan, bilirsən necədir? Gərək sə-
nin bu əsərin “Azərbaycan” və ya “Ulduz” jurnalında çap 
edilsin”.
Tənbəllik  etmədim.  Getdim  deyilən  ünvanlardan  bi-
rinə, “Azərbaycan” jurnalının redaksiyasına. Jurnalın baş 
redaktoru İntiqam Qasımzadə ilə görüşdüm. Teatrda mənə 
deyilənləri ona danışdım. Yüngülvari gülümsədi. Bir sözlə 


Şəmil 
Sadiq
107
o da məni şirin dillə yola saldı. Onun da dediyindən belə 
çıxdı ki, əsər səhnədə oynanılsın, sonra çap etmək olar. Və 
məni  Gənc  Tamaşaçılar  Teatrına  istiqamətləndirdi.  Orda 
da rəhmətlik Hüseynağa Atakişiyevlə görüşdüm. O, həm 
də şagirdlərimdən birinin əmisi idi. Hüseynağa müəllim 
çox  böyük  ehtiramla  qarşıladı  məni.  Əsəri  qəbul  etdi  və 
“5-10 gündən sonra gələrsən” – dedi. Bütün bunlar harda-
sa bir il çəkmişdi. 2006-ci ilin aprel ayında təkrar getdim 
Gənc Tamaşaçılar Teatrına. Onda Hüseynağa müəllim ar-
tıq rəhmətə getmişdi. Beləcə, mənim dramaturq olmaq ar-
zum ürəyimdə qaldı. Hüseyn Cavidin təsiri altına düşdü-
yümdən  iki dram əsəri də yazmışdım. Düzdür, sonralar 
“Qana qan qarışdı” əsərini 20 nömrəli məktəb-liseydə şa-
girdlərimlə səhnələşdirdim, amma teatr arzusu başqa idi. 
Bu əsər bir də xeyli sonra, 2010-cu ildə Naxçıvan Musiqili 
Dram  teatrında  səhnələşdirildi.  Amma  mən  dramaturq 
kimi tear üçün pyeslər yazmaqdan çoxdan vaz keçmişdim.
Məhz bu cür neqativ amillər gəncləri teatrlardan uzaq-
laşdırır. Klassiklərimizə qarşı soyuq münasibətin yaranma 
səbəblərindən biri  də budur. Buna görə də düşündüm ki, 
bəlkə bizim vasitəmizlə imkanı olmayanlar teatra yol ta-
palar. Və buna nail olduq. Akademik İsa Həbibbəylinin də 
böyük sevinclə dəstək verdiyi mükafat, nəhayət, baş tutdu 
və  Gənc  Tamaşaçılar  Teatrının  direktoru  Mübariz  Həmi-
dovun verdiyi sözə əməl etməsi gənclərə bir daha stimul 
verdi.
Gələk tamaşaya....
Sevinc Elsevərin müəllifi olduğu “Ürəyində arzu tut” 
birpərdəli  pyesinin  quruluşçu  rejissoru  Gülnar  Hacıye-
va idi. Əsər “Arzu və Murad” adı ilə tamaşaçılara təqdim 
edildi.
Bir  hekayənin  motivləri  üzərində  qurulmuş  əsərin 
mövzusu hamımızı narahat edən, ağrılı yerimiz, qan yad-
daşımız  olan  Xocalı  faciəsi  idi.  Gerçəklikləri  özündə  əks 
etdirən  bu  əsərə  psixoloji  məzmun  çox  yaraşdı.  Amma 
gerçəklik o qədər ağırdı ki, insan əsərdəki reallıqla həyat-
dakını yan-yana qoyanda hansının daha ağır olduğuna qə-


Şəmil 
Sadiq
108
rar verə bilmir.
Mövzu baxımından müharibədən sonrakı qaçqın hə-
yatını və əsirlikdən qayıtmış bir gəncin faciəsini ifadə edən 
əsərdə müəllif, məncə, məqsədinə çatdı. Əsərdə hər kəsi 
düşündürən  cavabsız  suallar  vardı:  Əsirlikdən  qayıtmış 
bir qızı evdə gəlin etmək istəməyən oğul anası haqlı idimi? 
Əsirlikdən qayıtmış bir qız həyatda özünə necə yer tapa 
bilər? Əsirlikdən qayıtmış bir qız yenidən sevə və ailə qura 
bilərmi, onun buna haqqı çatırmı? Bir kişi əsirlikdə müxtə-
lif  işgəncələr  yaşamış  bir  qız  ilə  qayıtdıqdan  sonra  necə 
rəftar etməlidir? Əsirlikdən gələn qız sadəcə fahişə olma-
lıdırmı? Cavabı sadəcə subyektiv dəyərlərə görə dəyişən 
bu cür suallar əsərin ana xətti idi. Amma müəllif əsərin so-
nunda yox, lap ortasında (bu ortanı həm kulminasiya, həm 
də sonluq adlandırmaq olardı) kulminasiyanı və sonluğu 
təqdim etdi bizə. Çünki sonluq nə əsərdə, nə də tamaşada 
öz həllini tam tapmamışdı. Dediyim  kulminasiya və son-
luq isə Arzunun “Mən bakirəliyimi itirmişəm, ləyaqətimi 
yox!” nidası bakirə və ləyaqətsiz bəşəriyyətə ünvanlanan 
hayqırtısı idi. Çox ağır sözdür. Bəşər övladı namus və qey-
rəti hələ də dar çərçivədə görür. Bunun üçün də Arzular 
Muradına  yaxud  çatmır,  ya  da  ləkələnərək  çatır.  Müəllif 
erməni  vəhşiliklərini  öz  faciəmizin  içində  verməklə  çox 
yaxşı manevr etmişdi. Əsərin bir süjet xətti də odur ki,  er-
məni əməllərinin bir hissəsini də Azad edir. Arzunun əsir-
likdə olduğunu biləndə içkili halda onunla yatmaq istəyir. 
Rejissorun bu səhnəni ötəri təqdim etməsi diqqətimi çək-
di. Sanki yola verilib, ya da Azad rolunu oynayan aktyo-
run  sönük ifası bizi belə düşünməyə vadar edir. Əslində 
müəllifi  düşündürən  faciə  Azadın  “erməni  ilə  yatmısan, 
mənimlə də yat” – deyərək, az öncə evlənmək təklif etdiyi 
qıza qarşı təcavüz etməsi idi. Əslində müəllifi düşündürən 
faciə,  problem  düzgün  qoyulsa  da,  düşünürəm  ki,  bu 
problemin həlli düzgün tapılmayıb. Bu əsərlə müəllif bir 
daha onu demək istəyir ki, Azad kimi alçaqların olduğu 
bir  cəmiyyətdə  yaşayırıq.  Onlardan  isə  qurtulmağımızın 
yolu  maarifçilikdir.  Ölümlə  cəzalandırılma  heç  bir  halda 
düzgün deyil. Məhz buna görə də Hüseyn Cavidin “Ana” 
əsərində  Ana  oğlunun  qatilini  bağışlayıb,  qisas  hissini 


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə