Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə25/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   21   22   23   24   25   26   27   28   ...   42

Şəmil 
Sadiq
90
cür müzakirələrin içində oldum.
Anamın  səhərki  tənqidindən  sonra  kimisə  təbrik  et-
mək  istəyim keçib getdi. Amma axşamdan bir-iki oruclu 
dostuma təbrik ismarıcı göndərməyi özümə borc bildim. 
Çünki maddi və mənəvi ehtiyacla özlərini imtahana çək-
məyi bacaranlara böyük hörmətim var. Amma telefonuma 
gələn təşəkkür və “bahəm” tipli ismarıclardan fərqli ola-
raq, özünü “mömin bəndə” hesab edən birinin ərinmədən 
sadəcə “bu gün bayram deyil, bayram sabahdır” yazma-
sı  lap  ürəyimi  ağrıtdı.  Çünki  anamdan  fərqli  olaraq,  bu 
“əməli saleh” bəndə oxumuş adam idi. Sözüm onda yox 
ki, o, anamdan savadlı idi. Xeyr, o anamdan fərqli olaraq, 
hansısa qruplaşmanın üzvü idi. Özü də bilərəkdən.
Hələ dəyərli ziyalımız, millət vəkili Fazil Mustafanın 
öz  statuslarında  Şeyxülislamın  əksinə  gedərək  bayramın 
məhz bu gün olmasını ifadə edən yazıları isə lap dəhşət 
idi.  Şeyxülislamın  işi  dinlə  məşğul  olmaqdır.  Amma  bir 
deputatın dini çağırışları, kimlərinsə şübhəli və qərəzli fi-
kirləri artıq parçalanmadan və onun dərin izlərindən xə-
bər verir. Axı bir millətin övladlarını, bir ailənin üzvlərini 
birləşdirə  bilməyən  bir  hadisə  necə  bayram  ola  bilər?  O 
bayram ki, min illər keçməsinə baxmayaraq, gününü tam 
dəqiq  müəyyənləşdirə  bilmirik.  İnsanın  bu  qədər  inkişaf 
etməsinə baxmayaraq, hələ də simvolik günün, saatın belə 
qurbanı olmuşuq.
Yazımın  adını  “Ananı  baladan  ayıran  bayram”  qoy-
muşam. Bu, o demək deyil ki, anamın bayramı 29-da, mə-
nim bayramım 28-dədir. Əslində, ananın bayram etdiyi bir 
hadisəni oğulun bəşəriyyətin faciəsi hesab etməsi özü bir 
faciədir. Axı kimdir müqəssir? Ana bayram edir, oğul isə 
anasının, əzizinin bayram adlandırdığını belə qəbul etmir. 
Ən böyük sual buradan doğur, görəsən, anamı düz yolda-
dır, övladmı?
Sualın cavabını şeyxlər və siyasi şeyx arzusuna düşən-
lər tapsın. Amma mənim yadıma gəlir ki, Novruz bayra-
mını, Xıdır Nəbi bayramını, çərşənbələri  anamla mən eyni 
gündə qeyd edirdik. Təbriklərimizi qarşılıqlı şəkildə bir-bi-
rimizə ünvanlayırdıq. Yadıma düşdükcə istər-istəməz ada-
mın üzünə  təbəssüm qonur, amma həm də təəssüf  hissi 


Şəmil 
Sadiq
91
keçirirəm.  Axı  elə  övladlar  da  var  ki,  anasının  Novruzu 
bayram kimi qeyd etməsinə baxmayaraq, özü hansısa bir 
dini qruplaşmanın üzvüdür və Novruzu bayram hesab et-
mir. Belə çıxır ki, elə Novruz da ananı övladdan “ayıran” 
bayram imiş...
Düşüncələr məni bir az da dərinə apardı: bayram et-
mək eləmi vacibdir?
Azərbaycanlılar  bu  Ramazan  bayramı  ilə  bağlı  dörd 
yerə  bölünür:  Birincisi,  bayramı  28  iyulda  qeyd  edənlər, 
ikincisi bayramı 29 iyulda qeyd edənlər, üçüncüsü bayram 
etməyənlər, amma bayram edənlərə hörmətlə yanaşanlar, 
bayramı iyulun 28-də və 29-da edənləri təbrik edərək, onla-
ra xoş arzular söyləyənlər, dördüncüsü isə, ümumiyyətlə, 
bayramı qeyd etməyənlər və edənlərə də xoş baxmayanlar.
Məncə,  həmrəy  mövqedə  duranlar  məhz  üçüncülər-
dir, çünki onların düşüncəsi Rumi düşüncəsidir: Gəl... Gəl, 
nə olursan ol, gəl!.. İstər kafir, istər məcusi, istər inanan ol, 
gəl... Bizim dərgahımız ümidsizlik dərgahı deyildir.
P.S. Bayramın hansı gün olmasından asılı olmayaraq, 
öz nəfsini imtahana çəkməyi bacaranlara böyük hörmətim 
var. Bu ayini yerinə yetirmək  adamdan böyük iradə istə-
yir. Nə fərqi var ki, kimin üçünsə bayram deyil? Əsas odur 
ki, bunu bayram edənlər və bundan məmnun olanlar var. 
Əgər bircə nəfər belə qəlbən sevinən varsa, mənim üçün 
bayramdır.
2016-cı il


Şəmil 
Sadiq
92
HALDAN-HALA DÜŞƏN ADLIQ HAL
Adlıq  hal  uca  bir  dağ  başında  öz  keçmiş  halı  ilə    
baş-başa  vermişdi.  Xəyalən  dünyanın,  kainatın  olmadığı 
bir  dövrə  səyahətdə  idi.  O  zaman  hər  şey  tək  və  saf  idi. 
Sonralar özü də xəbəri olmadan hallanmağa, bölünməyə 
başladı. Öncə öz içindən bir sahib çıxaraq ona yiyələnmək 
sevdasına düşdü.  Adlıq halın başqalarına aid olan bütün 
mal və mülkünə sahiblənmiş və “burda mənəm, bağdad-
da kor xəlifə” demişdi. Elə hər şey bundan sonra başladı. 
“Mənəm-mənəm”  deyənlərin  sayı  çoxalmış,  hamı  “mə-
nim” deyib, əlinə keçəni qəsb edirdi. Yiyəlik halın təkəbbür 
və qüruru onu məhv edəcəkdi. Adlıq hal onun bu özbaşı-
nalığından lap təngə gəlmişdi. Sahiblik iddiası onun harın-
ladığından xəbər verirdi. Hərdən etika naminə “bizim” də 
deyirdi, amma bu “bizim” o qədər cılız və zəif səslənirdi 
ki, “mənim”lərin qarşısında kimsə bu səmimiliyə inanmır-
dı. “Onun”ları isə demək olar ki, “yaxşı olsa ağadan, pis 
olsa nökərdən” prinsipini ifadə edirdi. Amma yiyəlik ha-
lın xislətində bu naqisliklər olsa da, bunu elə də şişirtmək 
lazım deyildi. Çünki nə qədər zəif olsa da “bizim”lər də, 
“sənin”lər də, “onun”lar da var idi. Ən pis halda Yiyəlik 
Adlıq hala da sahiblənəcək və yeni meyarlar gətirəcəkdi. 
“0” nöqtəsi Yiyəlik hal olacaqdı. Bircə dəfə də olsun keç-
mişini  xatırlamır,  “mən”  kökünün  mahiyyətinin  fərqinə 
varmır, amma özünün mənasız hissəciyi olan “-ın
4
”ü hər 
şeydən üstün tuturdu. Düzdür, Yiyəlik halın şəkilçilərinin 
əhəmiyyəti böyük idi, amma bilmirdi ki, Adlıq hal olmasa 
idi, o heç bir məna daşımır. Amma Adlıq hal o qədər sadə 
və ağıllı idi ki, Yiyəlik halın bu xasiyyətindən heç də nara-
hat olmurdu, çünki onu islah edəcək yetərincə gücü vardı. 
Bir də axı, böyüklər kiçilməkdən qorxmur, çünki yenidən 
yüksəlmək imkanlarının olduğuna əmindirlər. Amma ki-
çiklər olduqları kimi olmaqdan qorxurdular, çünki onlar 
özlərini saxta böyük göstərmişdilər. Yiyəlik halın bu dik-
başlığı onu Adlıq haldan, heç də uzaqlaşdırmırdı, əksinə. 
Amma Adlıq halı qorxudan başqa hallanmalar idi. Başqa 
cür hallanmasını heç istəməzdi o. Bu sırada Yönlük hal da 
vardı...


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə