Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə24/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

Şəmil 
Sadiq
87
vadının “onunla nə xoş günlərimiz oldu ki, ondan da da-
nışım?!”, qızının “Mənə Dubayda villa söz vermişdi, hara 
getdi?”,  oğlunun  “Zaçotları  kim  yazdıracaq?”,  bacısının 
polkovnik əri “Mənə general rütbəsi kim alacaq?”, qardaşı-
nın “Şirkətə kimin başçılıq etməsini demədən hara gedir?” 
dediyini  Əzrayılla  sövdələşməsi  zamanı  eşidən  İgidov 
yaman  xortdamışdı.  Hələ  sevgilisi  olan  Nazanın  (Əslən 
erməni olub, pasportunu dəyişərək Naza edib, köməkçisi 
Xoşqeyrətə ərə vermişdi) ona verilən vədləri yerinə yetir-
mədən getdiyi üçün gileylənməsini demirəm.
Tamaşa bu gün üçün çox aktual bir əsərdir. Açığı Azər-
baycan tamaşaçısının, oxucusunun dövlət nəzarətində olan 
təşkilatlardan,  şəxslərdən  eşitmədiyi  demokratik  fikirləri 
bu səhnədən eşitməsi nədənsə xəbər verdiyi fikrini oyatdı 
məndə. Özü də seçkilərdən sonra. Adətən, azad sözün bo-
ğulduğunu deyən müxalifətfason insanların bu tamaşaya 
baxmasını arzuladım. Ölkənin, xalqın ən zəif yerinə toxu-
nuldu, qüsurları göstərildi burada. Ağlıma gələn yenə bu 
oldu ki, deyəsən, yuxarıdan gələn tapşırıqdır. Şah Qacarın 
bu tamaşa ilə əvəzlənməsi təsadüfi ola bilməzdi. Həm də 
seçkidən sonra. Bir çox harınlamış məmurlara silkələnən 
iradəli barmaq gördüm, sanki. Düzü, korların və qudur-
muşların  bəlkə  də,  heç  vecinə  də  olmayacaq. Amma  hər 
halda tamaşa öz sözünü deyirdi, məişətimizdəki reallıqları 
tam əks etdirirdi. Tamaşadan eşitdiyim bir çox aforizm və 
ya status xarakterli cümlələri cib dəftərimdə qeyd etdim:“-
Heç olmasa, meymun adama dönənə qədər daşı daş üstə 
qoyub”.
– “O, vətənpərvər insan idi, tikdirdiyi sonuncu resto-
ranın adını “Qarabağ” qoymuşdu”.
– “Sponsorla Haca gedənlər söz sahibləridir”.
– “O qədər katibələrimi ərə vermişəm, hamısı da qız 
çıxıb”.
– “Bu ölkənin kişilik nümunəsi arvadını yatağıma sal-
dığım,  şərəfini  gündə  tapdaladığım,  yaltaqlıq  təcəssümü 
Səfişdir”.
–  “Zəmanəmizin  ən  gəlirli  sahəsi  yaltaqlıqdır,  bura 
sərmayə qoymaq lazımdır”.
– “Vəzifəli və pullu olanda doğma qardaşın da qaba-


Şəmil 
Sadiq
88
ğında göbək atır”.
– “Hamının arzusu olan Bakı kreslosu haqqında mah-
nı bəstələnməlidir”.
–  “İgidovun  müdrik  kəlamları  haqqında  kitab  yazıl-
malıdır”.
– “Bu boyda müdirsən bir dənə də olsun kitabın çıx-
mayıb, mahnın bəstələnməyib”.
– “Dəyyuslar partiyası yaradılmalıdır. Hara daş atır-
san dəyyusa dəyir”.
–  “Harada  vuruşmusan?  –  Volqoqradda,  Stalinqrad-
da. Bə onda niyə bura gəlmisən? Elə bil Qarabağda vuruş-
musan. Get haqqını ruslardan istə”.
– “Qardaş yaxşı zibil olsaydı, Allah da özünə bir qar-
daş düzəldərdi”.
– “Lenin ehsanları” qurtardı artıq”.
–  “Əzrayıl  qədeş,  gəl  səninlə  “Cəhənnəmə  səyahət” 
adlı turizm şirkəti quraq”.
– “İcazə verin Avropa standartlarına uyğun yas məra-
simimizə başlayaq”.
– “Tağıyevi çox sevən və dəyər verən xalq onun qızını 
küçələrdə dilənməyə qoymazdı”.
Tamaşanın ən maraqlı yeri haqqını tələb edən fəhlələri 
dövlət çevrilişi etməkdə günahlandırıb, “ölkədə vəziyyəti 
qarışdıranlar” adı ilə içəri basmaları oldu.
Əsəri güclü əsər hesab etməsəm də, burada səslənən 
statuslar  çox  mətləblərdən  xəbər  verirdi.  Açığı  tamaşa-
nın  dəyişməsinə  peşman  olmadım.  Dövlətin  maraqları-
nı ifadə edən bu cür fikirlərin səslənməsi böyük ümidlər 
yaratdı. Bəlkə də, tamaşa çoxdan gedir, bilmirəm, amma 
bu məqamda və qəfildən başqa bir tamaşanın əvəzlənməsi 
məndə yaman maraq oyatdı.  Sanki azad söz istəyənlərə 
bir cavab idi. Bu, demokratik ölkələrdə olan hadisədir. Və 
sevindim ki, sənətin gücündən və azad ruhundan dövlət 
də yararlanır.
Tamaşadan sonra  çay süfrəsi arxasında dostlarla bu 
əsəri iki saatdan çox müzakirə etdik. Nəsə yazmadan, fi-
kirlərimi  sizlərlə  bölüşmədən  yata  bilmədim.  Yazını  sizə 
redaktəsiz  təqdim etdiyim üçün yəqin məni üzrlü sayar-
sınız.


Şəmil 
Sadiq
89
ANANI BALADAN AYIRAN BAYRAM
Dünən səhər oyanan kimi könül saflığı ilə oruc tutan 
anama zəng etdim. Anam qatı dindar olmasa da, yaylığı-
nı bağlayar, yaşmağını tutar, yas mərasimlərinə gedəndə 
hətta çadrasını da örtər. Amma bu çadranın hicabdan fərqi 
onun  artıq  min  illərdir  özümüzünküləşməsidir.  Əslində  
hicab yox, örpəkdir. O, sadəliyi ilə dinə çox inanır. Uşaqlı-
ğımdan görmüşəm ki,  səhhəti ilə bağlı problemlər imkan 
vermədiyindən həmişə oruc tutmağa cəhd etsə də, baş ağ-
rılarından dözə bilmədiyi üçün bir-neçə gündən sonra bu 
sevdasına son qoymuşdu. Amma son vaxtlar müalicədən 
sonra, deyəsən, bacarır.
Hə,  anama  zəng  etmişdim  axı.  Yarıyuxulu  olsa  da, 
onun bayramını təbrik etdim. Anamınsa cavabı başqa cür 
oldu: – Mən də səni təbrik edirəm, amma bizdə bayram bu 
gün deyil axı... Deyirlər 29 iyuldadır. Bir az zarafatlaşdıq, 
gülüşdük. Az qalırdım başlayam yenə elmdən, fəlsəfədən, 
dindən danışam. Anamın inancına sayğı və məhəbbətim-
dən dolayı və onun dünyanın bu siyasi proseslərindən başı 
çıxmadığını xatırladığım üçün fikrimdən daşındım.
Bir anlıq düşündüm, bir bayram ki ana ilə balanın or-
taq bayramı ola bilmir, onda kimin necə bayramı olur? Nə 
cür bayram olur? Rəhmətlik Mirzə Cəlilin “Mən kiməm? 
Anam Kimdir?” sualları yadıma düşdü. Cavab məlum idi. 
Elə bu cavab da məni təşvişə saldı...
Sonra  sosial  şəbəkələrdə  xəbərləri  izlədim.  Yenə  hə-
min  dərd.  Qulu  İbrahimlinin  “facebook”da    paylaşdığı 
statusda Üzeyir Hacıbəyovun  “Filankəs” imzası ilə hələ 
1915-ci  ildə  yazdığı  məqaləsini  gördüm.  Məqalənin  ilk 
cümləsi belə idi: “Bu nədəndir ki, bizim bayramlar ikiləşib, 
birisi bir gün və o biri də onun səhərisi olur? Bunun adına 
nə deməli? Və bunun mənası nədir?” Bu cümlədən 100 il 
keçsə də, hər şey eyni idi. Hələ bu harasıdır? İftar məclis-
lərindən birində bir oruc tutanın iftarını açması, digərinin 
isə “hələ 15 dəqiqə var”, deyib, məclisə ayrıseçkilik salması 
həmrəylik niyyətinin daşıdığı deyilən dinin sayəsində baş 
tutmuşdu.
Axşama qədər istər virtual, istərsə də real həyatda bu 


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə