Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə20/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   16   17   18   19   20   21   22   23   ...   42

Şəmil 
Sadiq
73
lunu adyallara büküb qışın soyuğundan qoruyan bu gəlin, 
hamamda  nəinki  isti  suyun  olmamasına,  heç  hamamın 
damının qoyulmamasına, içəri düzülmüş tək-tük daşların 
üstü ilə getməsinə də deyinməzdi. Çox ümidli və qürurlu 
qız idi. Heç vaxt şəraitsizlikdən gileylənməmiş, yoldaşını 
mənəvi cəhətdən incitməmişdir. Hətta evə köçəndə onla-
ra köməyə gələn xalasının evin şəraitsizliyinə görə Mətinə 
qəribə baxmasına çox hirslənmişdi. “Mən onun daxili dün-
yasını  sevmişəm,  pulunu  yox”,  –  deyərək,  təşəkkür  edib 
yola salmışdı. Qəlbin toxluğu insanı həmişə uca saxlayar. 
Qəlb tox olanda nə bədən üşüyər, nə də qarın ac qalar. Mə-
tin ömür-gün yoldaşının bu gözütoxluğu qarşısında daha 
çox mənəvi əzab çəkirdi. Hərdən istəyirdi ki, yoldaşı de-
yinsin,  gileylənsin,  o  da  hirslənib  daxili  əzabının  acığını 
ona töksün. Amma alınmırdı.
Şəraitsizlikdə xoş günlər yaşayan bu gənc ailə mənəvi 
qida  ilə  dolanırdılar.  Bir-birinə  dəstək  olub  xoş  gələcəyə 
doğru getmək üçün hər gün üçün Tanrıya şükür edib sa-
baha böyük inamla yaşayırdılar. Hətta 8 Mart bayramında 
Mətin yoldaşına hədiyyə olaraq bir maşın daş, bir neçə kisə  
sement və qum almışdı. Sevincək yoldaşına sürpriz edərək 
ona gözlərini yumub palçıqlı, yağışlı mart ayında həyətə 
çıxmasını  istəmişdi.  “Sənə  hədiyyə  almışam!”,  –  deyə, 
sevinmişdi. Doğrudan da, yoldaşı üçün ən böyük hədiy-
yə idi. Utana-utana həyətə çıxan İsmətə bundan qiymətli 
hədiyyə ola bilməzdi. Sanki dünyaları ona vermişdilər, o 
qədər sevinmişdi ki! əslində o yoldaşından bütün xanım-
lar kimi gül  dəstəsi, ətir gözləyərdi, amma bu hislər ona 
çoxdan yad idi. Qəlbinin hansısa bir dərinliyində, pünhan 
bir yerdə gizlətmişdi bu istəyi. Çünki ərinin zəhmətkeş ol-
duğuna inanır, ailəcanlılığını təqdir edirdi.
Digər tərəfdən isə İsmət ərinin bu istəyini bir az yaxşı 
qarşılamadı: “İndi sən müəllim ola-ola gedib fəhlə işləyə-
cəksən?” – demişdi. Onu əsas narahat edən ərinin İsmətin 
qardaşlarının yanında işləməsi idi. Bəlkə də, başqa yer ol-
saydı, heç tərəddüd etməzdi. Axı kişinin alnıaçıq pul qa-
zanması  heç  vaxt  ayıb  sayılmayıb.  Təki  şərəf  və  ləyaqəti 
itməsin.
Əşşi burda nə var ki? Bir də  ki kim görəcək axı, bir 


Şəmil 
Sadiq
74
evin içində təmir işlərində işləməyin nəyi pisdir? Həm də 
bekar qalmaq, arvadın yemək işlərinə qarışmaq kişi işi de-
yil, – deyərək, özünə təsəlli verdi.
Qayınları  da  bu  fikri  yaxşı  qarşılamamışdılar.  Usta 
işləyən  qaynı  “Mətin  gəlməsin,  biz  onun  pulunu  hər  ay 
ayırarıq”  –  deyərək,  bacılarına  toxtaqlıq  vermişdilər. 
Kürəkənlərinin  onlardan  yaşca  böyük  olması  da  onları 
sıxırdı. “Biz Mətinı necə işlədək yanımızda, ayıbdı”, – de-
yib  bunu  bacıları  vasitəsilə  ona  çatdırmışdılar.  Sadəlövh 
qadın  bu  fikri  həvəslə  ərinə  danışanda  özü  də  bilmədən 
onun  heysiyyətinə  toxunmuşdu.  Axı  Mətin  müftə  yeyib 
yaşamağı    vicdanına  sığışdırmazdı.  “Əgər  sənə  və  mənə 
hörmət edirlərsə, alnımın təri ilə dolanmaq istəyimi başa 
düşsünlər”  –  deyərək,  bu  söhbətə  birdəfəlik  nöqtə  qoy-
muşdu. Məcbur qalan uşaqlar Mətinın bu fikri ilə razılaşa-
raq, onu işə götürmüşdülər.
Ceyranbatandakı təmir işləri aparılan villada işə baş-
lamışdı. Qaynı onu maksimum ötüşdürür, fəhlə işlərini də 
özü görməyə çalışırdı.
Evin hazır olan otaqlarından birində  ev sahibinin ər-
köyün oğlu hərdən kompüterini quraşdırıb işləyirdi. İxti-
sasca riyaziyyat  müəllimi olan Mətin arada gözucu uşa-
ğa baxır, özündən asılı olmayaraq, uşağı söhbətə çəkirdi. 
Hərdən suallar verir, bilmədiyi məsələləri ona izah etməyə 
çalışırdı. Mühitin təsirində olan uşaq etinasız və laqeyd-
cəsinə  Mətinə  qulaq  asar,  savadlı  fəhlənin  qabiliyyətinə 
təəccüblənmirdi də. Mətin müəllimi isə bu münasibət heç 
narahat etmirdi. Onu narahat edən sadəcə yorğun olduq-
ları zaman bərk ac olsalar da, yeməyin vaxtından gec veril-
məsi idi. Uşağın bu etinasızlığı və saymazlığı fəhlə həyatı-
na alışmamış Mətin müəllimə çox ağır gəlirdi.  Hərdən az 
qalırdı uşağa öyüd-nəsihət versin, onu tənbeh etsin.  Hər 
gün əlində gah alma, gah armud, gah da portağalla onların 
yanına gələn bu uşaq isə evlərində işləyən ustaların onun 
bu hərəkətlərindən nə qədər narahat olduqlarının  fərqin-
də  belə  deyildi. Amma  evin  nənəsi  evin  digər  üzvlərinə 
nisbətən daha səmimi və qayğıkeş idi. Tez-tez uşağı səs-
ləyib “ay bala, bu istidə o ustalar yazıqdır axı, gəl bir çay-
dan-sudan apar onlara”, – deyərdi.


Şəmil 
Sadiq
75
Mətin müəllim gördüyü işdən utanmazdı, əksinə evə 
üzüağ, alnıaçıq gələr, həyat yoldaşının bu zəhmətkeşliyinə 
görə onunla fəxr etməsindən qürurlanırdı. Günə 3 şirvan  
qazanan müəllim 10 gündən  sonra alacağı 30 şirvanı hara 
xərcləyəcəyi haqqında düşünür, hərdən də onu aylara vu-
raraq  daha  böyük  planlar  qururdu. Amma düşünmürdü 
ki,  bu  şəraitsiz  evdə  heç  10  gün  keçməmiş  kərclənib  ge-
dəcək. Həyatın enişli-yoxuşlu yollarında onu hələ çox sı-
naqlar gözləyirdi. Bu yaşananları kiməsə örnək olaraq da-
nışacağını heç ağlına gətirmirdi. Həyat yolundakı pillələri 
qalxdıqca geridə qalmış günlər yuxarıdan baxanda çox cı-
lız görünürdü.
– Ata, bizim evdəki fəhlə var ha, bilirsən nə savadlıdır?
– Hansını deyirsən, o uzunu, yoxsa balacanı?
– Balacanı deyirəm.
– Nə bilirsən?
– Riyaziyyatdan elə məsələləri həll edir ki, heç müəl-
limlərimiz belə tez həll edə bilmir.
– Əşşi, yaxşı görək, sən də, o nə qanır riyaziyyat nədir?
– Yox,  ay ata, o gün uşaqlarla bir çətin məsələ tapıb 
verdik, anında həll etdi.
– Boş-boş işlərlə məşğul eləmə ustaları. Bunlar yemək 
üçün bilərəkdən işi uzadırlar. Müftə yer tapıblar, qarınla-
rını otarmaq istəyirlər. Qoy işlərini qurtarıb rədd olsunlar. 
Usta tayfasına üz versən, adamın başına çıxar. İşlərini qur-
tarana qədər bir də ora getmə.
Ev sahibi ilə oğlunun bu söhbətini Mətin müəllim təsa-
düfən vannanı aşağıdakı otaqlardan birində təmizləyərkən 
eşitdi. Həmin gün həyatının ən alçaldıcı gününü yaşamış-
dı.  “Kişi  zəhməti  ilə  pul  qazanar,  alnının  təri  ilə  ailəsini 
dolandırar” fikrini də unudub, özünə nifrət etmişdi. Evə 
elə  gəlmişdi  ki,  bıçaq  vursaydın  qanı  çıxmazdı.  Yoldaşı-
nın  qəhvəyi  rəngli  gözlərindəki  olan  həyat  dolu  baxışla-
rından da gizlənmişdi. Dünyanın ən rəzil adamı kimi hiss 
edirdi  özünü.  Yemək  vaxtı  yeməyin  gecikməsinə  hərdən 
deyindiyini  yadına  salıb  lap  xəcalət  çəkirdi.  Həmin  gecə 
heç nə danışmadan, yorğunluğunu bəhanə edərək balaca, 
3 aylıq  çəlimsiz oğlunun yanına uzanıb yatmışdı. Həyat 
yoldaşı ilə həm də dost olan Mətin hər şeyi, hətta işdə baş 


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə