Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə18/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   14   15   16   17   18   19   20   21   ...   42

Şəmil 
Sadiq
63
sısa məktəb direktoruna görə dövlətinə belə nifrət etmək-
dən çəkinməyən toplumun faciəsi daha böyükdür. Gəlin, 
dövlətimizi  sevək,  hansısa  məmura  qarşı  olan  hirsimizi 
kütlə  psixologiyası  ilə  dövlətimizə  yönləndirməyək.  Hər 
birimiz ayrılıqda bu  dövlətin bir parçası olduğumuzu  an-
layaq.
P.S. “Müəllimin bütün dərdi milləti olduğuna görə o, 
təkbaşına  bir  millət,  təkbaşına  bir  dövlətdir”.  (Napoleon 
Bonapart)
2015-ci il


Şəmil 
Sadiq
64
FACİƏLƏRİMİZİ DÜZGÜN TƏBLİĞ ETMİRİK
Bir neçə il öncə “Sən türk kişisisən” adlı məqaləmdə bu 
mövzuya  toxunmuşdum.  Bəzilərimizin  qanlı,  bəzilərimi-
zin isə şanlı adlandırdığımız 20 Yanvar faciəsini milli birlik 
nümayiş etdirərək başucalığı ilə yola saldıq. Qarşıdan isə 
Xocalı  soyqırımının  növbəti  ildönümü  yaxınlaşır. Amma 
bu faciələrə təhsil müəssisələrimizdə, dərslik və dərs vəsa-
itlərində, həmçinin  ədəbi nümunələrimizdəki acı münasi-
bəti gördüyüm və narahat olduğum üçün yenidən bu möv-
zuya qayıtmağı özümə borc bildim. Çünki bu cür hallara 
sistemsiz münasibət göstərib, təbliğini apararaq özümüzə 
xeyirdən çox, ziyan vurmuş oluruq. Bu ümumxalq faciə-
mizin baş verməsindən 20 ildən çox zaman keçir, amma 
hələ də nəyi necə və harada təqdim edəcəyimizin yolunu 
tapa bilməmişik. Bu dəfə də 4 yaşlı qızımın xəbərlərdə er-
məni  sözü  eşidərkən  “Ata,  ermənilər  bizim  uşaqlarımızı, 
kişilərimizi öldürübeee!..” deyərək, qaçıb gizlənməsi məni 
bu mövzuda bir daha yazmağa vadar etdi.
Bəli,  Xocalı  soyqırımı  ermənilərin  azərbaycanlılara 
qarşı törətdiyi ən qəddar, insanlıqdan uzaq bir qətliamdır. 
Bunu hamımız bilirik və ən yüksək dairələrdə də dünyaya 
bəyan edib erməniləri ifşa etməyə çalışırıq. Bu istiqamətdə 
hərə öz üzərinə düşən məsuliyyəti dərk edib, əlindən gələ-
ni edir. İstər ölkəmizdə, istərsə də xaricdə. Lakin yuxarıda 
da  qeyd  etdiyim  kimi,  bu  təbliğatlar  kor-koranə  şəkildə 
həyata keçirilir. Bu baxımdan nəticəsi də zəif olur. Bu cür 
təbliğatlar  aparıldıqda  ideoloqlarla  yanaşı,  sosioloqların 
və psixoloqların da fikirlərini nəzərə alınmasını vacib sa-
yıram. Çünki siyasət yerli və xarici yöndə aparıldığı kimi, 
milli mənafeyi əks etdirən təbliğat da geniş maştabda apa-
rılmalıdır. Düşmənimiz barədə əcnəbilərə danışarkən öv-
ladlarımıza da bunun eynisini demək heç də doğru deyil.
25  ildir  televiziyalarımız  faciələrimizi  açıq  şəkildə 
tamaşaçılara  təqdim  etməklə,  yetişməkdə  olan  gəncliyin 
ruhunu  tapdaladığının,  qürurunu  sındırdığının  fərqində 
belə deyil. Yadınızdadırsa, torpaqlarımızın işğal olunma-
sı daha çox 1992-ci il fevral ayındakı Qaradağlı və Xocalı 
soyqırımlarından  sonra  sürətləndi.  Ermənilər  tərəfindən 


Şəmil 
Sadiq
65
təbilğat elə qurulmuşdur ki, faciənin görüntüləri kadrbə-
kadr, silsilə şəklində yayımlanmağa başladı. Və beləcə, dö-
yüşə hazırlaşan bığ yeri təzəcə tərləmiş gənc kadrlardakı 
vəhşiliyi  görəndən  sonra  istər-istəməz  bədəninə  üşütmə 
düşdü. Sonra isə erməni adı eşidən kimi qaçmağa başla-
dı. Erməniyə də elə bu lazım idi... Və, beləcə, erməni xofu 
altında rayonlarımız, kənd və qəsəbələrimiz boşaldıldı, sa-
kinləri öz ata-baba yurdlarından didərgin düşdü.
Hə, bizə onda çatdı ki, sən demə, erməni yüz illərdir  
uşağının  qulağına  “türk  sənin  düşmənindir”,  -  deyə  pı-
çıldayır və onu bu ruhda da böyüdür. Ən böyük bəlamız 
hamı işləyəndə yatmağımız və sonradan oyanıb onları tək-
rar etməyimiz və səhvlərimizin nəticəsi olaraq faciələrimi-
zi təkrar-təkrar yaşamağımızdır. Beləcə, o gündən biz də 
başladıq uşaqlarımıza bağçadan, ibtidai sinifdən ermənilə-
rin bizim başımıza gətirdiyi müsibətlərdən, vəhşiliklərdən 
danışmağa. Orta məktəb müəllimlərinin əksəriyyəti sanki 
plan doldurub, hesabat verirlərmiş kimi Xocalı faciəsinin  
ildönümündə tükürpədici fotoşəkillərdən sərgi hazırlaya-
raq dəhşətli kadrları azyaşlı uşaqlara göstərirlər. Bu düz-
gün olmayan, əksinə düşmənin xeyrinə olan təbliğat 11-ci 
sinfə  qədər nümayiş etdirilir. Yeniyetmələrə bunu aşıla-
mağın başqa üsulu var. Bu kadrlarla erməninin qaniçən ol-
duğunu nümayiş etdirməklə övladlarımızı onlarla qorxu-
duruq.  Zənn  edirəm  ki,  mənimlə  razılaşarsınız.    Çünki 
bəzən mübahisə zamanı əks fikirdə olan dostlarımız deyir 
ki, ermənilər uşağa qundaqda: – “Türk bizim düşmənimiz-
dir” – deyir. Gəlin, bunun mahiyyətinə varaq. O, uşağına  
düşməninin  kim  olduğunu  anladır.  Biz  də  deyirik,  bax, 
düşmən bizim başımıza hansı müsibətləri açıb, gör bizi nə 
günə qoyub?! Zənnimcə fərqi hiss etdiniz.
Digər  bir  tərəfdən,  bağçada  uşaqlara  bu  mövzuda 
elə şeirlər öyrədirlər ki, deməyə söz tapmırsan. Məsələn, 
4 yaşlı bir uşağın “Ağla, qərənfil, ağla” şeirini deməsi nə 
insafa,  nə  təbliğat  qaydalarına,  nə  də  metodikaya  sığır. 
Çünki uşaq şeir deyəndə sevinə-sevinə,  nazlanaraq ifadə 
edir. Hələ şeiri deməmişdən öncə yerində nazlanması, əzi-
lib-büzülməsi və “ata, şeirdən qabaq belə etməliyik”, – de-
yib, şeirə başlaması yaşı ilə əlaqədar hələ bu cür məsələləri 


Şəmil 
Sadiq
66
anlamamasından xəbər verir. Gəl, indi bir uşağın əda ilə 
şeiri  deməsi  və  şeirin  daşıdığı  mənanı  uzlaşdır  görüm, 
necə uzlaşdırırsan!
Bir  araşdırma  yadıma  düşdü:  tədqiqatlar  zamanı 
alimlər, birələri bir bankaya salıb qapağını açıq qoyurlar. 
Görürlər ki, bu birələr bankadan neçə dəfə yüksəyə tulla-
naraq qaçırlar. Sonra bankanın ağzına qapaq qoyurlar və 
bir  müddət  belə  saxlayırlar.  Tullandıqca  başları  qapağa 
dəydiyindən, bir müddətdən sonra elə tullanırlar.  Qapağı 
götürəndən sonra görürlər ki, artıq birələr bankanın ağzın-
dan yuxarı tullanmırlar. Ora qədər tullanıb düşürlər. Yəni 
boyları qədər...  Bu da o deməkdir ki, bir insana onun kim 
olduğunu daha tez-tez desən, həmin insan buna inanacaq 
və öz daxilindəki potensialdan xəbərsiz böyüyəcək. Necə 
ki bunu özünü toyuq balası hesab edən qartal edirdi. To-
yuq balası da qartalın yanında böyüsə, ən azından qartalın 
xarakterini götürəcək, toyuğun yox.
Buna görə də, üzümü həmkarlarıma tutub deyirəm: – 
bu cür düzgün olmayan və zərərli təbliğatlardan vaz keçin. 
Gəlin, ağıllı və savadlı  vətəndaş yetişdirək. Onsuz da o,  
gələcəkdə  öz ağlı və savadı ilə dostunu, düşmənini tanı-
yıb, həyatı dərk edəcək.
Yadıma gəlir ki, sovet təhsilində almanlar nə qədər fa-
şist kimi təqdim edilirdisə, sonda yenə “bizimkilər” qalib 
gəlirdi.
Əgər vətənpərvərlik ruhu yaratmaq istəyiriksə, Qara-
bağ müharibəsində xüsusi hünər göstərərək, vətənin azad-
lığı və bütövlüyü uğrunda  döyüşmüş qəhrəmanlarımızı 
obrazlı şəkildə hamıya örnək  göstərməliyik.
Hörmətli təlim-tərbiyə  və təhsil müəssisələri rəhbər-
ləri, bəlkə iclaslarda bu məsələyə son qoyasınız. Heç olma-
sa ibtidai siniflərdə bu cür tədbirlərin keçirilməsinə icazə 
verməyəsiniz.
P.S. Əminəm ki, bunu oxuyan hər kəs bu təklifi düz-
gün  dəyərləndirəcək.  Bir  uşağı  formalaşdırarkən  onun 
qüsurlarını, zəif nöqtələrini üzünə vurmaq, daima tənqid 
edib alçaltmaq yanlış yanaşmadır. Həmin uşaq böyüyəndə 
mənəvi baxımdan şikəst olur. Ona böyük, güclü, saf oldu-
ğunu deyin ki, özünəinamı sınmasın.


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə