Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə17/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

Şəmil 
Sadiq
60
vabın hansı olduğunu soruşdular. Səhv etmirəmsə, dörd 
nəfər müəllim idik. Mübahisə başladı nə başladı. Hamımız 
biliyimizi ortaya qoyub fikrimizi sübut etməyə çalışırdıq. 
Çoxluq  “alın  yazısı”nın  üstündə  durdu.  Düzü,  mən  “cə-
halət”in cavab olacağını düşünür və israr edirdim. Birtəhər 
hərə öz cavabı üzərində qərarlaşandan sonra seminar rəh-
bərimiz sakit və asta tonla dedi: – Heç biri və ya hamısı. 
İzahı belə idi, əziz müəllimlər, bu sistemin qiymətləndir-
məsinə görə cavab variantı sonsuz ola bilər. Görürsünüz, 
6-nı boş qoymuşuq. Uşaqlardan kimsə öz cavab variantını 
yaza bilər. Ən doğru cavab odur ki, dediyin fikri əsaslandı-
ra biləsən. Əgər şagird istənilən cavabı seçərək onun doğ-
ruluğuna sizi inandıra bilirsə, deməli, doğru cavab odur.
Müəllimlik  həyatımda  aldığım  ilk  böyük  dərslərdən 
biri oldu bu hadisə. Çünki fərqli düşüncə sahibi olmaq çox 
önəmlidir. Yetər ki, bu fərqli düşüncə ilə sən cəmiyyətə zi-
yan vurmayasan. Yalançı və riyakarlar həqiqəti danışanlar-
dan və ya düşünənlərdən fərqli olaraq daha mükəmməl na-
tiq olur. İkincilər isə doğrunu düzgün və inandırıcı şəkildə 
təqdim edə bilmədiyindən məhvə məhkum olur. Əgər bu 
mümkün olsa idi, haqq həmişə qalib olardı. Haqqın qalib 
olması üçün dilin imkanlarından düzgün və səmərəli isti-
fadə etmə bacarığının olması lazımdır. Bir az da yalançılar 
kimi cəsarətli olma bacarığın olsun, yetər.
P.S. Mənim də cavabımın doğru cavablardan biri ol-
duğunu eşidəndə o zaman özümü uşaqların sırasında qa-
lib kimi hiss etmişdim.
2016-cı il


Şəmil 
Sadiq
61
MÜƏLLİM TƏKBAŞINA BİR DÖVLƏT OLMALIDIR
Müəllim yoldaşlarımızla həftədə bir dəfə futbol oyna-
yırıq. Həmişə oynadığımız yerdə problemlər olduğu üçün 
meydançanı  dəyişməli  olduq.  Bunun  üçün  də  mərkəzdə 
yerləşən məktəblərdən birinin direktoruna bizə həftədə bir 
dəfə bir saat idman zalında futbol oynamağımız üçün yer 
ayırmasını xahiş etdim. Yəqin ki əksəriyyətimizin son il-
lər təmir olunmuş, yeni tikilmiş məktəblərdən xəbəri var. 
O qədər yüksək zövqlə və böyük sərmayə hesabına təmir 
edilib  ki,  bu  təhsil  ocaqları  şəraiti  ilə  adamı  valeh  edir. 
Amma bu valehedicilik çox az sürür. Məktəbin açılışından 
bir neçə ay sonra bu cür məktəblərə girsəniz, başqa mən-
zərənin şahidi olarsınız. Bəlkə də, əksəriyyətiniz bir vali-
deyn olaraq bunun şahidisiniz.
Bu məşhur məktəbin idman zalını və soyunub-geyin-
mə otaqlarını görəndə dəhşətə gəldim. Gözümüzün qaba-
ğında cəmi bir il deyil ki, istifadəyə verilən bu məktəbin 
soyunub-geyinmə otaqlarının ürəkağrıdıcı durumu adamı 
düşünməyə vadar edir. Necə olur ki, bir ili tamam olma-
mış bu möhtəşəm binada sadəcə paltar dolablarından və 
duşdan ibarət olan bu otaqlar bu vəziyyətə düşüb? Dolab-
ların heç birinin qapısı yox, içəridəki asılqanların hamısı  
sınmış, duşların biri işləyir, biri yox. İşləyənin də kanali-
zasiyası yaxşı işləmir.  Otağın qapısı da ki heç bağlanmır, 
divarlarda istənilən yazını görə bilərsiz. Mənim üçün çox 
maraqlı  olan  qızların  da  soyunub-geyinmə  otaqlarının 
eyni vəziyyətdə olması idi. Deyə bilərsiniz ki, ora yoxla-
maya getmişdiniz? Yox, qətiyyən elə bir səlahiyyət sahibi 
deyilik. Sadəcə, gecə saatları olduğu üçün nəzarətçi bir qis-
mimizə ordan istifadə etməyi məsləhət gördü.
Bu hal biz məktəbdə oxuyanda da belə idi. Yadıma gəlir 
ki, bizim məktəbin də sanitar qovşaqları və idman otaqları 
bərbad vəziyyətdə idi. Amma onu da yaxşı müqayisə edə 
bilirəm ki, biz məktəbimizin nə vaxt tikildiyini bilmirdik, 
halbuki, bu məktəb cəmi bir ildir  təmir edilib. Təmirin nə 
qədər keyfiyyətli aparılıb-aparılmaması isə başqa söhbət-
dir.  Çünki  yerdəki  mərmərlərin  düzülüşünə  də  baxanda 
adama elə gəlir ki, bu bahalı daşlar sanki tövləyə düzülüb.


Şəmil 
Sadiq
62
Dövlət  etdiyini  edib,  gəlin  bunu  etiraf  edək,  amma 
yaradılmış bu şəraiti bizim o məktəblərdə təhsil alan qo-
hum-əqrəbalarmız bərbad günə qoyub.
Bir  vaxtlar  dövlət  malını  mənimsəyib  “içəri”  düşən-
lər rəğbətlə qarşılanırdı. Düzdür, bu Sovet hökumətindən 
qalma bir ənənədir. Hətta mən də haqq qazandırıram ki, 
biz  o  dövləti  heç  vaxt  öz  dövlətimiz  hesab  etməmiş,  hər 
kəs imkanı daxilində dövlətdən qoparmağa çalışmışdı. İq-
tisadçıların  da  dediyinə  görə,  SSRİ-nin  yıxılmasının  əsas 
səbəblərindən  biri  də  israfçılıq  və  yeyintilər  oldu.    Biri 
üzümün  üstünə  su  tökürdü,  biri  pambığı  nəm  edirdi  ki, 
çəki çox olsun, biri də südə su qatırdı və s. Vicdansızlıq idi, 
deyilmi?! Amma SSRİ-dən qisas alırdıq deyə keçmək olar-
dı. Bu ənənənin indi də davam etməsi, dövlət malına yağı 
kəsilməyimiz ən böyük bədbəxtliyimzidir. Axı hamı yaxşı 
bilir ki, dövlətin pulu dolayısı ilə bizimdir.
Belə  olan  təqdirdə  vətəndaş  təəssübkeşliyimizin  ol-
maması adama vicdan əzabı verir. Necə olur ki, özəl təhsil 
müəssisələrində belə hallara rast gəlmirik? Deməli, hələ də 
bu dövlətin malına xor baxan üzdəniraq məmurcuqlara və 
topluma sahibik. Bu cür laqeydlik məktəbdən başlanıb cə-
miyyətə  sirayət edir. Burda ilk növbədə məsuliyyət  mək-
təb rəhbərliyinin, müəllimlərin, daha sonra şagirdlərin və 
valideynlərin üzərinə düşür. Müəllimlərin ən çox  işlətdiyi 
bir ifadə hələ də aktuallığını itirməyib: “evinizdə beləmi 
edirsiniz?!”  Bəli,  heç  birimiz  evimizdə  atamızın  malına 
göstərdiyimiz münasibəti dövlətin malına göstərmir, özü-
müz özümüzə zərbə vururuq.
Əgər  bütün  bunlara  görə  müəllimlər  şagirdlərin  çıl-
ğınlığını, ipə-sapa yatmazlığını bəhanə gətirirlərsə xatırla-
dım ki, özəl təhsil müəssisələrində belə deyil. Uşaqlar da 
həmin uşaqlardır.  Bu fikir birmənalı şəkildə müəllimlərin 
günahkar  olduğuna  sübutdur.  Statuslarında  müəllimləri 
qınayan şəxslər də bilməlidir ki, müəllimin əlində hansı-
sa bir cəza vasitəsi yoxdur. Sadəcə maarifləndirmə ilə həll 
olunan məsələdir ki, burada valideyn təhsildən uzaq qala 
bilməz. Valideyn evdə övladlarına  bu dövlətə sevgi, onun 
əmlakına diqqət  və qayğını aşılamalıdır. Bunun bir səbəbi 
də məmur və dövlət anlayışlarının qarışdırılmasıdır. Han-


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə