Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə29/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   25   26   27   28   29   30   31   32   ...   42

Şəmil 
Sadiq
103
Böyüklərimizin dediyinə görə, bizim məhəllənin adı 
mənim hazırda yaşadığım Abşeron rayonunun adı ilə bağ-
lıdır. Daha doğrusu, Bakıda Abşeron adı ilə istehsal edilən 
soyuducunun  adı  ilə.    Belə  ki,  məhəlləmizdəki  “Kolxoz 
parkı”nın həyətindəki çayçıya ilk dəfə Azərbaycan isteh-
salı olan “Abşeron” markalı soyuducu gətirilibmiş. Bu so-
yuducunun olduğu çayçını işlədən Nağı əmi də elə o vaxt-
dan Abşeron Nağı deyə çağrılarmış. Məlum səbəblərdən 
o vaxtlar kəndlərdə soyuducu-filan çox az olarmış. Yəqin 
ki, Nağı əmi də bu soyuducusu ilə çox öyünüb və camaat 
çayçını  digərlərindən  fərqləndirmək  üçün  “Abşeron”  de-
yib. Beləcə, yeni formalaşmaqda olan məhəlləmiz Abşeron 
adlanıb.
Bu yazını yazmaqda məqsədim bəzən hər hansı bir sö-
zün altında simvolika axtarıb ona min məna verməyimizin 
yanlışlığını sübut etməkdir. Çünki  bəzən nə vaxtsa hansı 
məqsədlə yaradıldığından xəbərimiz olmadan elə  qərarlar 
verib, elə yozumlar edirik ki, adam qalır mat-məttəl, di gəl 
baş çıxar görüm necə çıxarırsan. Yadımdadır ki, ustadım 
rəhmətlik  Zülfəli  müəllimlə  bu  cür  etimoloji  məsələlərlə 
bağlı müzakirələr aparanda kiçik qaynım bizimlə zarafat 
edərək deyirdi: “Ay sözü yay sözündən götürülüb mənası 
çay deməkdir”.
Sözdən həmişə söz çıxarmaq olur, çünki söz sözü gəti-
rir, söz sözü açır və ya basdırır.
P.S. Bu “Abşeron” sözü ilə bağlı kəndimizdə maraqlı 
bir  xatirə  də  var.  Kəndlilərimizdən  biri  Naxçıvanda  tak-
siyə oturur və deyir “sür Abşerona.” Kəndlimiz içkili ol-
duğundan  elə  maşına  minən  kimi  yuxuya  gedir.  Sürücü 
də eləmə tənbəllik yolu qatır qabağına, hardasa Ermənis-
tan ərazisində olanda bizim kəndli özünə gəlir və buranın 
hara olduğunu soruşur. Sürücü də deyir: “Bir azdan İmiş-
liyə yaxınlaşırıq”. Bunu eşidən kəndlimiz qışqırır ki, məni 
bura niyə gətirmisən?  Taksi sürücüsü ona “Abşerona sür” 
dediyini xatırladır.


Şəmil 
Sadiq
104
BİZİM KƏNDDƏ AŞURA
Ağlım  kəsən  vaxtları  kəndimizin  –  Nehrəmin  dinə 
olan fanatik münasibətini görüb bir növ üsyankara çevril-
mişdim. Oxuduqlarımla həyat üst-üstə düşmürdü. Və bir 
də ikiüzlü insanların əməlləri adamı   cəmiyyətə nifrət et-
məyə  vadar edirdi. 11-ci sinfə qədər bu fanatik dindarlığın  
fəal iştirakçısı olmuşam. Hətta zəncir də vurmuşam, mər-
siyə də demişəm. Hətta anam mən instituta qəbul olsam, 
başımı yarmağımı da nəzir demişdi. Necə oldu bilmirəm, 
bu xalq  təsəvvürümdəki “din”ə 11-ci sinifdən münasibə-
tim  tamam  dəyişdi.  Və  bunun    mövhumatdan  başqa  bir 
şey  olmadığını  görüb    uzaqlaşdım.  Sonra  müqəddəs  ki-
tabla yaxından tanış oldum. Dinə olan münasibətim oldu-
ğu kimi qalsa da, kəndimizdə yaşanan ümumxalq dininə 
hörmətim artmağa başladı. Çünki bizim kəndin saf, mərd 
və xeyirxah insanları bu ayinləri o qədər pak icra edib, ya-
şadırdılar ki, indi dərk etməyə başlayıram. Bəlkə də neçə 
onillikdən sonra daha yaxşı dərk edəcəm. Həm aşuranın, 
həm də məhərrəmliyin insanlara bəxş etdiyi sevgidən ya-
dımda qalanları sadalamaq istəyirəm:
Şirbala  adlı  bir  seyidin  ələmi  vardı.  Kişi  il  boyu  gö-
zünü  həmin  ələmə  dikərdi.  Düzü,  pis  adam  da  deyildi. 
Amma elə də müqəddəsliyi  yox idi. Bunu bir neçə cahil 
qadından başqa hamı bilirdi. Buna baxmayaraq, kasıbçılıq-
dan əziyyət çəkən Şirbalanın ələminə hamı pul bağlayırdı. 
Heç onun ələm haqqında uydurduğu əfsanələrə də inan-
mırdılar, amma insanlıq naminə əlindən heç nə gəlməyən 
bu binəvaya hamı kömək edirdi.
İmkanı olan da, olmayan da, Tanrı yolunda əziyyətə 
qatlaşanlara  şərbət  paylayardı.  Bəzən  bu  şərbət,  dovğa, 
ayran,  çay,  su  da  olurdu    Bu  ehsanı  paylamaq  üçün  bü-
tün uşaqlar sinov gedirdi. Yayın istisində susuzluqdan ya-
nan bir kimsəyə bir stəkan su verməyin sevincini yaşamaq 
üçün “biz də bu il şərbət paylayacağıq!” – deyib, məhəllə 
uşaqlarının  yanında  bu  xoş  niyyətlə  öyünürdük...  Əgər 
şərbəti  paylayıb  qayıdırdıqsa  bundan  xoşbəxt  an  ola  bil-
məzdi bizim üçün.
İmam  Rızanın  qardaşının  qəbri  bizim  kənddə  oldu-


Şəmil 
Sadiq
105
ğu  üçün  həmin  gün  Naxçıvanın  digər  bölgələrindən  bi-
zim kəndə ziyarətə gələrdilər. Onun üçün hər dəfə evdən 
çıxanda anam atama da, bizə də “görün qərib varsa, hök-
mən yeməyə gətirin.” – deyərdi. Bütün ailələr belə edərdi. 
Həmin gün kimin evinə qərib qonaq gələrdisə, deməli, hə-
min ailə Tanrının sevimli ailəsi  sayılırdı. Bundan o qədər 
xoş olardıq ki, bir neçə gün evdə bunun söhbəti gedərdi.
Bu gün hamımızın bəyənmədiyi başyarma mərasim-
lərində, tanıyan da, tanımayan da ayinlər zamanı özlərini 
al  qana  qərq  edənlərə,  huşunu  itirənlərə    kömək  etməyə 
çalışardı. Sanki bir sınaq idi.
Kəndin bütün camaatı “İmamzadə”yə yığışar, ildə bir 
dəfə də olsun bir-birilərni görər, salamlaşar, sayğı ilə ya-
nından keçərdilər.
Sonra da ən yaxşı mollanın ətrafına yığışıb moizələrə 
qulaq asardılar.
Mən görməsəm də, eşitdiyimə görə kəndin bəzi prob-
lemlərini də belə məclislərin sonunda müzakirə edərmiş-
lər.
Belə məclislərdə yeniyetmələrin öz  yeri, hörməti var 
idi.
İndi adama ən çox təsir edən odur ki, o vaxt ehtiyacı olan 
tapa bilmirdik ki, ona nəzir, fitrə verək. Bu  o demək deyil ki, 
hamı varlı idi. İndi şəhərdə dilənçilər adamı peşman edir.  
Sonralar  İranla  sərhəd  açıldı,  Qumlu  mollalar  çoxaldı, 
kamera çıxdı, camaat kadrlara işləməyə başladı. Sonralar 
saxta mollalar peyda oldu, fırıldaqçıların sayı artdı. Belə-
cə, dinsiz-imansızlar da çoxaldı, dinçilər də. Ortada yazıq 
olan  sadə  camaatın  boş  vaxtlarını  keçirmək,  işsizlikdən 
yığılıb  qalmış  enerjilərini  çıxarmaq  üçün  oynadıqları  şə-
behlər, mərasimlər getdicə siyasiləşdi. İndi “o məhəllənin 
mollası  vəhabidir,  bu  məhəllənin  mollası  İrana  işləyir” 
kimi “möhürlü” sözlər  gəzib dolaşır kənddə. Hətta 40 gün 
məhərrəmlikdə içkini tərgidənlər belə mollanı söyüb, adə-
tini davam etdirir.
P.S.  Məhz  buna  görə  Sovet  dövrünü  arzulamağa 
dəyər.


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə