Редактор: Филолокија елмләри доктору, профессор тејмур әҺМӘдов



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix06.02.2018
ölçüsü0,54 Mb.
#26450
1   ...   18   19   20   21   22   23   24   25   26

yaradılmışdır. Azərbaycanın görkəmli yazıçılarının, mədəniyyət 

xadimlərinin və alimlərinin yubileylərini keçirmək, onlarla görüşlər təşkil 

etmək sahəsində xeyli iş görülür. Cəmiyyətin təşəbbüsü ilə 1991-ci-ilin 

iyununda Xarkovda təntənəli surətdə Bakı günləri keçirilmişdir. 

“Xətai” cəmiyyətinin fəallarından biri - Ukrayna Akademiyasının 

Radio-Astronomiya  İnstitutunun elmi əməkdaşı  Məmməd Paşayev bu 

yaxınlarda Bakıya gəlmiş, öz cəmiyyətləri adından 216 min rubl 

məbləğində tibb ləvazimatından ibarət yardım gətirmişdir. O, həmçinin 

Təzə pir məscidində Hacı Sabirlə görüşərək, Bakı  İslam  İnstitutuna 

Xarkovda yaşayan azərbaycanlılardan bir neçəsinin qəbulu barədə razılıq 

əldə etmişdir. 

 

 



“BAKILI”   MƏDƏNİYYƏT   MƏRKƏZİ 

(Sevastopol) 

 

Sevastopolda yaşayan həmvətənlərimizin yaratdıqları “Bakılı” 

Mədəniyyət Mərkəzi Azərbaycanda fəaliyyət göstərən “Bakılı” Beynəlxalq 

Mədəniyyət Cəmiyyətinin  şöbəsidir. Bu mərkəz 1992-ci ilin iyununda-

rəsmi-qeydiyyatdan keçmişdir. Mərkəzin üzvləri vaxtilə Bakıda yaşayan və 

işləyən azərbaycanlılar, ruslar, ukraynalılardır Mərkəz öz əsas vəzifəsini 

milliyətindən asılı olmayaraq Sevastopolda yaşayan keçmiş bakılıların 

Azərbaycanla əlaqələrini möhkəmləndirir. 

 

 

“OCAQ” AZƏRBAYCAN MƏDƏNİYYƏT VƏ  



XEYRİYYƏ CƏMİYYƏTİ 

(Simferopol ) 

 

Krım vilayətinin Simferopol şəhərində  fəaliyyət göstərən “Ocaq” 

Cəmiyyəti öz ətrafında burada yaşayan azərbaycanlıları birləşdirir. 

Azərbaycanda baş verən hadisələr, ictimai-siyasi dəyişikliklər, erməni 

millətçilərinin respublikamıza qarşı elan olunmamış müharibəsi Cəmiyyət 

üzvlərinin daim diqqət mərkəzindədir. Cəmiyyətin təşəbbüsü ilə 1993-cü 

ilin martında burada yaşayan azərbaycanlıların və Türkiyədən gəlmiş 

qonaqların iştirakı ilə Novruz bayramı böyük təntənə ilə keçirilmişdir. 




“Ocaq” cəmiyyətinin sədri Rəhim Hümbətovdur. O həm də hazırda 

Krımda nəşr olunacaq “Krım ensiklopedik lüğəti”nin Redaksiya heyətinin 

üzvüdür R.Hümbətov bu yaxınlarda Azərbaycan EA Milli Münasibətlər 

İnstitutunun və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya 

Birliyinin qonağı olmuş, hər iki təşkilatla “Ocaq” Azərbaycan Mədəniyyət 

və Xeyriyyə  cəmiyyəti arasında aməkdaşlıq barədə müqavilələr 

bağlamışdır. 

“Ocaq” cəmiyyəti “Millət” adlı aylıq qəzeti (Azərbaycan və rus 

dillərində) buraxır. Qəzetin redaktoru R.Hümbətovdur. 

 

 

FRANSA 

 

“AZƏRBAYCAN   MƏDƏNİYYƏTİNİ VƏ  

SİVİLİZASİYASINI  ÖYRƏNƏN MƏRKƏZ” 

(Strasburq) 

 

“Azərbaycan Mədəniyyətini və Sivilizasiyasını Öyrənən Mərkəz”in 



yaranma tarixçəsi 1984-cü ildə Frasanın Strasburq humanitar Elmlər 

Universitetində keçirilmiş Fransa-Azərbaycan kollokviumu ilə  bağlıdır. 

Vaxtilə kollokvium elmi ictimaiyyətin geniş marağına səbəb olmuş, 

bünunla birlikdə hərbi Avropada Azərbaycan haqqında ümumi məlumatın 

azlığını və natamamlığını aşkara çıxarmışdı. Bunu nəzərə alan universitetin 

bir qrup  əməkdaşı  Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini və 

ədəbiyyatını öyrənən xüsusi mərkəz yaradılması fikrini irəli sürmüşdü.  

1988-ci ilin mayında bu məqsədlə “Azərbaycan Mədəniyyətini və 

Sivilizasiyasını Öyrənən Mərkəz” yaradılmış oldu. Məşhur 

azərbaycanşünas, alim, professor İren Məlikkoff Mərkəzin prezidenti, 

professor Lui Bazen və Temuçin Hacıbəyli vitse prezident seçilmişdilər. 

Mərkəz öz qarşısına Azərbayçan haqqında ümumi məlumatlar dərc etmək, 

Azərbaycan yazıçılarının və şairlərinin əsərlərinin nəşrini təşkil etmək idi. 

Bütün bunlardan əlavə  Mərkəz alimlərin görüşlərini keçirməyi, müxtəlif  

tədbirlər təşkil etməyi, xüsusi kitabxana, videoteka, fonoteka yaratmağı 

nəzərdə tuturdu. 1989-cu ildə  mərkəz  Əhməd Təbrizlinin “Dağlıq 

Qarabağın tarixi və ona aid sənədlər” kitabını “Dağyeli” nəşriyyatında 

(AFR) fransız dilində nəşr etmişdir. 




 

 

“AZƏRBAYCAN  KÜLTÜR   CƏMİYYƏTİ” 



(Strasburq) 

 

Fransanın Strasburq şəhərindəki “Azərbaycan Kültür Cəmiyyəti” 

xalqımızın mədəni irsinin, dilinin, mədəniyyətinin və adət-ənənələrinin 

təbliği sahəsində  fəaliyyət göstərir. Cəmiyyət Avropadakı Türk 

Federasiyasına daxildir. Cəmiyyətin sədri Mustafa Alıcandır. Ermənistanın 

Azərbaycana qarşı  təcavüzü nəticəsində respublikamızda yaranmış  ağır 

vəziyyət, torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi 

Cəmiyyət üzvlərini olduqca narahat edir. 1993-cü il aprelin ilk günlərində 

ermənilərin Kəlbəcər rayonunun işğal etməsi onların qəzəbinə  səbəb 

olmuşdur. Kəlbəcər hadisələri barədə Azərbaycan Prezidenti Aparatından 

alınan xəbərlər Cəmiyyət tərəfindən fransız dilinə çevrilərək Avropa 

parlamentində 22 ölkənin nümayəndələrinin rəhbərlərinə çatdırılmışdır. 

Cəmiyyətin üzvləri tərəfindən həmin xəbərlər Fransa kütləvi informasiya 

vasitələrinə yayılmışdır. 

  

 

“FRANSA-AZƏRBAYCAN  KÜLTÜR CƏMİYYƏTİ” 

(Paris) 

 

“Fransa-Azərbaycan Kültür Cəmiyyəti” öz fəaliyyətinin  əsas 

məqsədini milli mədəniyyətimizi, dilimizi, adət-ənənələrimizi qoruyub 

saxlamaqla, yaşatmaqda görür. Cəmiyyətin prezidenti Əhməd 

Mehribanidir. O, eyni zamanda müxtəlif sənaye obyektlərini xammalla 

təmin edən “Hero” şirkətinin baş direktorudur. 

Cəmiyyətin sədri vaxtaşırı Bakıda olur, Azərbaycanın iqtisadiyyatı 

üçün sərfəli olan bir sıra  əməli işlərin baş tutmasına, Azərbaycan 

mədəniyyətinin, incəsənətinin və  ədəbiyyatının Fransada yaşayan 

həmvətənlərimiz, eyni zamanda Azərbaycanın iqtisadi, siyasi və  mədəni 

həyatına maraq göstərən fransızlar arasında təbliğ olunmasına çalışır. 

 

 



HOLLANDİYA 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə