Cəmiyyət müxtəlif müəssisələrdə və təşkilatlarda
musiqi kollektivlərinin
iştirakı ilə müntəzəm olaraq konsertlər təşkil edir, vaxtaşırı yerli əhali
arasında xeyriyyə tədbirləri keçirirlər.
“Oğuz” Cəmiyyətinin üzvləri tatar dostlarının köməyi ilə Kazanın
İslam mərkəzinin yaxınlığındakı küçə və meydana dahi şairimiz Nizami
Gəncəvinin adının verilməsinə nail olublar. İndi həmin meydanda
Nizamiyə büst qoyulması üçün hazırlıq işləri aparılır.
TÜRKİYƏ
“AZƏRBAYCAN DOSTLUQ, KÜLTÜR VƏ
SƏNƏT DƏRNƏYİ”
(İzmir)
Dərnək 1991-ci ilin dekabrında İzmirdə yaradılmışdır. Sədri Namiq
Kamal Babaəkərdir. Dərnəyin yaradılması
İzmirdə yaşayan
azərbaycanlıların öz mədəniyyətləri ilə yaxından tanış olmaq, gənclərin
mədəniyyət tariximizi öyrənmələrinə şərait yaratmaq, xalqımızın
folklorunu yaşatmaq, Azərbaycandan İzmirə oxumağa gələn tələbələrə
kömək etmək məqsədi daşıyır. Dərnəyin üzvləri Azərbaycanın latın
qrafikalı əlifbaya keçməsinə kömək məqsədilə Türkiyə üzrə kitab-baxış
kompaniyası keçirir, Azərbaycana latın əlifbasında kitab göndərilməsini
təşkil etməsinə çalışır.
“AZƏRBAYCAN KÜLTÜR DƏRNƏYİ”
(Ankara)
“Azərbaycan Kültür Dərnəyi” 1949-cu il fevralın 1-də Ankarada
M.Ə.Rəsulzadə tərəfindən yaradılmışdır. Dərnəyin ilk sədri Həmid Atanan
olmuşdur. Dərnəyin fəaliyyətə başlamasını yalnız Türkiyədə yaşayan
azərbaycanlılar deyil, bütün Türkiyə ictimaiyyəti böyük razılıqla
qarşılamışlar. Dərnəyin təşkil etdiyi mədəni kütləvi tədbirlərdə,
Azərbaycan mədəniyyətini, ədəbiyyatını, tarixini təbliğ etməkdə onun
ətrafında birləşən azərbaycanlılar xüsusi fəallıq göstərmişlər. 1952-ci ildə
Dərnək “Azərbaycan” jurnalının nəşrinə başlamışdır. Dərnək öz nəşriyyat
fəaliyyətini bununla kifayətləndirmir, “Azərbaycan Kültür Dərnəyi
Yayımları” adlı silsilə nəşrlərin çapına başlayır. Bu silsilədən buraxılan 50-
yə yaxın kitab Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, tarixinə həsr
olunmuşdur. Bu silsilə kitablar içərisində M.Ə.Rəsulzadənin,
Ə.Yurdsevərin, K.Odərin və başqalarının əsərləri vardır. Dərnəyin
nəzdində uzun illərdən bəri folklor rəqs qrupu fəaliyyət göstərir. Bu qrup
bir çox Avropa ölkələrində Azərbaycan rəqsləri proqramı ilə çıxış etmişdir.
“Azərbaycan Kültür Dərnəyi”nin fəaliyyətində, onun gördüyü geniş
səmərəli işdə əsasən 20-ci illər mühacirləri, daha sonralar ikinci dünya
müharibəsi zamanı xaricdə qalmaq məcburiyyətində olan mühacirlər iştirak
etmişlər. Uzun illər ərzində Dərnəyin fəaliyyətinə müxtəlif vaxtlarda
R.Ünsal, Kərim Odər, Əhməd Yaşat, Cəmil Odelli, İsgəndər Ağüzüm,
Məhəmməd Kəngərli başçılıq etmişlər. “Azərbaycan Kültür Dərnəyi”nin
indiki sədri Əhməd Qaracadır.
“AZƏRBAYCANI TANITMA DƏRNƏYİ”
(Ankara)
“Azərbaycanı Tanıtma Dərnəyi”nin yaranması Azərbaycana erməni
təcavüzünün əsil mahiyyətini dünyaya çatdırmaq zərurətindən irəli
gəlmişdir. Dərnəyin sədri “Türkiyənin səsi” radiosunun Azərbaycan
verilişləri üzrə baş redaktoru, dərnəyin nəşr etdiyi “Araz” qəzetinin sahibi
Seyfəddin bəy Altaylıdır. Dərnəyin yüz nəfərdən çox üzvü vardır.
Azərbaycana erməni təcavüzünə qarşı Türkiyədə keçirilən siyasi
nümayişlərin, etiraz mitinqlərinin bir çoxunun təşkilatçısı “Azərbaycanı
Tanıtma Dərnəyi” olmuşdur. Dərnəyin üzvləri Xocalı faciəsi ilə əlaqədar
Ankarada, İstambulda və digər şəhərlərdə yaşayan həmvətənlərlə əlaqə
yaratmış, xarici nümayəndələrinin və hökumət binalarının qarşısında
piketlər və nümayişlər təşkil etmişlər. 1992-ci ilin martında ayrı-ayrılıqda
jurnalistlərin və siyasi partiya rəhbərlərinin müavinlərindən ibarət
yığıncaqların təşkilində dərnəyin üzvləri də yaxından iştirak etmişlər.
Dərnəyin “Araz” adlı qəzeti nəşr edilir. İctimai -siyasi qəzet kimi ayda iki
dəfə çıxarılması nəzərdə tutulan qəzetdə bütün dünyada yaşayan
azərbaycanlı türklərinin və Azərbaycan Respublikasının dünəni, bu günü
və sabahından bəhs edən yazılar dərc edilir.
“AZƏRBAYCAN TÜRKLƏRİ KÜLTÜR VƏ
DAYANIŞMA DƏRNƏYİ”
(İstambul)
“Azərbaycan türkləri Kültür və Dayanışma Dərnəyi” Türkiyədə
yaşayan soydaşlarımızın, o cümlədən Türkiyə ictimaiyyətinin Azərbaycan
mədəniyyətinə, incəsənətinə və ədəbiyyatına böyük marağına olan
tələbatına cavab olaraq yaranmışdır. Sədri Nihad Çətinqayadır. Dərnək
1989-cu ilin martından fəaliyyətə başlamışdır. Dərnəyin üzvləri
Azərbaycanın ictimai və
mədəni təşkilatları ilə
əlaqələrin
genişləndirilməsinə, milli mədəniyyətimizin təbliğinə xüsusi əhəmiyyət
verirlər. Dərnəyin Əhməd Əfənin redaktorluğu ilə nəşr etdiyi “Xəzər”
(“Azərbaycan türklərinin səsi”) qəzetində Azərbaycanda baş verən ictimai-
siyasi hadisələrə, demokratik hərəkata geniş yer verilir. Qəzetdə
Azərbaycana qarşı erməni təcavüzü ilə əlaqədar operativ və obyektiv
informasiyalar dərc olunur.
“AZAD AZƏRBAYCAN HƏMRƏYLİYİ QRUPU”
(Ankara)
Qardaş Türkiyə torpağında, məlum olduğu kimi, Azərbaycan milli
mədəniyyətini təbliğ edən, respublikamızdakı müasir ictimai-siyasi
vəziyyəti izləyən, öyrənən mədəniyyət mərkəzləri çoxdur. Bu vaxtlar
Türkiyədəki Azərbaycan Milli Mədəniyyət Mərkəzləri birləşərək qrup
halında da fəaliyyət göstərmişlər. Lakin sonradan bu qrup yenidən
parçalanmış, hər bir milli mədəniyyət mərkəzi və cəmiyyəti ayrı-ayrılıqda
fəaliyyətlərini davam etdirmişlər.
1993-cü ilin iyul ayında isə Ankara şəhərində “Azad Azərbaycan
həmrəylik qrupu” yenidən bərpa edilmişdir.
Qrupa Türkiyədə fəaliyyət göstərən ayrı-ayrı Azərbaycan
dərnəklərindən əlavə Türk ziyalılar cəmiyyəti, ticarət orqanları və birjalar