birliyi, yazıçılar birliyi, elm, ədəbiyyat, sənət əsərləri, məslək birliyi və b.
daxildir. Bütünlükdə “Azad Azərbaycan” həmrəylik qrupu 43 dərnək,
cəmiyyət və fondu birləşdirir.
Türkiyənin demək olar ki, bir çox tanınmış elm, mədəniyyət, sənət
xadimləri və işgüzar adamları Azərbaycan həmrəylik qrupunun üzvü
olmuşlar.
TÜRKMƏNİSTAN
“BALIQÇI” CƏMİYYƏTİ
(Krasnovodsk)
Türmənistanda xeyli azərbaycanlı yaşayır. Yalnıız Krasnovodsk
şəhərində üç minə yaxın soydaşımız məskunlaşmışdır. Krasnovodsk
şəhərində yaşayan azərbaycanlıları birləşdirmək məqsədilə şəhərin balıq
kombinatında işləyən soydaşlarımız 1992-ci ilin əvvəllərində “Balıqçı”
Çəmiyyətini yaratmışlar. Cəmiyyətin məqsədi Azərbaycandakı qaçqınlara,
yaralılara, müharibə zonasında vuruşan döyüşçülərə yardım etmək,
Azərbaycanda baş verən hadisələrlə bağlı doğru, düzgün məlumatı
Türkmənistanda yaşayan həmvətənlərimizə çatdırmaqdır.
UKRAYNA
“AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ”
(Kiyev)
Kiyevdəki “Azərbaycan Mədəniyyət Mərkəzi” 1991-ci ildə
yaranmışdır. Mərkəzdə Kiyevdə yaşayan azərbaycanlı fəhlələr, tələbələr,
alimlər, hüquqşünaslar birləşmişlər. Sədri Səməd Yusifovdur. Mərkəzin
içərisində soydaşlarımızdan başqa digər millətlərin - avarların, tatarların,
yəhudilərin, rusların nümayəndələri də vardır. Mərkəz öz əsas məqsədini
müstəqil, demokratik quruluş yaratmaq uğrunda mübarizə aparan
Azərbaycan və Ukrayna respublikaları arasında iqtisadi, siyasi və mədəni
əlaqələri daha da möhkəmləndirməkdə və inkişaf etdirməkdə görür.
Mərkəzin üzvləri radio, televiziya və mətbuat vasitəsilə Azərbaycan
Respublikasında baş verən demokratik prosesləri, Ermənistanın
respublikamıza qarşı apardığı elan olunmamış müharibə haqqında həqiqəti
çatdırmağa çalışırlar. Mərkəzin vaxtaşırı keçirdiyi ictimai-siyasi və mədəni
tədbirlərdə soydaşlarımızdan başqa Kiyevdə yaşayan digər millətlərin
nümayəndələri də fəal iştirak edirlər.
“Y.V. ÇƏMƏNZƏMİNLİ ADINA AZƏRBAYCAN
MƏDƏNİ MƏRKƏZİ”
(Kiyev)
“Y.V.Çəmənzəminli adına Azərbaycan Mədəni Mərkəzi” Bakıda
1990-cı il yanvar hadisələrinin təsiri altında yaranmışdır. Mərkəz “Ukrayna
Mədəniyyət Fondu”nun nəzdində fəaliyyət göstərir. Mərkəzin sədri Nadir
Əlişovdur. Mərkəz Ukraynanın ictimai-siyasi həyatında yaxından iştirak
edir, Azərbaycana erməni təcavüzü barədə ukraynalılara obyektiv məlumat
verməyə çalışır. Mərkəz “Ukrayna Milli Assambleyası”, “Rux” hərəkatı,
kənarda yaşayan ukraynalı zabitlərin ittifaqi və başqaları ilə sıx əlaqələr
yaratmışdır. Mərkəzin əsas vəzifələrindən biri Azərbaycan-Ukrayna
dostluq əlaqələrinin möhkəmləndirilməsidir. Mərkəzin fəaliyyətində
ukraynalılar da iştirak edirlər. Onlardan ən fəalı, Azərbaycanda yaxşı
tanınan şair-tərcüməçi Mikola Miroşniçenkodur. Xüsusən ermənilərin
xalqımıza qarşı yaydığı qərəzli məlumatların əleyhinə təbliğat işində
onun fəaliyyəti olduqca qiymətlidir. Mərkəz Kiyevdə çıxan “Veçernaya
Kiyev”, “Qolos Ukrainı” və digər mətbuat orqanları ilə sıx əlaqə
yaratmışdır. Ukraynanın kütləvi informasiya vasitələrinin nümayəndələri
ilə Mərkəzdə vaxtaşırı maraqlı görüşlər keçirilir.
Bu ilin aprel ayının 15-də “Y.V.Çəmənzəmənli adına Azərbaycan
Mədəniyyət Mərkəzi” Kiyevdəki Rusiya Səfirliyinin binası qarşısında
Azərbaycanın Kəlbəcər – rayonunun Ermənistan tərəfindən işğal olunması
ilə bağlı böyük mitinq təşkil etmişdir.
Rusiyanın Kiyevdəki konsulu mitinq iştirakçılarını qəbul etmişdir.
Kəlbəcərdə Ermənistanın təcavüzü ilə əlaqədar olaraq bu şəhərdə yaşayan
soydaşlarımız adından ona Mərkəzin etiraz notası təqdim edilmişdir.
“SAFLIQ” MƏDƏNİYYƏT MƏRKƏZİ
(Xarkov)
“Saflıq” Mədəniyyət Mərkəzi 1991 -ci ilin iyun ayından rəsmi
qeydiyyatdan keçərək fəaliyyətə başlamışdır.
Sədri Hicran Abdullayevdir. Mərkəzin təşkilatca formalaşması
müəyyən mərhələlərdən keçmişdir. 1990-cı ilin martında “Oğuz”
həvəskarlar Klubu şəklində təşkil olunmuş, iyun ayından isə “Saflıq” adı
altında təsis olunmuşdur. Həmin müddət ərzində bir sıra mədəni tədbirlər
hazırlayıb keçirmiş, Xarkovda Azərbaycan incəsənət ustalarının çıxışlarını
təşkil etmişdir. “Saflıq” Mədəniyyət Mərkəzi indi oz fəaliyyətini durmadan
təkmilləşdirməyə çalışır, Xarkov şəhəri ilə Azərbaycanın müxtəlif bölgələri
arasında iqtisadi və
mədəni
əlaqələrin genişlənməsinə
və
möhkəmlənməsinə çalışır
“XƏTAİ” AZƏRBAYCAN MƏDƏNİYYƏT
CƏMİYYƏTİ
(Xarkov)
“Xətai” Azərbaycan Mədəniyyət Cəmiyyəti 1990-cı il martın 12-də
yaradılmışdır. Həmin gün Cəmiyyətin təsis iclası keçirilmiş onun
nizamnaməsi qəbul olunmuş, rəsmən qeydiyyata alınmışdır. Cəmiyyət
Ukrayna Mədəniyyət Fondunun nəzdində fəaliyyətə başlamışdır.
Cəmiyyətin sədri Eldar Vəliyevdir. Cəmiyyətin məqsədi Ukraynanın ən
böyük şəhəri olan Xarkovda yaşayan 35 minə yaxın azərbaycanlının
mənəvi zənginləşməsi ilə daha yaxından məşğul olmaq, gənc nəslə,
yeniyetmələrə milli şüur aşılamaq, tariximizlə bağlı hadisələri Ukrayna
torpağında yaşayan həmyerlilərimizə çatdırmaqdır. Xarkovda yaşayan
başqa millətləri Azərbaycan incəsənəti və ədəbiyyatı ilə tanış etmək,
Azərbaycanda gedən demokratik gedişatlar barədə düzgün məlumat
çatdırmaqdır. Cəmiyyətin üzvləri Azərbaycana qarşı ermoni
təcavüzkarlarını, apardıqları qanlı müharibənin əsil səbəbkarlarını, onun
çirkin məqsədlərini acıqlanmasında, Qarabağa maddi və mənəvi yardım
göstərilməsində yaxından iştirak edirlər.
Cəmiyyətin fəal iştirakı ilə ana dilini mükəmməl öyrənmək üçün
Bazar günü məktəbi açılmış, “Azərbaycan” bədii özfəaliyyət dərnəyi
Dostları ilə paylaş: |