“TÜRKÜSTAN VƏ AZƏRBAYCAN CƏMİYYƏTİ”
(Amsterdam)
“Türküstan və Azərbaycan Cəmiyyəti” öz fəaliyyətini əsasən Orta
Asiya türk respublikaları və Azərbaycan Respublikası ilə Hollandiyada
yaşayan soydaşlarımız arasında mədəni əlaqələrin möhkəmlənməsi
sahəsində istiqamətləndirir. Cəmiyyət Hollandiyada Azərbaycan
mədəniyyət günlərini keçirilməsi, rəssamlarımızın sərgilərinin təşkili ilə
yaxından məşğul olur. Cəmiyyətin üzvlərinin yaxından iştirakı və təşkilatı
ilə fəaliyyəti nəticəsində Xocalı faciəsini törədənlərin vəhşiliklərinə etiraz
əlaməti olaraq Hollandiyanın müxtəlif şəhərlərində mitinqlər keçirilmişdir.
Cəmiyyətin sədri Məhmət Tütünçü 1992-ci ilin iyun ayında Bakıda olarkən
Azərbaycan və Hollandiyada yaşayan soydaşlarımız arasında, mədəni
əlaqələri genişləndirmək üçün danışıqlar aparmış, əməli tədbirlər
müəyyənləşdirmişdir.
“HOLLANDİYA-AZƏRBAYCAN TÜRK KÜLTÜR
DAYANIŞMA DƏRNƏYİ”
(Amsterdam)
Hollandiyanın paytaxtı Amsterdam şəhərində xeyli soydaşımız
yaşayır. Onların içərisində doğma Azərbaycan Respublikası ilə yaxından
ünsiyyət saxlamağa can atanlar çoxdur. Son vaxtlar bu əqidədə olan
həmvətənlərimizin böyük bir qismi yeni ictimai birlik “Hollandiya -
Azərbaycan Türk Kültür Dayanışma Dərnəyi” yaratmışlar. Həm
xeyriyyəçilik, həm də milli mədəniyyətimizin Hollandiyada təbliği
məqsədilə təşkil olunan Dərnəyin üzvləri arasında azərbaycanlılarla
yanaşı, Türkiyədən və digər Şərq ölkələrindən çıxmış türklər də vardır.
“Hollandiya Azərbaycan Türk Kültür Dayanışma Dərnəyi”nin sədri
Fərhad Atəşdir. Amsterdamda yaşayan soydaşlarımız respublikamızın bəzi
ictimai təşkilatları ilə əlaqə yarada bilmişlər. Onlar Azərbaycanın indi
düşdüyü ağır vəziyyətlə bağlı olaraq bir neçə dəfə respublikamıza
humanitar yardım göndərmişlər.
Bu ilin iyul ayında isə Dərnəyin sədri F. Atəş, onun müavini Agah
Yoncalı Bakıda səfərdə olmuş, qaçqınlara xeyli humanitar yardım gətirmiş,
ayrı-ayrı ailələrə, qospitallarda müalicə olunan əsgərlərə 11 milyon rubl
məbləğində maddi yardım etmişlər.
Amsterdamdan gələn soydaşlarımız Azərbaycanda olarkən erməni
təcavüzkarlarının azğın əməllərini əks etdirən xeyli sənədli material, qəzet,
jurnal və kitablar əldə edərək onları Hollandiyaya aparmış və orada
yaymışlar.
ŞİMALİ KİPR TÜRK CÜMHURİYYƏTİ
“AZƏRBAYCAN DOSTLUQ VƏ HƏMRƏYLİK
CƏMİYYƏTİ”
(Lefkoşa)
“Azərbayçan Dostluq və Həmrə'ylig Cəmiyyəti”nin yara-lılması
1993-çü ilin fevralında keçirilmiş təsis konfransında elan olunmuşdur.
Cəmiyyətin sədrliyinə Şimali Kipr Türg Cümhuriyyətinin xarici işlər
nazirliyi iiformasiya şöbəsinin rəhbəri, tanınmış jurnalist Hakkı Yazqan
seçilmişlir. Cəmiyyətin məramnaməsində qeyd edildiyi kimi, onun
məqsədi türk xalqları ailəsini daha da möhkəmləndirmək, Azərbaycan
Respublikası ilə iqtisadi, siyasi və mədəni əlaqələri genişləndirmək və
inkişaf etdirməkdir.
“AZƏRBAYCAN KÜLTÜR DƏRNƏYİ”
(Lefkoşa)
Hal-hazırda Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən
Azərbaycan milli mədəniyyət mərkəzlərindən biri də Lefkoşa şəhərindəki
“Azərbaycan Kültür Dərnəyi”dir
“Azərbaycan Kültür Dərnəyi”nin fəaliyyəti əsasən Şimali Kipr Türk
Respublikası ilə Azərbaycan arasında mədəni əlaqələrin genişləndirilməsi
və Şimali Kiprdə Azərbaycan mədəniyyətinin təbliğ olunmasıdır. Dərnəyə
rəssam Hüseyn Azər Ozkan rəhbərlik edir.
H.A.Ozkan bu yaxınlarda Bakıda keçirilən “Türkiyə Cümhuriyyəti-
70” Beynalxalq elmi-praktik konfransının (25-28 X 1993-cü il) iştirakçısı
olmuş və “Şimali Kipr-Azərbaycan mədəni əlaqələri” mövzusunda maraqlı
məruzə ilə çıxış etmişdir.
H.A.Ozkan respublikamıza səfəri zamanı Azərbaycan EA Milli
Münasibətlər İnstitutunun da qonağı olmuş, İnstitutla Kiprdəki “Azərbacan
Kültür Dərnəyi” arasında əməkdaşlıq barədə müqavilə bağlanmışdır. İki
təşkilat arasında qarşılıqlı əlaqələrin yaradılması və möhkəmləndirilməsi
barədə konkret tədbirlər nəzərdə tutulmuşdur.
Milli Münasibətlər İnstitunun əməkdaşları H.A.Ozkan vasitəsilə
Dərnəyin üzvülərinə müasir Azərbaycan ədəbiyyatına, mədəniyyətinə,
eləcə də ermənilərin Azərbaycan torpaqlarına təcavüzünə dair xeyli sayda
ədəbiyyat nümunəsi, qəzet və jurnallar göndərmişlər.
ƏLAVƏLƏR
1. Xarici ölkələrdə fəaliyyət göstərən bəzi Azərbaycan mədəniyyət
mərkəzlərinin, cəmiyyətlərin və assosiasiyaların
ÜNVANLARI
“Azərbaycan-Almaniya Cəmiyyəti” 1000 Berlin 41, Leudenalle 41 a
“Azərbaycan Kültür Ocağı” 1000 Berlin 30, Eyxornştrase, 5 A/515
tel: 030/ 21617642
“Azərbaycan Kültür Ocağı” 5300 Bonn - 1, Kelnştrase, 88/53
Postfax 170355.
“Alman-Azərbaycan cəmiyyəti” 4000 Lüsseldorf - 1, Furştenvall 167
tel:0211 - 379117, faks - 0211 379117.
“Azərbaycan Mədəniyyəti cəmiyyəti” Amerika 103, Elvad avenyu,
Nyu-York, № Y 07104.
“Bakılı” Assosiasiyası (ABŞ) Amerika, 8002 21 AU-3 V
Brookluk, 4. 11204
“Qobustan” Azərbaycan Mədəniyyət Cəmiyyəti 220095 Minsk,
Yakub küç., 58.
“Natəvan” Azərbaycan Mədəniyyət Mərkəzi Qazaxıstan, 417001.
Uralsk ş. Lenin prospekti 118.
“Azərbaycan Kültür Evi” (Belçika) Belçika, 1734 1000-Brüssel, 1.
tel: 4116753, Faks 4115167.
“Azərbaycan Mədəniyyət Cəmiyyəti” (Danimarka) Danimarka.
Kopenhagen 2 D/A V 3142100
“Estoniya-Azərbaycan Cəmiyyəti” Estoniya EE 101, Tallinn,
Olevleyagi, 12. tel: 60-18-91, 44-08-95
“OCAQ”Azərbaycan Mədəniyyət Cəmiyyəti Estoniya EE 090
Tallinn, i.q. 3272. tel: 43-16-06, Faks(0142) 423094.
“Azərbaycan Mədəniyyət Mərkəzi” (Böyük Britaniya). Böyük
Britaniya, Mançestr M 60, 10 OİK, Sakrvill strit.
“Azərbaycan Dayaqçıları Cəmiyyəti” (Böyük Britaniya) Böyük
Britaniya, London SVM VOX Azərbaycan, E Y ZXX
“Azərbaycan Mədəniyyət Mərkəzi” (Şotlandiya). Şotlandiya,
Edinburq. E № 89. Edinburq universiteti, Buklens plas.
“Azərbaycan Mədəniyyət Cəmiyyəti” (İsveç) İsveç, Stokholm 13800
Alta Şveden. tel: (08) 7730166
Dostları ilə paylaş: |