R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə7/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   2   3   4   5   6   7   8   9   10   ...   131

sosioloji  düşüncəni,  sosioloji  zəkanı,  sosioloji  intuisiyanı  və  sosioloji  tə­
xəyyülü ehtiva edir.
Sosioloji  düşüncə.  Sosioloji  düşüncə  dedikdə,  subyektin  tədqiq  edi­
lən  prcdmcti  tərkib  hissələrə,  fraqmentlərə,  elementlərə,  səviyyələrə və  s. 
bölmək bacarığını  nəzərdə tutan empirik müəyyənliklərə  və sxemləşdirici 
əqli nəticələrə aid dərketmə fəaliyyəti başa düşülür.
Sosioloji  düşüncənin  səciyyəvi  xüsusiyyətləri  aşağıdakılardan  iba­
rətdir:
1)  sosioloji  düşüncə  sosial  məkanın  lokal  yayılma  sahəsi  hüdudla­
rına  daxil  olmuş  sosial  fenomenlərin,  sosial  faktların  və  onların  məc­
musunun «nöqtəciklorinin» görüntüləri  ilə bağlıdır;
2)  sosioloji  düşüncə  bilavasitə  müşahidələr,  ölçmələr,  eksperiment­
lər  və  s.  nəticəsində  meydana  çıxan  empirik,  inandırıcı  məlumatlara 
arxalanır;
3)  izahcdici  modellərin  qurulması  zamanı  yaxın,  bilavasitə  sosial 
detcrminantların  aşkar  olunması  getmir  və  buna  görə  do  onun  köməyilə 
əldə  edilən  nəticələr,  bir  qayda  olaraq,  öz  dövrünün  və  ətraf sosial  mü­
hitin  dünyagörüşünün stereotiplərinin əsirinə çevrilir;
4)  sosioloji  düşüncə  mctafıziki  reallıqların  varlığını  tanımır,  aləmi 
dərketmə  vasitəsi  kimi  metafizikanı  qəti  surətdə  inkar  edir  və  onunla 
məhsuldar əlaqənin müəyyən edilməsi imkanlarını  görmür.
Sosioloji  düşüncə  dərketmə  aləti  kimi  konkret  dünyagörüşü  və 
ideoloji  sistemlərinin qapalı  normativ-dəyərli və fikri hüdudlarında özünü 
inamla  aparır.  O,  hüquqi  pozitivizmin  ehkamları  çərçivəsində  nəzəri 
sxemlərin  qurulması  texnikasına  asanlıqla  nail  olur.  Bu  zaman  məqsəd­
lərin  məhdudluğu,  qiymətləndirici  mükalimələrin  sxematizmi  və  dün­
yagörüşü  nəticələrinin,  etik  nəticələrin  sadəlövh-vulqar  praqmatizmi  ra­
sional-düşüncə anlamının  fərqləndirici xüsusiyyətləri olur.
Sosioloji  zəka  və  sosioloji  refleksiva.  Sosioloji  düşüncə  ilə  müqa­
yisədə  sosioloji  zəka  daha  mürəkkəb  dərketmə  alətidir.  Onun  əsas 
funksiyası  sosial  reallığı  təməlli  fəlsəfi  və  metafizik  prinsiplərə  uyğun 
şəkildə  strukturlaşdınnaqdan  ibarətdir.  Onun  köməyilə  sosioloji  düşün­
cənin  və  intellektual-metafizik  intuisiyanın  dərketmə  səylərinin  nəticələ­
rinin sintezi həyata keçirilir.
Rasional-düşüncə  təfəkkürünün  konkret  formasını  sosioloji  refleksi­
va təşkil edir.  Sosioloji  refleksiya sosioloji zəkanın sosial-hüquqi reallıqla 
öz münasibətlərini tədqiqat baxımından qurmaq qabiliyyətidir.
26
Rcflcksiyanın  subyektinə  öz-özliiyündo  sosial  praktikadan  daha  çox 
onun  qiymətləndirici  və  analitik  strukturlarda  necə  əks  olunması  ilə 
maraqlanmaq  xasdır.  Sosioloji  refleksiya  idrakın  subyektinə  özünün 
bilavasitə  qiymətləndirmə  reaksiyasını  aradan  qaldırmağa  imkan  verir. 
Sosioloji  şüurun yetkinliyi  nə  qədər yüksək  olarsa,  onun  refleksiv  fəaliy­
yəti də bir o qədər səmərəli olar.
Sosioloji  düşüncənin  refleksiv  fəallığı  nəticəsində  həqiqi  sosial 
ziddiyyətlər problemli  məkanda  sosial-hüquqi  mövcudluğun  on  əhəmiyyətli 
problemlərinin  qavranılmasma  kömək  edən  obrazların  ideyaların  və  kon- 
septlərin  təkrar  işarəli-rəmzli  formalarını  əldə  edirlər.  Sosioloji  düşüncə  və 
sosioloji  zəka  xüsusi  anlayışlara  -   sosioloji  kateqoriyalara  malikdirlər. 
Həmin  anlayış  və  ya  kateqoriyalar  alət-dərketmə  funksiyasını  ycıinə  ye­
tirirlər.  Onlar  silah-vasitə  qismində  çıxış  edirlər.  Məhz  bu  alət-vasitələrin 
köməyilə sosial reallığın on müxtəlif aspektləri və istiqamətləri tədqiq edilir.
Sosioloji  intuisiya.  Qədim  dövrün  bir  çox  mütəfəkkirləri  etiraf 
edirdilər  ki,  şeylər  və  hadisələr  özündə  qavranılmalı  və  rasional  cəhətdən 
təhlil edilməli olanlardan daha artığını daşıyırlar və zəkanın dərketmə imkan­
ları  heç  də  hüdudsuz deyildir.  Bu.  elə bir məqama, vəziyyətə gətirib çıxardı 
ki,  Sokratın  məlum  «Mən  onu  bilirəm  ki,  heç  nə bilmirəm» kəlamını  bütün 
kəskinliyi  ilə  ortaya  çıxardı.  Kədərli  scntcnsiyaların  meydana  gəlməsi 
Sokratın  məşhur  kəlamını  təsdiqləyirdi.  İnsan  mənəviyyatında  əmələ  gələn 
düşkünlük onda gücsüzlük  hissləri yaradırdı.  Dckart bu vəziyyəti intellektual 
kədər  adlandırmışdı.  İnsanı  ruhən  belə  vəziyyətdən  çıxarmağa  intellektual 
intuisiya kimi dərketmə qabiliyyəti kömək etmişdir.
Sosial  zəkanın  sosial  varlığın  əlçatmaz  sirləri  qarşısında  giicsüz 
olduğu  yerdə  şüvıraltı  və  fövqəladə  gizli  ehtiyatlardan  fəal  istifadə  edən 
intellektual  intuisiya  insanı  ruhən  bu  sirlərin  dərinliklərinə  nüfuz  etməyə 
təhrik edir.  İntellektual intuisiya üçün bütün varlıq, o cümlədən hüquq an­
caq müşahidə  olunan  fiziki  ölçülər çərçivəsində yaşayır və  hərəkət etmir. 
O,  belə  güman  etməyə  əsas  verir  ki,  hüquqda  həyatın  başqa,  müşahidə 
edilməyən sirri do vardır.
Bəzən  mifologiya,  mistika  ilə,  dinlə  şüurlu  uyğunsuzluğa  gedən  zə­
kadan  fərqli  olaraq,  intellektual  intuisiya  onlarla  heç  vaxt  əlaqəni  itirmir 
və  onların  varisi  rolunda  çıxış  etməyə  hazır  olur.  Əgər  zəkanın  dili 
denotativdir  və  gizli  fikirləri  üzə  çıxarmağa  səy  göstərirsə,  intuisiyanın 
dili  isə  konnetalivdir  və  şifahi  formada  sonadək  ifadə  oluna  bilməyən 
mətnaltı  fikirlərin olmasını nəzərdə tutur.
27


İntellektual intuisiyanm modifikasiyalarmdan biri olan sosioloji intu- 
isiya  müxtəlif  miqyaslı  sosial  reallıqların  mərkəzinə  bilavasitə,  rasio- 
nallıqdan  kənar  nüfuz  etməni  nəzərdə  tutur.  Hipotczalarm  formula  edil­
məsi  prosesinin  getdiyi  və  tədqiq  edilən  predmetlərin  nümunəvi  əks­
liklərinin  rəsm  edildiyi  vaxt  tədqiqatın  birinci  mərhələlərində  onun 
dərketmə potensialı  daha mühüm olur.  O, təhlil predmetinin obyektlə fik- 
ıən uyğunluğunun zəruri  olduğu yerdə əvəzedilməz olur.
Sosioloji  təxəyyül.  Nəzəri  təxəyyül  tədqiq  edilən  reallıqlar arasında, 
habelə  bu  reallıqlarla  müəllif «mən»i  arasında  əlçatmaz  əlaqələrin  quru­
lub  başa  çatmasının  yaradıcılıqla dərk edilməsi  qabiliyyətindən  ibarətdir. 
Yaradıcı  təxəyyül  tədqiqatçım  maraqlandıran  reallığa  bu  reallığın  malik 
olmadığı  görkəmi  və  keyfiyyəti  vermək  bacarığıdır.  Ayrıca sosial  faktın, 
hadisənin,  prosesin  sosioloji  modelinin  qurulması  üçün  artıq  mövcud 
olmuş,  istifadəyə  hazır  olan  və  əvvəllər  digər  tədqiqatçılar  tərəfindən 
istifadə  edilmiş  izahedici  komponentlərinin,  normativ  xarakterinin  çatış­
madığı zaman, sosioloq xəyali komponentlərə müraciət etməyə haqlıdır.
Kifayət  qədər  yayılmış  nöqteyi-nəzər  ondan  ibarətdir  ki,  incəsə­
nətdən  fərqli  olaraq  guya  elmdə  təxəyyül  əhəmiyyətli  rol  oynamır  və 
buna  görə  do  ona xüsusi  ehtiyac yoxdur.  Sıravi  sosiohumanitar fənlərdən 
biri  kimi  sosiologiya  üçün  də  istisnaya  yol  verilmir.  Məsələn,  fransız 
hüquq  sosioloqu  J.Karbonyc  yaxırdı  ki,  yazıçıdan  fərqli  olaraq,  sosioloq 
öyrənilən  obyekti  özünün  təxəyyül  nöqteyi-nəzərinə  buraxmamalıdır. 
Lakin  amerikalı  sosioloq  Ç.R.Millis  «Sosioloji  təxəyyül»  əsərində  bunun 
əksini  təsdiq  edir.  Onun  fikrincə,  sosial  problemlərin  tədqiqatçısı  öz 
sosioloji  təxəyyülünü  qapalı  saxlamamalıdır.  Əksinə,  o,  sosioloji  təxəy­
yülün  ehtiyatlarını  tədqiq  edilən  problemlərin  qavranılmasma  daha  fəal 
cəlb  etməyə  borcludur.  Təxəyyül  sosial  kolliziyaların  modelləşdirilmə- 
sində,  fikri  eksperimentlərin  qurulması  zamanı  mühüm  funksiya  yerinə 
yetirir.  Şübhəsiz  ki,  o,  M.Vcbcrin  ideal  tip  konsepsiyasını  yaratdığı  vaxt 
onun  üçün  müəyyən  rol  oynamışdır.  Çünki  məhz  ideal  tip  sosial  aləmdə 
hissələrə parçalanmış,  porakəndə olanları  özündə bütövlük qismində ehti­
va  edir,  alimin  nəzəri  təxəyyülünün  məhsulu  kimi  təzahür  edir.  Sosio­
logiya öz dərketmə vasitələrində məhdudiyyət aşkar etdiyi yerdə  sosioloji 
təxəyyül daha mühüm əhəmiyyət kəsb edir.
Sosioloji  düzümlərin  sosial  determinizm  prinsipinin  məhdud  imkan­
ları  halında  keçilməz  metodoloji  maneələrlə  toqquşduğu  kauzal  vektorun 
sosial  reallıqdan  kənara  çıxmaq  cəhdinin  olduğu,  lakin  bu  zaman  əsas
28
materialın çatışmazlığının və sosioloji alətlərin qcyri-mükəmməlliyi aşkar 
edildiyi  zaman  yaradıcı  təxəyyül  köməyə  gəlir.  Bu  zaman  sosiologiya 
metafizikanın mədəni-tarixi  köklərini  xatırlayaraq ondan  kənara çəkilmir. 
Xalis  sosioloji,  əsasən  əqli  düzümlər  çərçivəsində  təxəyyül  köməkçi  rol 
oynayır.  Lakin  o,  metafizika  səviyyəsinə  qalxanda  aparıcı  rola  çevrilir. 
Bu  da  dərketmə  vasitələrinin  müxtəlif sosioloji  və  metafizik xassələri  ilə 
qabaqcadan müəyyən olunur.
Əgər  sosiologiyanı,  hər  şeydən  əvvəl,  real  aləm  maraqlandırırsa, 
metafizika  üçün  həm  də  mümkün  aləm  (qeyri-mümkünə  bərabər  olan 
aləm) maraqlıdır.  Sosial  reallıqlara möhkəm bağlı olan,  faktların kökündə 
möhkəm  dayanan  və  nəzəri  təxəyyüllərin  uçuşu  üçün  son  dərəcə  ciddi 
imkanlara  malik  olan  sosiologiya  sosial  reallıqları  tədqiq  edir.  Metafizik 
təxəyyül  isə,  bir  qayda  olaraq,  rcflcksiv  deyildir  və  heç  də  həmişə  bila­
vasitə  seyretmənin  nəticələri  ilə bağlı  olmur.  Öz məqsədlərinə  malik  olan 
və  öz  yolunu  bu  istiqamətdə  quran  metafizika  öz  təbiəti  sayəsində 
yaradıcı  fantaziyanın  uçuş  və  oyunlarında  daha  sorbəstdir.  Metafizika  öz 
axtarışlarının  nəticələrini  sosiologiya  ilə  bölməyə,  özünün  spesifik  töh­
fəsini  sosioloji  nəzəriyyənin  gələcək  nəzəri  düzümlərinin  konseptual 
bloklarına  verməyə  hazırdır.  Pozitivist  yönümlii  sosioloqların  nə  vaxtsa 
keçmişin  mütəfəkkirlərini,  məsələn,  alman  məktəbini  nəzəri  müddəaların 
metafizik  mücərrədliyində  ittiham  etdikləri  zaman  onlar  mahiyyət  etiba­
rilə metafizika təxəyyülü metodologiyası  əleyhinə çıxırdılar.
Sosiologiyanın  və  metafizikanın  yaradıcı  potensiallarını  birləşdir­
mək,  sintez  etmək  bacarığı  sosioloji  təxəyyül  qabiliyyətinin  yüksək 
təzahürlərindən  biridir.  Belə  bacarıq  nümunələri  Balzak,  Tolstoy,  Dosto- 
yevski,  Kafka,  Platonov  və  Oruell  kimi  yazıçı-mütəfəkkirlərin  yaradıcılı­
ğında ehtiva olunur.  Bu  mütəfəkkirlər onları  maraqlandıran  sosial  faktları 
metafizikanın  universallıqları  ilə  uyğunlaşdırmağı  bacarmışlar.  Onların 
ümuməhəmiyyotli  sosial  faktlara  olan  marağı  sosial-bədii  təhlillər  gedi­
şində  xarakterlərdən  daha  çox  tiplər  yaratmağa  onlara  imkan  vermişdir. 
Bu zaman  belə  tiplərdən  hər birində,  bir qayda  olaraq,  ətraflı  şəkildə  həm 
sosial,  həm  də  metafizik  məzmun  nəzərdən  keçirilir.  Bu  iki  komponent 
bir-birini  tamamlayaraq  insanın  sosial  aləmlə  münasibətlərinin  mahiy­
yətini qeyri-adi dərinliklərinədək dərk etməyə imkan yaradır.
29


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə