R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə8/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   4   5   6   7   8   9   10   11   ...   131

3.  Sosiologiya və hüquq
Hüquqi  fikir yarandığı  ilk  vaxtlardan  nəzəri  və  empirik  tədqiqatlarla 
birlikdə,  qarşılıqlı  əlaqədə  inkişaf etmişdir.  Dövlət  və hüquq  nəzəriyyəsi 
sosial-hüquqi  tədqiqatların  geniş  dairəsinin  metodoloji  əsasına  xidmət 
etmişdir.  Bu  nöqteyi-nəzərdən  söyləmək  olar ki,  sosioloji yanaşma sosial 
gerçəkliyi  onun  bütün  mürəkkəbliyi  ilə  öyrənməyin  mühüm  metodla­
rından biri olmuşdur.
Sosial  proseslərin  hüququn  köməyilə  idarə  olunması  mexanizmi 
ondan  ibarətdir ki,  qanunların  vo digər normativ-hüquqi  aktların  göstəriş­
ləri  şəxsiyyətin,  sosial  qrupların  vo  bütövlükdə  cəmiyyətin  real  davranı­
şına  müncər edilməlidir.  Sosial  normaların  (adətlərin,  ənənələrin,  əxlaqın 
vo  hüququn)  ayrı-ayrı  şəxsiyyətlərin,  kollektivlərin,  sosial  qrupların  mə­
nafelərinə,  tələbatlarına  vo  dəyər yönümləriııə  uyğun  gəldiyi  vaxt  bu pro­
ses sabit vo möhkəm xarakter daşıyır.
Bütövlükdə  hüquq  kimi,  hüququn  bütün  institutları  cəmiyyətin  normal 
fəaliyyətini  təmin  edən  əsas  vasitə  qismində  çıxış  edirlər.  Cəmiyyət  hə­
yatında  hüququn  rolunun  düzgün  başa  düşülməsi  üçün  nəzəri  müddəaların 
böyük  əhəmiyyəti  vardır.  Bununla yanaşı, hüquq  qaydası  vo qanunçuluq cə­
miyyətin vo onun hər bir üzvünün normal  həyatının təmin olunmasının əsası, 
danılmaz  söykənəcəyidir.  Başqa  sözlə,  hüququn  mühümlüyü  onun  bütün 
sosial  sistemin  fəaliyyətinin  əsası  olması  ilə  ölçülür.  Lakin  bu,  məsələnin 
yalnız  bir  tərəfidir.  Digər  əhəmiyyətli  cəhət  ondan  ibarətdir  ki,  sosial  or­
qanizmin düzgün vo səmərəli  inkişafının təmin edilməsində müəyyonedici vo 
həlledici  rol  məhz  hüquqa  vo  qanunvericiliyə  məxsusdur.  Deməli,  hüquq 
nəinki  bütün  sosial  sistemin  vo  onu  təşkil  edən  daxili  sistemlərin  normal 
fəaliyyətini, həm də inkişafını və təkmilləşməsini təmin edir.
Aydındır  ki,  hüquqi  göstərişlərin  vo  qanunların  tələblərinin  icra  və 
onlara  əməl  edilməsi  xeyli  dərəcədə cəmiyyətin  və onun  hər bir üzvünün 
hüquq  düşüncəsinin,  hüquq  mədəniyyətinin  yüksək  səviyyəsi,  hüququn 
və əxlaqın  göstərişlərinin üst-üstə düşməsi  və bir sıra digər amillərlə şərt­
ləşir.  Lakin  sosial  idarəetmənin  mənası  sosial  sistemi  növbəti  mərhələyə, 
daha  yüksək  səviyyəyə,  yeni  şəraitə  keçirməkdən  ibarətdir.  Məhz  buna 
görə do  hüququn  roluna sosial  sistemin  nəinki  fəaliyyəti,  həm do  inkişafı 
ilə qarşılıqlı əlaqədə vo bağlılıqda baxmaq lazımdır.
Mükəmməl  ictimai  münasibətlərin  formalaşdırılması,  təkmilləşdiril­
məsi  hər  bir  demokratik  dövlətin  vo  onun  hüququnun  tarixi  vəzifəsidir.
30
Bu  tarixi  vəzifənin reallaşması  hüquqi  səfərbərliyi,  meydana çıxan  sosial 
dəyişikliklərin hüquq normalarında və qanunlarda dərhal rəsmiləşdirilmə- 
sini və hüquqi təcrübənin yeni yönümlərinin axtarışını  tələb edir.
Hüququn mürəkkəb strukturu cəmiyyətin  sosial  strukturunun  özünün 
mürəkkəbliyi,  ictimai  münasibətlərin  çoxşaxəliliyi  ilə  müəyyənləşdirilir. 
Buna  görə  do  hüququn  fəaliyyəti  ayrıca  götürülmüş  bir  aspektdə  deyil, 
hüququn bütün  fəaliyyət  səviyyələrində tədqiq  edilməlidir.  Həmin  səviy­
yələr aşağıdakılardır:
1)  cəmiyyət, ayrı-ayrı sosial  təbəqələr səviyyəsində;
2)  sosial qruplar vo kollektivlər səviyyəsində;
3)  şəxsiyyət səviyyəsində.
Hüquqda  konkret  sosioloji  tədqiqatların  aparılması  həm  sosial  şortli- 
liyin,  həm  do  hüququn  və  onun  institutların  səmərəliliyinin  öyrənilmə­
sinə,  hüququn  ictimai  münasibətlərə,  praktikaya  təsirinin  və  sosial 
amillərin hüquqa əks təsirinin aşkar olunmasına istiqamətləndirilmişdir.
Məlumdur ki,  hüquqi  tonzimetmonin təbiətini bilinək daha  mürəkkəb 
vəzifələrin  həllinə  -   həm yuridik,  həm do  sosial cəhətdən  hüququn  hərə­
kət  mexanizminin  aşkar olunmasına yanaşmaya  imkan  vcıir.  I lüquq  nor­
maları  və qəbul edilən  yeni-yeni  qanunlar şəxsiyyətin  və sosial  qrupların 
davranışına  avtomatik  keçmirlər.  Sosial  sistemlərin  davranışı  bir  çox 
amillərin,  o  cümlədən  xarici  mühitin  təsiri  ilə  müəyyən  edilir.  Hüququn 
statikası  və onun  dinamikası  müxtəlif müstəvilər üzərində  yerləşir.  Lakin 
bu  heç  də  o  demək  deyildir  ki,  hüququn  statikası  ilə  onun  dinamikası 
arasında  ziddiyyətlər  mövcuddur.  Əksinə,  hüququn  slatika  vo  dinamikası 
bir-birilə qarşılıqlı əlaqədə olan vo bir-birini tamamlayan  amillərdir.
Sosial  idarəetmə prosesinin  mürəkkəbliyi on  müxtəlif amillərin  -  iq­
tisadi,  siyasi,  obyektiv,  subyektiv,  daimi,  müvəqqəti  və  s.  amillərin  ciddi 
nəzərə alınmasını  tələb edir.
Hüquq  elminin  qarşısında  duran  ən  ciddi  vəzifələrdən  biri  hüququ 
həyatda və real  gerçəklikdə olduğu  kimi  əsaslı  surətdə  öyrənməkdən  iba­
rətdir.  Buna  hüquq  institutlarının,  təsisatlarının,  həyatda  fəaliyyət  gös­
tərən  hüquq  normalarının  hərəkətini  öyrənən  sosial-hüquqi  tədqiqatların 
köməyilə nail olunur.
Qeyd etmək  lazımdır  ki, hüquq  normalarının  və  institutlarının  sosio­
loji  metodlar  əsasında,  yəni  onların  sosial  qrupların  vo  ayrı-ayrı  şəxsiy­
yətlərin  davranışına  real  təsiri  ilə  qarşılıqlı  əlaqədə  tədqiqinə  yalnız  son 
illərdə başlanmışdır.  Bu, sürətli  sosial dəyişikliklərin amili  kimi, hüququn 
öyrənilməsində yeni, növbəti bir mərhələ adlandırıla bilər.
31


Məsələnin mahiyyəti ondan ibarətdir ki, son dövrdə mühüm qanunlar 
və qərarlar şəklində  qəbul olunan  dövlət qərarlarının xeyli  hissəsi onların 
sosial  faydalılığı  və  səmərəliliyi  kriteriyalarının  seçilməsi  problemilə 
bağlıdır.  Bu vəzifə xalis sosioloji xassəyə malikdir, çünki belə kriteriyala- 
ra formal şəkildə yanaşmaq olmaz. Əksinə, həmin  sosial kriteriyalar onla­
rın  əhəmiyyətinin  əxlaqi-siyasi  cəhətdən  qiymətləndirilməsini,  çoxsaylı 
məqsədlərin  müqayisəsini  və  onların  arasında  təzahür  ödə  bilən  ziddiy­
yətlərin təhlilini  tələb edir.
Göstərilən  mülahizələrin düzgünlüyünü  və  ədalətliliyini  Azərbaycan 
Respublikası  Milli  Məclisinin  qanun  və  qərar  layihələrinin,  habelə  bu 
orqana  daxil  olan  digər  qanunvericilik  layihə  və  təkliflərinin  ayrı-ayrı 
komissiyaların iclaslarında dönə-dönə müzakirə edilməsi təsdiqləyə bilər.
Hüquqi  gerçəkliyin  sosial  zəminlərinə  kollektivlərin,  ayrı-ayrı  sosial 
qrupların  və  vətəndaşların  konkret  sosial  tələbatlarının  və  maraqlarının 
müxtəlif növləri  və  formaları,  yəni  kollektiv,  fərdi  iradənin,  ictimai  rəyin 
təzahür  formaları  aiddir.  Deməli,  ictimai  rəy  ideologiya  ilə,  hüquqi  şüur 
və  hüquqi  psixologiya  ilə  bağlıdır.  Onun  aşkar  edilməsi  bu  və  ya  digər 
qanun  layihəsinin  hazırlanması  və  ya  qanunlara  əlavə  və  düzəlişlər  edil­
məsi  zamanı  şəxsi,  kollektiv  maraqların  ictimai  maraqlarla  üst-üstə  düş­
məsini  daha  yaxşı  şəkildə  təmin  edən  şərtləri  müəyyən  edir,  ictimai 
əhval-ruhiyyəni,  dəyərləndirməni  və  s.  əks  etdirir.  Sosioloji  metodların 
köməyilə  belə  məqamların  aşkar  olunması  hüququn  formalaşması,  eləcə 
də qanunvericilik  aktlarının  qəbul edilməsi prosesini  daha da demokratik­
ləşdirir.  Bundan  başqa,  həmin  proses  Azərbaycan  vətəndaşlarının  sosial 
idarəetmədə iştirakının real  formalarından  biri  kimi təzahür edir.
Beləliklə,  söhbət  nonnativ  aktların  və  ictimai  münasibətlərin  hüquqi 
tənzimlənməsinin  sosial  şərtliliyinin mexanizminin  aşkar olunması  haqqında 
gedir.  Bu,  hüququn  ictimai  hərəkət  probleminin  ancaq  bir  tərəfidir.  Az 
əhəmiyyət kəsb  etməyən  digər bir  tərəf də  vardır.  Artıq qeyd  edildiyi  kimi, 
hüquqi  tonzimetmənin  uğuru  hüquqi  tələblərin,  qanunların  və  digər  hüquqi 
aktların  normativ  göstərişlərinin  hüququn  bütün  hərəkət  səviyyələrində 
davranışa  hansı  yolla,  hansı  sosial  amillərin  köməyilə  keçməsindən  asılıdır, 
hüququn sosial hərəkət mexanizminin mahiyyəti də məhz bundan ibarətdir.
Göründüyü  kimi,  sosial-hiiquqi  tədqiqatların  predmetini  həm  hüquqi 
tonzimetmənin  sosial  zəminlərinin  formalaşdığı  dövrdə,  yəni  sosial  mü­
nasibətlərin  hüquq  münasibətlərinə  keçməsinə  hazırlıq  zamanı  təşəkkül 
tapan,  həm də son nöqtədə -  hüquqi göstərişlərin kollektivin,  sosial qrup-
32
larin,  şəxsiyyətin  və  bütövlükdə  cəmiyyətin  davranışına  keçməsi,  trans­
formasiyası  zamanı  əmələ gələn  ictimai  münasibətlər təşkil edir.  Bununla 
da  vətəndaş  cəmiyyəti  və  hüquqi  dövlət  quruculuğunun  gedişi,  cəmiy­
yətin  siyasi  təşkilinin  inkişafı,  elmi-texniki  tərəqqi,  siyasi  və  hüquqi 
şüurun  artması,  cəmiyyətin  informasiyalaşması,  kütlələrin  və  şəxsiyyətin 
sosial  fəallığının  artması  ilə əlaqədar meydana çıxan sosial-hüquqi  müna­
sibət problemlərinin geniş dairəsi əhatə olunur.
Əgər  əyani  göriintü  məqsədilə  ifadə  olunan  müddəaları  sxematik  şə­
kildə təsəvvür etməyə səy göstərilərsə, bu, aşağıdakı kimi  görünəcəkdir:
Hüququn  sosial aspekti onun  normativ məzmunundan genişdir, çünki 
sosial  aspekt  özündə  sosial  elementlərin  -   həm  dövlət  iradəsinin  forma­
laşmasından  əvvəl  mövcud  olan,  həm  də  artıq  cəmiyyətdə  qüvvədə  olan 
hüquqi  strukturla,  onun  sosial  səmərəliliyinin  aşkar edilməsilə  bağlı  olan 
elementlərin  nəzərdən  keçirilməsini  ehtiva edir.
Yuxarıda  verilən  sxemin  sol  hissəsi  sosial  və  iqtisadi  amillərin  «yu- 
ridik  normaların  dilinə»  keçməsini  əks  etdirir.  Onun  sağ hissəsi  isə  hüqu­
qi  göstərişlərin  şəxsiyyətin,  sosial  qrupların  və  bütövlükdə  cəmiyyətin 
sosial  davranışına transformasiyasını  göstərir.  Bu  zaman  sosial  və  hiiquqi 
amilləri  vahid  mürəkkəb  mexanizm  kimi  dinamikada,  inkişafda  olan  qar­
şılıqlı əlaqəli  amillər qismində nəzərdən  keçirmək  zəruridir.
Sosial  zəminlərin  hüquqi  formaya  keçməsinin  belə  formulunun, 
sonra  isə  hüquqi  göstərişlərin  tələblərinin  hüquq  subyektlərinin  sosial 
davranışında  realizə  olunmasının  şərti  səciyyə  daşıdığını  nəzərə  almaq 
lazımdır.  Yuxarıda  verilən  sxemdən  əsas  məqsəd  xüsusi  sosial  institut 
kimi  hüququn  mürəkkəb  təbiətini  göstərməkdən  ibarətdir. Çünki  hüququn 
hərəkət  mexanizmi  hər  bir  konkret  halda  onun  iqtisadi,  sosial  və  siyasi 
strukturundan  asılı vəziyyətdə olduğunu əks etdirir.
Hüquqi  davranışın  sosial  davranışa  daxil  olmasının  üzvi  əlaqəlilik 
məqamı  da  əhəmiyyət  kəsb  edir.  Qarşılıqlı  fəaliyyətin  məhz  bu  elementi


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə