R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə9/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   5   6   7   8   9   10   11   12   ...   131

yeni  struktur-hüququ  dinamikada  oks  ctdiroıı  sosial-hüquqi  davranış 
yaradır.  Ilüquq subyektinin (məsələn, kollektivin və ya sosial qrupun) hü­
quqi  göstərişlər  çərçivəsində  həyata  keçirilən  davranış  və  hərəkətlərinin 
sosial məzmunu haqqında da danışmaq olar.
Hüquq sahəsində  sosioloji  tədqiqatlar sosiologiyanın  və hüququn  geniş 
sferasının qovşağında təşəkkül tapırlar.  Onların elmdə tutduqları yer barəsin­
də təsəvvürlər hüquq nəzəriyyəsinin və hüquq sosiologiyasının qarşılıqlı mü­
nasibəti,  sosial-hüquqi  tədqiqatların  problcmatik  strukturu,  hüquq  sosiolo­
giyasının  ali  məktəblərin  hüquq  fakültələrində  tədrisi  və  s.  haqqında  məsə­
lələrin həlli üçün əsaslara xidmət edir. Bu məsələlərin kompleks halda tədqiq 
edilməsi  vaxtı  artıq gəlib çatmışdır.  Sosial-hüquqi  tədqiqatların inkişaf pers­
pektivləri həmin məsələlərin düzgün həllindən xeyli asılıdır.
Azərbaycan  cəmiyyətinin  sosial  inkişafının  yeni  mərhələsinin  -  
vətəndaş  cəmiyyəti  və  hüquqi  dövlət  quruculuğu  mərhələsinin  səciyyəvi 
cəhətlərini  onun  sosial-iqtisadi  və  əxlaqi-mənəvi  yetkinliyinin  daha yük­
sək  səviyyədə  olması  təşkil  edir.  Cəmiyyət  həyatının  istisnasız  olaraq 
bütün  sferalarının  həmahəng  tərəqqisi,  demokratizmin  və  humanizmin 
elmi-texniki  tərəqqinin  üstün  imkanları  ilə  birləşdirilməsi,  xalqın  əxlaqi- 
siyasi  birliyinin  möhkəmləndirilməsi,  plüralizmin  dərinləşdirilməsi,  yet­
kin  informasiya  cəmiyyəti  qurulmasına  nail  olunması  cəmiyyətdə  hüqu­
qun  və  qanunun  nüfuzunun  yüksəldilməsi,  habelə  vətəndaş  cəmiyyətinin 
və  hüquqi  dövlətin  on  mühüm  prinsiplərindən  biri  olan  hüququn  və 
qanunun qarşılıqlı əlaqəsinin dərinləşdirilməsi  ilə müşayiət olunur.
Hazırkı  şəraitdə dövlət-hüquqi təcrübə sahəsində təkcə hüquqi  formanın 
təhlili  (şübhəsiz ki,  bu,  son dərəcə ciddi  vəzifədir) ilə məhdudlaşmaq  kifayət 
deyildir.  Müasir dövr  hüququn  insan  münasibətlərinə,  sosial  tərəqqinin  ge­
dişinə necə təsir etməsinin tədqiqini  ön plana çəkir.  İnformasiya əsrinin mü­
tərəqqi tələbləri cəmiyyət üzvlərinin fəal yaradıcılığında, onların sosial-siyasi 
fəaliyyətində  və  hüquq  qaydasının,  qanunçuluğun  hərtərəfli  və  səmərəli 
mühafizəsində realizə  oluna  bilər.  İnsanların  davranışında  qanunların  tələb­
lərinin realizə olunmasına əlverişli təsir göstərən sosial amillərin bütün siste­
minin öyrənilməsi hüquq sosiologiyasının ən başlıca vəzifəsidir.
Azərbaycan  Respublikasının  həm  hüquq  sistemi,  həm  də  qanunve­
ricilik  sistemi  təkcə  şəxsiyyətin  deyil,  eyni  zamanda  da  müxtəlif sosial 
qrupların,  ictimai  birliklərin  və  bütövlükdə  cəmiyyətin  davranışını  məq­
sədyönlü  şəkildə formalaşdırır.  Buna görə də  məhz  sosioloji tədqiqatların 
köməyilə  hüquqi  informasiyanın  səviyyəsini,  onun  qavranılması  və
34
mənimsənilməsi  imkanlarını,  eləcə  də  bu  informasiyanın  real  davranışa 
keçməsini  müəyyən  elmək  olar.  Ilüqııqi  informasiya  cəmiyyətin  real 
davranışına  bir  sıra  sosial,  təhsil  amillərindən,  demoqrafik  və  digər 
amillərdən asılı olaraq keçir. Bu prosesdə ictimai rəy də az rol oynamır.
Cəmiyyət  üzvlərinin  davranışını  formalaşdıran  və  istiqamətləndirən, 
onlann sosial-siyasi  fəallığını şərtləşdirən və artıran daxili mexanizmlərin hərə­
kətini  öyrənmək  də  zənnidir.  Azərbaycan  cəmiyyətinin  hər bir  üzvü  qanun­
çuluğun  və  hüquq  qaydasının  möhkəmliyinə  əmin  olmalı  və  bununla  yanaşı 
həm do qanunların  tələblərinə əməl  elməlidirlər.  Azərbaycan qanunların dərin 
inam və hörmət hər bir cəmiyyət üzvünün daxili tələbatına çevrilməlidir.
Sosial  həyat  təcrübəsi  göstərir  ki,  normativ  göstərişlərin  tələblərinin 
düzgün  qiymətləndirilməsi  şəxsiyyətdən  bütövlük,  yüksək  əxlaqilik  və 
zəngin  mənəviyyat  tələb  edir.  Şəxsiyyətin  bilavasitə  özünün  hüquqa  uy­
ğun davranışı qanunların  tələblərinə əməl edilməsinə nümunə ola bilər.
Azərbaycan  Respublikasının  hüquq elmi  dünya  dövlətlərinin  və  inkişaf 
etmiş cəmiyyətlərin qanunvericilik və hüququ  totbiqetmə təcrübəsindən  fay­
dalanaraq,  irimiqyaslı  sosial  problemlərin  həlli  istiqamətində  öz  səylərini 
gün-gündən  artırır.  Hüquqi  biliklərin  tədrisi  və  təbliğinin  artırılması,  qa­
nunların  öyrənilməsi  istiqamətində  informasiya  şəbəkəsinin  daim  genişlən­
dirilməsi  və  siyasi-fəlsəfi  dünyagörüşünün  genişləndirilməsi  müasir  mər­
hələdə dövlətin hüquq siyasətinin mərkəzi məsələlərindən birini təşkil edir.
Sosial-siyasi və ideoloji  təerübənin öyrənilməsi, bu  sahədə təməlli  və 
dərin  elmi  təhlillər  aparılması,  Azərbaycan  hüquqşünaslığının  ən  yeni 
hüquqi  nailiyyətlərlə  zənginləşdirilməsi  cəmiyyətin  sosial  vəziyyətinə 
müsbət təsir göstərən  mənəvi amillərdən  biridir.  Cəmiyyətin  sosial  vəziy­
yətinin mənəvi  cəhətdən  yüksəldilməsi  nöqteyi-nəzərindən hüquq elini  ilə 
yanaşı  fəlsəfənin,  sosiologiyanın,  psixologiyanın,  siyasətşünaslığın  və 
digər  humanitar  elmlərin  prinsipial  müddəalarından  istifadə  və  onların 
real həyatda tətbiq edilməsinin də mühüm əhəmiyyəti vardır.
Hüququn  ümumi  nəzəriyyəsinin  mühüm  tərkib  hissələrindən  biri 
kimi,  hüquq  sosiologiyasının  yüksək  inkişafına  nail  olmaq  üçün  konkret 
empirik tədqiqatların dairəsi  sürətlə genişləndirilməli, elmi araşdırmaların 
metodoloji əsasları işlənib hazırlanmalı və gücləndirilməlidir.
Dünya  təcrübəsinin  dərindən  öyrənilinəsi  əsasında  hüquq  sosiolo­
giyasının  inkişaf  etdirilməsi  istiqamətində  yeni  elmi  tövsiyələr  işlənib 
hazırlanmalı,  sosioloji  tədqiqatların  aparılması  dairəsi  genişləndirilməli 
və  bütün  bunlarla  əlaqədar  olaraq  cəmiyyətin,  dövlətin  qarşısında  duran 
köklü vəzifələrin həll edilməsi müddətləri qısaldılmalıdır.
35


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə