R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə6/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   2   3   4   5   6   7   8   9   ...   131

daha  çox  cinayətkarlığın  səviyyəsi  və  dinamikası,  kriminogen  şərait  və 
vəziyyət maraqlandırır; psixoloqu düşündürən  əsas problem  insanın emo­
sional  vəziyyəti, onun  temperament xüsusiyyətləridir; davranışın nümayiş 
etdirilməsi,  sosial  rolların  və  normativ  gözləmələrin  təzahüretmə  üsulu, 
fərdin  sosial  mənsubiyyəti  və  s.  sosioloqun  müəyyən  etməyə  səy  gös­
tərdiyi  məsələlərdir.
Biliklərin  sistemdaxili  sistem  strukturunun  öyrənilməsi  o  hallarda 
zəruridir  ki,  bu  vaxt  elmin  predmeti,  onun  spesifikliyi  və  digər  elmlərin 
predmetin  fərqi  fərqləndirilir.
Digər  elmlərdən  fərqli  olaraq  sosiologiya  geniş  əhatəli  və  iri  planlı 
elmdir.  O,  böyük  insan  kütləsinin  davranışını  təsvir  etməyə  qadir  oldu­
ğuna görə,  həmişə  statistikaya  meyl  edir.  Lakin  insanın  daxili aləmi onun 
üçün bağlıdır.
Bimi  ədəbiyyatda  sosiologiyanın  konkret  olaraq  hansı  elm  sahəsinə 
sosial  və  ya  humanitar  elmlərə  aid  edilməsi  haqqında  məsələ  hələ  də 
qəti  olaraq  həll  edilməmişdir,  Sosiologiya,  psixologiya,  sosial  psixolo­
giya,  iqtisadiyyat,  siyasətşünaslıq,  habelə  antropologiya  və  etnoqrafiya 
sosial  elmlərə  aid  edilir.  Bu  elmlər  arasında  ümumi  cəhətlər  çoxdur. 
Onlar bir-birilə sıx  başı olub bir növ elmi  ittifaq təşkil edirlər.
Humanitar  fənlərə  tarix,  fəlsəfə,  ədəbiyyatşünaslıq,  sənətşünaslıq 
və  mədəniyyətşünaslıq  aid  edilir.  Humanitar  elmlər  qeyri-ciddi  model­
lərlə,  dəyərləndirici  mükalimə  və  kəmiyyət  modelləri  ilə,  sosial  elmlər 
formallaşdırılmış  modellərlə  və  riyazi  aparatla  işləyirlər.  Bu  iki  elm 
növünün  fərqləndirilməsinin  digər kriteriyası  humanitar elmlər  üçün  mə­
nəvi  aləmin,  mədəniyyətin  və  dəyərlərin  dərk  edilməsinin  başlıca olması 
faktının  nəzərə  alınmasıdır.  Sosial  elmlər  üçün  isə  əsas  kimi  mədəni  və 
mənəvi  artcfaktların dəyərlərdən xaric edilməsi  faktı çıxış edir.
Sosiologiya  fəlsəfə,  mədəniyyətşünaslıq  və  tarix  ilə  çoxlu  ümumi 
cəhətlərə  malikdir.  Bu  halda  sosiologiyanı  humanitar  elmlərə  aid  etmək 
lazım  gəlir ki, bu da nəinki Azərbaycan, həm də dünya, hər şeydən əvvəl
Avropa ənənələrinə uyğun gəlir.
Sosiologiyanı  bütün  dolğunluğu  ilə  iki  statuslu  elmlərə  aid  etmək 
lazımdır.  O,  həm  sosial,  həm  də  humanitar  fənnlərə  mənsubdur.  İkili 
status sosiologiyanın  mahiyyətinin və predmetinin başa düşülməsində əks 
olunur.  Sosiologiyanın  sosial  elmlərə  mənsubiyyətini  göstərərkən  onun 
böyük  sosial  qrupların  nümayəndələri  kimi  insanların  davranışı,  cəmiy­
yətin  statistik  məlumatlara  arxalanan  sosial  strukturlarının  və  ona  daxil
22
olan  sosial  institutların  fəaliyyətinin  obyektiv  qanunauyğunluqları 
haqqında  elmdən  ibarət  olması  barəsində  danışılır.  Sosiologiyanın  huma­
nitar  biliklər  sahəsində  mənsubiyyətini  qeyd  etməyə  səy  göstərilərkən 
sosiologiyanın  insanın  sosiomədəni  mahiyyətini  öyrəndiyi  göstərilir.  Bu 
o  deməkdir  ki,  sosioloq  üçün  insan  davranışı  biologiya  və  ya  psixolo­
giyada olduğu  kimi  nə  təbii  genetika, nə do  fiziologiya  ilə  deyil,  mədəni 
kontekstlə,  yəni  ənənələrlə,  adətlərlə,  mədəniyyət  normaları  və  rəmzləri 
ilə, dəyərlər və ideallarla şərtləşir.
Dünya  sosiologiyasının  tarixi  sübut  edir  ki,  onun  inkişafına  eyni 
dəyərdə  töhfəni  həm  stsicntizm  (kəmiyyət  metodologiyası,  anlayışların 
əməliyyatlaşdırılması,  hipotczanın  empirik  yoxlanması,  ölçmə  və  s.)  ad­
lanan yönümə malik  istiqamət (sosioloji perspektivlər), o cümlədən struk- 
turlu  funksionalizm  və  fi/.ikalizm,  həm  də  humanisizm  (dərketmə prose­
sinə  insan  təsirinin  aradan  qaldırılmasının  qeyri-mümkünlüyü, dəyərlərin 
və mənəvi  başlanğıcların  başlıca  rolunun  qeyd  olunması,  insan  varlığının 
ekzistcnsiallığın və s.) yönümlü  istiqamət, məsələn, rəmzi  interaksionizm, 
fenomenal sosiologiya və s.  vermişdir.
Bir çox  başqa elmlərdən  sonra  yaranmış  sosiologiya  onların  anlayış­
larını  və  konkret  nəticələrini,  cədvəl  məlumatlarını,  cədvəllərini  anlayışlı 
sxemlərini,  nəzəri  kateqoriyalarını  özü  üçün  seçərək  əxz  etmişdir.  Bu, 
yeni yaranan  elmlərin  hamısı  üçün səciyyəvi olmuşdur. Əvvəllər təşəkkül 
tapmış  fənnlər hesabına  daiııı yeniləşmə və zənginləşmə gənc elmlərə xas 
olmuşdur.  Fizika  elmi  qədim  fizika  fəlsəfəsindən  bir  çox  təməlli  anla­
yışları  -   materiya,  maddə,  atom,  səbəb,  qüvvə  anlayışını  əxz  etmişdir. 
Cəmiyyət,  insan,  dəyərlər,  fərd,  tərəqqi,  inkişaf və  bir  çox  başqa  anlayış 
-  kateqoriyalar sosiologiyaya  fəlsəfədən  keçmişdir.  Teatr həyatı  sferasın­
dan  «rol»,  yurisprudensiyadan  isə  «status»  kimi  əsas  anlayışlar  özünə 
həyatilik qazanmışdır.  Bu siyahım artırmaq olar.
Sosioloqlar sosiologiyaya  sosiallaşma,  dcviantlıq,  delikvent davranış 
və interaksiya sözlərini  əlavə etmişlər.  Belə sözlərin sayı  getdikcə çoxalır. 
İqtisadçılar  sosiologiyaya  kapital,  əmək,  maddi  stimullaşdırma,  əməyin 
təşkili,  məşğulluq,  sahibkarlıq,  pul,  bazar,  mübadilə  (dəyişmə),  gəlir, 
büdcə, mülkiyyət, əmtəə və s. terminlərini  vermişlər.
İqtisadiyyat  bazar  şəraitində  böyük  insan  kütləsinin  davranışım  öy­
rənir. İnsanlar ictimai  və şəxsi  həyatda az və ya çox dərəcədə  iqtisadi  mü­
nasibətlərə  toxunmadan  bir  addım  belə  atmırlar.  Biz,  iş  haqqında 
razılaşarkən,  bazarda  mal  və  ya  əmtəə  alarkən,  öz  gəlir  və  çıxarlarımızı
23


hesablayarkən  və  hətta  qonaq  gedərkən  istər-istəməz,  düzünə  və  ya 
dolayısı  ilə qənaət prinsipini nəzərə almalı  oluruq.
Sosiologiya  kimi  iqtisadiyyat  da  böyük  insan  kütləsi  ilə  birbaşa 
təmasdadır.  Dünya  bazarı  5  milyard  insanı  əhatə  edir.  Rusiyada  və  ya 
İndoneziyada  baş  verən  böhran  dərhal  Yaponiya,  Amerika  və  Avropa 
birjalarında  əks-səda  doğurur.  İstehsalçıların  məhsulların  növbəti  yeni 
partiyasını  satışa  hazırladıqları  vaxt  onları  ayrıca  insanın,  hətta  kiçik 
qrupun deyil,  insanların böyiik kütləsinin rəyi maraqlandırır.  Bu aydındır, 
çünki gəlir qanunu az qiymətlə daha çox məhsul  istehsal etməyi tələb edir 
və bu zaman dövriyyədən maksimum gəlir əldə olunur.
Sosiologiya  cəmiyyəti,  onun  bütün  cəhətləri  ilə  vahid  tam  kimi  gö­
rür.  O,  siyasi  proseslərin  və  renta  münasibətlərinin  incəliklərinə  nüfuz 
etmir.  Sosiologiya  psixoloji problemləri,  bazar münasibətlərini, dövləti və 
ya mədəniyyəti  öz-özlüyündə, bu elmlər üzrə mütəxəssislərin  ifadə etdik­
ləri kimi deyil,  tamamilə başqa nöqteyi-nəzərdən  öyrənir.  Reallıqların hər 
bir  fraqmenti,  hər  bir  hadisə  və  ya  element  onun  ancaq  cəmiyyətlə 
əlaqəsi,  onun  cəmiyyətin  inkişafına və  quruculuğuna verdiyi  töhfə,  onun 
ictimai  funksiyaları  mövqeyindən  nəzərdən  keçirilir.  Din  sosiologiya 
üçün inanclar və xüsusi ayinlər sistemi  kimi deyil,  ancaq insanların  böyük 
kütləsinə  təsir  göstərən  ictimai  institut  kimi  vacibdir.  Sosiologiya  mə­
dəniyyətə  də  spesifik  nöqtədən  yanaşır,  ona  insanların  böyük  kütləsinin 
həyat tərzi  kimi  baxır.
Sosiologiya  aşağıdakı  prinsipial  suallara cavab axtarır:
-  cəmiyyət  (onun  strukturu  və  institutları)  insanların  davranışına 
hansı  istiqamətdə təsir göstərir və bu  davranışı necə müəyyən edir;
öz  qrupunun  tipik  nümayəndələrinin  sosial  portretini  ayrı-ayrı  in­
sanların sorğusundan necə əldə edir.
Peşəkar  sosioloqun  həll,  ötməli  olduğu  iki  mühüm  vəzifə  bundan 
ibarətdir.  Bu  iki  vəzifədən  savayı  bir çox  başqa  vəzifələr də vardır.  Yəni 
təkcə  göstərilən  iki  mühüm  vəzifə  deyil,  digər vəzifələr də müstəqil  fənn 
kimi  sosiologiyanın  xarakterini  və  fərqləndirici  cəhətlərini  müəyyən 
edirlər.
Həqiqətən  də  psixoloqu  insanın  davranışına  onun  daxili  aləminin 
yaddaş  həcminin,  təfəkkürün  inkişaf  intensivliyinin  və  dərəcəsinin, 
temperamentin,  emosionallığın,  şüuraltı  sarsıntıların  aqressivliyinin  və  s. 
hansı  istiqamətdə  təsir  göstərdiyi  maraqlandırır.  Belə  vəzifələrin  həll 
edilməsi  üçün  psixoloq  sosiologiyadan  fərqli  olan  metodları  tətbiq  edir,
24
məsələn,  laborator  eksperimentlər  və  ya  testləşdirmə  keçirir.  O  öz  ob­
yektini  nə  orta  məxrəcə  gətirmir,  nə  də  tipikləşdirvnir.  Əksinə,  psixoloq 
insanın  fərdi  strukturunu  müəyyən  edir,  onun  təkrarsızlığını  axtarır  və 
ayrı-ayrı  fərdlərlə şəxsiyyət kimi işləyir.
İkinci  cəhət  sosiologiyada  tətbiq  edilən  metodlara,  onların  spesifik­
liyinə  aiddir.  İnsan  sosioloq  üçün  respondentə  -   lazımi  informasiyanın 
mənbəyinə  çevrilir.  Sosioloq  100  və  ya  1000  respondentdən  cins,  yaş, 
təhsil,  elektoral  davranış,  sosial  mənşə,  dəyərli  yönümlər  və  gəlirlər 
haqqında bütün bitkin  informasiyanı əldə etdiyi  vaxt respondentlər barədə 
düşüncələr unudulur.  Respondentlər statistik göstəricilərdə və cədvəllərdə 
sanki  əriyir.  Sosioloq  öz  anketində  insanlara  sorğunun  anonimliyi  haq­
qında  qabaqcadan  xəbərdarlıq  edir  və  həmin  məlumatların  elmi  hesabat 
üçün  nəzərdə  tutulduğunu  bildirir.  Sosioloq  qarşısında  konkret,  canlı 
insanın əvəzinə ümumiləşdirilmiş obraz  -  «orta insan» yaranır.  Bu «orta 
insan»  tipik  tələbə,  kommunist,  faşist  və  ya  liberla  baxışların  tərəfdarı, 
dindar,  yaxud  «yeni  dünyagörüşlü  azərbaycanlı»  ola  bilər.  Sosiologiya 
elminə  III  yüzilliyin  sonunda  A.Ketlc  tərəfindən  gətirilmiş  «orta  insan» 
anlayışında insanlar arasındakı  bütün fərqlər təcəssüm olunur.
Beləliklə,  sosiologiya,  əsas  predmetini  insanların  davranışını  öy­
rənmək təşkil edən bütün sosial elmlər bloku  ilə sıx  barlıdır.
2.  Sosioloji şüur
Sosioloji  süur  dedikdə,  sosial  reallığı  tədqiq  edən  peşəkar  sosiolo­
qun  malik  olduğu  insan  psixikasının  dərketmə  xassələrinin  və  analitik 
qabiliyyətlərinin  kompleksi  başa düşülür.
Sosioloji  şüur dərketmə  aləti  kimi  səciyyəvi  funksional  xüsusiyyətlərə 
malikdir.  Əvvələn,  onun  predmetini  sosial  reallıq  təşkil  edir.  Bu  sosial  real­
lığı  strukturlaşdırmaq,  elementlərə,  səviyyələrə,  fraqmentlərə  və  s.  bölmək 
olar.  İkincisi,  sosioloji  şüur sosial  məkan  və  zamanda  lokallaşdırılmış,  əsas, 
keçici,  nisbi  sosial  faktlarla,  fenomenlər  və  proseslərlə  başıdır.  Üçüncüsü, 
sosioloji  şüur  həm  əsas  nəzəri  zəminlərə,  həm  də  müşahidələr,  ölçmələr, 
eksperimentlər  və  digər  dərketmə  prosedurları  nəticəsində  meydana  çıxan 
empirik, yoxlamanı mümkün edən məlumatlara arxalanır.
Sosioloji  şüur  struktur  nöqteyi-nəzərindən  çoxtərkiblidir.  O  özündə
25


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə