R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə4/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   2   3   4   5   6   7   8   9   ...   131

Son  illor  hüquqyaratma  fəaliyyətinin  təkmilləşdirilməsinə,  vətəndaş 
cəmiyyəti  və hüquqi  dövlət  quruculuğu  vəzifələrinin həllində hüquq  norma­
larından  daha  geniş  istifadəyə  yönələn  tədbirlərin  həyata  keçirilməsi 
molumdur.  Bunu ölkədə yüzilliyin başlanğıcından  aparılan hüquqi  islahatlar 
və  məhkəmə  islahatı  da  təsdiq  edir.  Tamamilə  yeniləşdirilmiş  ölkə  qanun­
vericiliyi  sosial  münasibətlərin  geniş  sferasını  -  əmək, maliyyə,  ailə  müna­
sibətlərini,  mülki  və  mülki-prosessual  münasibətləri,  cinayət hüquq və cina­
yət-prosessual hüquq münasibətlərini və s.  münasibətləri əhatə edir.
Hüququn,  onun  institutlarının  və  hüquq  normalarının  sosial  fəaliyyət 
məsələləri  problemlərin  mürəkkəb  dairəsini  təşkil  edir.  Aydındır  ki,  hü­
ququn,  hüquq  normalarının  və  qanunların  tədqiqi  onların  sosial  şərtli- 
liyinin  təhlilindən  heç  do  az  əhəmiyyət  kəsb  etmir.  Hüququn  ictimai  mü­
nasibətlərə  və  cəmiyyət  həyatına  təsiri  özbaşına  baş  vermir.  Bu,  icra  ha­
kimiyyəti,  dövlət  orqanları,  hüquqi  təsisatlar  və  bütünlükdə  cəmiyyət 
tərəfindən böyük səylər tələb edir.
Iliiquq  idarəetmənin  və  ictimai  münasibətlərin  qüdrətli  vasitəsi 
qismində  çıxış  edir.  Lakin  belə  bir  aydın  şərt  də  mövcuddur:  hüquqi  tə­
ləblər,  qanunların  normativ  tələbləri  və  digər  normativ-hüquqi  aktların 
göstərişləri  şəxsiyyətin,  ayrı-ayrı  sosial  qrupların  və  bütünlükdə  cəmiy­
yətin  sosial davranışına müxtəlif yollar və vasitələrin köməyilə daxil olur. 
Hüququn  fəaliyyətinin  sosial  mexanizmi  də  məhz  bundan  ibarətdir.  Əgər 
bu  fikri  ən  iimıımi  şəkildə  ifadə etsək,  o  halda hüquq sosiologiyasının so­
sial  amillərin  hüquq  normalarına,  habelə  hüququn  fəaliyyət  mexanizmin 
keçməsi  mexanizmini,  yəni  hüququn  sosial  təbiətini,  onun  fəaliyyətini  və 
inkişafını öyrəndiyinin  şahidi  olarıq.
Deməli,  hüquqa  bir  tərəfdən  sosial  idarəetmə  sistemində  mühüm  və 
dinamik  vasitələrdən  biri  kimi  baxmaq,  digər tərəfdən  isə  onu,  formalaş­
masına  və  fəaliyyətinə  bir  sıra  amillərin  təsir  göstərdiyi  mürəkkəb  sosial 
sistem qismində dərk etmək olar.
Lakin  müasir  idarəetmə  nəzəriyyəsindən  məlum  olduğu  kimi,  tən- 
zimclmo idarəetmə probleminin ancaq bir hissəsini  təşkil edir.  Çünki  ida­
rəetmə  daha  mürəkkəb  bir  vəzifəyə  -   sistemləri  yeni  keyfiyyət  vəziyyə­
tinə keçirmək vəzifəsinə malikdir.  Məhz buna görə də hüquqi tonzimetmə 
nəzəriyyəsi  əsasında, onun əsas  müddəalarından və nəticələrindən istifadə 
etməklə  daha  mürəkkəb  vəzifələrin  həllinə  keçmək  zəruridir.  Yəni  hüqu­
qun  rolunu  və  sosial  idarəetmənin  digər  funksiyalarının  realizəsində 
hüquqi amilləri aşkar etmək lazımdır.
14
Müasir  şəraitdə  dünyanın  inkişaf  etmiş  ölkələrində  olduğu  kimi 
Azərbaycanda  da  ictimai  həyatın  aktual  problemlərinin  dərin  sosioloji 
tədqiqinə  maraq  xeyli  artmışdır.  Elmi  ənənələrə  uyğun  aparılan  bu  təd­
qiqatlar  ictimai  inkişafın  elmi  əsaslarla  idarə  olunmasının  təkmilləş­
dirilməsi  məqsədi  ilə  aparılır.  Lakin  ölkəmizdə  hələ  do  hüquq  sosiologi­
yası  sahəsində  əsaslı  heç  bir  tədqiqat  aparılmamışdır.  Hazırda  sosiolo­
giyaya dair ədəbiyyatın zənginləşməsi  tədqiqatlarda xüsusi qeyd olunur.
Azərbaycanda  bu  ənənənin  kökləri  XX  əsrin  60-cı  və  70-ci  illərinə 
təsadüf  edir.  C.T.Əhmədimin  və  V.Ə.Paşayevin  əsərləri  bu  baxımdan 
diqqəti  cəlb  edir.  Bir  sıra  dərsliklərin,  dərs  vəsaitlərinin,  metodiki  tövsi­
yələrin  və  s.  nəşri  həmin  perspektivlərin  reallaşdırılması  yolunda  ciddi 
addımlar  kimi  qiymətləndirilə  bilər  (bu  barədə ətraflı  bax.:  F.Q.Vahidov, 
T.B.Ağayev.  Sosiologiya:  Dərs  vəsaiti.  Bakı,  «Toknur»,  2008,  s.3-4). 
Lakin  belə  ciddi  addımları  Azərbaycan  hüquqşünas]ığı  barəsində  demək 
mümkün  deyildir.  Bu  nöqteyi-nəzərdən  elmi  ictimaiyyətin  ixtiyarına 
verilən  bu  kitabı  Azərbaycan  Respublikasının  hüquq  sosiologiyası  sahə­
sində atılan ilk addım hesab edirik.
Hüquq  sosiologiyası  ən gənc elm sahələrindən birinə aid edilir. Onun 
öyrənmə  və  tədqiqat  predmeli,  təbiəti,  obyekti  və  digər  sosial  elmlər, 
hüquq  elmləri  sistemində yeri haqqında məsələ  hələ kifayət qədər tam  və 
ətrallı  nəzərdən  keçirilməmişdir.  Məsələnin  həllinə  yanaşmada  mövcud 
olan  mövqe  müxtəliflikləri  hüquq  sosiologiyası  haqqında  yekdil  fikir 
söyləmək  imkanlarını  aradan  qaldırır.  Başlıca  problem  hüquq  sosiolo­
giyasının  sosial  elmlərə,  yaxud  hüquq  elmlərinə  aid  olub-olmamasından 
ibarətdir.  Problemlə  bağlı  aşağıdakı  bir sıra  nöqteyi-nəzərlərə  diqqət  ye­
tirək.
Məsələn,  K-Llevellin,  A.Nusbaum və başqaları  belə  hesab edirlər ki, 
hüquq  sosiologiyası hüquq  elmləri daxilində köməkçi  elmi  fənn statusuna 
malikdir.  Yəni  hüquq  sosiologiyası  hüquqşünaslıq  çərçivəsində  möv­
cuddur.
E.Dürkheymin,  V.Lundştodtun,  N.Lumamn,  A.Hcqcrstrcmin  fikrin­
cə, hüquq  sosiologiyası  hüququn  ümumi  nəzəriyyəsinin  bir növünü  təşkil 
edir.  Fikrimizcə,  bu  mülahizə  birinci  ilə  müqayisədə  bir  qədər  ziddiy­
yətlidir.  Çünki  hüquq  sosiologiyası  hüququn  ümumi  nəzəriyyəsinin  (döv­
lət  və  hüquq  haqqında  ümumi  nəzəriyyənin)  növ  göstəricisi  ola  bilməz. 
Hüququn  ümumi  nəzəriyyəsi  bölünməz,  vahid  nəzəriyyədir.  Bu  vahidlik 
ondan  irəli  gəlir  ki,  dövlət  və  hüquq  cəmiyyətə  rəhbərliyin,  onu  sosial
15


normalarla  idarəetmənin,  ictimai  münasibətlərin  tənzim  edilməsinin  əsas 
və əvəzolunmaz vasitələri  kimi birgə fəaliyyət göstərirlər.
Bununla  yanaşı,  hüququn  ümumi  nəzəriyyəsi  öz  daxilində  nisbi 
muxtar  hissələrə  do  malikdir.  Bu  hissələrin  birliyi,  sıx  qarşılıqlı  əlaqəsi 
ümıımdövlət  və  hüquq  nəzəriyyəsi  kimi  bir  elmin  strukturunu  səciy­
yələndirir.  Belə  ki,  ümıımdövlət və hüquq  nəzəriyyəsi daxilində problem­
lərin  olahiddə  qrupları  mövcuddur  ki,  həmin  qruplardan  da  birini  hüquq 
sosiologiyası  (digərini  isə  hüquq  fəlsəfəsi)  təşkil  edir.  Deməli,  hüquq 
sosiologiyası  hüququn  ümumi  nəzəriyyəsinin  müstəqil  növü  deyil,  onun 
nisbi  müstəqilliyə malik əlalıiddə qruplarından biridir.
Üçüncü  qrup  müəlliflərin  -   M.Vebcrin,  J.Qurviçin,  J.Erlixin  və 
R.Kcniginiıı  mövqeyinə  görə,  hüquq sosiologiyası  iimıımi  sosiologiyanın 
bir  sahəsi  və  yaxud  müstəqil  sosiologiya  fənnidir  (hər  üç  nöqteyi-nəzərə 
aid  sitatlar V.V.Kasyanov və V.N.Necipurcnkonun  «Социология  нрава» 
kitabından gətirilir.  Rostov-na-Donu,  Feniks, 2001, s.3).
Hüquq  sosiologiyası  hüququn  ümumi  nəzəriyyəsinin  nisbi  müstəqil 
qruplarından  biri  olduğuna  görə,  onu  hüquq  elmlərinə  aid  etmək,  lik- 
rimizcə,  daha  məqsədəuyğun  olardı.  Hüquq  sosiologiyası  ümıımnəzəri 
hüquqi  statusa  və  müstəqil  təyinata  malikdir.  Buna  görə  də  hüquq  sosio­
logiyasını  ümıımnəzəri  hüquq  elmləri  sahəsinə  aid  elmək  daha  düzgün­
dür.  Tanınmış  sosioloq,  tədqiqatçı-alim  V.A.Baçinin  də  hüquq  sosiologi­
yasını  ictimai  sistem  kontekstində cəmiyyətin  hüquq  institutlarının  fəaliy­
yətini  tədqiq  edən,  sosiıımım  hüquqla  qarşılıqlı  fəaliyyətinin  qanuna­
uyğunluqlarını  aşkar  edən  biliklər  sisteminə  aid  edir  (В.Л.Калинин.  Эн­
циклопедия  философии  и  социологии  права.  Санкт-Петербург, 
«Юридический  пресс центр», 2006, с.840).
Macanstanlı  sosioloq-alim  hüquq  nəzəriyyəsinin  və  hüquq  fəlsəfə­
sinin  birliyi,  diferensiasiyası  haqqında  danışaraq,  hüquq  sosiologiyasını, 
hər  şeydən  əvvəl,  hüquq  nəzəriyyəsi  ilə  birləşən  elm  sahəsi  kimi 
səciyyələndirir.  Onun  fikrincə,  sosioloji  anlayışlar  cəbbəxanasının  tətbiqi 
sosiologiyanın  və  hüquq  sosiologiyasının  nəzəri  aspektlərinə  toxunur 
(Кальман  Кульнар.  Основы  социологии  права:  логика  и  методология 
науки.  М., «Прогресс»,  1981, с. 118).
V.V.Kasyanov  və  V.N.Ncçipurcnko  yazır  ki,  hüquq  sosiologiyasının 
şübhə doğurmayan  fəniərarası  bilik  sahəsi  olması,  hər şeydən  əvvəl, onun 
genetik mənbəyi  və  spesifikliyi  ilə bağlıdır  və bu  heç  bir  halda  ona «ikili 
standartın»  tətbiqi  üçün  əsas  ola  bilməz.  Fikirlərinə  davam  edən  müəl­
16
liflər  sanki  yuxarıda  dediklərini  təkzib  edir  və  göstərirlər  ki,  hüquq 
sosiologiyasının  hüquq  nəzəriyyəsi  bazasında  formalaşması  çətindir, 
çünki  ümumi  sosiologiyanın  əsas  metodoloji  və  paradiqmatik  zəminləri 
hüquq  nəzəriyyəsinin  məzmununa  daxil  deyillər  (V.V.Kasyanov  və 
V.N.Ncçipurcnko.  Göst.  kitab,  s.4).  Belə  mövqe ilə razılaşmaq olmaz.  Ən 
azı  ona  görə  ki,  hüququn  ümumi  nəzəriyyəsinə  sosioloji  yanaşmanın 
yaranması  və  formalaşması  tarixi  təsdiq  edir  ki,  hüququn  ümumi  nə­
zəriyyəsi  cəmiyyətin  inkişaf  qanunauyğunluqlarından  heç  vaxt  təcrid 
edilmiş halda olmamışdır.  Digər tərəfdən, hüququn  ümumi nəzəriyyəsinin 
predmetinə,  metoduna,  strukturuna  və  funksiyalarına  aid  olan  əsas 
məsələlər  belə  bir  problemə  aydınlıq  gətirir  ki,  hüquqim  ümumi  nəzə­
riyyəsi hüquq fəlsəfəsinin,  hüquq sosiologiyasının və qüvvədə olan hüquq 
nəzəriyyəsinin birliyi əsasında təşəkkül tapmışdır.
Hüququn  fəlsəfi  aspektdə  öyrənilməsindən  fərqli  olaraq,  hüquq 
sosiologiyası  hüququn  genezisinə,  fəaliyyətinə  və  inkişafına,  artıq  qeyd 
edildiyi  kimi,  sosial  cəhətdən  şərtləşmiş  fenomen  qismində  baxır.  Bu, 
kütlələrin  maraq  və  ehtiyaclarına  hüquqi  tənzimetmənin  məqsədləri  ilə 
əlaqələndirilən təsir amili  kimi  insanların cəmiyyətdə davranışının  forma­
laşmasında  hüququn  rolunun  öyrənilməsidir.  Bu  zaman  həmin  məsələlər 
sosial  amillər,  o  cümlədən  təhlili  xüsusi  metodların  köməyilə  mümkün 
olan  formula  edilməmiş  amillər  nöqteyi-nəzərindən  hüquq  sosiologiyası 
tərəfindən  öyrənilir.
İctimai  münasibətlərin  tənzimləyicisi  kimi,  hüququn  funksiyalarına 
sosiologiya  tərəfindən  «nə  olmalıdır»  və  hüquq  normaları  ilə  «nəyin  nə­
zərdə tutulduğu»  deyil,  «nə  vardır»  əsasında baxılır.  Yəni  sosiologiya  hü­
ququn funksiyalarına real  gerçəklikdə hüquq münasibətlərinin necə təşək­
kül  tapması,  onların  qanunverici  tərəfindən  müəyyən  edilmiş  məqsədlərə 
nə  dərəcədə  müvafiq  olması  zəminində  yanaşır.  Demokratik  təbiətli  qa­
nunvericiliyin  inkişafı da məhz qanunların tam şəkildə  həyata keçirilməsi, 
onların  subyektiv  hüquq  və  vəzifələrin  fəaliyyətə  gətirilməsi  məqsədinə 
malikdir.
Hazırda  ümumsosioloji  hüquq  nəzəriyyəsi  ilə  yanaşı,  aşağıdakı  xü­
susi sosioloji nəzəriyyələr do mövcuddur:
1)  siyasət və siyasi  münasibətlərin sosiologiyası;
2)  əmək hüququnun sosiologiyası;
3)  cinayət hüququnun sosiologiyası;
4)  idarəetmənin sosiologiyası;
17


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə