R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə5/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   2   3   4   5   6   7   8   9   ...   131

5)  tərbiyənin sosiologiyası;
6)  ailənin sosiologiyası;
7)  ictimai rəyin sosiologiyası və s.
Hüquq  ədəbiyyatında  göstərilir  ki,  istənilən  humanitar  elm  öz  so­
sioloji  hissəsinə,  yəni  problemlərin  konkret  dairəsinə  malikdir.  İstənilən 
belə  «hissə»  nisbi  müstəqil  sosioloji  nəzəriyyəyə  çevrilə  bilər.  Tədqi­
qatçılar hələ  keçən  yüzilliyin  70-80-ci  illərində  sosioloji hissənin  hüquq- 
yaratmanın  optimallığının  ümumi  nəzəriyyəsinin  işlənib  hazırlanması 
yolu  ilə  inkişaf edəcəyini  qeyd  edir,  dövlət-hüquqi  anlayışların  və  kate­
qoriyalarını  empirik  interpretasiyası  sahəsi  kimi  hüquqi  hadisələrin  təd­
qiqinin  sosioloji metodları  haqqında  ümumi  təlimin formalaşacağını  gös­
tərirdilər  (Проблемы  методологии  и  методики  правоведения.  Под. 
рсд.  Керимова  Д.Л.  Кудрявцева  В.Н.,  Самошенко  И.С.  М.,  1974, 
с.68;  Алексеев  С.С.Проблемы  теории  права,  т.2,  Свердловск,  1973, 
с.74.).
Hazırda  elmi  tədqiqatlarda  belə  bir  fikir  mövcuddur  ki,  hüquqi 
reallığın  və  hüququn  problemlərinin  sosioloji  tədqiqatları,  hər  şeydən 
əvvəl,  onların  sosial  nisbiliyi  faktına  müraciət  etməlidir.  Söhbət  pozitiv 
hüquq  deyil,  sosial  münasibətlərin  «canlı»  hüququ  haqqında  gedir.  Məhz 
bu  mənada  rus  sahibkarı  üçün  «qanuni»  olan,  amerikalı  biznesmen  üçün 
«qanuni»  olmaya  bilər.  Cinayətkarın  «hüququ»  hüquqşünasın  «hüququn­
dan»  fərqlənir.  Sosial  məkanın  konkret  kəsikləri  üçün  həyati  «hüquqi 
reallığın»  və  «hüququn»  spesifik  tipləri,  onların  qarşılıqlı  əlaqələrinin 
öyrənilməsi  üçün  isə  müvafiq  sosial  təhlilin  predmeti  səciyyəvidir 
(V.V.Kasyanov  və  V.N.  Nccipurcnko.  Göst.kitab,  s.4).  Bu  mülahizələr­
dən  göründüyü  kimi,  hüquq  sosiologiyasının  vəzifəsi  və  yaxud  başlıca 
məqsədi  hüququ  reallığa  çevirə  bilən  üsulları  öyrənməkdən  ibarət  ol­
malıdır.
Bu  nöqteyi-nəzərdən  «canlı  hüquq»  pozitiv  hüquqla  yanaşı  mövcud 
olan  hüquqi  reallıqların  bilavasitə  praktiki  formasını  özündə  ehtiva  edir. 
Qeyd  etmək  lazımdır  ki,  «canlı  hüquq»  anlayışı  elmə  avstriyalı  hüquq­
şünas J.Erlix  (1862-1923)  tərəfindən  gətirilmişdir.  «Canlı  hüquq»un  özü­
nəməxsusluğu  onun  dövlətin  hakimiyyət  institutları  ilə  qarşılıqlı  müna­
sibətə  malik  olmamasındadır.  Hətta  qanunvcricinin  qanunlarla  nəinki 
bağlı  olmamasına,  əksinə  bununla  öyünməsinə  dair  ideyanın  kökləri  çox 
qədimdir.  Məsələn,  eramızdan  əvvəl  IV  yüzillikdə  yaşamış  Qədim  Çin 
legizminin  banisi  Şan  Jan  deyirdi:  «Qanun  müdriklər  üçün  məşğuliyyət,
18
axmaqlar  üçün  məhdudiyyətdir»  (История  политических  и  правовых 
учений.  М., Юрид.лит. 983, s.35).
Deməli,  «canlı  hüquq»  cəmiyyət  üzvlərini  qanunun  göstərişlərinə 
məhəl  qoymamağa  deyil,  onlara  hörmətlə  yanaşmağa  dəvət  edir.  Çünki 
bu  hüququn  tələbləri  hüquqi  göstərişlərdən  kənarda  aşkar  olunur.  Lakin 
bu heç  də nə  dövlətin,  nə  də onun  qanunlarının  zəifliyi  kimi  başa  düşül­
məməlidir.  Eramızdan  əvvəl  VII-VI  yüzilliklərdə  yaşamış  Qədim  yunan 
filosofu,  yeddi  müdrikdən  biri  Klcobul  deyirdi  ki,  o  dövlət  güclüdür  ki, 
onun  vətəndaşları  qanundan  daha  çox  tənədən  qorxurlar.  Fikrimizcə  bu, 
cəmiyyətdə  mövcud  olan  hüquqi  reallığın  təzahür  formalarından  biridir. 
Ona  görə  də  müasir  ədəbiyyatda  təsadüfən  deyilmir  ki,  hüquq  sosiolo­
giyası  o  üsulları  öyrənməlidir  ki,  hüquq  onların  vasitəsilə  bu  və  ya  digər 
cəmiyyətdə  reallığa  çevrilir.  Başqa  sözlə,  hüquq  sosiologiyası  nəinki 
müxtəlif  insan  cəmiyyətlərində  mövcud  olmuş  hüququn  empirik  çox- 
cəhətliliyi  ilə,  həm  də  bu  və  ya  digər  hüquqi  reallığın  sosial  cəhətdən 
formalaşması  və  tanınması  prosesləri  ilə  bağlı  olmuşdur  (V.V.Kasyanov 
və V.N.Nccipurcnko. Göst. kitab, s.5).
Göstərilən problemlə əlaqədar  fransız alimi  Renc  Davidin  də mülahi­
zələrinə diqqət yetirmək  məqsədəuyğun olardı. Onun  fikrincə, müqayisəli 
hüquqla  hüquq  sosiologiyası  arasında  çoxlu  kəsişmə  nöqtələri  mövcud­
dur.  Sosiologiya  kimi  müqayisəli  hüquq  da  hər  şeydən  əvvəl,  hüququn 
insanların  davranışını  müəyyən  etdiyi  dərəcəni  tapmalıdır.  Biz,  hüququn 
çox  yüksək  qiymətləndirildiyi  və  ictimai  münasibətlərin  ən  müxtəlif 
aspektlərini  tənzimləməyə qadir hesab edildiyi  cəmiyyətdə yaşayaraq,  elə 
zənn  edirik  ki,  məsələ  bizim  nail  olduğumuz  inkişaf səviyyəsinə  malik 
olan  bütün  ölkələrdə  və  ya  ən  azı  bütün  cəmiyyətlərdə  məhz  belədir... 
Xarici  hüquqa  müraciət  edən  hər  bir  şəxs  unutmamalıdır  ki,  rəsmi  mən­
bələrdə  olduğu  kimi  nəzərə  çarpan  hüquq  ictimai  münasibətləri  forma­
laşdıran  yeganə  amil  deyildir.  Mühüm  hesab  etdiyimiz  hüquq  normaları 
və prosedurlar başqa bir mühitdə yalnız köməkçi,  demək  olar ki,  yararsız 
əhəmiyyətə  malik  ola  bilər  (Давид  P.,  Жоффрс-Сииночи  К.  Основные 
правовые системы современности.  М.,  1999, с. 15).
Hüququn  və  hüquq  münasibətlərinin  sosioloji  kontekstdə  dərk  edil­
məsi  istər  hüququn,  istərsə  də  hüquq  münasibətlərinin  konkret  sosial 
gerçəkliklə  sıx  qarşılıqlı  əlaqədə  nəzərdən  keçirilməsindən  ibarətdir. 
Hüquq  sosiologiyası  nöqteyi-nəzərindən  ayrıca  şəxsiyyətin  və  ya  müəy­
yən  sosial  qrupun  hüquq  düşüncəsi  cəmiyyətdə  mövcud  olan  ictimai
19


münasibətlərin  müəyyən  bir tipinin  məhsulu qismində çıxış  edir və məhz 
bunun  sayəsində  özündə  həmin  münasibətlərin  izlərini  ehtiva  edir.  Əks 
təqdirdə hüquq düşüncəsi yeknəsəq görünərdi.
Təsircdici  nəzəri-metodoloji  istiqamətlərdən biri kimi  anlaşılan feno- 
mcnoloji  sosiologiyadan  fərqli  olaraq,  hüquqi  fenomenlərə  tarixən  şərt­
ləşmiş  sosial  forma  qismində baxılır.  Hüquqi  fenomenlər  müxtəlif sosial 
funksiyaları  yerinə  yetirirlər.  Hüquqi  fenomenlərin  təhlili  də  məhz  bu 
aspektdən aparılır.
Məlum olduğu kimi,  hüququn  funksiyaları  dedikdə,  hüququn  ictimai 
münasibətlərə  təsirinin  əsas  istiqamətləri  başa  düşülür.  Bu  mənada hüqu­
qun  ən  mühüm  sosial  funksiyası  sosial  tənzimləmə  və  sosial  nəzarət 
funksiyasıdır.  Bu  o  deməkdir  ki,  hüquq  müəyyən  sosial-tarixi  şəraitdə 
əmələ  gəlir,  formalaşma  prosesindən  keçir  və  vahid  sosial  tamın  tabe­
liyində  olan  hissə  qismində  mövcud  olur  və  həmin  tamın  qorunub  sax­
lanmasına, eləcə do inkişafına xidmət edir.
Göstərilənlər  şəhadət  verir  ki,  hüququn  ümumi  nəzəriyyəsinin  əla- 
hiddə  tərkib  hissəsi  olmaq  etibarilə,  hüquq  sosiologiyası  müəyyən  dərə­
cədə  sosial  determinizm  prinsipi  ilə  bağlıdır.  Sosial  determinizm  prinsipi 
sosiologiyanın  əsas  prinsiplərindən  biri  kimi  sosial  hadisələrin  ümumi 
qarşılıqlı  əlaqəsini  və qarşılıqlı  şərti il iyini  əks  etdirir.  Sosial  determinizm 
prinsipinin  on  mühüm  xüsusiyyətini  səbəb-nəticə  əlaqəsi  təşkil  edir. 
Məhz sosial determinizm prinsipinə uyğun  olaraq hüquq münasibətləri öz 
məzmununa  görə  əsaslı  şəkildə  sosial  münasibətlər  qismində  müəyyən 
edilirlər.
Beləliklə,  hüquq  sosiologiyası  aşağıdakı  spesifik  xüsusiyyətlərinə 
görə səciyyələndirilə bilər.
Əvvələn,  hüquq  sosiologiyası  sosial  institutlar  sistemində  hüququn 
fəaliyyətini,  hüquq  normalarının  genezisini,  dinamikasını,  strukturunu  və 
bu  normaların  cəmiyyətdəki  rolunu  özündə  ehtiva  edən  hüquq  elmi 
sahəsidir.
ikincisi,  hüquq  sosiologiyası  cəmiyyəti  sosial  əlaqələr  və  münasi­
bətlər  kontekstində  bütöv  bir  sistem  kimi  təhlil  edən  biliklər  sahəsidir. 
Üçüncüsü,  hüquq  sosiologiyası  şəxsiyyətin,  müəyyən  sosial  qrupun  və 
bütövlükdə  cəmiyyətin  sosial  davranışını,  sosial  mühitin  bu  fenomenlərə 
təsirini öyrənən elm sahəsidir.
20
GİRİŞ MÖVZUSU
1.  Sosioloji biliyin əsasları
Sosiologiya  elmi  biliklərin  ümumi  sisteminə  daxildir  və  burada 
özünəməxsus  ciddi  yer  tutur.  O,  ancaq  bütövlükdə  cəmiyyəti  deyil,  həm 
də  onun  ayrı-ayrı  tərkib  hissələrini,  sahələrini  və  elementlərini  elmlərə 
aid  edilir.  Cəmiyyət  o  qədər  mürəkkəb  obyektdir  ki,  onu  bir  elm  çərçi­
vəsində öyrənmək  qeyri-mümkündür.  İnsan  cəmiyyəti  kimi mürəkkəb bir 
təsisatı  təsvir  etmək  və  öyrənmək  üçün  bir  necə  elm  sahəsinin  ehtiyat­
larını  ancaq  bir yerə cəmləşdirməklə,  mükəmməl  elmi  müddəaları birləş­
dirib səfərbər etməklə buna tam və ziddiyyətsiz şəkildə nail olmaq olar.
Eyni  obyektləri,  xüsusən  də  cəmiyyət  kimi  nəhəng  obyekti  öyrənən 
elmlərin  məcmusu  bir-birilə  məntiqi  əlaqələrlə,  ümumi  anlayış  və  me­
todlarla  birləşmişdir.  Buna  görə  də  həmin  elmlər bütöv  bir  sistem  təşkil 
edir.  Bu  sistemə sosiologiyaya qohum olan elmi  fənlər daxildir. Onlar sıx 
qarşılıqlı  əlaqədədir və bir-birinə təsir göstərir, habelə inteqrasiya edir.
Sosiologiya  özünə  qohum  olan  elmi  fənlərlə  -   psixologiya,  sosial 
psixologiya,  iqtisadiyyat,  antropologiya,  hüquq,  siyasi  elmlər  və  etnoq­
rafiya  ilə  qarşılıqlı  əlaqədə  elmi  biliklərin  sistemdaxili  sistemini  -- sosial 
biliyi yaradır.
Bir-birilə  qohum  olan  fənlər  bir-birindən  anlayış  və  kateqoriyaları 
əxz edir,  onların  arasında  tədqiqatların  nəticələrinin,  metodların  və nəzəri 
tapıntıların  mübadiləsi  baş  verir.  Praktiki  sferada,  məsələn,  idarəetmə  sa­
həsində  ali  məktəb  məzunundan  sosiologiyadan  başqa,  psixologiyanın 
(firmanın  heyətinin  şəxsi  və  işgüzar  keyfiyyətlərini  testləşdirmə)  və  iq­
tisadiyyatın  (işçi  qüvvəsinin  dəyərini,  əmək  məhsuldarlığını,  heyətin  tə­
liminə  sərf olunan  xərcləri  və  s.  müəyyən  etmə)  əsaslarını  bilmək  tələb 
olunur.  İqtisadiyyatın,  psixologiyanın  və  sosiologiyanın  metodlarını  uy­
ğunlaşdıraraq,  sosiologiyanı,  hər  şeydən  əvvəl  kompleks  tədqiqatlar  sa­
həsi adlandırırlar.
Lakin  nəzərə  almaq  lazımdır  ki,  komplekslik  heç  vaxt  spesifikliyi 
əvəz  etmir.  Hər  bir  elm  xarici  aləmə,  bu  halda  sosiologiyaya  spesifiklik 
nöqteyi-nəzərindən  sosial  reallıq  kimi baxır.  Məsələn,  iqtisadçı  hadisələri 
tələb  və  təklif  terminləri  vasitəsilə  təhlil  edir;  hüquqşünas-kriminoloqu
21


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə