R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə15/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   11   12   13   14   15   16   17   18   ...   131

xüsusiyyətlərini  özündə  ehtiva  edən  əlamətlər və xassələr asanlıqla tapılsın. 
Məsələn, müəyyən ümumişlək terminlərin səlisliyi, təmizliyi və s.
Sənədlərin  təhlili  metodunun  səciyyəvi  xüsusiyyətlərindən  biri  təh­
lilin kateqoriyalarının və vahidlərinin fərqləndirilməsidir.
Təhlilin kateqoriyaları dedikdə, təhlilin vahidlərini (məzmunun vahid­
lərini)  çeşidləməyə  şərait  yaradan,  belə  çeşidləməyə  uyğun  olan  rubrikalar 
başa  düşülür.  Təhlil  prosesində  əldə  edilən  nəticələrin  xarakterindən  asılı 
olaraq  kateqoriyaların  qabaqcadan  müəyyənləşdirilməsi  məsələsi  meydana 
çıxır. Daha dəqiq ifadə etsək, əldə edilən nəticələrin xarakteri kateqoriyaların 
seçimindən  asılıdır.  Təhlilin  kateqoriyaları  dürüst  müəyyən  edilməlidir  və 
onların  arasında  sərhəd  qurulmalıdır.  Lakin  nəzərə almaq zəruridir ki,  kate­
qoriyaların  iriloşdirilmosi  tədqiq  edilən  hadisənin  diferensiasiya  dərəcəsinin 
azalmasına  gətirib  çıxara  bilər.  Deməli,  kateqoriyalar  diferensiasiya  dərə­
cəsinə uyğun, proporsional şəkildə iriləşdirilməlidir.
Təhlilin  vahidləri  dedikdə,  məzmunun  element  kimi  fərqləndirilən, 
bu  və ya  digər  kateqoriyaya  daxil  edilməli  olan  hissəsi  (məna  və ya key­
fiyyət)  başa  düşülür.  Söz,  ifadə  (deyim),  mətnin  müəyyən  mövzu  ilə, 
müəlliflə,  qəhrəmanla,  sosial  situasiya  ilə  birləşmiş  hissəsi,  bütövlükdə 
mətnin özü təhlilin vahidi kimi qəbul oluna bilər.
Sosial  ideya,  hüquqi  kateqoriya  kontent-təhlilin  məna  vahidi  olma­
lıdır.  Məna  vahidi  ayrıca  bir  anlayışla,  söz  birləşməsi  (məsələn,  «cina­
yətin  rcsidivi»,  «hüquqi  aksiom»  və  s.)  ilə  ifadə  oluna bilər.  Məna vahidi 
qismində  insanların  adları  (məsələn,  Əli,  Vəli  və  s),  idarə,  müəssisə  və 
təşkilatların  adı  (məsələn,  Ədliyyə  Nazirliyi,  Bakı  şəhər Polis  İdarəsi  və 
s.),  coğrafi  adlar  (məsələn,  Savalan  dağı,  Kür çayı  və  s.)  çıxış  edə  bilər. 
Hər hansı hadisənin xatırladılması da məna vahidini  ifadə edə bilər.
Məna  vahidini  və  onun  göstəricilərini  seçən  sosioloq-tədqiqatçı 
hesab  vahidini də  müəyyən  etməlidir.  Hesab vahidi  dedikdə,  təhlil  vahi­
dinin  müntəzəmliyini  qeydə  alan  (rəsmiləşdirən)  kəmiyyət  xarakteris­
tikası  başa  düşülür.  Bu  və  ya  digər  məna  vahidi  mətndə  məhz  mün- 
tozomliklə rastlaşır.  Aşağıdakılar hesab vahidi kimi qəbul oluna bilər:
a) təhlil kateqoriyası əlamətinik təzahürünün təmizliyi;
b) mətnin məzmununda təhlil kateqoriyasına verilən diqqətin həcmi.
Diqqətin  həcminin  müəyyən  edilməsi  üçün  çap  işarələrinin  sayı,
abzaslar,  mətnin  tutduğu  sahə  qəbul  oluna  bilər.  Mətnin  tutduğu  sahə 
vahidlərin  fiziki  məkanında  (fiziki  çap  vərəqində)  ifadə  olunur.  Qəzetlə­
rin və digər standartların mətnləri üçün diqqət həcminin müəyyənləşdiril- 
məsindən ötrü sütunların genişliyi və deyim yüksəkliyi qəbul oluna bilər.
56
Hüquq  sosiologiyası  əsasən  mətnli  sənədlərə diqqət yetirir.  Müxtəlif 
məzmuna  malik  qanunvericilik  aktları,  müqavilə  və  sazişlər,  məhkəmə 
istintaqı materialları,  ibtidai  istintaq materialları, iqtisad məhkəməsinə aid 
işlər üzrə sənədlər və s. mətnli sənədlərə aid edilir.
Mətnli sənədləri  təhlil edən  tədqiqatçı  ilk növbədə bu sənədlərin real 
sosial  məzmununu,  həmin  sənədlərdə  təmsil  olunan  tərəflərin  maraq  və 
mənafelərinin  sosial  şərtliliyini  və  s.  aşkar etməyə  səy  göstərir.  Məsələn, 
tədqiqatçı  məhkəmə  istintaqı  protokolundan  və  ya  vəkilin  prosesin  ge­
dişində etdiyi qeydlərdən  sosioloji  cəhətdən  maraqlı  olan müəyyən  sayda 
məlumatları  götürmək və ya  onlardan  lazımi  çıxarışlar etmək üçün  onları 
məhkəmədə  hakimdən,  yaxud  ofisdə  vəkildən  götürmək  haqqında  qərar 
qəbul  edə  bilər.  Məsələn,  belə  çıxarışlar  cinayət  (quldurluq,  sağlamlığa 
zərər vurma və s.)  işləri  üzrə  sənədlərdən,  materiallardan,  eləcə də mülki 
(valideynlik  hüququndan  məhrum  etmə,  ər-arvad  arasında  mülkiyyətin 
bölüşdürülməsi  və  s.)  işlər  üzrə  materiallardan  edilə  bilər.  Tədqiqatı  bu 
qəbildən  olan  işləri  notariat  əməliyyatlarının  aparılmasına  dair  sənədlər 
üzrə notarial arxivlərdə də yerinə yetirə bilər.
Yuxarıda  adları  sadalanan  və  təhlilə  məruz  qalan  sənədlər  xalis  hü­
quqi  aktlardan  ibarət  olduqlarına  görə,  tədqiqatçının  ali  hüquq  təhsilinə 
malik olması  şübhəsiz ki, daha  faydalı, həyata keçirdiyi  tədqiqatın nəticə­
ləri  etibarlı  və keyfiyyətli  olardı.  Tətbiq edilən metod  isə bütün  sosioloq­
lar  tərəfindən  təcrübədən  keçirilən  və  sənədlərin  məzmununun  keyfiyyət 
təhlilindən  başqa  bir  şey  deyildir.  Məzmunun  təhlili  də  ümumiyyətlə  və 
bütövlükdə  yeni  metoddur  və  o,  məhkəmə  təcrübəsinin  sosioloji  təhlili 
adlandırılmışdır.  Məhkəmə  qərarının  mahiyyətini  yuridik  cəhətdən  qiy­
mətləndirməkdən ötrü məsləhətçinin onun hüquqi motivlərini  təhlil etdiyi 
vaxt sosioloji təhlil  hökmün  məlum  təfsiri üzrə doqmatik  təhlilə qarşı  qo­
yulur.  Bu,  hüquqi  təhsilə  malik  olan  sosioloq-tədqiqatçıların  sevimli  me­
todudur.  Ona  görə  ki,  lazımi  materiallar  yurisprudensiya  üzrə  toplularda 
olur və tədqiqatçılar belə materialları çox asanlıqla əldə edə bilirlər.
Sosial-hüquqi  tədqiqatlar  nöqteyi-nəzərindən  vətəndaşların  müxtəlif 
rəsmi  instansiyalara ünvanlandırdığı  şikayətlər və ərizələr,  habelə oxucu­
ların  qəzet  və jurnalların  redaksiyasına,  radio  və televiziyaya göndərdik­
ləri  məktublar kimi  mətnli  sənədlər  xüsusilə  maraqlıdır.  Belə  şikayət  və 
ya müraciətlərdə toxunulan məsələlərdən ancaq birinin təhlil edilməsi  cə­
miyyətdə real olaraq mövcud olan problemi (yaxud problemlərdən birini)
57


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə