R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə14/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   10   11   12   13   14   15   16   17   ...   131

Belə  təsəvvür  edilir  ki,  müşahidə  metodundan  daha  çox  istifadə 
olunan  sfera antropologiyadır,  yəni yazıyaqədorki  mədəniyyətlər haqqın­
da  elm  sahəsidir.  Antropologiya  sahəsinin  tədqiqatçıları  unudulmuş,  az­
saylı xalqların və etnik qrupların, qəbilə və tayfaların həyat tərzini,  sosial 
və qarşılıqlı  münasibətlərini,  əxlaqını,  adət  və  ənənələrini  müşahidə  edir­
lər.  Qeyd  etmək lazımdır ki,  müşahidənin  təkcə  metodika və metodologi­
yası  deyil, onların təsnifatı da sosiologiyaya antropologiyadan keçmişdir.
Sosioloq-tədqiqatçının  cəlbedilmo dərəcəsindən  asılı olaraq, müşahi­
dənin iki əsas növü -  daxil edilən müşahidə və daxil edilməyən müşahidə 
fərqləndirilir.
Daxil  edilməyən  müşahidə  dedikdə,  tədqiqatçının  müşahidə  edilən 
hadisələrdə  bilavasitə  iştirak  elmədiyi,  həmin  hadisələrin  gedişini  kənar­
dan  izlədiyi  müşahidənin  həyata keçirilməsi  üsulu başa düşülür.  Müşahi­
dənin  bu  növündən  adətən,  kütləvi  hadisə  və  prosesləri  öyrənmə  zamanı 
istifadə  olunur.  Məsələn,  tətilçilərin,  mitinqçilərin,  küçə  qaragüruhunun 
və s. davranışının öyrənilməsi.
Daxil  edilən  müşahidə  sosioloa-todaiaatcmm  öyrənilən  prosesdə 
tam  və  ya  qismən  iştirakını  nəzərdə  tutur.  Müşahidəçinin  tətilçilərin  və ya 
mitinqçilərin  sırasında,  onlarla  tomasda  olması,  müəyyən  insan  qruplaşma­
sının  arasında  olması,  yaxud  onlarla  yaxından  əlaqə  saxlaması  və  s.  daxil 
edilən  müşahidəyə  misal  ola  bilər.  Müşahidəçi  bəzən,  buna  kəskin  zərurət 
yarandıqda,  müəyyən  prosesi  əyani  şəkildə  izləmək  üçün  anonim  və  ya 
qeyri-anonim iştirakla müvafiq idarə və müəssisədə işə düzələ də bilər.
Müşahidənin  hansı  formasına  (acıq  və  ya  qapalı)  üstünlük  verməklə 
bağlı  sosioloqlar  arasında  birmənalı  fikir  yoxdur.  Açıq  daxil  edilən  mü­
şahidə  sosioloqa  bir  tərəfdən  qeyri-əxlaqi  və  ya  qanunsuz  olan  hərəkət­
lərdə iştirak etməyə  imkan vermir.  Bundan  başqa,  açıqlıq  əxlaqi  nöqteyi- 
nəzərdən  daha  üstün  təsəvvür  edilir.  Əgər  müşahidəçi  ilə  hadisənin 
iştirakçıları  arasında  etibarlı  münasibətlər  yaranarsa,  müşahidəçi  hansısa 
faktı  daha yaxşı  aydınlaşdırmaq  üçün  iştirakçılara  öz  zəruri  suallarını  da 
verə  bilər.  Lakin  nəzərə  almaq  lazımdır  ki,  müşahidəçinin  proseslərdə 
açıq iştirakı iştirakçıların davranışına öz təsirini göstərməyə bilməz.
Acıq  daxil  edilən  müşahidə  zamanı  müşahidəçinin  qrup  iştirakçı­
larına  suallar  verməsi  intervü  formasında  aparılır  ki,  bu  proses  də 
müəyyən  dərəcədə öz  emosionallığı,  gərginliyi  ilə  diqqəti  cəlb  edə  bilər. 
İntervü öz populyarlığına görə sosiologiyada ikinci metod hesab olunur. 1
52
Daxil  edilən  müşahidənin  qapalı  forması  zamanı  proses  iştirakçıları 
onlan  kimin  müşahidə etdiyini  bilmir və  özlərini  təbii  aparırlar.  Ədəbiy­
yatda  qeyd  olunur  ki,  bəzi  tədqiqatları,  ümumiyyətlə,  ancaq  qapalı  for­
mada,  hətta  sosioloqun  həqiqi  adını  gizli  saxlamaqla  aparmaq  lazımdır, 
çünki  əks  təqdirdə  tədqiqatçı  öyrənilən  qrupa  (oğrular  qrupuna,  zo- 
rakılarm bandasına, totalitar dini  sektalara) yol  tapa bilməzlər.  Belə  halda 
alimlər qarşısında tədqiqat prosesinin və onun nəticələrinin məxfi  saxlan­
ması vəzifəsi qoyulur.  Lakin bütün bunlar daha etibarlı və əsaslandırılmış 
informasiya əldə etmək şansı  ilə ölçülür.'
Daxil  edilən  müşahidə  tərəfdarları  müşahidənin  istənilən  səmərəni 
vermədiyinə görə, onu o qədər də yüksək metod qismində dəyərləndirmirlər. 
Onlann  mülahizəsinə  görə,  müşahidə  metodu  tədqiqatçının  öyrənilən  ob­
yektə və ya  mühitə  təsirini  minimuma  endirir.  Daxil  edilən  müşahidə  tərəf­
darlarının  fikrincə,  sosioloq-tədqiqatçı  sorğu  və  ya  intervü  metodlarından 
istifadə edərkən tədqiqatın prioritetlərini qabaqcadan yerləşdirir. Daxil edilən 
müşahidə  bəzən  əvvəlki  təsəvvürləri  sındırır,  çünki  gündəlik  həyatın  və 
yaxud bu və ya digər qrupun sosial  həyatının müəyyən bir sferasının günbə­
gün həyata keçirilən  tədqiqatı  gözlənilməz  nəticələr verə bilər.  Bu  metodun 
köməyilə  tədqiqatçı  alimlər  insanların  həyatının  müxtəlif  incəliklərinin  və 
məqamlarının şahidi, yaxud bilavasitə iştirakçısı ola bilsələr də, təzahür edən 
bəzi  suallara cavab  tapmaya  da  bilərlər.  Bəzi  səbəblər üzündən  əldə  olunan 
nəticələr etibarlı olmaya da bilər.
Hüquq  münasibətlərinə münasibətdə daxil  edilən  müşahidə metodun­
dan  ciddi  məhdudiyyətlərlə  istifadə  oluna  bilər.  Çünki  elə  sahələr  vardır 
ki,  onlar  həmişə  insan  həyatı  və  ya  sağlamlığı  üçün  təhlükə  ilə  müşayiət 
olunurlar.  Məsələn,  müəyyən  məkanda  kriminal  situasiyanın,  şəraitin  və 
ya  mühitin  öyrənilməsi  zamanı  həmin  kriminoloji  mühitə  daxil  olmaq 
kriminoloq  tədqiqatçının  həyatı  üçün  təhlükə  mənbəyinə  çevrilə  bilər. 
Belə situasiyalar bir sıra hallarda etik-hüquqi problemlər də tərədirlər.
Bununla  yanaşı,  daxil  edilən  müşahidə  metodundan  istintaq-məh­
kəmə  təcrübəsinin  öyrənilməsi  və  ümumiləşdirilməsi  prosesində,  ümu­
miyyətlə,  ədalət mühakiməsi  məsələlərinin  həll  edildiyi  məqamlarda isti­
fadə oluna bilər.  Məsələn, məhkəmə iclasına sədrlik edən hakimlərin and- 
lı  iclasçılarla birlikdə verdik  çıxarılması  prosesində  onların qarşılıqlı  fəa­
liyyətinin, yaxud  cinayət  prosesi  iştirakçılarının  cinayət  prosesini  həyata
1  Касьянов B .B ., Нечипурснко В .11.  Göst.  kitab,  s.25.
53


keçirən  orqanların  vəzifəli  şəxsləri  və  digər  subyektləri  ilə  qarşılıqlı  mü­
nasibətlərinin öyrənilməsi.
Bu  məsələ  ilə  əlaqədar  göstərmək  zəruridir  ki,  keçmiş  ittifaq  döv­
lətinin  varlığı  şəraitində  sosioloji tədqiqatların  aparılması  o  qədər do asan 
deyildi.  Öyrənilməli  olan  obyektlərin  yerləşdikləri  yerin  qapıları  bəzən, 
daha  doğrıısu  əksər hallarda xüsusi  icazə  ilə  açılırdı.  Belə məhdudiyyət o 
dövrdə  ideoloji  nöqteyi-nəzərdən  məqbul  hesab  olunmurdu.  İndi  isə 
vəziyyət  kökündən  dəyişmişdir.  Tədqiqatçı-alimlər,  hətta  sıravi  tədqiqat­
çılar  belə,  istənilən  obyektlərə  (əlbəttə  ki,  dövlət  sirri  və  ya  hərbi  sirri 
qorunduğu  obyektlər  və  sənədlər  istisna  olmaqla)  daxil  ola  və  istənilən 
informasiyanı  əldə  edə  bilərlər.  Lakin  tədqiqatçı-sosioloq  öz  müşahidə 
hərəkətlərini  qanunvericiliklə  ciddi  müəyyən  edilmiş  qaydada  yerinə  ye­
tirməsini  də  unutmamalıdır.  Unutmaq  olmaz  ki,  hər  hansı  sosioloji  təd­
qiqatın  həyata  keçirildiyi  zaman  insan  şəxsiyyətinə,  cəmiyyətdə  qüvvədə 
olan  əxlaq  normalarına  hörmətlə  yanaşmaq,  on  adi  davranış  qaydalarına 
və  etik  qaydalara  ciddi  surətdə  əməl  edilməlidir.  Məsələn,  Azərbaycan 
Respublikası  Konstitusiyasının 46-cı  maddəsinin  III hissəsində deyilir ki, 
«özünün  könüllü  razılığı  olmadan  heç  kəsin  üzərində tibbi, elmi  və başqa 
təcrübələr aparıla bilməz».
Kimi tədqiqatlarda müşahidə metodu aşağıdakı  funksiyaları yerinə yetirir:
1)  eksperiment  vasitəsilə  həyata  keçirilməsi  qeyri-mümkün  olan  nə­
zəriyyə və hipotezalann yoxlanılması;
2)  nəzəri  tədqiqatların  aparılması  prosesində  əldə  edilmiş  nəticələrin 
müqayisə edilməsi;
3) əldə edilmiş nəticələrin həqiqiliyi və adckvallığının yoxlanılması.
Beləliklə,  müşahidə  metodunun  başlıca  üstünlüyü  sosioloq-tədqiqat­
çının  təəssüratlarının  bilavasitəliyindən,  müşahidə  gedişindəki  hipoteza- 
ların  fəal  surətdə  prosedurlaşdırılmasından  ibarətdir.  Bu  metodun  çatış­
mazlığı  isə  böyük  sayda  hadisələrin  praktiki  cəhətdən  əhatə  olunması 
çətinliyinə görə məlumatların reprezentativliyino təminatın qeyri-mümkü­
nlüyündə  və  hadisələrin  interpretasiyası  zamanı  səhvlərin  qaçılmaz 
olmasında ifadə olunur.
2.  Sənədlərin  təhlili.  Cəmiyyətdə  baş verən  hadisə  və proseslər say­
ca  çox,  məzmun  və  formaca  müxtəlif olur.  Şübhəsiz  ki,  onların  hamısını 
müşahidə  etmək,  yaxud  müəyyən  proseslərin  iştirakçısı  olmaq  tədqi­
qatçıya  həmişə  müyəssər  olmur.  Ona  görə  do  cəmiyyətdə  baş  verən  ha­
disə  və  proseslər  haqqında  mühüm  informasiyalar,  o  cümlədən  hüquq
54
münasibətlərilə  bağlı  olan  məlumatları  sosioloq-tədqiqatçı  sənədli  mən­
bələrdən  əldə  edə  bilər.  Belə  sənədli  mənbələrə  molum  olduğu  kimi  mət­
buat, radio və televiziya, eləcə də  işgüzar sənədlər aid edilir.
Sənədlərin  təhlili  sosioloq-tədqiqatçıya  sosial  həyatın  bir  çox  səciy­
yəvi  cəhətlərini gərməyə  imkan  vcı ir,  müəyyən  tarixi  dövrdə bu  və  ya di­
gər sosial qrupa xas olan  norma və dəyərləri,  spesifik  xüsusiyyətləri  aşkar 
etməyə  kömək  edir.  Sosioloq-tədqiqatçı  məhz  sənədlərin  təhlili  prose­
sində  cəmiyyətin  sosial  qrupları  ilə  fordləri  arasında  qarşılıqlı  əlaqə  və 
münasibətlərin dinamikasını  izləmək imkanına malik olur.
Deməli,  hər cür sənəd deyil,  yalnız zəruri  informasiyanı özündə ehti­
va  edən  və  saxlanması  vacib  olan  informasiyalı  sənədlər  sosioloji  tədqi­
qatın  obyekti ola bilər.  Sosiologiyada sənəd dedikdə,  insan tərəfindən xü­
susi olaraq yaradılan,  bıı  və ya digər informasiyanın  verilməsi, yaxud sax­
lanması  üçün nəzərdə tutulan  predmet başa düşülür.
Qeydə  alınına  (rəsmiləşdirilmə)  formasına  gərə  sənədlər  aşağıdakı­
lara bölünürlər:
a)  müxtəlif məzmuna malik olan yazılı  sənədlər;
b)  maşınla  oxunan  formalı  empirik  məlumatların  arxivləri  (perfo- 
kartlar və pcrfolcnllər,  maqnit  lentləri və disklər,  kompakt disklər);
e)  ikonoqrafik  sənədlər (kiııo-,vidco- və fotosənodlər, şəkillər və s.);
d) fonetik sənədlər (maqnitofon yazıları, qramvallar).1
Artıq qeyd edildiyi  kimi,  sənədlərin  təhlilinin  iki  əsas  tipi  fərqləndirilir: 
a) keyfiyyət təhlili (ənənəvi təhlil); b) kəmiyyət təhlili, kontcnt-təhlil.
Keyfiyyət  (ənənəvi  təhlil)  təhlili  dedikdə,  müəyyən  nöqteyi-nəzər­
dən  sənəddə  ehtiva  olunan,  hər  bir  konkret  halda  sosioloq-tədqiqatçı 
tərəfindən  qəbul  olunan  məlumatların  interpretasiyasına  yönələn  intellek­
tual  əməliyyatların  bütün  məcmusu  başa  düşüliir.  Keyfiyyət  təhlili  təhlil 
edilən  materialın  aşkar  olunmasına  yönəldilən  məntiqi  düzümlərin  zən- 
cirvariliyidir.  Bu  metodun  başlıca  zəif  cəhəti  onun  subyektiv  xassəyə 
malik  olmasıdır.  Çünki  sənədlərin  interpretasiyası,  heç  bir  şeyə  baxma­
yaraq tədqiqatçının  etdiyi  cəhdlər həmişə subyektiv olur.
Keyfiyyət təhlilinin  subyektivliyindən  imtina  etmək,  yaxud  ondan  xilas 
olmaq  səyləri  sənədlərin  təhlilinin  kəmiyyət  (kontcnt-təhlil)  metodunun 
işlənib  hazırlanmasını  zəruri  etmişdir.  Bu  metodun  əsas  mahiyyəti  ondan 
ibarətdir  ki,  məzmunun  mühüm  cəhətlərini  əks  etdirən,  sənədin  spesifik 1
1 Касьянов  B.B.,  Нечипуренко 
В.
II. 
Göst.  kitab, 
s.27.
55


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə