Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə59/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   55   56   57   58   59   60   61   62   ...   74

tamamlanıb. Həmin gün isə Nəsirəddin Tusi anadan olub, hicri tarixi ilə
75 il 7 ay 7 gün yaşayıb) (2).
1981-ci ildə anadan olmasının 780 illik yubileyi geniş qeyd olunmuş,
şərəfinə medal təsis edilmiş, abidələri ucaldılmış, portreti yaradılmışdır.
Azərbaycan  Respublikasının  bir  sıra  elm,  təhsil  və  mədəni-maarif
müəssisəsinə, o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı
Astrofizika Rəsədxanasına, küçələ- rə adı verilmişdir. YUNESKO-nun
qərarı ilə anadan olmasının 800 illik yubileyi dünya miqyasında qeyd
edilib. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin "Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında" 13
iyun 2000-ci il tarixli Fərmanı ilə yubiley komissiyası yaradılmışdır. (8) 
Azərbaycanın ərazisinin orta əsrlərdə böyük bir arealı əhatə etməsi
mədəniyyətində  ,tarixində,  incəsənətində,coğrafiyasının  zənginliyində
özünü göstərmişdir. Təbriz şəhəri bu zəngin tarixin bir parçası kimi daim
çıxış etmişdir.
XIII əsrin sonu XIV əsrin əvvəllərində Təbrizin Şam adlanan ətraf
hissəsində gözəl elm və mədəniyyət mərkəzləri salınmışdır.(Şam Qazan və
ya  Şənbi-Qazan)  .Qazan  Xan  özünün  əmr  və  fərmanlarının  toplanılıb
gələcək  nəsillər  üçün  saxlamaq  məqsədilə  əvvəlcə  burada  “Beyt  əl-
qanun”(“Qanun evi”) daha sonra isə, “Beyt əl-kutub”(“Kitablar evi”) adlı
kitabxanalar inşa etdirmişdir (6).
Fəzlullah Rəşidəddin Həmadanda bir musəvi ailəsində 1247 ci ildə
doğulmuş  -dur.(9)  Həmədan  şəhərində  həkim  ailəsində  doğulmuş  bu
məşhur  təbib  və  tarixçi  sonralar  Təbrizə  köçmüş  və  burada  yaşayıb
yaratmışdır. Elxanilərin saray həkimi və vəziri olmuş Rəşidəddin XIV əsrin
əvvəllərində Təbrizdə “Rəbi-Rəşidi” şəhər-ciyi və “Darüş-Şəfa (“Şəfa evi”)
adlı elmi mərkəz təsis etmişdi. 
“Rəbi-Rəşidi” tədris, tibb, elmi müəssisələri, o cümlədən rəsədxananı
birləşdirən bütöv bir şəhərcik idi. “Darüş-şəfa” müasir Universitetlərə
bənzəyən ali məktəb (mədrəsə) idi (7).
“Rəbi-Rəşidi”də 24 karvansara, 1500 dükan, üçmərtəbəli karvansar-
alar, məscid, bazar, hamam, zərbxana, 7 min tələbəsi və 450 müəllimi olan
tədris müəssisəsi fəaliyyət göstərirdi (3).
Rəşidəddinin faciəvi ölümü(Olcaytu xanı zəhərləyib öldürməkdə
təqsirləndiri- lərək edam olunur)daha sonra onun vəzifəsini davam etdirən
oğlu Qiyasəddinin faciəvi ölümü, üstəlik də, 1651-ci ildə təbrizdə baş
vermiş zərzələ nəticəsində bu zəngin mədəniyyət mərkəzinin yerində artıq
xarabalıqdan başqa bir şey qalmamışdır.Nəzərə alsaq ki, Atanın və oğulun
ölümündən  sonra  hər  dəfə  bu  zəngin  kitabxana  talan  və  darmadağın
olunmuşdur. Bunlar bir daha zəngin bir irsə olunmuş vandalizmi göstərir.
167
Orta əsrlərdə Azərbaycanda kitabxanalar


Şeyx  Səfi  məqbərəsinin  ətrafında  tikilmiş  kompleks  XVI-XVII
əsrlərdə Azərbaycanda tikilmiş ən görkəmli memarlıq abidələrindəndir.
Şeyx Səi türbəsinin ətrafında yaradılan bu kompleks yaxın Şərqdə olan ən
böyük ziyarətgahlardandır. Türbə Şeyx Səfi tərəfindən təkkə məqsədilə
tikilmişdir.1335-1345-ci  illər  arasında  təkkə  Şeyx  Səfinin  oğlu  Şeyx
Sədrəddin  Musa  tərəfindən  atasının  məzarı  üzərinə  kərpicdən  qübbə
tikdirməsi ilə türbəyə çevrilmişdir. Seyx Səfinin ölümündən sonra Şeyx
Sədrəddin tərəfindən Quran oxunulması üçün “Darü-l-Huffaz” (“Hafizlərin
Yeri”) binası inşa etdirilmişdir.Şah İsmayılın dövründə bu tikili kompleks
şəklində  20-dən  artıq  binaya  sahib  idi.  Onun  (Ş.İ.Xətai)  göstərdiyi
xidmətlər  sırasında  burada  açdırdığı  yeməkxananı  (“Aş-ı  helal”)  və
alimlərin fiqh elmini öyrənmələri üçün yaratdığı “Darü-l-Hadis” məkanını
misal çəkmək olar.
1608-ci ildə Şah Abbas bütün şəxsi mülkünü 14 məsumə vəqfetdiyini
və kolleksiyasındakı çini keramikaları ,eyni zamanda fars dilində olan
kitablarını Ərdəbil türbəsinə hədiyyə etdiyini açıqlamışdı (1).
1548-ci ildə Şah Təhmasib Səfəvilər dövlətinin paytaxtını Təbrizdən
Qəzvinə köçürməklə artıq saray kitabxanaları və emalatxanalarının yerini
dəyişdirmişdi.  Qeyd  olunan  mənbələrdə  Ş.İ.Xətainin  oğlu  İbrahim
Mirzənin zəngin kitabxanaya (3000cild kitab) sahib olduğu söylənilir.
Lakin  Şahzadənin  ölümündən  (23  fevral  1577)  sonra,  ruhi  xəstəliyə
tutulmuş xanımı Gövhərsultan tərəfindən zəngin kitab-xananın xeyli hissəsi
tələf olmuşdur (4).
Dövrü etibarilə digər bir kitabxana XVII əsr Təbriz Uğurlu Xan Ziyad
oğlu Müsahibə məxsus kitabxanadır.
Axırkələkdə “Əhmədiyyə” kitabxanası Əhməd paşa tərəfindən inşa
etdilmişdir. 1828–1829-cu illər Rusiya-İran müharibəsi zamanı bu zəngin
kitabxana müsadirə olunmuş,əlyazmalar hərbi qənimət kimi götürül müş -
dür. Zəngin kitabxananın əlyazmaları müxtəlif şəxslərin (məs: Əbdülqəni
Nuxəvi Xalisəqarızadənin – Nəsrəddin Tusinin İbn Sinanın “əl-İşarət və-
t-tənbihət fi-l məntiq və-l- hikmə” əsərinə yazdığı şərh) kolleksiyalarına
daxil olmuşdur. Özünün zəngin kitabları və bədii kitab tərtibatına görə
Şeyx  Səfi  kitabxanasından  sonra  ikinci  yeri  tutan  “Əhmədiyyə”
kitabxanasının məhv edilməsi Azərbaycan kitab mədəniyyətinə yenidən
sarsidici zərbələr vurmuşdur (4).
Rusiya  çar  rejiminin  maneələri  təhsilin  qarşısında  dura  bilmirdi.
Azərbaycan xalqının maariflənməsi yolunda atılan addımlar sırasında bu
dəfə ümumi kitabxana və qiraətxana fəaliyyətə başladı (N.Nərimanov
tərəfindən Bakıda, Mirzə Məhəmmədəli Qasımov tərəfindən Qubada) (4).
XIX-əsrin  daha  bir  maarifçiləri  siyahısında  Əbdülqəni  Nuxəvi
Fidan Vəlizadə
168


Xalisəqarızadəni  və  onun  zəngin  kitabxanası  göstərmək  olar.  Nənəsi
Xalisəqarı tərəfindən toplanılan bu kitab kollesiyasının qorunması sonradan
Ə.N.Xalisəqarızadə tərəfindən davam etdirilmişdir.Onun yaratdığı bu elm
ocağı xalqın maariflənməsinə xidmət edirdi. Ə.N.Xalisəqarızadə eyni za-
manda kitabxanasındakı kitabları qeyd siyahısına alaraq,hansı oxucunun
oxuması üçün istifadəyə verilməsi barədə də,qeydlər aparırdı. Korlanmış
əlyazmaları özü bərpa edərək, bərpa etdiyi səhifəyə bərpa tarixini və öz
adını  qeyd  edirdi.  Ə.N.Xalisəqarızadənin  fəaliyyətindən  bizlərə  gəlib
çatmış  nümunələri  AMEA-nın  Füzuli  adına  Əlyazmalar  İnstitutunda
görmək mümkündür. Bu zəngin kitabxana da,bolşevik hücumuna məruz
qalaraq kitabları əldən-ələ düşməklə məhv edilmişdir (4).
Zamanda  səyahət  edən  kitablar  artıq  bu  gün  yeni  texnologiyalar
sayəsində çapa yığılmaqla nəşr olunur.Eləcə də,artıq kitabxanalar əvvəlki
kitabxanalar kimi deyil,dövrün tələblərinə uyğün olaraq hazırlanır. Elektron
kataloqlardan istifadə artıq kitabxana fəaliyyətində çalışanların həm də,
oxucuların istifadə imkanlarını artırmaqla vaxta qənaət etmələrinə şərait
yaradır. Bu isə az vaxt ərzində çoxlu məlumat deməkdir. XXI-əsrdə isə
“zaman” qızıl qiymətində dəyərli bir məfhumdur.
Ədəbiyyat
1. Ayşegül Damla Güleçyüz“Safevi Hanedaninin Temsiliyyet 
Alanı Olarak «Şeyh Safi Türbesi»
2. Aytək Zakirqızı (Məmmədova). “Nəsirəddin Tusinin dünyagörüşü”.  
Bakı: Elm – 2000.
3. Xeyirbəy Qasımov “Orta Əsrlərdə Azərbaycan Ədəbiyyatı”.
Bakı :Aspoliqraf – 2008.
4. Kamandar Şərifli “Azərbaycanda əlyazma kitabı və kitabxanaları”. 
Bakı: Nurlan – 2009.
5. Perviz Kazımi “Səfəvilər dövründə azərbaycanda kitabxana işi” 
Bakı: “Bakı Universiteti nəşriyyatı” – 2008
6. Seyidağa Onullahi “Təbriz kitabxanaları (X-XVII əsrlərdə)” –
ADU-nun elmi əsərləri.Kitabxanasünaslıq və
biblioqrafiya seriyası, 1975. №2.
7. www.azerbaijans.com
8. www.e-qanun.az “Nəsirəddin Tusinin anadan olmasının
800 illiyi haqqında”
9. www.britannica.com "Rashid ad-Din" 
10. www.shexsiyyetler.nakhchivan.az 
169
Orta əsrlərdə Azərbaycanda kitabxanalar


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə