www.vivo-book.com
9
– Sabah sən balıq tutmağa hara gedəcəksən?
– Fikrim uzaqlara getməkdir. Lap erkən çıxacam ki,
külək səmtini dəyişəndə geri qayıda biləm.
– Mən də qayığın yiyəsini dilə tutub, bəlkə, onu
uzaqlara apardım, – oğlan gülümsədi, – birdən qarmağına iri
balıq keçsə, köməyinə gələrik.
– Səninki uzağa getmir, sahildən çox da aralanmır.
– Hə,
düz deyirsən, amma bəlkə bu dəfə şirnikdirib
apara bildim. Onsuz da gözləri yaxşı seçmir, nəsə tapıb
göstərərəm, lap qoy uzaqlarda uçan qağayılar olsun,
nişan
verib deyərəm ki, oralarda skumbriya var. Qızıl
skumbriyadan ötrü o lap dünyanın o başına da gedər.
– Yəni bu dərəcədə pis görür?
– Kordur da.
–
Qəribədir, – qoca dodaqaltı mızıldandı, – o ki
ömründə çanaqlı bağa tutmağa getməyib,
gözləri nədən
xarab olsun?
– Sən ki neçə il moskit sahillərinə gedib, çanaqlı bağa
tutmusan, bəs niyə gözlərin kor olmayıb? Məşəl kimi
parıldayır.