Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə6/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   2   3   4   5   6   7   8   9   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
12 
– İstəmirəm. Gedib evdə yeyərəm. Ocağı qalayım?
– Yox. Bir azdan özüm qalayaram. Bəlkə, daşmanı elə 
soyuq-soyuq yedim. 
– İcazə verirsən, toru götürüm?
– Əlbəttə, götür. 
Əslində, qocanın toru-filanı yox idi; balaca toru necə 
satdıqları oğlanın yaxşı yadındaydı. Onlar qəsdən belə 
danışır, bilə-bilə hər gün özlərini aldadırdılar. Heç üstünə 
guya balıq qoyulmuş sarı düyü daşması da nağıl idi və oğlan 
bütün bunların uydurma olduğunu çox gözəl bilirdi.
– Səksən dörd uğurlu rəqəmdir, – qoca gülümsədi, – 
birdən sabah min girvənkə ağırlığında bir balıq tutub 
gətirdim, onda nə deyərsən?
– Gedirəm sardina tutmağa. Toru özüm taparam. Sənsə 
hələlik kandarda otur, özünü günə ver.
– Yaxşı. Məndə hardasa dünənki qəzet olmalıdır, 
oturub beysboldan nə yazdıqlarını oxuyaram... 
Qocada həqiqətən dünənki qəzetin olub-olmadığını 
oğlan dürüst bilmirdi; bəlkə bu da uydurma idi. Amma qoca 
çarpayının altından bir qəzet çıxardıb dedi:


www.vivo-book.com 
13 
– Bunu mənə çaxırsatan Periko verdi. 
– Sardina tutan kimi qayıdıb gələcəm. Sənin payını da, 
elə özümünkünü də bir yerdə buza qoyaram, səhər tezdən 
bölüşdürərik. Mən gələndə beysbolun necə qurtardığını 
deyərsən.
– “Yankilər”ə dünyasında batan olmaz.
– Qorxuram klivlendlilərin “Hindular”ı “Yankilər”i 
birtəhər eləsin.
– Sən “Yankilər”dən tam arxayın ol, bala, ürəyini buz 
kimi saxla. Yaddan çıxartma ki, orda Di Macio kimi ustad 
var.
– Düzü, mən təkcə Klivlendin “Hindular”ından yox, elə 
Detroytun “Pələnglər”indən də qorxuram. 
– Hə, görürəm belə getsə, sən deyəsən axırda lap 
Sinsinatanın “Qırmızılar”ından da, Çikaqonun “Ağ 
corablar”ından da qorxmağa başlayacaqsan.
– Otur qəzeti oxu, kimin udduğunu mənə deyərsən.
– Gəlsənə, bir lotereya bileti alaq. Özü də seçib səksən 
beş nömrəli bileti götürək. Sabah səksən beşinci gün olacaq. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə